Афаг Ялийева



Yüklə 2,33 Mb.
səhifə178/295
tarix26.12.2016
ölçüsü2,33 Mb.
#3423
1   ...   174   175   176   177   178   179   180   181   ...   295
14.SIĞORTA KİTABÇASI
Rus dilində. Yazılış tarixi aprel, 1929-cu ildən – mart, 1930-cu il. Kitabça bənövşəyi mürəkkəblə yazılmışdır. Üzü açıq bənövşəyi rəngdədir. Kitabçanın əvvəlində həm Azərbaycan dilində latın əlifbası ilə, həm də rus dilində ev qulluq­çusunu qəbul etmək barəsində 4 bənddən ibarət şərtlər vardır. Kitabçanın üzərində qara hərflərlə «Azerbaydjanskiy Respublikanskiy Komitet Soü. Straxovaniə. Liüovoy sçёt straxovatelə № 1843. Knijka obcəvleniy № 1743 dlə uplatı straxotçisleniy za domrabotniüu. Po tarifu 2 rub. 15 kop.» qeyd edilmişdr. Hər səhifədə ödəyən tərəf kimi «Mixailova» imzasına rast gəlinir. Aylar üzrə ödənilən məbləğlərin kötükləri saxlanılaraq, özləri cırılıb götürülmüşdür.

Məzmunu: Ev qulluqçusu ilə hesablaşma barəsindədir.
Ölçüsü: 11x8,5 sm; həcmi: 19 vərəq; fond 6, s.v. 410*.
15.SİYAHI
Rus dilində. Yazılış tarixi 1906-cı il, Tiflis. Ayı və günü qeyd edilməmişdir. Saya vərəqin hər iki üzünə qara mürəkkəb­lə yazılmışdır. Sonda qara karandaşla belə bir qeyd var: «1906 qod q. Tiflis. Pisala pod diktovku M.Djalila dlə tiraja kniqi otüa Axmedbeka Djevanşir».

Məzmunu: H.Məmmədquluzadənin atası Əhməd bəy Cavanşirin kitab köşklərinə, müxtəlif şəxslərə, Qori seminari­ya­sında F.Köçərliyə, Astraxanda nəşr olunan «Bürhani-tə­rəq­qi» qəzetinin redaksiyasına, «Qeyrət» mətbəəsinə göndə­rilən kitablarının siyahısıdır.
Ölçüsü: 15,5x44 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 407*.
16.SİYAHI
Rus dilində. Yazılış tarixi 1934-cü il. Ayı, günü və harada ya­zıldığı qeyd edilməmişdir. Cizgili vərəqin hər iki üzünə bə­növşəyi mürəkkəblə yazılmışdır. H.Məmmədquluzadə et­di­yi tərcümələrin siyahısını tutmuşdur.

Məzmunu: Bəhriyanın sifarişi ilə «Azərbaycan türk nağılla­rı» kitabı üçün tərcümə etdiyi 19 hekayənin adları bildirilir.
Ölçüsü: 17x20,5 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 407*.
17.SİYAHI
Rus dilində. Yazılış tarixi 12 iyul, 1944-cü il, Bakı. Ciz­gili vərəqin bir üzünə bənövşəyi mürəkkəblə yazılmışdır. H.Məm­mədquluzadə gördüyü işlərin siyahısını tutmuşdur.

Məzmunu: AzOZFAN-ın sifarişi ilə 1931-ci ildən Əhməd­bəy Cavanşir və 1934-cü ildən Molla Nəsrəddin haqda xa­tirə yazmağa başladığını, Mirzə Cəlilin «Poçt qutusu», «Yan tütəyi», «Rus qızı» hekayələrini, V.Luqovskinin sifarişi ilə «Antaloqiə» üçün Azərbaycan şairlərinin şeirlərini, pro­fessor Bəhriyanın sifarişi ilə 19 hekayə, «İnqilab ədəbiy­yatı» jurnalında dərc olunan N.Nərimanov haqda hekayəni, Mir Cəlalın «Voskresnıy çelovek» əsərini, 1935-ci ildən isə «Literaturnıy Azerbaydjan» jurnalı üçün tərcümələr et­diyini bildirir.
Ölçüsü: 17x20,5 sm; həcmi: 2 vərəq; fond 6, s.v. 407*.

18.ŞƏHADƏTNAMƏ
Vərəqin yarısında Azərbaycan dilində ərəb əlifbası ilə, digər yarısında isə həmin mətn rus dilində. Yazılış tarixi 8 fevral, 1903-cü il, Tiflis. Şəhadətnamə Ruhani İdarəsinin sədri, Zaqafqaziya Şeyx-ül-İslamı A.A.Axundzadə, idarənin üzv­ləri A.A.Sultan Hüseynbəyov, A.Qazızadə, katib H.Hə­sən­zadənin imzaları ilə təsdiqlənmişdir. Zaqafqaziya Şiə Ru­hani İdarəsi tərəfindən Şuşa qəzasının Kəhrizli kəndində ya­şayan Həmidə xanıma verilmişdir.

Məzmunu Əhməd bəy Cavanşirin İbrahimbəyin qızı Xeyran­sa xanımla birgə nikahından olan Həmidə xanımın 1872-ci il, 24 dekabrda anadan olması təsdiqlənir.
Ölçüsü: 22x35 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 391*.

Yüklə 2,33 Mb.

Dostları ilə paylaş:
1   ...   174   175   176   177   178   179   180   181   ...   295




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin