Афаг Ялийева



Yüklə 2,33 Mb.
səhifə177/295
tarix26.12.2016
ölçüsü2,33 Mb.
#3423
1   ...   173   174   175   176   177   178   179   180   ...   295
8.DƏVƏTNAMƏ
Rus dilində. Yazılış tarixi 25 may, 1940-cı il. Harada yazıldığı qeyd edilməmişdir. Saya vərəqin bir üzünə qəhvəyi rəngdə makina çapı ilə yazılmışdır. Üz vərəqində «XX Az. SSR» qeyd edilmişdir. Azərbaycan Sovet Yazıçılar İttifaqı tərəfindən Həmidə xanıma verilmişdir.

Məzmunu: 1940-cı il, mayın 25-də axşam saat 10-da «Mosk­va» mehmanxanasının Mərmər zalında Azərbaycan Ədə­biyyatı Dekadası nümayəndələri ilə keçiriləcək görüşə də­vətnamədir.

Ölçüsü: 12x7 sm; həcmi: 2 vərəq; fond 6, s.v. 401*.
9.QƏBZ
Rus dilində. Yazılış tarixi 5 iyun, 1916-cı il. Harada yazıl­dı­ğı qeyd edilməmişdir. İki qatlanmış saya vərəqin bir üzünə qa­ra mürəkkəblə yazılmışdır. Əsgər Deputatlar Şurasının səd­ri tərəfindən H.Məmmədquluzadəyə verilmişdir.

Məzmunu: Sənəddə Həmidə xanımın 24 fevral, 1916-cı il­dən silah saxlamaq hüququ olduğu bildirilir.
Ölçüsü: 17,5x11 sm; həcmi: 1+1 (boş) vərəq; fond 6, s.v. 393*.
10.QƏBZ
Rus dilində. Yazılış tarixi və harada yazıldığı qeyd edilmə­mişdir. Saya vərəqin bir üzünə qara rəngdə makina çapı ilə yazılmışdır. Qəbz muzeyin direktoru Salamovun imzası və möhürlə təsdiqlənmişdir. Azərbaycan Dövlət Muzeyi tərə­findən Həmidə xanıma verilmişdir.

Məzmunu: Sənəddə brauninq tipli 7 kolibrli 371966 №-li tapança, 8 güllə, kabura və həmin silahın 12 aprel, 1926-cı il tarixli 116 №-li vəsiqəsinin Muzeyə təqdim edildiyi bildirilir.
Ölçüsü: 15,5x19 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 399*.
11.QƏBZ
Rus dilində. Yazılış tarixi 20 aprel, 1932-ci il, Bakı. Ciz­gi­li vərəqin bir üzünə bənövşəyi mürəkkəblə yazılmışdır. Qəbz AZOZFAN-nın sədri Ə.Nazim tərəfindən təsdiqlənmişdir.

Məzmunu: Həmidə xanımdan C.Məmmədquluzadənin 59 ad­da əlyazmasının, sənədlərinin və «Molla Nəsrəddin» jurna­lının 1906, 1909, 1922, 1924-1928-ci illərin komplektlərinin alındığı bildirilir.
Ölçüsü: 22x17 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 399*.
12.QƏBZ
Rus dilində. Yazılış tarixi 22 oktyabr, 1935-ci il, Bakı. Sa­ya vərəqin bir üzünə qırmızı mürəkkəblə yazılmışdır. Qəbz Azərbaycan SSR Elmlər Akademiyası Zaqafqaziya filia­lı Azərbaycan şöbəsinin rəhbəri tərəfindən təsdiqlənmişdir.

Məzmunu: C.Məmmədquluzadənin H.Məmmədquluzadə tərəfindən yazılmış 62 səhifəlik tərcümeyi-halının Ədəbiyyat şöbəsində saxlanıldığı bildirilir.
Ölçüsü: 14,5x21 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 399*.
13.MANDAT
Rus dilində. Yazılış tarixi 23 iyun, 1921-ci il. Saya vərəqə bənövşəyi rəngdə makina çapı ilə yazılmışdır. Sonda mü­dir və katibin imzası ilə təsdiqlənmişdir. ASSR Xalq Maa­rif Ko­missarlığının professional-texniki təhsil şöbəsi tərəfindən H.Məm­mədquluzadəyə verilmişdir.

Məzmunu: Az. XMK-nın professional-texniki təhsil şöbəsinin müvəkkili təyin edilən H.Məmmədquluzadəyə Kəhrizlidə xalçaçılıq məktəbinin açılmasında köməklik göstərilməsi barəsindədir.

Ölçüsü: 17,5x11 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 394*.

Yüklə 2,33 Mb.

Dostları ilə paylaş:
1   ...   173   174   175   176   177   178   179   180   ...   295




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin