Afrikanın coğrafi mövqeyi, sahəsi, sərhədləri və sahil xətti


Afrikanın böyük çayları haqqında məlumat cədvəli



Yüklə 60,83 Kb.
səhifə4/16
tarix12.04.2022
ölçüsü60,83 Kb.
#55215
1   2   3   4   5   6   7   8   9   ...   16
Afrika tam

Afrikanın böyük çayları haqqında məlumat cədvəli

Çayların adı

Uzunluğu

(km-lə)


Sutoplayıcı hövzəsinin sahəsi (min km2)

İllik axımı

(km2-lə)



Sülb axımı

(mln. ton-la)



Nil

6671

2800

70

88

Konqo

4700

3690

1350

68

Niger

4160

2092

293

67

Zambezi

2660

1330

500

100

Narıncı

1860

1020

91

153

Seneqal

1430

441

-

-

Afrika çaylarının illik su rejimi onların qidalanması ilə sıx bağlıdır. Çaylar yağış suları hesabına qidalanır. Qar suları olduqca az sahədə kiçik çayların qidalanmasında müəyyən rol oynayır (Atlas dağlarında, cənub kənar dağlarında, Klimancaro, Keniya, Elqon və s. dağlarda).

Çaylar yağış suları ilə qidalandığından yağıntılı fəsildə onlar olduqca çox su aparır, quraq dövrdə isə lap dayazlaşırlar. Ekvator qurşağı çaylarında səviyyə il boyu yüksək olur. Şimal subekvator qurşağı çayları şimal yarımkürəsi yayında, cənub subekvator qurşağı çayları isə cənub yarımkürəsi yayında daşırlar. Aralıq dənizi və Kap vilayəti çayları qışda çox su axıtdığı halda, yayda bəzən quruyurlar. Aşağıda Afrikanın böyük çaylarının qısa səciyyəsi verilir.

Nil uzunluğuna görə dünyada birinci, sutoplayıcı hövzəsinin sahəsinə görə beşinci yeri tutur. Nil öz mənbəyini ekvatorial Şərqi Afrikadan götürür. Bu nəhəng çayın mənbəyini Stenli (1875-ci ildə) kəşf etmişdir. O müəyyən etmişdir ki, Nilin başlanğıcını Viktoriya gölünə tökülən Kaqera çayı təşkil edir.

Nil yuxarı axarında çox yağmurlu yaylalardan axır və burada bir çox göllər onun səviyyəsini tənzim edir. Yuxarı axarında çay çox suludur. O, Viktoriya gölündən Kioqa gölünə (bu hissə Yuxarı Nil adlanır), burada suyunu bir qədər də artırıb Albert gölünə (Viktoriya Nil), buradan isə çox sulu böyük çay kimi Yuxarı Nil çökəyinə (Şərqi Sudan çökəyinə) yollanır (bu hissə əvvəlcə Albert-Nil, sonra Bəhr-Əl-Cəbəl çayı adlanır). Yuxarı hissədə çay çox suludur, iti axır, bir çox astana və şəlalələr (Murçison, hündürlüyü 50 m) yaradır.

Şərqi Sudan çökəyində çayın sürəti azalır, o çoxlu qollara ayrılır, suyu geniş əraziyə yayılır. Bataqlıq və qamışlıqlardan ibarət olan bu sahədə Nil bir çox qol qəbul edir (Bəhr-Əl-Qəzəl, Sobat və s.) və buradan aşağı Ağ Nil adlanır. Xartum yaxınlığında Nil sağdan özünün ən böyük qolu olan Göy Nili qəbul edir. Həbəşistan yaylasının geniş daxili və qərb hissəsinin sularını toplayan Göy Nil çox suludur. Çay öz axırıncı qolu Atbaranın mənsəbindən aşağı 2700 km məsafədə heç bir qol qəbul etmədən Böyük Səhranın şərq hissəsini cənuban şimala kəsib keçir və Aralıq dənizinə tökülməzdən əvvəl özünün yaratdığı böyük deltada (sahəsi 22 min km2) bir çox qollara ayrılır.

Nil səhrada qutuvarı terraslı dərə ilə axır. O burada Nubiyə qumdaşlarını və kristallik süxurlarını kəsir və böyük dirsəklər yaradır. Səhrada çay bir çox astanalar əmələ gətirir. Bu astanalar hələ Misir fironları dövründən ekspedisiyaların və səyyahların qitənin içərilərinə (yeganə yoldur) daxil olmasına ciddi maneə törətmişdir.

Misir ərazisində çay geniş terraslı vadi ilə axır. Bu sahədə Nil dərəsi olduqca sıx məskunlaşmışdır (800 nəfər).

Nil çayının səviyyəsi yuxarı axarında iyun ayından başlayaraq qalxır və yüksək səviyyə dalğası çayın orta-aşağı axarında yalnız avqust və sentyabrda çatır. Çay Böyük Səhradan keçdikdə öz sularının yarıya qədərini itirir. Buna baxmayaraq Qahirə yaxınlığında onun səviyyəsi 6-7 m-ə qalxır.

Nil çayı üzərində suvarma məqsədi ilə kiçik hidrotexniki qurğular hələ eramızdan çox qabaqlar tikilmişdir. Son iki əsrdə bu çay üzərində bir neçə bənd inşa edilmişdir. Bunlardan ən böyüyü Asuan bəndidir.

Konqo (qədim adı Zair) sululuğuna görə yalnız Amazon çayından geridə qalır. Konqo çökəyinə meyli olan geniş ekvator və subekvator qurşaqlarının səth suları bu çaya axır. Konqo hövzəsində çay şəbəkəsi sıx, çaylar (hətta kiçik çaylar belə) çox suludurlar.

Konqonun başlanğıcı Luapula çayının sağ qolu Zambezidir. Çay Konqo adını yalnız Mveru gölündən çıxan Lüvua və Lualaba çayları birləşdikdən sonra alır. Konqo iki dəfə ekvatoru kəsir. Çay sağdan və soldan (yəni şimal və cənub subekvatoru qurşaqlarından) bir çox qol qəbul edir. Onun sutoplayıcı hövzəsinin və qollarının çoxu ekvatordan cənubdadır. Çayın sol qollarının sahəsi sağ qolların sahəsindən iki dəfə artıqdır. Konqonun ən böyük sol qolu Kasai çayıdır. Bu çay bütün Lunda və Qərbi Katanqa yaylalarının şimala meyli olan sahələrinin suyunu toplayır. Sağda böyük qollar Uele-Ubanqidir. Çay qollarının və sutoplayıcının qeyri-bərabər paylanması, sahənin assimetrikliyi su rejiminə təsir göstərir. Ümumiyyətlə Konqo il ərzində çox sulu olur. Lakin cənub yarımkürəsi yayında (noyabr-fevral aylarında) cənub qollar çaya daha çox su gətirir. Bu vaxt Konqoda səviyyə çox qalxır. İkinci zəif səviyyə qalxması şimal yarımkürəsinin yay fəslində olur. Konqoda yüksək və alçaq səviyyə arasında fərq başqa çaylarda olduğu kimi çox da böyük deyildir. Yüksək səviyyə zamanı su sərfi 60 min m3/san, alçaq səviyyə zamanı 30 min m3/san-dir.

Konqo çayı və qolları üzərində bir çox astana və şəlalələr vardır. Konqo çayının yatağı okean dibində 200 m dərinliyə qədər davam edir. Konqo okeana o qədər su gətirir ki, böyük məsafədə okean suyunun rəngini dəyişir və şirinləşdirir.

Niger öz mənbəyini subekvator qurşağında bol yağıntılı yüksəkliklərdən (Leone-Liberiya massivindən) götürüb, böyük məsafədə şimal-şərqə, Böyük Səhraya tərəf axır və 16-17° şimal enliklərində öz istiqamətini dəyişib şərqə, sonra isə cənub-şərqə axır. Öz yolunda Niger böyük bir yarımdairə cızır və dənizə töküldüyü yerdə sahəsi 25 min km2-dən çox olan delta yaradır. Niger öz yuxarı və aşağı axarında çox suludur. Orta axarında o suyunun əksəriyyətini qumlara hopdurur və buxarlanmaya itirir. Burada çayın suyundan suvarma məqsədi ilə də çox istifadə edilir. Sequ və Timbuktu şəhərləri arasında çay çox geniş bir sahədə qollara ayrılır, böyük subareal delta və bataqlıqlar əmələ gətirir. Nigerin böyük qolları yuxarı axarında Bani, aşağı axarında Benuedir. Nigerdə maksimal axım may-oktyabrda olur. Ümumiyyətlə çay mürəkkəb rejimə malikdir. Yuxarı axarda çox sulu, orta axarda az sulu, aşağı axarında isə nəhəng bir çaydır. Burada onun eni 4-5 km, dərinliyi 20-30 m-dir. Niger də Nil və Konqo kimi astanalı olduğundan bütün axarı boyu gəmiçiliyə yaramır.


Yüklə 60,83 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin