Afrikanın coğrafi mövqeyi, sahəsi, sərhədləri və sahil xətti



Yüklə 60,83 Kb.
səhifə7/16
tarix12.04.2022
ölçüsü60,83 Kb.
#55215
1   2   3   4   5   6   7   8   9   10   ...   16
Afrika tam

Heyvanları

Afrika heyvanlar aləminə görə başqa qitələrdən kəskin fərqlənir. Bu qitədə olan müxtəlif heyvan növlərinin bir çoxuna başqa qitələrdə, həmçinin Afrika ilə eyni coğrafi enliklərdə yerləşən sahələrdə belə rast gəlmək mümkün deyildir. Qitənin şimal hissəsi (Böyük Səhra və Atlas dağları) Qolarktika zoocoğrafi vilayətinə, qalan hissəsi isə Həbəşistan (Efiopiya) zoocoğrafi vilayətinə daxildir. Madaqaskar və ona yaxın olan adalar Madaqaskar zoocoğrafi vilayətinə aid edilir.

Qolarktikanın Aralıq dənizi yarımvilayətinə aid edilən Şimali Afrika heyvanlar aləminə görə Cənubi Avropa, Aralıq dənizi adalarına çox yaxındır. Lakin burada özünəməxsus heyvan növləri ilə yanaşı (tək hürgüclü dəvə, yallı qoyun, Afrika dəvəquşusu, buynuzlu gürzə, Əlcəzairdə və Mərakeşdə quyruqsuz makaki meymunu və s.) Həbəşistan vilayəti üçün xarakterik olan heyvan növlərinə də rast gəlinir (Atlas dağlarında gözlüklü ilan və s.). Hər iki vilayət üçün səciyyəvi olan heyvanlardan antilop, şir, vəhşi pişik, zolaqlı kaftar, çaqqal və s. göstərmək olar. Bunlardan əlavə Böyük Səhrada sürünənlərin bir çox növləri, müxtəlif kərtənkələlər, quşlardan flaminqo, dəvəquşu və s. vardır. Qışda buraya şimal ölkələrindən külli miqdarda quşlar uçub gəlir.

Həbəşistan zoocoğrafi vilayətinin heyvanlar aləmi də çox zəngindir. Bura üçün xarakterik heyvanlardan savannalar zonasında yaşayan zürafə, tropik Afrikada geniş areala malik olan şir, hippopotam, kərgədan, Afrika fili, zebr (şərqi və cənubi Afrikada), Afrika tovuz quşu (Konqo hövzəsinin şərqində), qorilla, şimpanze və s. həşəratlardan canlılar üçün çox təhlükəli olan sese milçəyi, yırtıcılardan savanna və seyrək meşələrdə çox yayılmış leopard, vəhşi pişik, kaftar, gəmiricilərin bir çox növü geniş yayılmışdır. Afrikada bir çox heyvanların arealını insan xeyli məhdudlaşdırmışdır. Ümumiyyətlə əhalisi sıx olan yerlərdə heyvanlar, xüsusən yırtıcılar çox qırılmışdır.



Yüklə 60,83 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin