Афаг Ялийева



Yüklə 2,33 Mb.
səhifə176/295
tarix26.12.2016
ölçüsü2,33 Mb.
#3423
1   ...   172   173   174   175   176   177   178   179   ...   295
3.BAĞIŞLAMA AKTI
Rus dilində. Yazılış tarixi 1915-ci il, Şuşa. Ayı və günü qeyd edilməmişdir. Saya vərəqin hər iki üzünə qara mürəkkəblə yazılmışdır.

Məzmunu: Həmidə xanımın Şuşa qəzasının Kəhrizli kəndində mülkiyyəti olan torpaq sahəsini 7 bənddən ibarət şərtlə tədris idarəsinə verməsi barəsindədir.
Ölçüsü: 22x34,5 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 406.
Bu sənədlə yanaşı üzərində müxtəlif məzmunlu mətnlərdən olan daha bir cizgili qoşa vərəq vardır. Vərəqin I səhifəsində Həmidə xanım tərəfindən 3 rayonun Xalq Texnikumlarının inspektoruna rus dilində qara mürəkkəblə yazılmış məktubdur. Yazılış tarixi və harada yazıldığı qeyd edilməmişdir.

Məzmunu: İpək toxuculuq emalatxanasının eni, uzunu, sə­nəd­ləri və Kəhrizliyə köçürülməsi barəsindədir.

II və III səhifələrdə Həmidə xanım tərəfindən yuxarıda gös­tərilən «Bağışlama aktı» qaralama şəklində qara karandaş­la rus dilində yazılmışdır.

IV səhifədə isə Həmidə xanım tərəfindən Yelizavetpol Qu­bernatoruna rus dilində qara mürəkkəblə ərizə yazılmışdır. Şuşa. Yazılış tarixi qeyd edilməmişdir.

Məzmunu: Kəhrizlidə mülkiyyəti olan torpaq sahəsinin bir hissəsinin tədris idarəsinə verilməsi barəsində natoriat kantorunda təsdiqlənmiş sənədlərin bu yaxınlarda hazır ola­ca­ğını bildirir.


Ölçüsü: 22x35 sm; həcmi: 2 vərəq; fond 6, s.v. 406*.
4.ƏRİZƏ
Azərbaycan dilində latın əlifbası ilə. Yazılış tarixi yanvar, 1928-ci il, Şuşa. Saya vərəqin bir üzünə bənövşəyi mürəkkəb­lə yazılmışdır. H.Məmmədquluzadə tərəfindən Azərbay­can Mərkəzi İcraiyyə Komitəsinə yazılmışdır.

Məzmunu: Şuşada yerli hökumət tərəfindən oxunan siyahıda onun səs hüququndan məhrum olduğunu bildirir. Səs hü­ququnun ona qaytarılmasını xahiş edir.

Ölçüsü: 19x20 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 395*.
5.ƏRİZƏ
Azərbaycan dilində latın əlifbası ilə. Yazılış tarixi 22 dekabr, 1928-ci il, Şuşa. Cizgili vərəqin bir üzünə bənövşəyi mürəkkəblə yazılmışdır. H.Məmmədquluzadə tərəfindən Şuşa Rayon Seçki Komissiyonuna yazılmışdır.

Məzmunu: Seçki Komissiyonunun onu seçki hüququndan məh­rum etdiyini bildirir və səs hüququnun ona qaytarılmasını xahiş edir.

Ölçüsü: 13x23 sm; həcmi: 2 vərəq; fond 6, s.v. 395*.
6.ƏRİZƏ
Rus dilində. Yazılış tarixi və harada yazıldığı qeyd edilməmişdir. Dama-dama vərəqin bir üzünə bənövşəyi mürəkkəblə yazılmışdır. H.Məmmədquluzadə tərəfindən Azərbay­can Dövlət Muzeyinin direktoruna yazılmışdır.

Məzmunu: C.Məmmədquluzadənin əlyazmalarının, sənəd­lərinin, kitablarının, digər əşyalarının muzeydə saxlanıldığını bildirir. Onun 371966 №-li brauninq tipli tapançasının vəsiqəsi ilə birlikdə həmin muzeydə qorunması üçün müvafiq orqanların vasitəsilə şərait yaradılmasını xahiş edir.
Ölçüsü: 21x34 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 395*.
H.Məmmədquluzadə həmin revolverin Mirzə Cəlilin hə­ya­tındakı tarixi əhəmiyyətini qısa şəkildə yazaraq («Kratkaə istoriə revolğvera») ərizəyə əlavə etmişdir. Rus dilin­də. Dama-dama vərəqin hər iki üzünə bənövşəyi mürəkəblə yazılmışdır.

Məzmunu: C.Məmmədquluzadənin «Molla Nəsrəddin» jurnalının 19 may, 1907-ci il, 20-ci №-də «Molla Nəsrəddin» imzası ilə «Erməni və müsəlman qadınları» məqaləsini və 20 yanvar, 1908-ci il, 3-cü №-də Nəcəf şəhərinin müctəhidlərinin karikaturalarını dərc etdirdiyinə görə onun ölü­­münə fitva verənlərdən özünümüdafiə məqsədilə silah alıb gəz­dirməyə məcbur olması barəsindədir.
Ölçüsü: 22x34 sm; həcmi: 2 vərəq; fond 6, s.v. 395*.
7.ƏRİZƏ
Rus dilində. Yazılış tarixi 23 noyabr, 1934-cü il. Harada ya­zıldığı qeyd edilməmişdir. Saya vərəqin bir üzünə qara rəng­də makina çapı ilə yazılmışdır. H.Məmmədquluzadə tə­rə­findən Azərbaycan Dövlət Nəşriyyatının direktoruna yazıl­mışdır.

Məzmunu: C.Məmmədquluzadənin əsərlərini, sənədlərini, kitablarını, digər əşyalarını muzeyə təqdim etdiyini bildirir. Onun 371966 №-li brauninq tipli tapançasının həmin mu­zeydə qorunması üçün vermək istədiyini bildirir. H.Məm­mədquluzadə həmin tapançanın Mirzə Cəlilin həyatındakı ta­rixi əhəmiyyətini də qısa şəkildə yazaraq ərizəyə əlavə etmişdir.
Ölçüsü: 22x30 sm; həcmi: 2 vərəq; fond 6, s.v. 398*.

Yüklə 2,33 Mb.

Dostları ilə paylaş:
1   ...   172   173   174   175   176   177   178   179   ...   295




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin