Afrikanın coğrafi mövqeyi, sahəsi, sərhədləri və sahil xətti



Yüklə 60,83 Kb.
səhifə14/16
tarix12.04.2022
ölçüsü60,83 Kb.
#55215
1   ...   8   9   10   11   12   13   14   15   16
Afrika tam

Şərqi Afrika

Afrikanın digər təbii-coğrafi sahələrindən fərqli olaraq Şərqi Afrika ümumiyyətlə qitənin ən hündür və tektonik qırılmalarla haşiyələnmiş hissəsini əhatə edir. İqlim və morfostruktur xüsusiyyətinə görə Şərqi Afrika təbii-coğrafi hissəsi Həbəşistan və Somali yaylası və Şərqi Afrika yaylasından ibarət 2 fiziki-coğrafi sahəyə bölünür.

Həbəşistan və Somali yaylası

Həbəşistan və Somali böyük morfostruktur element kimi qitənin başqa fiziki coğrafi sahələrindən aydın seçilir. Həbəşistan və Somalinin ümumi sahəsi 2mln kv.km-dən artıqdır.

Həbəşistan və Somalidə tabaşir dövrünün axırlarından etibarən gərgin tektonik hərəkətlər başlanır. Ərazi ümumi qalxmaya məruz qalır. Onun indiki Araf səhrası, Danakil horstu, Qırmızı dəniz və Ədən körfəzi sahələrində yerləşən mərkəzi hissəsi daha çox qalxır.

Somali istiqamətli qırılmalar Somali yarımadasını şimaldan əhatə edir və şərqdə Sokotra adasına uzanır. Bu istiqamətli qırılmalar yarımadanın cənubunda səthdə bir neçə pillə əmələ gətirir. Eritreya istiqamətli qırılmalar isə Həbəşistan yaylasını şərqdən əhatə edir. Burada yaylanın şərq yamacı çox dikdir. Qısa məsafədə səthin amplitudası 4000 m-ə çatır. Hər 2 istiqamətə aid olan dərinlik tektonik qırılmaları Avaş çayı yuxarılarında öz istiqamətini bir qədər cənub-qərbə dəyişir və Zvai, Şalla, Abaya gölləri çökəkliyindən keçib Rudolf gölünə tərəf uzanır. Həbəşistanın cənubunda tektonik quruluş yenidən bir qədər mürəkkəbləşir, hər tərəfdən tektonik qırılmalarla əhatələnən qoşa qrabenlər yaranır ( Omo çayı hövzəsindən Rudolf gölü çökəyinə uzanan şərq qraben sistemi). Şərq qraben sistemi cənubda Keniya, Klimancaro vulkanları istiqamətində, qərb qraben (Omo-Rudolf) Natron, Manyara gölləri çökəyinə uzanır. Bunların arasında və kənarlarında daha kiçik qrabenlər sistemi vardır. Abaş çökəyi qrabenindən cənubda eninə əyilmə sahəsinə yaxınlaşdıqca tektonik qırılmaların amplitudu azalır.

Həbəşistan və Somalinin müasir relyefinin əsas xüsusiyyətləri xüsusilə hipsometrik şəraiti yuxarıda qeyd edilən tektonik hərəkətlər və vulkan fəaliyyəti ilə sıx bağlıdır. Bu səbəbdən Həbəşistan yaylası daha yüksəkdir. Burada şərq və mərkəz dağlıq sahənin mütləq hündürlüyü 3000-4000 m-dən artıqdır. (Ras-Daşan 4620, Çöke dağları 4070m, Kakka 4190m). Yaylanın orta yüksəkliyi isə 1500-2000 m-dən çoxdur.

Həbəşistan və Somali yaylaları arasında yerləşən Araf səhrası çox yerdə lava örtüyündən əmələ gəlmiş, hündürlüyü 500-1000m arasında dəyişən yayladır. Onun səthində ara-sıra vulkan konusları uzanır. Şimalda yerləşən Danakil qrabeni dəniz səviyyəsindən 116 m-ə qədər alçaqda yerləşir. Bunun kənarlarında kiçik vulkan konusları ucalır. Qrabendən şərqdə Danakil horstu uzanır. Horstun yamacları pilləlidir,üzərində bir neçə vulkan mənşəli daha yüksək massivlər ucalır. (Musa-Əli 2010m, Romlo 2130m, Dubba vulkanı 1299m).

Həbəşistan və Somali ekvatorla 13 şm e arasında yerləşir. İl boyu ərazidə yüksək temperatur olur. Yüksək yaylalar müstəsna olmaqla qalan sahələrdə temperatur 20 dərəcədən aşağı düşmür.

Həbəşistan və Somali qışda şimal-şərqdən (Ön Asiya və Ərəbistan yarımadasından) gələn quru kontinental havaların, yayda isə cənub-qərb və qərbdən gələn ekvatorial mussonların təsiri altında qalır.

Həbəşistan yaylasında yağıntılar ən çox yayda düşür. Həbəşistan yaylasında (şərq və cənub-şərq kənarından başqa) 1000 mm-dən çox yağıntı düşür.

Ədən körfəzi sahillərində və Somalinin qalan ərazisində yağıntıların orta illik miqdarı 500 və 200 mm-dən azdır.

Ərazidə iqlimin yüksəkliyə görə xeyli dəyişməsi şaquli landşaft qurşaqlarının yaranmasına səbəb olmuşdur. Daha çox rütubət alan qərb,cənub-qərb yamacda isti qurşaqda ada şəklində rütubətli tropik dağ meşələri və Həbəşistan seyrək meşə bitkiləri yayılmışdır.

Somalidə kserofit həmişəyaşıl meşələrə ensiz zolaq şəklində yalnız şimalda rast gəlinir.

Araf səhrasında kollu-otlu, şoran-otlu və qumlu səhra bitkiləri inkişaf etmişdir.

Həbəşistan və Somalinin yuxarıda verilən qısa kompleks fiziki-coğrafi səciyyəsinə əsasən burada 3 fiziki-coğrafi vilayət ayırmaq olar. 1. Həbəşistan yaylası, 2.Araf-Abay qrabenləri, 3.Somali yarımadası

Şərqi Afrika yaylası

Şərqi Afrika Rudolf gölünün şimalından Zambezi çayının mənsəbinə qədər (5 şimal enindən 17 cənub eninə qədər) uzanır. O qərbdə Mərkəzi Afrika rift (böyük tektonik qırılmalar və qrabenlər) zonası dağlarının qərb ətəyi ilə (Mitumba və Göy dağlar), şərqdə isə Hind okeanı ilə əhatələnir. Sahəsi təxminən 2.5 mln kv.km-dir.

Şərqi Afrikada rift zonaları hələ mezozoy dövründə əmələ gəlməyə başlamışdır. Kaynozoyda qədim Afrika penepleninin səthi 1000-2000m, bəzi daha kiçik horst tipli qalxmalarda isə 3000 m və daha çox yüksəkliyə qalxmışdır. Şərqi Afrika relyefinin ən tipik formaları müxtəlif hündürlükdə yerləşən peneplenlər (yaylalar), qraben çökəkləri, horst tipli dağlar, massivlər, vulkan massivləri və lava yaylalarıdır.

Şərqi Afrikada qərbdən şərqə aşağıdakı böyük morfostruktur zonalar ayırmaq mümkündür. Mərkəzi Afrika qrabenləri sistemi. Bura Albert, Eduard, Kivu, Tanqanika çökəkləri, bunlardan qərbdə və şərqdə yerləşən horst dağları və massivləri daxildir. Cənub-şərqdə bu sistemin davamında Nyasa qrabeni və Nyasa yaylası yerləşir.

Mərkəzi Afrika qrabenləri zonasının yeganə vulkanik vilayəti Eduard və Kibu gölləri arasında yerləşir. Bu bir çox vulkan konuslarından ibarət olan Virunqa dağlarıdır.

Mərkəzi Afrika qrabenlər sistemində ən tipik və böyük qraben Tanqanika gölü çökəyidir. Bunun göl səviyyəsindən maksimal dərinliyi 1435m, kənar horst dağların yalından dərinliyi isə 3000-3500 m-dir.

Şərqi Afrika qrabenləri sistemi Həbəşistan qrabeninin cənub davamını təşkil edir.

Rudolf gölü rayonu hündürlüyü 500-1000m-ə qədər olan nisbi əyilmə sahəsidir. Burada relyefin nisbi amplitudu 500-700 m-dən artıq deyildir. Arxey suxurları üzərində yatan üçüncü və dördüncü dövr lavaları pilləli yaylalar yaradır. Yayla üzərində ara-sıra püskürmə mərkəzləri yerləşir. Rudolf gölünün cənub kənarında cavan Tələki vulkanı (1646m),ondan cənubda sönmüş vulkan konusları yerləşir (Niyru 2805m). Buradan cənubda qrabenlər 2 qola ayrılır. Qısa qərb qol Rudolf gölünün cənub-qərbindən Viktoriya gölünün şimal-şərq küncünə (Kavirondo körfəzinə) uzanır. Bu qrabenlər zonası morfoloji cəhətdən az effektli olub yer səthi relyefində böyük əyriliklər əmələ gətirmir. Lakin qrabenin kənar qırılmaları üzərində möhtəşəm vulkanlar uzanır. Bunlardan ən böyüyü qalxanvari formalı Elqon vulkanıdır. (hündürlüyü 4321m). Viktoriya gölü rayonunda qırılmaların amplitudu azalır.

Rudolf gölündən cənubda uzanan Şərqi Afrika qrabenləri zonası daha uzun olmaqla morfoloji cəhətdən çox effektlidir. Bu qraben Rudolf gölündən Luanqva (Lvanqa) dərəsinə qədər uzanır. Bu zonada şərqi Afrikanın geniş cavan vulkanik sahəsi yerləşir. Yaylanın kristallik əsası da burada xeyli yüksəyə qalxmış dır. Bir neçə kiçik qollara ayrılan əsas Şərqi Afrika qrabeni Suquta çayı dərəsi, Nayvaşa, Natron, Manyara, Eyasi gölləri çökəkləri üzrə uzanır. Bu zonada Şərqi Afrikanın ən nəhəng vulkanik dağları ucalır. Qrabenlər zonasından şərqdə zirvələri daimi qar xəttindən yuxarı qalxan Keniya (5199m) və Klimancaro (5895m) vulkanik dağları yerləşir. Böyük vulkan massivləri ətəyində geniş ətraf yayladan xeyli yüksək olan lava yaylaları vardır. Klimancarodan qərbdə çox dik yamaclı Meru vulkanı (4567m) ucalır. Natron və Eyasi gölləri arası sahə bir çox vulkan konusları ucalan yayladır. Burada Lenqan (2878m), Helay (2947m) Lulmalasin (3648m) və bir çox başqa kiçik vulkanlar nəhayət nəhəng Nqoronqoro kalderası yerləşir.

Şərqi Afrika yaylası Hind okeanı sahilinə tədricən pilləli alçalır. Burada bir çox şimal-şərq-qərb istiqamətli qırılmalar zonası yerləşir.

Şərqi Afrikanın iqlimi onun ekvatorial, subekvatorial və tropik qurşaqda yerləşməsindən ərazidə hipsometrik amplitudun böyüklüyündən nəhayət rütubət gətirən hava kütlələrinin istiqamətindən və rejimindən asılı olaraq xeyli dəyişkəndir. Ekvatorial zonada yayla səthində illik temperatur az dəyişir və 19-22 arasında olur.

Şərqi Afrikada yağıntılar qeyri-bərabər paylanmışdır. Mərkəzi qrabenlər sistemini qərbdən əhatə edən dağların qərb yamaclarında yağıntıların (Ruvenzoridə) illik miqdarı 2000 mm-dən çoxdur. Yaylanın geniş daxili hissələrində və sahil rayonlarında 800-900 mm (Zənzibarda 1486mm), şərq yamacda isə 1100-1200 mm yağıntı düşür.

Şərqi Afrika Atlantik, Hind okeanları və Aralıq dənizinin suayırıcısıdır. Qitənin ən böyük çayları (Nil, Konqo) və Hind okeanına tökülən bir çox kiçik çaylar öz mənbəyini buradan götürür.

Şərqi Afrikanın bitki örtüyündə tropik savannalar əsas yer tutur. Burada yüksək otlu, seyrək ağaclı savannadan tutmuş, kollu savannaya və tropik çöllərə qədər müxtəlif bitki formasiyasına rast gəlmək mümkündür.

Şərqi Afrika yaylası savannalarında akasiyaların (o cumlədən zürafə akasiyası, baobab) və sukkulentlərin bir çox növü yayılmışdır.

Yüksək vulkanik dağların ətəyində seyrək meşələr zonası yerləşir.

Qərb qrabenlər zonasında hakim landşaft meşəli savannalar, Rukva gölü çökəyində isə quru savannalardır. Nyasalend yaylası vilayətində yayda rütubətli əksərən yarpağınıtökən meşələr, sahil vilayətində savanna və yarpağınıtökən meşələr, şimalda isə quru çöllü savanna landşaftı hakimdir.

Şərqi Afrika fiziki-coğrafi xüsusiyyətinə görə aşağıdakı vilayətlərə ayrılır. 1. Qərb qrabenlər zonası və kənar dağları, 2.Mərkəzi yayla, 3.Nyasalend yaylası, 4. Keniyanın vulkanik yaylaları, 5.Sahil ovalığı və yüksəklikləri vilayəti.


Cənubi Afrika

Cənubi Afrika Cənubi Afrika yaylası və Madaqaskar adasını əhatə edərək iki fiziki-coğrafi sahəyə bölünür.




Yüklə 60,83 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin