BU TARİX KİTABININ HANSI İLDƏ YAZILMASI
HAQQINDADIR
Əsrlər, illər və aylar keçdi, hicri tarix 1261-ci ilə
2
, rus tarixi isə 1845-ci ilə
çatdı...
(Bu ildə həmin əsəri yazmağa başladıq.)
1
Burada və başqa yerlərdə qoyulan nöqtələr tarixi əhəmiyyəti olmayan hissələrin mətndən çıxarıldığını göstərir.
2
Hicri 1261-ci il, 1845-ci il yanvarın 10-da başlanmış, dekabrın 29-da qurtarmışdır
34
BİRİNCİ FƏSİL
İRANIN TƏNƏZZÜL DÖVRÜNDƏN, NADİR ŞAHIN
TAXTA ÇIXMASINDAN VƏ ƏMƏLƏ GƏLƏN BAŞQA
HADİSƏLƏRDƏN BƏHS EDİR
Tərsinə dolanan fələkin... hərəkəti nəticəsində Səfəvi padşahlarının dövlət
günəşi batmağa başladı. Bu dövlətin... ayı axıra çatıb, puç və yox olmağın son
gecəsinə girdi (batdı)... İran ətrafdakı zalımların əlilə talan edildi və yağıların
ayaqları altında paymal olurdu. (Onun) hər mülkünə bir hökmdar müstəqil olaraq
yiyələndi. Hər vilayətində calal sahibi, uca mərtəbəli bir vali hökmran oldu.
Onların zülm və əziyyətlərinin küləyi, cövr və inadlarının isti yeli, cənnətə
bənzəyən o gülşəni əkinsiz bir çölə döndərdi.
Axırda, Qırxlı Nadir şah Əfşarın dövlət və rəşadətinin küləyi... Xorasan
vilayətindən olan... Əbivərd tərəfindən əsməyə başladı... (Bir çox
müharibələrdən sonra, Nadir şah
1
) geniş bir səhradan ibarət olan Muğan çölündə
qışlaq binasını qoydu. İmarət və otaqlar bina etdirdi. 1148-ci ildə
2
dövlət
binasının möhkəm rüknü və hökumət sarayının mətanətli sütunu olan vilayətin
böyük adamlarını, dövlət ərkanını və məmləkətin əyanlarını öz qulluğuna
çağırdı. Yüz min nəfərə yaxın böyük fəzilətli adamlar və əmirlərin başçıları cəm
olub qurultay açıldı. O zaman ruzgarın saqisi hələ Şah Təhmasibin həyat
piyaləsini acı ölüm şərbətilə doldurmamışdı. Dörd yaşlı oğlu Abbas Mirzə də...
həyat beşiyində istirahət yuxusu ilə məst idi.
Bu zaman Nadir şah aşağıdakı sözləri mirvari danələri kimi ipə düzərək,
böyük hökumət adamlarına üzünü rutub dedi:
- İşıqlı günəşdən və ondörd gecəlik aydan daha aydın və aşkardır ki, İran
ərsəsinin hər bir xanəsində məst bir fil yatmışdı. İran sahəsinə hər bir tərəfdən
adsız-sansız üsyançılar piyada əsgər kimi üz qoymuşdular. (Onlar) səltənət
meydanının baş süvarisini bütün dünya əhli qarşısında məsxərə edərək, İranın
şahlıq taxtına oturmaq iddiasında idilər. Uca dövlət ərkanını və Səfəvi sülaləsinin
böyük
1
1736-cı ildə Muğanda şah elan edilmiş Təhmasibqulu xan nəzərdə tutulur. Təhmasibqulu xan şahlığı qəbul
edəndən sonra Nadir şah adı ilə adlandırılmışdır.
2 Hicri 1148-ci il, 1735-ci il mayın 24-də başlanmış, 1736-cı il mayın 11-də qurtarmışdır.
35
adamlarını mat qoyub, tədbir və siyasət sahibi olmuşdular. Himmət və qeyrətimin
mahir nərdçisi bunu qəbul etmədi. Mal ilə canımın iki zərlərini təvəkkül və
etimad pəncəsinə aldım, dörd ünsürdən
1
ibarət olan dünyanın çöl və biyabanını
gəzdim. Yüz oyun və min hiylə ilə bədməst hərifi siyasətin şahmat oyununda mat
və heyran qoydum. Axırda, muradımızın nəqşəsi varlıq səhifəsində görünməyə
başladı. İndi isə, xaraba qalmış İran məmləkətini düşmənlərin təcavüzündən xilas
etmişəm. Səfəvi Şah Təhmasib ilə oğlu Abbas Mirzə hər ikisi nəcabət səmasının
günəşləri və səltənət fəzasının səadət ulduzlarıdırlar. Onlardan hər hansını
padşahlıq və hökmranlıq taxtına layiq bilsəniz, mən də sizinlə birlikdə dinməz-
söyləməz onun qulluğunda durub, itaət halqasını qulağıma asaram. Mən onun
qulluğunu yerinə yetirmək üçün canımdan keçərəm. İtaətində hazır olub, əmrini
yerinə yetirərəm. Hətta icrası vacib olan fərmanını həyata keçirməkdə sədaqətlə
gözətçi olaram...
Nadir şah padşahlıq və hökmranlıq taxtına özündən başqasını layiq görmədi və
səltənət taxtına oturdu...
Gəncə xanları əslən Qacar nəslindən olub, onlara Ziyadoğlu adı da verirdilər...
Onlar yalnız bəylərbəyi deyil, bəlkə səlahiyyətli sərdar da olmuşdular. (Bu isə bütün)
aləmə aydın və aşkardır. Gəncə xanlığı ilə Gürcüstan arasındakı sərhəd Sınıq
körpüdən yuxarı olan Suridaşa qədər uzanırdı. (Cənubi) Azərbaycanda Gəncə
xanlığı arasındakı sərhəd isə Xudafərin körpüsünə yetişirdi. Bəzi vaxt Gəncə
xanlarının hökmranlıq bayrağı Darüssürur
2
(Tiflis) sahəsinə də əmin-amanlıq
kölgəsi salardı. Tiflisin bütün əhalisi bunların hökmünə tabe olardı. Bunlar Muğan
qurultayında, gizlin və aşkar olaraq, son dərəcə çalışdılar ki, səfəvilərdən başqa bir
kimsə padşah olmasın və özgə bir şəxs səltənət balışına söykənməsin. Demə ki,
bunların bütün fikirlərini Nadir şaha xəbər aparıb və bütün sözlərini onun hüzuruna
çatdırırlarmış... Ziyad oğlanları qədim bir ocaq və böyük bir dudman olduqlarına
görə, Nadir şah onlara özgə bir cəza və başqa bir siyasəti rəva görmədi. Qazax və
Borçalı ellərini öz xanları ilə bərabər Gürcüstan əmirlərinə və uca mərtəbəli
valinin hökmünə tabe etdi. Cavanşir, Otuziki və Kəbirlidən ibarət
1 Torpaq, su, od və hava nəzərdə tutulur.
2 Şadlıq evi
36
olan Qarabağ elləri haqqında da, icrası vacib olan fərman çıxdı ki, onları köçürüb
Xorasanın Sərəxs torpağına aparsınlar. Onlara orada yer və məskən təyin etsinlər.
Xəmsə məliklərinə də əmr verdi ki, Gəncə xanlarının itaət zəncirini mənim
möhkəm hökmüm vasitəsilə xas və avam camaatın boynundan kənar edin. Özünüzü
tamamilə azad sayın. Bütün ərizələrinizi və vacibli işlərinizi yazıb mənim...
hüzuruma göndərin.
Beləliklə, Gəncə xanlarının ixtiyarları tamamilə əllərindən çıxdı. Səlahiyyətləri
alındığından qol-qanadları sındı və çox pərişan oldular.
İKİNCİ FƏSİL
MƏRHUM PƏNAH XANIN NƏSLİNDƏN VƏ ƏHVALATINDAN
BƏHS EDİR
Pənahəli bəy əslən Sarıcalı tayfasındandır... Gəncə vilayəti xanlarının işi tərəqqidə
olduğu zaman o, Gəncə tərəfinə gedib onların (Gəncə xanlarının) hüzurunda xidmət
etdi. Uca himmət sahibi olan Pənahəli bəy qulluq etməyi özünə layiq görmədi. O,
Qarabağ vilayətinin Cavanşir oymağına
1
gəldi. Şir qüvvətli cavan bəxti ona yar olub,
çox varlandı. Evləndi, əziz və xoşbəxt bir oğlu oldu. O, yüksəklik səması parlaq
ulduzunun adını Əli qoydu. Onun aləmi işıqlandıran sarı bənizi ata-anasının ürəyini,
kəhrəba samanı çəkən kimi, özünə cəlb edirdi. Buna görə, onu "Sarıca Əli" deyə
çağırırdılar.
Çox dövlət və nüfuz sahibi olduğuna görə, onun başına bir çox gəlib-keçən,
naxırçı, muzdur, xidmətkar, çoban və ilxıçı toplandı və böyük bir oba oldu. O
obanın adı isə "Sarıcalı" qaldı... Bu dövlət və nüfuz İbrahimxəlil ağanın ixtiyarına
keçdiyi zaman daha da artdı. O, böyük dövlət sahibi olduğundan adı dillərə düşüb
məşhur oldu. Onun Ağdamdakı bağı və hasar divarı, Arasbar və Araz kənarındakı
mülkü, mal-qarasının otlaq və yataqları, yaylaqda "İbrahimxəlil qalağı" adı ilə məşhur
olan bir imarəti onun varlı və böyük calal sahibi olmasına adil bir şahiddir.
1
Oymaq – qəbilənin tərkibinə daxil olan tayfalardan hər birinin ümumi adıdır. Həmçinin hər hansı bir tayfanın
tutduğu sahəyə də deyilir.
37
Nadir şah Cavanşirdən qoşun yığdığı zaman, İbrahimxəlil ağanın rəşid və
böyük oğlu Fəzləli bəyi özünə naib
1
etdi. Eşikağası
2
mənsəbini ona münasib
gördü və bu qulluğu o mərhumə verdi. Zirəkliyin nuru onun alnında parlayır və
nəcabət asarının günəşi mübarək üzündə görünürdü. Allahın qəzavü qədərindən
və ruzgarın gərdişindən o rəhmətlik öldürüldü. O səadət bürcünün xoşbəxtlik
ulduzu batdı. Nadir şah onun kiçik qardaşı Pənahəli bəyi hüzuruna çağırıb, əlinə
çomaq verdi, əynini qiymətli eşikağası xələtilə bəzədi və böyük qardaşının
mənsəbini ona verdi. O, tapşırılan işləri bir neçə gün lazımi dərəcədə sədaqətlə
yerinə yetirdi. Lakin Nadir şahın ona olan qorxunc baxışından və qərəzkarlıqla
etdiyi rəftarından başa düşdü ki, o (şah) mütləq belə bir zirəkmaddə cavanın
kökünü kəsməkdə səhlənkarlıq və belə bir igid şəxsin vücudunu aradan
qaldırmaqda kahallıq etməyəcəkdir.
Həm də əlinə çomaq alaraq, qarşıda durmağı və yasavullarla həmsöhbət
olmağı (özünə) ar bilib, qaçmağı qərara aldı. O, Qarabağa gəlib öz uca nəslinə
mənsub bir neçə nəfəri özünə yoldaş etdi. Dövlətinin aləmi işıqlandıran
günəşinin doğmasına müntəzir və riyasət gözəlinin vüsalına çatmağı aramsız
gözləyərək gəzib-dolanırdı. Onun hünər və igidliyinin səsi, heybət və
mətanətinin sədası bir dərəcədə xalqın ürəyinə lərzə, xas və avam camaatın
canına qorxu salmışdı ki, əgər kaftar xasiyyətli düşmənləri onun şirtək heybətli,
aslan kimi dəhşətli vücudunu yuxuda görsəydilər, gözləri dovşan kimi rahatlıq
yuxusuna həsrət qalardı. Əgər, məsələn, Zal oğlu Rüstəm onunla hərb etmək
məqsədilə hərəkət kəmərini belinə bağlasaydı, onun oxunun və qaniçən
qılıncının zərbindən qalxan salardı.
Şeir
Nəqqaş onun surətini görüncə,
Rəsmlərini əlindən salardı.
Nadir şah Azərbaycan və Şirvan xanlarına qəzavü qədər kimi nüfuzlu olan
qələmilə çoxlu hökmlər yazdı. Bu hökmləri sürətli çaparlar vasitəsilə göndərdi
ki, Pənahəlini tutub onun hüzuruna göndərsinlər. Lakin o rəşadət səmasının qızıl
quşunu tora salıb tutmaq
1
N a i b - burada xüsusi tapşınqları icra edən saray məmuru mənasında işlənmişdir.
2
Eşikağası – hökmdarın sarayını idarə edən nazir.
38
mümkün və müyəssər olmadı. O, gah Şirvan çəmənliklərində ovla, gah da
Qarabağ ovlaqlarında şikarla məşğul idi. İşi gündən-günə tərəqqi edirdi. Bu
qayda ilə güzəran etməkdə ikən, ittifaq belə düşdü ki, nifaqla dolu olan fələkin
hərəkətləri nəticəsində, 1160-cı ilin cəmadiyəlaxır ayında
1
Nadir şahı Xorasan
torpağında öldürdülər.
Bu xəbər hər tərəfə yayılıb camaatın dilinə, ağzına düşdü. Allahın himayəsinə
sığınan mərhum Pənahəli bəy bundan sonra qızmış bir şirə və coşqun bir
əjdəhaya döndü. Onun zərbə və hücumlarının şiddətli küləyi hər tərəfə əsdisə,
düşmənin vücudunu çör-çöp kimi puç etdi. Qüvvət və əzəmətinin səsi, heybət və
qüdrətinin sədası düşmənləri məğlub etdi. O kimə hücum edirdisə, qabağında
dura bilməyib məhv olurdu. Cavanşir, Kəbirli, Otuziki və Gürcüstan ellərini
Nadir şah Xorasana sürgün etmişdi. "Vətəni sevmək də imandandır" sözünün
məzmununca, onlar vətən və yurdlarının eşq və arzusu ilə Xorasandan qayıdıb
gəldilər. Bu vaxtadək Pənahəli bəyin güzəranı yuxarıda göstərildiyi kimi keçdi.
Elat gəldikdən sonra o, gələnlərə yurd, mənzil və məskən mərhəmət etdi, onları
mehribanlıq qanadı altına aldı və ehtiyaclarını təmin etdi.
Bu qayda ilə cəmiyyət quruldu və o öz istedadını göstərdi. Sonra bu səs tam
ixtiyar və səlahiyyət sahibi sərdar Əmir Aslan xana yetişdi. O, Əliqulu şahın
sərdarı idi. Əliqulu şah da, Nadir şahın qardaşı İbrahim xanın oğlu idi. Nadir
şahdan sonra taxta oturmuş və Adil şah adilə sikkə və mənbərləri
zinətləndirmişdi.
Əmir Aslan xan Pənahəli bəyi görmək arzusu ilə gəlib onunla görüşdü.
Haman gecə Pənahəli bəyə sultanlıq
2
və sabahı gün xanlıq mərhəmət etdi. Adil
şaha itaət etməyi ona təklif etdi. Pənahəli xan da razılıq verib, vaxtın məsləhəti
üçün boyun qoydu. Əmir Aslan xan bunu Adil şaha xəbər verdi. Adil şah da
Pənah xana xanlıq fərmanilə qiymətli xələt, cavahiratla bəzədilmiş xəncər və sair
bir çox hədiyyələr göndərdi. Xanlıq rütbəsi mərhum Pənah xana Adil şah
tərəfindən verilmişdir. Axırda Nadir şahın nəvəsi Şahrux Mirzə taxta oturub,
Adil şahı öldürdü. Qaracadağ hakimi Kazım xan da Əmir Aslan sərdarı tutub
həbs etdi.
1
Hicri 1160-cı ilin cəmadiyelaxır ayı 1747-ci il iyunun 10-da başlanmış, iyulun 8-də qurtarmışdır.
2 Sultan - XVIII esrdə rütbə etibarilə xanlardan aşağı olan feodallara verilən ləqəbdir.
39
ÜÇÜNCÜ FƏSİL
BAYAT QALASININ BİNA EDİLMƏSİNDƏN VƏ BAŞ
VERƏN SAİR HADİSƏLƏRDƏN BƏHS EDİR
Mərhum Pənah xan xanlıq adı almağı çox arzu edir və həmişə o ali mənsəbə
rəğbət bəsləyirdi. Ruzgarın dərzisi gecə-gündüzün gərdişi nəticəsində onun
ləyaqətli vücudunu o qiymətli xələtlə bəzədi. Beləliklə, xan öz məqsədinə nail
oldu. O, oturub öz-özünə düşündü ki, haldan-hala girən fələkin hərəkatına heç
vaxt inanmaq, xoşbəxtliyə və dövlətin artmasına qətiyyən bel bağlamaq olmaz.
Hər an dəyişməkdə olan fələkin qoca qurdunun hiyləgərliyindən, rəngdən-rəngə
girən çarxın alçaqlığından qafil olmaq ağıllı və bilikli adamlara yaramaz. Bundan
sonra çöllərdə vaxt keçirməklə istənilən məqsədə çatmaq olmaz. Yaxşısı və
münasibi budur ki, möhkəm bir bina və qala tikilsin. Bir hadisə üz verdiyi zaman
ora məskən, tənglik və bolluq vaxtında isə aman evi olsun; çünki şir nə qədər
heybətli olsa da, ona bir hin lazımdır. Qızılquş quşların padşahıdır. Bütün quşlar
onun çəngəli qarşısında acizdirlər. Lakin o da bir yuvada yerləşməlidir ki, bir
hadisə üz verdiyi zaman bəla kəməndinin halqasından və düşmən əzabı
duzağından asudə olsun.
Buna görə, gedib Bayatda 1161-ci ildə
1
bir qala, səngər, sığnaq və qərargah
saldırdı. Sonra, palçıqları kin və həsəd suyu ilə yoğrulmuş olan Cavanşir və
Otuziki əhalisinin ürəklərində ədavət alovu şölələndi və beyinlərinə kin havası
hücum etdi. Onlar həmişə bu dövlətin yox olması uğrunda son dərəcədə səy və
qeyrət edirdilər. Onlar Xəmsə
2
məliklərini də özlərinə həmməslək və müttəfiq
etmişdilər. O zaman bütün Şirvanatda əbədi ixtiyar sahibi və hökmran olan Hacı
Çələbiyə ərizələr yazdılar. Ona bildirdilər ki, Pənah xan burada taxta çıxmış, qala
və səngər tikdirmişdir. Əgər dəfində bir qədər təxir edilsə, sonra onun qarşısında
durmaq mümkün olmayacaqdır.
1
Hicri 1161-ci il 1748-ci il yanvarın 2-də başlanmış, noyabrın 22-də qurtarmışdır.
2
X ə m s ə - beş mahal deməkdir, bunların adları müəllif tərəfindən aşağıda
çəkilir.
40
Şeir
Bir ağac ki, yeni dirçəlir, (o)
Bir adamın gücü ilə yerindən qopar.
Əgər onu bir zaman özbaşına buraxsan, (sonra)
Kotanla da onu kökündən qopara bilməzsən.
Hacı Çələbi də bu hiyləyə aldanıb fitnəkarlığa başladı. Dərbənd, Car və
Balakənədək bütün Şirvanat qoşunu cəm etdi; bilmədi ki:
Şeir
Bir çırağı ki, Allah yandıra,
Onu kim söndürmək istəsə, saqqalı yanar.
Saysız əsgər və hesabsız qoşunla, tam bir calal və vəsfəgəlməz bir dəbdəbə
ilə gəlib Bayat qalasını dörd bir tərəfdən mühasirəyə aldı.
Pənah xan da qabaqcadan bütün elata bu əhvalatı bildirmiş və hamısını yığıb
səngərə dolduraraq sığnaq etmişdi. Hacı Çələbi gəldi və mühasirə ilə məşğul
oldu. Hər gün mübahisə edir, didişib-döyüşməkdən əl çəkmirdilər. Axırda Hacı
Çələbi məqsədinə çatmadan, külli zərərlə qayıtmaq təblini vurdurdu. O, yolda
gedərkən dedi: "Pənah xan bu vaxtacan bir sikkəsiz gümüş idi, biz gəldik, ona
sikkə vurduq və qayıtdıq". Bu söz xalqın dilində və camaatın ağzında bir məsəl
olaraq qalmışdır.
Bundan sonra Pənah xan düşündü ki, mən təzəbinə bir adamam. Cavanşir və
Otuziki elatı yağı, Xəmsə məlikləri də mənə düşməndirlər. Mən gərək möhkəm
bir yerdə məskən və mənzil salam. Düşməni dəf etməkdə kahallıq və fəsad əhli
ilə mübarizədə səhlənkarlıq etməyəm. Buna görə Bayat şəhərini dağıtdı və gəlib
bir təpənin ətəyində, Şahbulaq adı ilə məşhur olan Tərnəkütdə bir qala bina etdi.
Daş və əhəngdən məscidlər, evlər, çarsu və hamamlar tikdirdi. Bu işləri 1165-ci
ildə
1
bitirərək oranı özünə məskən etdi.
O, Çiləbörd və Talış məlikləri
2
arasındakı çəkişmənin artmasına səy və
qeyrət etdi. Günbəgün onların ittifaqını pərişan və bir-
1
Hicri 1165-ci il 1751-ci il noyabrın 20-də başlanrmş, 1752-ci il noyabrın 7-də qurtarmışdır.
2
Talış məlikləri, Talış kəndində yaşadıqları üçün bu adla adlanırdılar. Sonralar isə onlara Gülüstan məlikləri
deyirdilər.
41
liklərinin (tifaqlarının) binasını viran etməklə məşğul oldu. Bu zaman,
hökmranlıq gözəlinin xumarlı gözlərinə vurulan və məlikliyin gümüş baldırlı
saqisi ilə qol-boyun olmaq fikrinə düşən Vərəndə məliki Məlik Şahnəzər, öz
əmisi Məlik Hüsünü fəna piyaləsindən sərməst etdi (öldürdü). Məliklik sədası ilə
cahana səs saldı və məliklik taxtında oturdu. Xəmsə məlikləri bu hadisəni
eşitdikdə birləşərək Məlik Şahnəzərlə düşmənçilik etməyi qəti olaraq qərara
aldılar. Onlar "sən nə üçün itaəti vacib olan əminə ağ olmusan" - deyib birlikdə
onu cəzalandırmağa getdilər. Bu dörd məlik gəlincə, Məlik Şahnəzər də
Çanaqçıda qala düzəldib, oraya çəkildi.
Xəmsə məlikləri gəlib bütün Vərəndə mahalını qarət etdilər. Qalanı almaqdan
aciz qalaraq, məqsədlərinə çatmadan böyük peşmanlıqla geri qayıtdılar. Onlar
(öz aralarında) belə əhd etdilər ki, bahar fəsli gəlib qalanı da alsınlar.
Məlik Şahnəzər özünü zəif və qol-qanadını sınmış gördü. O, gələcəyi
gördüyündən, niyaz üzünü qul bəsləyən xanın kandarına sürtdü, itaət sırğasını
qulağına asdı və xidmət kəmərini belinə bağladı. Xanın hüzurunda lazımi
dərəcədə canfəşanlıq etdi və son dərəcə mehribanlıq göstərdi. İndiki Şuşa
şəhərinin yerini mərhum xanın yadına salıb, ona tərif etdi. Sonra uca şanlı xanı
gətirib bu yeri ona göstərdi. O da bu yeri bəyənmiş olduğundan, həmin şəhərin
binasını qoyub orada məskən etdi. Bu qalanı və möhkəm binanı düzəldib ölkənin
mərkəzi etdi. Meqri, Güney mahallarını Bərgüşada qədər Qaradağ hakiminin
əlindən alıb özünə tabe etdi. Tatef və Sisyan mahallarını Naxçıvan hakimindən,
Zəngəzur və Qapan mahallarını Təbriz bəylərbəyisindən aldı. Kolanıların
məskəni olub, Uşacıq kəndindən Göyçə sərhədinə qədər uzanan Tərtər çayı
sahilindəki yerləri İrəvan hakimindən aldı. Gəncə hakimlərinə aid və Xudafərin
körpüsündən Kürək çayına qədər olan yerləri də öz əlinə keçirdi.
Bundan başqa, Naxçıvan elindən olub bir minbaşıya tabe Kəngərli eli,
Gürcüstandakı Dəmirçi Həsənlilərdən olub, bayraq sahibi və bir minbaşıya tabe
Dəmirçi Həsənli eli, yenə bir minbaşıdan asılı olan və Gürcüstanın məşhur
elatından sayılan Cinni tayfası mərhum Pənah xanın ədalət, şövkət və
təntənəsinin sədasını eşidərək öz xahişlərilə onun möhkəm bünövrəli, Allah
vergisi olan dövlətinə pənah gətirdilər. Qarabağda yurd və məskən rutaraq böyük
bir səda-
42
qət və son dərəcə səmimiyyətlə Pənah xana itaət etdilər. Gözəl sədaqət və
qabiliyyətlərinə görə, uca mərtəbəli xandan son dərəcədə hörmət, izzət və
mərhəmət gördülər.
Bunlar tərəfindən heç bir xəyanət tozu uca xasiyyətli xanın qəlbinin aynasına
oturmamışdı. Hallarında qətiyyən üsyan əsəri görünməmişdi.
Qarabağ vilayətinin əsil elatı, kənd əhalisindən başqa, Cavanşir, Otuziki və
Kəbirlilərdir. Kəbirlilər də tam bir səmimiyyət və tərifəgəlməz bir sədaqətlə
behiştlik xana xidmət etmişlər.
Axırda Cavanşir və Otuziki ellərindən bəzən elə hallar baş verdi ki, böyük
olan xanın ürəyində onlara qarşı şübhə oyandı.
Xəmsə adı ilə məşhur olan beş mahalın hər birinin ayrı adı vardır. Bu
mahalların sayı beş olduğundan, onlara Xəmsə adı verirlər; çünki ərəb dilində
beş ədədinə xəmsə deyirlər.
Bu mahalların biri - Dizaqdır. Məlikləri Məlik Yegan adlanır. O, Loridən
qaçıb gəlmiş, Nadir şahın səltənəti dövründə və onun əmrilə məliklik taxtında
oturub hörmət qazanmışdır.
İkincisi - Vərəndədir. Məlikləri Məlik Şahnəzərlilər olmuşdur. Onlardan daha
qədim bir nəslə mənsub və daha çox etibar sahibidirlər. Əsilləri də Göyçə
əsilzadələrindəndir. Sonra oradan qaçaraq gəlib Qarabağda Vərəndə mahalının
məliklik camından sərxoş olmuşlar.
Üçüncü - Xaçındır. Məlikləri Həsən Cəlalyan övladıdır. (Onlar) riyasət
gəlininə gözəllik verib, (hökmdar olmuşlar). Bu ailə məliklik mənsəbindən
məhrum olduqdan sonra, bu mahalın müstəqil bir məliki olmamışdır. Buna görə,
məliklik pərisi hər an bir şəxsin məclisinin saqisi olmuş və hər vaxt bir hərifi
sərxoş etmişdir. Axırda, mərhum Pənah xan Cavanşirin dövlət günəşi və şövkət
bayrağı riyasət üfüqündən baş vurub Qarabağ vilayətinin bütün sahəsini calal və
dəbdəbə ilə işıqlandırdı. Bu zaman xınzırıstanlı Məlik Mirzə xan özünün gözəl
iradə və sədaqətli əqidəsinə görə, bu əbədi dövlət məmurlarının əmrilə məliklik
sikkəsini gümüş kimi saf olan adına kəsdirdi. Ondan sonra da oğlu Məlik
Allahverdi və nəvəsi Məlik Qəhrəman "Hər kəsin növbəti beş gündür" misrasının
məzmununca, məliklik bayrağını göylərə qaldırdılar.
Dördüncü - Çiləbörd mahalıdır. Məlikləri Məlik Allahquludur. Əsilləri
Mağavizdən gəlmədir. Bunlar gəlib Çiləbörddə məlik olmuş, Tərtər çayının
ortasında vaqe ən möhkəm bir məmləkətdə yerləş-
43
mişlər. Çox çətin bir yolu olan Cermux
1
qalasını özlərinə məskən, sığınaq və
mənzil etmişlər. Çiləbördə müstəqil olaraq yiyələnmiş və böyük bir şöhrət
qazanmışlar. Nadir şahla osmanlı sərəskəri Köprülü oğlu Abdullah paşa arasında
olan müharibədə, Məlik Allahqulu çox şücaət və igidlik göstərdi. Nadir şah da
məliklik xələtini onun qabiliyyətli vücuduna layiq görmədi, ona sultanlıq rütbəsi
və xələti verdi. O (Nadir şah), əmr etdi ki, bundan sonra xas və avam camaat ona
məlik deyil, sultan desin. Doğrudan da onlar dəbdəbəli qədim bir ocağa (ailəyə)
mənsub imişlər.
Beşinci - Talış mahalıdır. Məlikləri Məlik Usubdur. Əsilləri Şirvandan
gəlmədir. Bir müddət Talış kəndində sakin olmuşlar. Onlardan bir çoxu dəfələrlə
məliklik etmişdi. Sonralar Məlik Usub Gülüstan qalasını zəbt edib orada sakin
olmuşdu.
Mərhum Pənah xanın ilk hakimiyyət dövrlərində, Məlik Yegan övladından
olan Dizaq məliki ona düşmən oldu və Allah vergisi olan o dövlətə qarşı üsyan
etdi
2
. Uzun zaman müharibə oldu və qırğın alovu aralarında şölələndi. Axırda,
Allahın tövfiqi və pərvərdigarın köməyilə, mərhum Pənah xan qalib gəlib o
nəsildən bir neçə nəfərini öldürdü... Onların qol-qanadları sındı və pərişan
oldular.
Vərəndə məliklərindən Məlik Şahnəzər nəcib və böyük bir ailəyə mənsub
olub çox varlı idi. Fəsahətli barmaqlarımız ənbər saçan qələm vasitəsilə onun
əhvalatını yuxarıda zikr və bəyan etdi. Mərhum Pənah xan və İbrahim xanın
mehribanlıq nəzəri, hörmət və mərhəmət gözü həmişə Məlik Şahnəzər və oğlu
Məlik Cəmşidin üstündə olmuşdur. Məlik Şahnəzərin bir qızı İbrahim xanın
arvadı olduğundan, aralarında qohumluq da əmələ gəlmişdi. Lakin nəvəsi Məlik
Ulubab Xaçında müxtəlif kəndlərdən və ayrı-ayrı qəsəbələrdən qoşun adı ilə
dələduzları cəm etdi. Ballıqayanı səngər edərək mərhum Pənah xana qarşı üsyan
qaldırdı. Behiştlik mərhum Pənah xan bu əhvalatı eşidincə, böyük bir sürət və
əzəmətlə hərəkət
etdi.
1 Cermux - Çiləbördün müxtəsər adıdır.
2
Pənah xanın üç Qarabağ məlikinə qarşı mübarizəsi, onun hakimiyyət uğrunda apardığı daxili feodal müharibəsi
idi. Ən güclü hakim təkid və silah gücü ilə öz hakimiyyətini Qarabağ ərazisində olan kiçik hakimlərə tanıtmaq istəyirdi.
Mübarizə aparan qüvvələrin qruplaşdırılmasına və Pənah xanın ona itaət etməyən məlikləri kənar edərək yerlərinə daha
itaətkar olan qohumlarını təyin etməsi faktına diqqətlə baxdıqda, yuxarıda qeyd edilən xarakteristikanın doğru olduğunu
təsdiq etmək olar.
44
O möhkəm səngəri və sığınağı nifaq əhlinin ittifaqı və ixtilaf əhlinin ürəyi
kimi pozub dağıtdı... Bundan sonra, Xaçın əhli itaət halqasını qulaqlarına taxıb,
sədaqət xələtini çiyinlərinə saldılar. İtaətin aman evinə qədəm qoyub bir daha
düşmənçilikdən dəm vurmadılar.
Behiştlik mərhum Pənah xanın ilk hakimiyyəti dövrlərində, Ağoğlanda
yaşayan Çiləbörd məliki Allahqulu sultan, onunla görüşmək üçün hüzuruna
gəldi. Bu zaman Naxçıvan hakimi Heydərqulu xan da mərhum Pənah xana qonaq
idi. O, Allahqulu xanın calal, şövkət və dəbdəbəsini gördükdə, Pənah xana
xatırlatdı ki, belə bir sultan sənə itaət etməz və iki calal sahibi bir şəhərdə
(ölkədə) yola getməz. Vaxtın məsləhəti budur ki, xəncərin susuz ağzı onun
boğazının qanından su içsin. Ağoğlanın lalə rəngli güllərini onun gül rəngli qanı
ilə boyasın və dünyanı onun nəzərində tar etsin. Mərhum Pənah xan Heydərqulu
xanın məsləhətini tamamilə düzgün və etirazsız bir məsələ hesab edib Allahqulu
sultanı öldürtdü. Qardaşı Məlik Hətəm, Çiləbördün məliklik mülkünə sahib oldu.
Talışlı Məlik Usub bu məlikin (Məlik Hətəmin) köməkliyilə öz əmisini
öldürərək məliklik taxtına oturdu. Bunların hər ikisi ittifaq edib ziddiyyət və
nifaq bayrağını qaldırdılar. Cermux qalasına
1
çəkilərək uzun müddət dava-
döyüşdə kahıllıq etməyib qırğın və talandan əl çəkmədilər. Pənah xan da
dəfələrlə hücum etdi və onlara bir çox tələfat verdi. Qalaları möhkəm olduğuna
görə Pənah xan məqsədinə çatmadan geri qayıtdı. Lakin dağdan aşağı rast gəldiyi
əkin məhsullarını zəbt və ordu atlarının ayaqları altında məhv etdi. Onları ağır
bir vəziyyətdə qoydu. Onlar bu kimi ağır hallar qarşısında dörd il daha möhkəm
və ruh yüksəkliyi ilə durdular. Bu müddət içərisində fitnə və fəsad yolu ilə
gedərək inad və ədavət mülkünə hökmran oldular. Hər bir tərəfdən mərhum
Pənah xanın əleyhinə döyüşə gələn xanların əsgərlərinə başçılıq etməkdə,
qoşunlarının pişdarı olmaqda bir an süstlük və səhlənkarlıq etmirdilər.
Axırda, Pənah xan bunlara mübarizə meydanını o dərəcə təng etdi ki,
qaçmağı qərara aldılar. Vətəndən ayrı düşməyi xoşbəxtlik sanıb öz elat və
təbəələrilə hərəkət yükünü məğlubiyyət dəvəsinə yükləyərək Gəncə tərəfə
getdilər, Şəmkir mahalında yeddi il çox zillət və son dərəcə çətinliklə dolandılar.
1 Çiləbörd qalası
45
DÖRDÜNCÜ FƏSİL
Dostları ilə paylaş: |