Афаг Ялийева



Yüklə 2,33 Mb.
səhifə174/295
tarix26.12.2016
ölçüsü2,33 Mb.
#3423
1   ...   170   171   172   173   174   175   176   177   ...   295
46.VƏSİQƏ
Vərəqin bir tərəfində Azərbaycan dilində latın əlifbası ilə, digər tərəfində isə həmin mətn rus dilində. Yazılış tarixi 20 iyun, 1923-cü il, Bakı. Saya vərəqə bənövşəyi rəngdə ma­kina çapı ilə yazılmışdır.

Məzmunu: Yeni Türk Əlifba Komitəsi C.Məmmədqu­Lu­za­dənin «Yeni yol» qəzetinin baş mühərriri olmasını təsdiq edir.
Ölçüsü: 22x18 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 253.

47.VƏSİQƏ
Rus dilində. Yazılış tarixi 25 noyabr, 1926-cı il. Harada ya­zıldığı qeyd edilməmişdir. Kitabça qara mürəkkəblə yazıl­mışdır.

Məzmunu: Poçt və Teleqraf Xalq Komissarlığı tərəfindən C.Məm­mədquluzadəyə radiostansiyadan fərdi istifadə üçün ve­rilmişdir.
Ölçüsü: 8,5x12 sm; həcmi: 2 vərəq; fond 6, s.v. 259*.

48.VƏSİQƏ
Rus dilində. Yazılış tarixi və harada yazıldığı qeyd edilmə­mişdir. Göy və bənövşəyi mürəkkəblə yazılmışdır. Azər­bay­can Mərkəzi İcraiyyə Komitəsi tərəfindən C.Məmməd­qu­luzadəyə verilmişdir.

Məzmunu: Dəmiryol və su nəqliyyatından pulsuz istifadə müddəti Şuranın 6-cı iclasına qədər qüvvədə olduğu haqdadır.

Ölçüsü: 11x7,5 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 260*.
49.VƏSİQƏ
Rus dilində. Yazılış tarixi və harada yazıldığı qeyd edilmə­mişdir. Qara və bənövşəyi mürəkkəblə yazılmışdır. Azər­baycan Mərkəzi İcraiyyə Komitəsi tərəfindən C.Məm­məd­quluzadəyə verilmişdir.

Məzmunu: Dəmiryol və su nəqliyyatından pulsuz istifadə müddəti Şuranın 7-ci iclasına qədər qüvvədə olduğu haqdadır.
Ölçüsü: 10,5x7 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 260*.

50.VƏSİQƏ
Rus dilində. Yazılış tarixi 1 iyul, 1928-ci il, Bakı. Saya vərəqə bənövşəyi rəngdə makina çapı ilə yazılmışdır. «Kommunist» qəzetinin Yerli Komitəsi tərəfindən C.Məm­məd­quluzadəyə verilmişdir.

Məzmunu: Həmidə xanım, oğlanları Midhəd və Ənvər, qo­humu Pakizənin C.Məmmədquluzadənin himayəsində ol­ma­sı təsdiq edilir.

Ölçüsü: 20,5x23,5 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 261.
51.VƏSİQƏ
Rus dilində. Yazılış tarixi 16 noyabr, 1929-cu il. Harada ya­zıldığı qeyd edilməmişdir. Saya vərəqə qara rəngdə maki­na çapı ilə yazılmışdır. Surətdir. Azərbaycan SSR Xalq Komis­sarları Soveti tərəfindən C.Məmmədquluzadəyə verilmişdir.

Məzmunu: Staropoçtovıy kuçəsi № 64 ünvanı yaşayış yeri kimi və redaktoru olduğu «Molla Nəsrəddin» jurnalının redaksiyası üçün C.Məmmədquluzadəyə verildiyi bildirilir.
Ölçüsü: 17x22 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 266*.
52.VƏSİQƏ
Rus dilində. Yazılış tarixi 30 dekabr, 1931-ci il, Bakı. Qara rəngdə makina çapı ilə yazılmışdır. Qara rəngdə qalın cildi var. Vəsiqəyə C.Məmmədquluzadənin şəkili yapışdırılmışdır. Bakı Elektrik Dəmir Yolları İdarəsi tərəfindən C.Məmmədquluzadəyə verilmişdir.

Məzmunu: Bakı-Sabunçu elektrik dəmir yolundan təqaüd­çü kimi pulsuz istifadə etməsi üçün verilmişdir.
Ölçüsü: 8x11,5 sm; həcmi: 2 vərəq; fond 6, s.v. 271.

53.VİZİT VƏRƏQİ
Azərbaycan dilində ərəb əlifbası ilə və rus dilində. Saya və­rəqin bir üzünə qara mürəkkəblə yazılmışdır.

Məzmunu: Adı, familiyası və «Molla Nəsrəddin» jurnalının redaktoru olduğu məlum olur.
Ölçüsü: 10x6,5 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 272.

Yüklə 2,33 Mb.

Dostları ilə paylaş:
1   ...   170   171   172   173   174   175   176   177   ...   295




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin