Afrikanın coğrafi mövqeyi, sahəsi, sərhədləri və sahil xətti



Yüklə 60,83 Kb.
səhifə10/16
tarix12.04.2022
ölçüsü60,83 Kb.
#55215
1   ...   6   7   8   9   10   11   12   13   ...   16
Afrika tam

Atlas dağları

Atlas dağları Afrikanın şimal-qərbində yerləşir.Qərbdə Atlantik okeanı, şimalda və şərqdə Aralıq dənizi, cənubda isə Böyük Səhra ilə əhatə olunur.Böyük Səhra ilə sərhəd Şott çökəkliyinin şimal kənarı, Səhra Atlasının cənub ətəyi, qərbdə Draa vadisi və Antiatlasın cənub ətəyi üzrə keçir. Sahəsi 925 min kv.km-dir.

Atlas dağlarını qərbdən və şimaldan əhatə edən dənizin qitə dayazlığı sahəsi çox ensizdir. Atlas dağları Aralıq dənizi subtropik zonası ilə Afrikanın tropik zonası arasında keçid qurşağında yerləşir və hər iki qurşağın təbiətinə xas olan əlamətləri daşıyır. Öz təbii şəraitinə görə Atlas dağları Priney yarımadasını çox xatırladır. Bu oxşarlıq hər iki ərazinin morfosturuktur xüsusiyyətlərində özünü daha qabarıq göstərir. Eyni zamanda Aralıq dənizi sahillərindən cənuba doğru hərəkət etdikcə Böyük Səhranın təsiri çox hiss olunur. Yüksək daxili yaylalarda iqlim daha quraq keçir, Səhra Atlasında artıq tropik səhralara xas olan iqlim və landşaft əlamətlərinə daha çox təsadüf edilir. Səhra Atlasının cənub ətəyindən cənuba doğru Böyük Səhranın ucsuz-bucaqsız qumlu və gilli səhraları başlanır.

Atlas dağlarının relyefində dağlar və yaylalar üstündür. Ovalıqlar qərbdə Atlantik okeanı sahili ilə Mərakeş yaylası və Rif dağları arasında, daha kiçik ovalıqlara isə Alçaq Atlas dağlarında sinklinal əyilmələrdə və Tunisin şərqində rast gəlinir.

Aralıq dənizi sahilləri ilə Cəbəlüttariq boğazından Tunis boğazına qədər alp qırışıqlığına aid edilən alçaq və orta hündürlükdəki dağlar uzanır. Qərbdə asimmetrik yamacları erozion dərələrlə çox kəsilmiş Rif Atlası (ən uca zirvəsi Cəbəl-Tidiqindir. 2451 m) yerləşir. Rif Atlası Tres-Forkas burnunda və Muluyya çayı dərəsində qurtarır. Buradan şərqdə sahil boyu ilə Tell-Atlas uzanır. Mezozoy və Kaynazoy çöküntülərindən ibarət olan Tell-Atlasda qalxmaların özəyində kristallik süxurlar üzə çıxır. Bu dağlarda 3 oroqrafik zona ayrılır: 1.sahil tirələri (yüksəkliyi Lalə-Xədicə dağında 2308 m ), 2.dağarası çökəklər, 3.cənub tirələr. Tell-Atlasdan cənubda yüksək Şott yaylası yerləşir. Yaylanı təşkil edən kristallik süxurların üzəri paleozoy, mezozoy çöküntüləri ilə örtülüdür. Pleystosendə Şottların yerində göllər var idi. Hazırda həmin göl çökəklərində su yağışdan-yağışa toplanır və tez bir zamanda buxarlanıb yox olur. Şott yaylasında yerləşən böyük çökəklər qərbdə Oran Şottları hövzəsi, şərqdə hodna hövzəsi adlanır.

Şott yaylasından cənubda Səhra Atlası dağları ucalır. Bunlar cənub-qərb, şimal-şərq istiqamətində uzanan ayrı-ayrı massivlərdən və silsilələrdən ibarət (Ksur və Cəbəl-Amur) ,kristallik süxurlardan əmələ gəlmiş, səthi hamar faylı dağlardır.

Səhra Atlasında şərqdə yerləşən Tunis dağları üçüncü dövrün əvvəllərində baş vermiş qırışıqlıq mərhələsində yaranmış qırışıq-faylı dağlardır. Mezozoy çöküntülərindən qurulmuşdur.

Tunis dağlarından cənub-qərbdə bir neçə qısa sıra dağdan ibarət olan Ores dağları vardır. Əsasən paleogen çöküntülərindən ibarətdir.

Atlas dağlıq ölkəsinin ən mühüm oroqrafik vahidlərindən biri Mərakeş Atlasıdır. Bütün Atlas dağlıq ölkəsinin ən böyük və yüksək dağ silsilələri buradadır. Mərakeş Atlası kaledon və herstin qırışıqlığı zamanı əmələ gəlmiş meqaantiklinoriumdur. Yüksək sahələrdə qədim kristallik süxurlar səthə çıxır. Alp qırışıqlığı və Alp orogenezinin bu dağlara böyük təsiri olmuşdur. Ən yüksək massivi Cəbəl-Tubkal dağı (4165 m) eyni zamanda bütün Atlas ölkəsinin ən uca dağıdır. Yüksək Atlasdan şimalda Orta Atlas, ondan cənubda isə Antiatlas sıra dağları yerləşir. Yüksək Atlas Orta Atlasdan Muluyya tektonik çökəyi ilə, Antiatlasdan Sus çökəyi ilə ayrılır. Antiatlas geoloji quruluşuna görə Böyük Səhraya daha yaxındır.

Mərakeş Atlasından qərbdə Mərakeş Mesetası yerləşir. Bu yayla şimal, orta və cənub hissələrdə kristallik süxurlardan, qalan yerlərdə paleozoy, mezozoy və neogen dəniz çöküntülərindən, alçaq ovalıqlarda və dəniz sahillərində isə dördüncü dövrün çay və dəniz allüvisindən ibarətdir. Um-Ər-Rabna və Tensfit çayları yayla daxilində kanyonvari dərələrlə axır. Mərakeş yaylası şimaldan Sebu çökəyi ilə əhatələnir. Atlas dağları ölkəsində müasir tektonik hərəkətlər və relyefin aktiv inkişafı davam etməkdədir. Ərazidə güclü zəlzələlərin təkrar olması, cavan dəniz və çay terraslarının yüksəyə qalxması bunu sübut edir. Atlas dağları ölkəsi Aralıq dənizi subtropik iqlim qurşağında yerləşir. Onun şimal hissəsi bilavasitəbu dənizin təsiri altındadır və buna görə də Cənubi Avropada olduğu kimi tipik Aralıq dənizi subtropik iqliminə malikdir. Bununla belə həmin sahələrin iqliminə qonşuluqda yerləşən Böyük Səhranın təsiri də az deyildir. Bu təsir özünü yağıntıların azalmasında, buxarlanmanın, sutkalıq və illik temperaturunun artmasında göstərir. Yayda Atlas dağları vilayəti yüksək təzyiq sahəsində yerləşir və passat sirkulyasiyası zonasında qalır. Qışda yüksək təzyiq zonası və passat sirkulyasiyası zonası bir qədər cənuba-Böyük Səhraya çəkilir. Atlas dağları alçaq təzyiq zonasında qalır və müxtəlif istiqamətlərdən küləklər əsir , yağıntılar çox düşür. Yayda burada sirokko adlanan qızmar tozlu küləklər əsir.

Yanvar ayında orta temperatur dəniz səviyyəsində 10-12º , dağlarda isə alçaqdır ,Yüksək Atlasda qar yağır və 6-9 ay qalır. Daxili yaylalarda qış şaxtalı keçir və 2, 4, 5 aya qədər davam edir , temperatur -10-17 º-yə düşür . İyul ayının orta temperaturu 24-27 º-yə çatır . Ən yüksək temperatur 35-40 º olur. Bəzən belə temperatur gecələr 35 º-dən aşağı düşmür. Yağıntıların orta illik miqdarı Aralıq dənizi sahillərində və yamaclarda 800 mm- qədərdir. Daxili yaylalarda 400 mm-dən artıq deyildir. Səhra Atlası ətəklərində, Antiatlasda 200 mm yağıntı düşür.

Atlas dağlarında böyük çaylar yoxdur. Ən böyük çayları Şeliff , Muluyya , Um-ər Rabia , Sebu və s-dir. Bəzi çayların aşağı axarında axımı çox zəif olduğundan bataqlıqlar yaranır .( məsələ Sebu çayının aşağı axarında və s. ).

Atlas dağları Aralıq dənizi subtropik iqlimi sahəsində yerləşdiyindən burada Aralıq dənizi subtropik bitkiləri geniş yayılmışdır . Bununla yanaşı dağlıq sahələrdə Orta Avropa üçün xarakterik olan eyni yarpaqlı ağaclar , yaylalarda kol bitkiləri , Böyük Səhranın təsirinə daha çox məruz qalan cənub ərazilərdə yarımsəhra və səhra bitkiləri geniş yer tutur .

Atlas dağları ərazisinin landğaftlarında müxtəlif növlü meşə və kolluqlar , çöllər üstünlük təşkil edərək ölkə ərazisinin əsas hissəsini tutur. Aralıq dənizi vilayətinin arid sahələrində ən çox makvis və tarriqa tipli xırda , bərk yarpaqlı kolluqalar , İnkişaf etmişdir. Rütubətin orta dağ yamacında isə kolluqları əsasən müxtəlif palıd , qismən sidr , şam ağaclarından ibarət meşələr əvəz edir . Palıd ağacının Aralıq dənizi vilayətinin qərbində geniş yayılmış növlərindən mantar palıdını , daş palıdı , luzitaya palıdını göstərmək olar .

Atlas dağlarında iynəyarpaqlılardan hələb şamı, bərbər mazı ağacı , sərv ağacı ,Atlas sidr ağacı geniş sahələrdə meşələr yaradır. Faydalı ağaclardan zeytun ağacına , Atlas püstəsinə və s. rast gəlinir. Atlas sidr ağacı Şimali Afrikada ən nəhəng ağacdır . Onun hündürlüyü 45 m , gövdəsinin diametri 9 m-ə çatır. 1300-2300 m yüksəklikdə , yağıntısı çox olan , qışı sərt və qarlı yamaclarda bitir. Atlas dağları sahəsində kol bitkilərinin flora tərkibi kasıb olsa da geniş yayılmışdır. Əsas kol formasiyası yaradan növlər zeytun , saqqız ağacı , süpürgə , böyürtkən , cırtdan palma və s.dir.

Mərakeş, Əlcəzair və Tunisin yaylalarında , Səhra Atlasında, quru iqlimli orta dağ yamaclarında çöl və kolluq , çöl formasiyası üstündür . Qərbi Mərakeş çöllərində taxil bitkilərindən stipa tortilis , Acacia Cummifera və arqan ağacı keniş yer tutur.

Böyük Səhranın təsiri daha çox hiss olunan cənub rayonlarında yarımsəhra və səhra formasiyası , qonur , qumlu , gilli və şoran torpaqlar yayılmışdır. Ağac və iri kol bitkiləri yalnız rütubətli dərələrdə bitir.

Atlas dağlarında 3000 m-dən yüksəkdə subalp və alp çəmənlikləri yerləşir. Tipik alp çəmənləri olduqca az sahə tutur.

Atlas dağları sahəsi böyük məsafədə qərbdən şərqə və şimaldan cənuba uzanmaqla , mürəkkəb oroqrafik quruluşa və rəngarəng landşaftlara malikdir. Onun böyük hissələri bir-birindən fiziki-coğrafi landşaftın xarakterinə görə xeyli fərqlənir. Buna görə bu böyük təbii sahə aşağıdakı fiziki-coğrafi vilayətlərə ayrılır: 1.Şimal kənar dağlar vilayəti ; 2. Yüksək Şott yaylası ; 3. Səhra Atlası ; 4. Tuni dağları və düzənlikləri ; 5. Mərakeşi mesetası və Sebu ovalığı ; 6. Cənubi Mərakeş dağlıq sahəsi.


Yüklə 60,83 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin