Saleh Kimsələrlə Oturub-Durmağın Və Pis Kimsələrdən
(Məclislərdən) Uzaq Olmağın Müstəhəb Olması
1688. Əbu Musa rəvayət edir ki, Peyğəmbər buyurdu: “Yaxşı dostla pis
dostun məsəli ətir satanla körük vuranın məsəlinə bənzəyir. Ətir satana
gəlincə, ya o sənə ətir bağışlar, ya sən ondan ətir alarsan, ya da ondan gözəl iy
gəldiyini duyarsan. Körük vurana gəldikdə isə, ya o sənin paltarını yandırar,
ya da ondan pis iy gəldiyini duyarsan.” (Buxari 5534, Muslim 6860, 2628/146)
Qız Uşaqlarıyla Yaxşı Münasibətdə Olmağın Fəziləti
1689. Aişə demişdir: “Bir qadın iki qızı ilə birlikdə yanıma gəlib (yeməyə
bir şey) istədi. Məndə bircə dənə xurma var idi. Mən xurmanı ona verdim, o da
onu iki yerə bölüb qızların hər birinə bir yarısını verdi, özü isə ondan yemədi.
Qadın durub getdikdən sonra Peyğəmbər bizim yanımıza daxil oldu. Mən
(baş verənləri) ona xəbər verdikdə o buyurdu: “Kim qız uşaqları ilə sınağa
çəkilsə (onların qayğısına qalsa və onlara gözəl tərbiyə versə), bu qızlar
(onunla) Cəhənnəm odu arasında onu qoruyan bir sipər olar.” (Buxari 1418,
5995, Muslim 6862, 2629/147)
749
Uşağı Ölən Və Buna Görə Savab Gözləyən Kimsənin
Fəziləti
1690. Əbu Hureyrə rəvayət edir ki, Peyğəmbər buyurdu: “Üç övladı ölən
hər hansı bir müsəlmanın kimsə Cəhənnəmə girməz, yalnız Allahın vədi
yerinə yetəcək qədər girər”. (Buxari 1251, Muslim 6866, 2632/150)
1691. Əbu Səid rəvayət edir ki, bir qadın Peyğəmbərin yanına gələrək: “Ya
Rəsulullah! Kişilər sənin sözlərini öyrəndilər. O, halda biz qadınlar üçün də bir
gün ayır bizlər o, günü gəlib səni dinləyək. Sən də Allahın sənə öyrətdiyindən
bizlərə öyrət” dedi. Peyğəmbər: “Filan və Filan günü, filan yerdə toplaşın”
deyə buyurdu. Qadınlar o, günlərdə və o yerlərdə toplandılar. Peyğəmbər
onların yanına gəldi və Allahın ona öyrətdiyi şeylərdən onlara öyrətdi”. Sonra
Peyğəmbər qadınlara: “İçinizdən elə bir qadın yoxdur ki, övladlarından üç
övladı axirətə ondan öncə yollansın və bunlar onun üçün Cəhənnəmə qarşı bir
sipər (pərdə) olmasın” deyə buyurdu. Qadınlardan biri: “Ya Rəsulullah! İki
övladı ölsədə?” deyə iki dəfə təkrar edərək soruşdu. Peyğəmbər üç dəfə
təkrar edərək: “İki övlad, iki övlad, iki övlad da elədir” deyə buyurdu. (Buxari
7310, Muslim 6868, 2633/15)
1692. Əbu Hureyrə rəvayət edir ki, Peyğəmbər buyurdu: “Həddi buluğa
çatmamış üç uşaq”. (Buxari 102, Muslim 6869, 2634/153)
Allah Bir Qulunu Sevdiyi Zaman Onu Qullarına Da
Sevdirir
750
1693. Əbu Hureyrə rəvayət edir ki, Peyğəmbər buyurdu: “Uca və Böyük
olan əgər Allah bir qulunu sevərsə əmr edər Cəbrailə: «Şübhəsiz Allah filan
qulu sevər, sən də onu sev!» deyə nida edər. Cəbrail də onu sevər. Sonra
Cəbrail da səmadakıları səsləyərək: «Şübhəsiz Allah filan qulu sevir, siz də
onu sevin!». Səmadakılar da onu sevərlər. Sonra da onun sözü yer üzündə
məqbul (qəbul) sayılar. (Başqa rəvayətdə: Əgər Allah bir qulu sevməzsə əmr
edir Cəbrailə: «Şübhəsiz Allah filan qulu sevmir, sən də onu sevmə!» deyə nida
edər. Cəbrail də onu sevməz. Sonra Cəbrail da səmadakıları səsləyərək:
«Şübhəsiz Allah filan qulu sevmir, siz də onu sevməyin!». Səmadakılar da onu
sevməzlər. Sonra da yer üzündə olan insanların qəlbində (Allah tərəfindən) o,
kimsə haqqında nifrət və kin qoyular)”. (Buxari 6040, 7485, Muslim 6873,
2637/157)
Kişi Sevdiyi İlə Birlikdədir
1694. Ənəs rəvayət edir ki, (çöl ərəblərindən) bir nəfər Peyğəmbərin
yanına gələrək soruşdu: “Ya Rəsulullah! Qiyamət nə zaman qopacaq!”.
Peyğəmbər: “Sən Qiyamətə nə hazırlamısan?” deyə buyurdu. O: “Mən
(Qiyamətə) elə də çox namaz, oruc, sədəqə hazırlamadım. Lakin Mən Allah və
Rəsulunu sevirəm” dedi. Peyğəmbər: “Sən sevdiklərinlə bərabərsən” deyə
buyurdu. (Buxari 6171, 7153, Muslim 6883, 2639/164)
1695. Əbu Musa rəvayət edir ki, Peyğəmbərə : “Bir kimsə qovuşmadığı bir
topluluğu sevir” dedilər. Peyğəmbər: “Kişi sevdiyi kimsə ilə bərabərdir” deyə
buyurdu. (Buxari 6170, Muslim 6888, 2640/165)
751
Qədər Kitabı
752
İnsanın Ana Bətnində Yaradılışının Keyfiyyəti Ruzisi,
Əcəli, Əməli Və Xoşbəxt Və Ya Bədbəxt Olmasının
Yazılması
1696. Abdullah İbn Məsud demişdir: “Doğru danışan və doğruluğu təsdiq
edilmiş Rəsulullah bizə belə bir hədis danışmışdır: “Sizlərdən hər kəs
anasının bətnində xəlq edilərkən ilk qırx gün ərzində nütfə halında, sonrakı
qırx gündə qan laxtası, daha sonrakı qırx gündə isə ət parçası olur. Sonra Allah
(onun yanına) bir mələk göndərir. Bu mələyə dörd şey (yazmaq) əmr edilir və
ona: “(Bu uşağın) əməlini, ruzisini, əcəlini, bədbəxt və ya xoşbəxt olacağını
yaz!” deyilir. Sonra ona ruh üfürülür. Həqiqətən, içinizdən kimsə o qədər yaxşı
işlər görə bilər ki, axırda onunla Cənnət arasında bir ərəş məsafə qalar. Lakin
əzəldən yazılmış qədəri onu qabaqlayar və o, Cəhənnəm əhlinin əməlinə
bənzər əməllər edər. (Həmçinin) biriniz o qədər pis işlər görər ki, axırda
onunla Cəhənnəm arasında bir ərəş məsafə qalar. Lakin əzəldən yazılmış
qədəri onu qabaqlayar və o, Cənnət əhlinin əməlinə bənzər əməllər edər.”
(Buxari 3208, 6594, Muslim 6893, 2643/1)
1697. Ənəs İbn Məlik rəvayət edir ki, Peyğəmbər buyurdu: “Allah ana
bətninə bir mələk (göndərər) və mələk: “Ya Rəbbim! Nütfə, Ya Rəbbim! Aləqa,
Ya Rəbbim! Mudğa”. Allah onu xəlq etmək istədikdə (Mələk): “Oğlan yoxsa
qız, xoşbəxt yoxsa bədbəxt, Ruzisi nədir? Əcəli Nədir?”. Bütün bunlar ana
bətində ikən yazılır”. (Buxari 318, Muslim 6900, 2646/5)
753
1698. Əli demişdir: “Biz Bəqiul-ğarqadda (qəbristanıq) bir cənazənin
dəfnində iştirak edərkən Peyğəmbər bizim yanımıza gəlib oturdu, biz də
onun ətrafında oturduq. Əlində əsa var idi. O, başını aşağı əydi və əlindəki
əsanı yerə vurmağa başladı. Sonra buyurdu: “Sizin hər birinizin, habelə bütün
bəşəriyyətin Cənnətdə və ya Cəhənnəmdə tutacağı yer (əzəldən qədərə)
yazılmışdır. Həmçinin bədbəxt və ya xoşbəxt olacağı da yazılmışdır.” (Bu vaxt)
bir nəfər dedi: “Ey Allahın elçisi! Elə isə qədərimizə yazılana arxayın olub
əməlləri tərk edəkmi? Onsuz da xoşbəxt olanımız xoşbəxt bəndələrin
əməllərini yerinə yetirəcək, bədbəxt olanımız da bədbəxt bəndələrin əməllərini
yerinə yetirəcək”. Peyğəmbər: “Xoşbəxt olanlara xoşbəxt insanların əməli,
bədbəxt olanlara isə bədbəxt insanların əməli müyəssər olacaq. Sonra
Peyğəmbər (bu ayələri) oxudu: “Kim (haqqı olanın haqqını) verir və
Allahdan qorxursa və ən gözəl olan (“Lə Ilahə Illəllah” kəlməsini) təsdiq
edirsə, Biz onu ən asan olana nail edəcəyik. Kim də xəsislik edərək Rəbbinə
ehtiyacı olmadığını güman edirsə və ən gözəl olan (“Lə Ilahə Illəllah”
kəlməsini) yalan hesab edirsə, Biz onun üstünə ən çətin olanı yükləyəcəyik”.
(əl-Leyl). (Buxari 1362, Muslim 6901, 2647/6)
1699. İmran İbn Husayn demişdir: “(Bir dəfə) bir nəfər (Peyğəmbərə ) dedi:
“Ya Rəsulullah, kimlərin Cənnət əhli, kimlərin də Cəhənnəm əhli olduğu
bəllidirmi?”. Peyğəmbər: “Bəli!” dedi. Adam soruşdu: “Elə isə insanların
gördükləri işlər nəyə lazımdır?”. Peyğəmbər: “Hər kəs nə üçün yaradılmışsa,
(yaxud hər kəsə nə asanlaşdırıl-mışsa), ona uyğun da əməl edər.” (Buxari 6596,
Muslim 6907, 2649/9)
754
1700. Səhl İbn Səd əs-Saidi rəvayət edir ki, (yürüşlərin birində) Peyğəmbər
(və onun əshabələri) müşriklərlə üz-üzə gəlib döyüşməyə başladılar. (Bir
müddətdən sonra) Peyğəmbər öz düşərgəsinə, müşriklər də öz
düşərgələrinə çəkildilər. Peyğəmbərin əshabələri arasında elə birisi var idi
ki, (döyüşdə) heç bir fürsəti əldən verməmiş, çatdığı hər kəsi qılıncdan keçirib
qətlə yetirmişdi. (Bəziləri) dedilər: “Bu gün bizim heç birimiz filankəs kimi
döyüşmədi”. Peyğəmbər: “(Filankəsə) gəlincə, o, Cəhənnəm əhlindəndir!”
Əshabələrdən biri: “Bu gün mən onu izləyəcəyəm” dedi və onun dalınca
düşdü. Adam hər dayandıqda, əshabə onunla bərabər dayanar, tez-tez
getdikdə isə (ona çatmağa) tələsərdi. Sonra həmin adam ölümcül yaralandı və
canını (əzab-əziyyətdən) qurtarsın deyə qılıncının qəbzəsini yerə dayadı,
tiyəsini də sinəsinə dirədi, sonra da özünü qılıncının üstünə yıxdı. (Bu
hadisədən sonra) əshabə Peyğəmbərin yanına gəlib dedi: “Mən şahidlik
edirəm ki, sən Allahın Elçisisən!”. Peyğəmbər: “Nə olub ki?”. (Əshabə) dedi:
“Bayaq sən bir adamın Cəhənnəm əhlindən olduğunu söylədin və bu, hamını
heyrətə saldı. Onda mən (öz-özümə): “Mən onun barəsində sizə (bir xəbər)
gətirərəm” dedim və həmin adamı izləməyə başladım. Bu əsnada həmin adam
ölümcül yaralandı və canını (əzab-əziyyətdən) tez qurtarmaq üçün qılıncının
qəbzəsini yerə dayadı, tiyəsini də sinəsinə dirədi, sonra da özünü qılıncının
üstünə yıxaraq canına qəsd etdi.” Bunu eşidəndə Peyğəmbər buyurdu:
“Həqiqətən, insanlara kimsənin Cənnət əhlinin əməli kimi bir əməl etdiyi
görünə bilər, (halbuki) həmin adam Cəhənnəm əhlindəndir. Həmçinin onlara
kimsənin Cəhənnəm əhlinin əməli kimi bir əməl etdiyi görünə bilər, halbuki
həmin adam Cənnət əhlindəndir.” (Buxari 4202, Muslim 6911, 2651/12)
Adəm İlə Musanın Höccətləşməsi
1701. Əbu Hureyrə rəvayət edir ki, Peyğəmbər buyurdu: “Adəm ilə Musa
Rəbbləri qatında bir-birləri ilə mücadələ etdilər. (Nəticədə Adəm, Musaya
755
hüccətlə qələbə çaldı). Musa: «Ey Adəm! Sən, bizim atamız, bzləri naümüd
edərək cənnətdən çıxardın (Başqa rəvayətdə: Allahın əli ilə yaratdığı, öz
ruhundan üfürdüyü, mələklərini sənə səcdə etdirdiyi, Cənnətdə yerləşdirdiyi,
sonra da etdiyin xətadan ötrü insanları yer üzünə endirən Adəm deyilsən?)»
deyə soruşdu. Adəm: «Sən, Allahın Rəsulu və kəlimi olaraq seçdiyi, içində hər
şeyin bəyanı olan Lövəhləri verdiyi və səninlə (vasitəçisiz) danışmaq üçün
Allahın özünə yaxınlaşdırdığı Musa deyilsən? (Başqa rəvayətdə: Səncə Mənim
yaradılmağımdan neçə il əvvəl Allahın Tövratı yazdığını bilirsən?» deyə
soruşdu. Musa: «Qırx il əvvəl» deyə cavab verdi. Adəm: «Tövratın içində: «Və
Adəm Rəbbinə asi oldu…». (Ta ha 121) ayəsini oxudunmu?» deyə soruşdu.
Musa: «Bəli, oxudum» deyə cavab verdi). Adəm: «Elə isə Allahın məni
yaratmamışdan qırx il əvvəl üzərimə yazdığı və edəcəyim bir işdən ötrü məni
qınayırsan?» dedi. Peyğəmbər: «Beləcə Adəm, Musanı hüccətlə məğlub etdi!
(qalib gəldi)» deyə üç dəfə (bu cümləni təkrar) buyurdu. (Buxari 6614, Muslim
6912, 6913, 6915, 2652/13)
Adəm Oğlunun Zina Və Başqa Şeylərdən Qədərinin Təqdir
Edilməsi
1702. Əbu Hureyrə rəvayət edir ki, Peyğəmbər buyurdu: “Adəm oğlunun
zinadan bir nəsibi vardır. Heç şübhəsiz ki, o buna mütləq düşəcəkdir. Gözlərin
zinası baxmaqdır. Qulaqların zinası dinləməkdir. Dilin zinası danışmaqdır.
Əlin zinası tutmaqdır. Ayağın zinası addımlamaqdır. O ki, qaldı nəfsə arzu və
təmənna edir. Övrət yeri ya bunu təsdiq edəcəkdir, ya da inkar”. (Buxari 6612,
Muslim 6924, 2657/20)
Hər Doğulan Fitrət Üzərə Doğular – Hədisinin Mənası Və
Ölən Kafir Uşaqları İlə Müsəlman Uşaqlarının Hökmü
756
1703. Əbu Hureyra rəvayət edir ki, Peyğəmbər buyurdu: “Hər bir körpə
fitrəti üzərində (tövhidə meyilli olaraq) doğulur. Sonra ata-anası onu ya
yəhudi, ya xristian, ya da məcusi edir. Beləcə, heyvanlar da gözəl biçimdə
yaranır. Heç sən onların arasında qulağı kəsik bir heyvan görürsənmi?” Sonra
Əbu Hureyra bu ayəni oxudu: “Hənif
145
olaraq üzünü dinə tərəf çevir!
Allahın insanlara – xəlq etdiyi şüurlu məxluq kimi verdiyi fitrət budur.
Allahın yaratdığını heç cür dəyişdirmək olmaz. Doğru din budur...”. (Ər-Rum
30). (Buxari 1359, 1358, 4775, Muslim 6926, 2658/22)
1704. Əbu Hureyrə rəvayət edir ki, Peyğəmbərdən müşriklərin ölən
uşaqları barəsində soruşuldu. Peyğəmbər: “Allah onları nə edəcəklərini daha
yaxşı bilir” deyə buyurdu. (Buxari 1384, Muslim 6933, 2659/26)
1705. İbn Abbas demişdir: “Peyğəmbərdən müşriklərin uşaqları haqqında
soruşdular. O buyurdu: “Allah onları yaratdığı zaman onların nə əməllər
edəcəklərini yaxşı bilir.” (Buxari 1383, Muslim 6936, 2660/28)
145
Batildən haqqa yönəlib Tək Allaha ibadət etmək.
757
Elm Kitabı
758
Quranın Mütəşabihlərinə Tabe Olmağın Qadağan Olması,
Ona Tabe Olanlardan Çəkindirmək Və Qura Barədə İxtilafa
Düşməyin Qadağan Olması
1706. Aişə demişdir: “Peyğəmbər bu ayəni oxudu: “Kitabı sənə nazil
edən Odur. O Kitabın bir qismi mənası aydın ayələrdir ki, bunlar da Kitabın
anasıdır. Digərləri isə mənası aydın olmayan ayələrdir. Qəlblərində əyrilik
olanlar fitnə-fəsad törətmək və istədikləri kimi yozmaq məqsədilə mənası
aydın olmayanın ardınca düşərlər. Onun yozumunu isə Allahdan başqa heç
kəs bilməz. Elmdə qüvvətli olanlar isə deyərlər: “Biz onlara iman gətirdik,
hamısı bizim Rəbbimizdəndir”. Bunu isə ancaq ağıl sahibləri dərk edərlər”.
Aişə: “Peyğəmbər (mənə) buyurdu: “Əgər mənası aydın olmayan (ayələrin)
ardınca düşənləri görsən, (bil ki,) bunlar Allahın (ayədə) adlandırdığı
kimsələrdir, onlardan uzaq ol!” (Buxari, 4547, Muslim 6946, 2665/1)
1707. Cundəb İbn Abdullah rəvayət edir ki, Peyğəmbər buyurdu: “Quran
xüsusunda canbir qəlb olduqca onu oxuyun. İxtilafa düşdüyünüz zaman isə
söhbətinizə son qoyun”. (Buxari 5060, 7364, Muslim 6949, 2667/4)
Ən Qatı Mübahisə Edənlər Haqqında
1708. Aişə rəvayət edir ki, Peyğəmbər buyurdu: “(İnsanlar arasında)
Allahın ən nifrət etdiyi adam, ən qatı mübahisə edəndir.” (Buxari 2457,
Muslim 6951, 2668/5)
759
Yəhudi Və Nəsranilərin Sünnətinə (Yoluna) Tabe Olmaq
1709. Əbu Səid rəvayət edir ki, Peyğəmbər buyurdu: “Siz özünüzdən
əvvəlkilərin yolunu tutub qarış-qarış, ərəş-ərəş gedəcəksiniz. Hətta onlar
kərtənkələ yuvasına girsələr belə, siz də ora girəcəksiniz” Biz dedik: “Ya
Rəsulullah, yəhudiləri və xristianlarımı (qəsd edirsən)?” Dedi: “Başqa kim (ola
bilər ki)?!” (Buxari 3456, 7320, Muslim 6952, 2669/6)
Axır Zamanda Elmin Qaldırılması, Cahillik Və Fitnələrin
Zühr Etməsi
1710. Ənəs rəvayət edir ki, Peyğəmbər buyurdu: “Elmin aradan
qaldırılması, cahilliyin kök atması, şərabın (çox) içilməsi və zinakarlığın
yayılması Qiyamət Saatının əlamətlərindəndir.” (Buxari 80, Muslim 6959,
2672/10)
1711. Əbu Musa rəvayət edir ki, Peyğəmbər buyurdu: “Qiyamətə yaxın
elə bir günlər olacaq ki, elm qaldırılacaq, cahillik nazil olur və Hərc – ölüm
(öldürmək) halları çoxalacaqdır”. (Buxari 7063, 7064, Muslim 6959, 2672/10)
1712. Əbu Hüreyrə rəvayət edir ki, Peyğəmbər buyurdu: “Zaman
760
yaxınlaşdıqca elm alınacaq (qaldırılacaq), fitnələr zühur edəcək, xəsislik
(qəlblərdə) yerləşəcək və Hərc çoxalacaq”. Səhabələr: “Hərc nədir?” deyə
soruşdular. Peyğəmbər iki dəfə: “Qətldir!” deyə cavab verdi. (Buxari 7061,
Muslim 6964, 2673/11)
1713. Abdullah İbn Amr İbn As rəvayət edir ki, mən Peyğəmbərin belə
dediyini eşitdim: “Allah, elmi (Öz) qullarının (qəlbindən) silib götürməklə onu
aradan qaldırmaz. Lakin O, alimləri aradan götürməklə elmi aradan qaldırar.
Nəhayət, bir alim belə saxlamaz. Onda insanlar özlərinə cahil başçılar seçər.
Sonra o başçılara suallar verilər və onlar da elmsiz olaraq cavab verərlər.
Beləliklə də, həm özləri azğınlığa düşər, həm də insanları azğınlığa salarlar.”
(Buxari 100, Muslim 6971, 2673/13)
761
Zikr, Dua, Tövbə və
İstiğfar Kitabı
762
Allahı Zikr Etməyə Təşviq
1714. Əbu Hureyra rəvayət edir ki, Peyğəmbər buyurdu: “Uca Allah
buyurur: “Mən qulumun barəmdəki zənni yanındayam, Məni yad etdikcə
onunlayam. O Məni öz-özlüyündə yad etsə, Mən də onu Öz-Özlüyümdə yad
edərəm. O məni camaatın yanında yad edərsə, Mən onu onlardan daha xeyirli
bir toplumun (mələklərin) yanında yad edərəm. O Mənə bir qarış yaxınlaşsa,
Mən ona bir ərəş yaxınlaşaram. O Mənə bir ərəş yaxınlaşsa, Mən ona bir qulac
yaxınlaşaram. O Mənə doğru yeriyərək gəlsə, Mən ona doğru yüyürərək
gələrəm.” (Buxari 7405, Muslim 6981, 2675/2)
Allahın İsimləri Və Onları Saymağın Fəziləti
1715. Əbu Hureyra rəvayət edir ki, Peyğəmbər buyurdu: “Allahın doxsan
doqquz – yüzdən bir əskik – adı var. Kim onları sadalasa, Cənnətə daxil olar.”
Başqa rəvayətdə: “O Vitdri və Vitri – tək olanı da sevir” (Buxari 6410, Muslim
6986, 2677/6)
Duada Qətiyyətlik Və Əgər İstəyirsənsə - Sözünü
Deməmək
763
1716. Əbu Hureyra rəvayət edir ki, Peyğəmbər buyurdu: “Sizdən heç kəs
deməsin ki: “Allahım, əgər istəyirsənsə, məni bağışla, Allahım, əgər
istəyirsənsə, mənə rəhm et!” Qoy hər kəs qətiyyətlə dua etsin. Çünki heç kəs
Allahı nəyəsə vadar edə bilməz.” (Buxari 6338, Muslim 6987, 2678/7)
1717. Əbu Hureyra rəvayət edir ki, Peyğəmbər buyurdu: “Sizdən heç kəs
deməsin ki: “Allahım, əgər istəyirsənsə, məni bağışla, mənə rəhm et!” Qoy hər
kəs qətiyyətlə dua etsin. Çünki heç kəs Allahı nəyəsə vadar edə bilməz.”
(Buxari 6339, Muslim 6989, 2679/9)
Dostları ilə paylaş: |