Al-lulu vəl-mərcan


İfk Hadisəsi Və Böhtan Atanların Tövbəsinin Qəbulu



Yüklə 5,61 Mb.
Pdf görüntüsü
səhifə59/64
tarix21.04.2017
ölçüsü5,61 Mb.
#15074
1   ...   56   57   58   59   60   61   62   63   64

 

 

İfk Hadisəsi Və Böhtan Atanların Tövbəsinin Qəbulu 

 

 



 

 

 



 

 

 



 

 

791 



 

 

 



 

 

 



 

 

 

792 



 

 

 



 

 

 



 

1764. Aişə  rəvayət edir ki, Peyğəmbər bir səfərə çıxmaq istədikdə zövcələri 

(yoldaşları) arasında püşk atardı. Püşk onlardan hansına düşsəydi Peyğəmbər 

 onu özü ilə birlikdə səfərə aparardı. Döyüşlərin birinə getmək istədiyi vaxt 

həmişəki kimi aramızda püşk atdı və bu dəfə püşkdə mənim adım çıxdı. Mən 

Peyğəmbər  ilə birlikdə səfərə çıxdım. Bu səfərimiz artıq hicab ayəsinin nazil 

olmasından  sonra  baş  vermişdi.  Məni  Kəcavəndin  içərisində  aparırdılar. 

(Dincəlmək istədikdə) kəcavəndin içərisindən düşərdim. Bütün səfər boyu belə 

davam  etdi.  Nəhayət  Peyğəmbər    bu  döyüşü  başa  vurub  Mədinəyə 

yaxınlaşdıqda (dincəlmək üçün) dayandı. (Bir müddət orada qaldıqdan sonra) 

Peyğəmbər    hərəkət  etmək  əmrini  verdi.  Mən  (ehtiyacımı  ödəmək  üçün 

təkbaşına)  ordudan  ayrılmışdım.  Ehtiyacımı  yerinə  yetirib  geri  qayıtdım. 

(Yolda  əlimi)  sinəmə  vurduqda  gördüm  ki,  Yəmən  muncuqlarından  olan 

boyunbağım  qırılıb  düşmüşdür.  Dərhal  dönüb  onu  axtarmağa  başladım.  Elə 

onu  axtarmaq  da  məni  yoldan  saxladı.  Mənim  kəcavəndimi  aparan  kimsələr 

mənim orada olduğumu zənn edərək kəcavəndi dəvənin üstünə qoymuşdular. 

O,  zaman  qadınlar  xəfif  və  az  yedikləri  üçün  yüngül  çəkili  olurdular.  Elə  bu 

səbəbdən də kəcavəndi qaldıran kimsələr onun çəkisindəki fərqə varmayaraq 

onu  (dəvənin  üzərinə) qoymuşdular.  O,  vaxt  mən  kiçik  yaşda  (gənc  yaşında) 

bir  qadın  idim.  Bu  səbəblə  də  dəvəni  qaldırıb  və  çəkib  getmişdilər.  Ordu 

getdikdən  sonra  mən  boyunbağımı  tapdım.  Mən  ordunun  olduğu  yerə 

gəldikdə  artıq orada  nə  bir çağıran, nə  də  bir  cavab  vərən  vardı.  Kəcavəndin 

qoyulduğu yerə gəldim. Onlar məni kəcavəndin içərisində tapmadıqlarını bilib 

geri  dönəcəklərini  güman  etdim.  Mən  bu  fikirlə  yerimdə  oturdum.  (Bir 

müddətdən sonra) gözlərim mənə üstün gəlib yatdım (yuxuladım). Səfvan İbn 


 

 

793 



Muattil  əs-Suləmi    sonra  Zəkvani

148


 arxadan  gələn  əsgərlərin  qalmış  olan 

əşyalarını  və  s.  şeyləri  götürərək  (toplayaraq)  sahibinə  qaytarmaq  vəzifəsinə 

sahib idi. Bu kimsə səhərə yaxın mən olduğum yerə gəlib çatdıqda yatmış bir 

insan qaraltısını görüb mənə yaxınlaşmışdı. O, (hicab ayəsi) nazil olmamışdan 

əvvəl məni gördüyü üçün dərhal məni tanımışdı. Mən onun (məni tanıdığı an) 

İnnə  Lilləhi  Və  İnnə  İleyhi  Raciun    Biz  Allahın  bəndələriyik  və  ona  tərəf 

qayıdacağıq».  (əl-Bəqərə  156) ayəsini  «İstirca» sözlərini  söyləməsi ilə  ayıldım. 

Dərhal  çarşabla  üzümü  örtdüm.  Allaha  and  olsun  ki,  bir  tək  kəlmə  də  belə 

demədi  və  mən  ondan  «İstirca»  sözlərindən  başqa  bir  kəlmə  də  belə 

eşitmədim.  Mənim  dəvəyə  minməyim  üçün  dəvənin  ön  ayaqlarını  basaraq 

(dəvəni)  çökdürdü.  Mən  dəvəyə  mindim.  (Dəvənin  üzəngisindən)  tutaraq 

çəkib  apardı.  Nəhayət  şiddətli  isti  olduğundan  dincəlmək  üçün  dayanmış 

orduya çatdıq. Bu an haqqımda (iftira olaraq) həlak olan həlak olmuşdur. İftira 

atan  Abdullah  İbn  Ubeyy  İbn  Səlul  idi.  Nəhayət  Mədinəyə  çatdıq.  Mədinəyə 

gəldikdə  bir  ay  xəstə  oldum.  Bu  vaxt  cəmaat  iftira  söhbətlərini  (sözlərini) 

danışır  və  müzakirə  edirdilər.  Mən  isə  bunların  heç  birindən  xəbərdar 

deyildim. Yalnız xəstələndiyim zaman məni şübhələndirən bir şey vardı ki, o 

da  Peyğəmbər    başqa  vaxtlarda  görməkdə  olduğum  Lütf  və  Mərhəməti  bu 

xəstəliyim  vaxtı  görmürdüm.  Ancaq  yanıma  gəldikdə  salam  verər,  sonra  da 

(adımı  çəkmədən):  «Xəstəniz  necədir!»  deyə  buyurardı.  Bütün  bunlar  məni 

şübhələndirsə  də  mən  şərri  hiss  etmirdim.  Nəhayət  xəstəliyimdən  təzə 

qurtarmışdım ki, (sağalmışdım) evdən çölə çıxdım. Mənimlə bərabər Mistahın 

anası  (Ummu  Mistah)  da  çıxmışdı.  Biz  ehtiyacımızı  ödəmək  üçün  Mənasi 

(Mədinə  yaxınlğında  yer)  tərəfə  çıxmışdıq.  Buralar  ancaq  gecədən-gecəyə 

zəruri  ehtiyacımızı  ödəmək  üçün  çıxdığımız  yerlər  idi.  Bu  da  evlərimizin 

yaxınlıqlarında  ayaqyolları  tikilənə  qədər  davam  etdi.  O,  vaxtlar  bizim  bu 

halımız  ibtidai  ərəblərin  halına  bənzəyirdi  (onlar  da  zəruri  ehtiyaclarını 

ödəmək  üçün  evlərindən  çox  uzaqlaşardılar).  Mən  də  Mistahın  anası  ilə  çölə 

çıxdım. Bu qadın Əbu Ruhm İbn Muttalib İbn Abdi Mənafın qızıdır. Anası da 

Səxr İbn Amirin qızıdır ki, bu qadın da Əbu Bəkr əs-Sıddıqın  xalasıdır. Əbu 

Ruhmın  qızının  oğlu  da  Mistah  İbn  Usasə  İbn  Abbad  İbn  Muttalibdir.  Birgə 

evə  qayıtdıqda  Mistahın  anasının  paltarının  (ətəyi)  ayağına  ilişərək  sürüşdü. 

(Ərəblər  arasında  fəlakət  zamanı  söylənilməsi  adət  olan:  «Düşmənin  həlak 

olsun! duası yerinə): «Mistah həlak olsun! deyə oğluna bəd dua etdi. Mən də 

ona:  «Nə  pis  söz  söylədin!  Bədr  döyüşündə  döyüşən  bir  kimsəni  söyürsən?» 

dedim.  Qadın  mənə:  «Eh!  Sən  onun  söylədikləri  sözləri  hələ  eşitməmisən?» 

deyə  cavab  verdi.  Mən:  «O,  nə  deyib  ki!»  deyə  soruşdum.  O,  da  mənə  iftira 

                                                

148

 Zəkvanda – yaşadığı üçün bu ad verilmişdir. Səfvan  Ömərin  xəlifəliyi dövründə hicrətin on yeddinci 



ilində Ermənistanı fəth edərkən şəhid olmuşdur.  

 

 

794 



sahiblərinin dedikləri sözləri xəbər verdi. Artıq xəstəliyimin üstünə bir xəstəlik 

də əlavə olundu. Evə qayıtdıqda yanıma Peyğəmbər  gəldi. İçəri daxil olaraq 

salam  verdi  və:  «Xəstəniz  necədir?»  deyə  buyurdu.  Mən  də  valideyinlərimin 

yanına  getmək  üçün  ondan  izn  istədim.  Niyyətim  (mənim  haqqımda  gəzən) 

bu  xəbərin  doğru  olub-olmadığını  valideyinlərimdən  dəqiqləşdirmək  idi. 

Peyğəmbər  mənə izn verdi. Mən də valideyinlərimin yanına gələrək anama: 

«Anacan!  İnsanlar  nə  danışırlar?»  deyə  soruşdum.  Anam:  «Qızım!  Özünü 

üzmə. Özünü və səhhətini fikirləş. Vallahi bir kişinin yanında sevdiyi gözəl bir 

qadını olsun  və onun  bir çox ortaqları olsun  və onun əleyhinə  danışmasınlar 

bu  çox  nadir  hallarda  (olan  bir  hadisədir)»  deyə  cavab  verdi.  Mən: 

«Subhənəllah!  İnsanlar  bunu  mu  danışırlar?»  dedim.  Bunun  üzərinə  bütün 

gecəni ağladım. Səhərə qədər gözümün yaşı dayanmırdı. Səhərə kimi bir anlıq 

belə  yuxuya  gedə  bilmədim.  Ağlamaqla  səhəri  açdım.  Peyğəmbər    vəhyin 

nazil olması gecikdiyi üçün Əli İbn Əbu Talib  və Usamə İbn Zeyd  yanına 

çağırdı.  Onlardan  zövcəsindən  ayrılıb-ayrılmamaq  haqqında  məsləhət  aldı. 

Usamə  İbn  Zeydi    Peyğəmbərin    ailəsini  yaxından  tanıdığı  və  qəlbində 

onlara  bəslədiyi  sevgiyə görə:  «Ya  Rəsulullah!  Onlar  sənin əhlindir.  Biz onun 

haqqında xeyirdən başqa bir şey bilmirik» dedi. Əli  İbn Əbu Talibə  gəlincə 

isə o: «Allah sənə  heç  bir hədd  qoymamışdır  (dünyanı sənə  dar  etməmişdir). 

Ondan başqa nə çox qadınlar. Aişə  xidmətçisi Bərirədən  soruşsan o, da 

sənə  düzünü  deyəcəkdir.  Peyğəmbər    Bərirəni    yanına  çağırıb  buyurdu: 

«Ey Bərirə! Aişədə səni şübhələndirən bir hal gördünmü?» Bərirə: «Səni haqq 

ilə göndərən Allaha and olsun ki, ondan heç bir qəbahətli iş görmədim. Əgər 

görsəydim  onu  qınayardım.  Yalnız  bir  şeyi  demək  istəyirəm  ki,  az  yaşlı  təzə 

bir qadındır. Ailəsinin xəmirini yoğurarkən (xəmiri) qorumağı ona tapşırırdım. 

O,  da  yatdığı  üçün  qoyun  gəlib  xəmiri  yeyərdi.  Bundan  sonra  Peyğəmbər   

minbərə  çıxıb  iftiranı  ortaya  atan  Abdullah  İbn  Ubeyy  İbn  Səlul  üzr  istəsin 

deyə  cəmaata  xitab  edərək  buyurdu:  «Ey  müsəlman  cəmaatı!  Sizlərdən  kim 

mənim  əhlimə  əziyyət  verən  kimsənin  ittihamını  rədd  edərək  əhlimə  bəraət 

qazandıra bilər? Vallahi mən öz əhlim (yoldaşım) haqqında xeyirdən başqa bir 

şey  bilmirəm.  Bu  iftiraçılar  bir  adamın  adını  da ortaya çıxardıblar  ki,  (Səfvan 

İbn Muattıl) bu kimsə haqqında mən xeyirdən başqa bir şey bilmirəm. Bu adı 

çəkilən fəzilətli insan  bu  ana qədər  mənimlə  bərabər olmaq  müstəsna  mənsiz 

ailəmin yanına girməmişdir». Bu vaxt ənsarlardan Əus qəbiləsindən olan Sad 

İbn Muaz  ayağa qalxaraq: «Ya Rəsulullah! O, kimsəyə qarşı mən sənə kömək 

edəcəyəm  (haqq  qazandıracağam).  Əgər  bu  iftiranı  çıxaran  Əus 

qəbiləsindəndirsə  biz  onun  boynunu  vurarıq.  Yox  əgər  (qardaşlarımız)  olan 

Xazrac qəbiləsindəndirsə bizə əmr et biz də əmrini yerinə yetirək. Bu dəfə Sad 

İbn Ubadə ayağa qalxdı. O, da Xazrac qəbiləsinin başçısı idi. Əvvəl əməlisaleh 


 

 

795 



olmuş  sonra  isə  yolunu  azmışdı.  Sad  İbn  Muaza  qarşı:  «Sən  yalan  söylədin! 

Allaha and olsun ki, sən nə onu öldürənsən, nə də öldürməyə qadirsən!» dedi. 

Bu  dəfə  Sad  İbn  Muazın    əmisi  oğlu  olan  Useyd  İbn  Xudeyr    ayağa 

qalxaraq Sad İbn Ubadəyə  qarşı: «Allaha and olsun ki, sən yalan danışırsan! 

Vallahi  biz  onu  əlbətdə  ki,  öldürərik.  Həqiqətən  sən  münafiqsən  ki, 

münafiqlərin  tərəfini  saxlayaraq  bizimlə  münaqişə  edirsən.  Beləliklə  Əus  və 

Xazrac  qəbilələri  arasında  elə  bir  münaqişə  düşdü  ki,  az  qala  bir-birlərini 

öldürəcəkdilər.  Peyğəmbər    minbərdən  enərək  onları  sakitləşdirdi.  Aişə: 

«Mən  daha  bir  gün  də  ağladım.  Gözümün  yaşı  dayanmırdı  və  bir  an  belə 

yuxuya gedə bilmirdim. Valideyinlərim mənim bu cür ağlamağımı görüncə elə 

zənn  etdilər  ki,  ciyərimi  parça-parça  edəcəyəm.  Onlar  mənim  yanımda 

olduqları  vaxt  ənsarlardan  bir  qadın  mənim  yanıma  daxil  olmaq  üçün  izn 

istədi. Mən də ona izn verdim. Gəlib mənimlə birlikdə (dərdimə şərik olaraq) 

ağlamağa  başladı.  Bu  vaxt  Peyğəmbər    içəri  daxil  olub  salam  verdi  və 

əyləşdi.  Halbuki  Peyğəmbər    bundan  əvvəl  haqqımda  iftiralar  başlanan 

müddətdən  bəri  yanımda  oturmamışdı.  Bir  ay  keçməsinə  baxmayaraq 

haqqımda heç bir şey vəhy olunmamışdı. Peyğəmbər   əyləşib Allaha həmd-

sənalar  etdikdən  sonra  buyurdu:  «Ey  Aişə!  Haqqında  mənə  filan-filan  sözlər 

çatıbdır.  Əgər sən onların  dediklərindən  uzaqsansa  tezliklə Allah səni  təmizə 

çıxardacaqdır. Yox, əgər belə bir haram işi etmisənsə Allahdan bağışlanma dilə 

və Allaha tövbə et. Çünki qul günahını etiraf edib Allaha tövbə etdikdə Allah 

da onun tövbəsini qəbul edib onu bağışlayar. Peyğəmbər  bu sözlərini deyib 

qurtardıqdan  sonra  gözümün  yaşı  kəsildi.  Gözümdən  bir  damla  da  belə  yaş 

axmadı.  Mən  atama:  «Peyğəmbər    söylədiyi  bu  sözlərə  mənim  tərəfimdən 

cavab  ver!»  dedim.  Atam:  «Vallahi  Peyğəmbər    nə  deyəcəyimi  bilmirəm!» 

dedi.  Sonra  anama:  «Peyğəmbər    söylədiyi  bu  sözlərə  mənim  tərəfimdən 

cavab  ver!»  dedim.  Anam:  «Vallahi  Peyğəmbər    nə  deyəcəyimi  bilmirəm!» 

dedi.  Mən  az  yaşlı  uşaq  olduğum  üçün  Qurandan  da  çox  dəlil-sübut 

bilmirdim:  «Vallahi  mən  qəti  olaraq  bildim  ki,  siz  bu  iftiraçıların  (dedi-

qodularını)  eşitmisiniz.  Hətta  bu  sözlər  sizin  qəlblərinizdə  yer  almış  və  ona 

inanmısınız.  Əgər  mən  sizə  bu  günahdan  uzaq  olduğumu  desəm,  Allah  da 

bilir  ki,  mən  bu  günahdan  uzağam  (günahsızam),  lakin  siz  mənə 

inanmayacaqsınız.  Yox,  əgər  günahkar  olduğumu  etiraf  etsəm  yenə  də  Allah 

bilir  ki,  mən  bu  günahdan uzağam, lakin  siz  bunu  dərhal  təsdiq  edəcəksiniz. 

Vallahi  mən  bu  vəziyyətdə  özüm  üçün  və  sizin  üçün  bu  ayədən  başqa  bir 

məsəl bilmirəm. Ancaq Yusufun atası Yəquba dediyi sözlər kimi: «Mənə yalnız 



tükənməz,  dözümlü  səbr  gərəkdir.  (Yusif  barəsində)  dediklərinizin  yalan 

olduğunu (sübut etməyə isə) ancaq Allahdan kömək diləmək lazımdır». (Yusif 

18)» belə cavab verdim. Bu sözləri söyləyib yatağıma gedib yatdım. Vallahi o, 

 

 

796 



zaman mən inanırdım ki, Allah mənim günahsız olduğumu üzə çıxaracaqdır. 

Lakin  vallahi  haqqımda  (Qiyamətə  qədər)  oxunacaq  bir  vəhy  endiriləcəyini 

heç  zənn  etmirdim.  Lakin  Peyğəmbər    yuxusunda  bir  yuxu  görməsini  və 

Allahın  da  o,  yuxu  ilə  mənə  bəraət  qazandıracağını  ümüd  edirdim.  Vallahi 

Peyğəmbər   otur-duğu yerdən  qalxmamışdı.  Ev əhlindən  də  heç  kimsə çölə 

çıxmamışdı. Əziz və Cəlil olan Allah Peyğəmbər  vəhy nazil etdi. Ona vəhy 

nazil  olduğu  zaman  həmişə  düşdüyü  bir  vəziyyətə  düşdü.  Endirilən  sözün 

ağırlığından soyuq qış günündə də belə ondan mirvari dənələri kimi tər axırdı. 

Vəhy  nazil olduqdan sonra  Peyğəmbər  sevincindən gülürdü. Dediyi  ilk söz 

isə  bu oldu:  «Müjdə ya Aişə! Allah səni  təmizə çıxartdı!».  Bu  an  anam  mənə: 

«Qızım  Peyğəmbər    doğru  çıx  və  ona  təşəkkür  et!»  dedi.  Mən:  «Vallahi  nə 

ona tərəf çıxaram, nə də Allahdan başqasına həmd edərəm!» dedim. Uca Allah 

on  ayə  nazil  etdi:  «Həqiqətən  (Aişə)  barəsində  yalan  xəbər  gətirənlər  öz 

içərinizdə  olan  bir  zümrədir  (münafiqlərdir).  Onu  (o,  xəbəri)  pis  bir  şey  zənn 

etməyin.  O,  bəlkə  də,  sizin  üçün  xeyirlidir.  O,  zümrədən  olan  hər  bir  şəxsin 

qazandığı  günahın  cəzası  vardır.  Onlardan  günahın  böyüyünü  öz  üstünə 

götürəni (Abdullah b. Ubeyy) isə (qiyamət günü) çox şiddətli bir əzab gözləyir. 

Məgər  o,  yalan  sözü  eşitdiyiniz  zaman  mömin  kişilər  və  qadınlar  öz 

ürəklərində  yaxşı  fikirdə  olub:  «Bu  açıq-aydın  bir  böhtandır!»  deməli 

deyildilərmi.  (Aişəyə)  iftira  yaxanlar  nə  üçün  özlərinin  doğru  yolda 

olduqlarını  təsdiq  edəcək  dörd  şahid  gətirmədilər?  Madəm  ki,  şahid 

gətirmədilər,  deməli  onlar  Allah  yanında  əsl  yalançıdırlar.  Əgər  Allahın 

dünyada  və  axirətdə  sizə  neməti  və  mərhəməti  olmasaydı  o,  yalan  sözünüzə 

görə sizə şiddətli bir əzab toxunardı. O, zaman ki, siz (münafiqlərin yaydığı) 

yalanı  dilinizə  gətirir,  bilmədiyiniz  sözü  ağzınıza  alır  və  ona  yüngül,  asan 

(insana  günah  gətirməyən)  bir  şey  sanırdınız.  Halbuki  bu  Allah  yanında  çox 

böyük  günahdır.  Məgər  siz  onu  eşitdiyiniz  zaman:  «Bizə  bunu  (bu  yalanı) 

danışmaq  yaraşmaz.  Aman  Allah!  Bu  çox  böyük  bir  böhtandır!»  deməli 

deyildinizmi. Allah sizə öyüd-nəsihət verir ki, əgər möminsinizsə bir daha belə 

şeyləri  etməyəsiniz.  Allah  sizin  üçün  ayələrini  (belə  ətraflı,  açıq-aydın)  izah 

edir. Allah (hər şeyi) biləndir və hikmət sahibidir. Möminlər arasında pis söz 

yaymaq  istəyənləri  dünyada  və  axirətdə  şiddətli  bir  əzab  gözləyir.  (Hamının 

əməlini,  yayılan  şayiələrin,  atılan  böhtanların  doğru  olub  olmadığını)  ancaq 

Allah bilir, siz bilməzsiniz! Əgər Allahın sizə neməti və mərhəməti olmasaydı, 

Allah  şəfqətli  və  mərhəmətli  olmasaydı  (halınız  necə  olardı?  Dediyiniz 

yalanlara,  yaxdığınız  iftiralara  görə  sizi  dərhal  məhv  edərdi).  Ey  iman 

gətirənlər! Şeytanın yolunu tutub getməyin! Kim şeytanın getdiyi yolla getsə, 

o (insanlara) çirkin, pis işləri görməyi (zina etməyi, yalan danışmağı, özgələrə 

böhtan  atmağı)  əmr  edir.  Əgər  Allahın  sizə  neməti  və  mərhəməti  olmasaydı, 


 

 

797 



heç  kəs  heç vaxt  (günahdan) pak olmazdı.  Lakin  Allah  dilədiyini  (günahdan) 

pak edər. Allah (hər şeyi) eşidən və biləndir». (ən-Nur 11-21).  

Allah  mənim  bəraətim  haqqında  ayələr  nazil  etdikdən  sonra  qohumluq 

əlaqələrinin  hörmətinə  və  Mistah  b.  Usasənin  kasıb  bir  (səhabə)  olduğundan 

öz malından onun üçün xərcləyən Əbu Bəkr əs-Sıddıq  dedi: «Qızım Aişə  

haqqında  söylədiyi  iftiralara  görə  mən  ona  malımdan  heç  bir  şey 

verməyəcəyəm.  (Bu  sözlərdən  sonra)  Allah  ayə  nazil  etdi:  «Aranızda  olan 



fəzilət və sərvət sahibləri qohum-əqrabaya, miskinlərə və Allah yolunda hicrət 

edənlərə  (heç  bir  şey verməyəcəkləri,  heç  bir kömək  göstərməyəcəkləri  barədə) 

and içməsinlər. (Onları) əfv edib (cəzalandırmaqdan) vaz keçsinlər! Məgər siz 

(bu  yaxşılıq  müqabilində)  Allahın  sizi  (günahlarnızı)  bağışlamağını 

istəmirsiniz?  Allah  (bəndələrini)  bağışlayan  və  rəhm  edəndir!»  (ən-Nur  22). 

Hibban  İbn  Musa  dedi  ki,  Abdullah  İbn  Mubarak:  «Bu  Allahın  kitabında  ən 

ümüdlü  ayələrdir!»  dedi.  Bu  ayənin  nazil  olması  ilə  Əbu  Bəkr:  «Vallahi  mən 

Allahın məni bağışlamasını ümüd edirəm və Mistaha verdiyim malı təkrar ona 

verməyə  başladım.  Və  ondan  heç  vaxt  malımı  əsirgəməyəcəyəm!»  dedi. 

Peyğəmbər    zövcəsi  (yoldaşı)  Zeynəb  Binti  Cəhş    də  mənim  haqqımda: 

«Ya  Zeynəb!  Aişə  haqqında  nə  bilirsən  və  nə  görmüsən!»  deyə  buyurdu. 

Zeynəb: «Ya Rəsulullah! Mən qulağımı, gözümü eşitmədiyim və görmədiyim 

şeydən  mühafizə  edirəm.  Vallahi  Aişə  haqqında  xeyirdən  başqa  bir  şey 

bilmirəm»  deyə şəhadət  etmişdi.  Bu o,  Zeynəb  idi  ki,  Peyğəmbər    zövcələri 

arasında gözəlliyi və Peyğəmbər  yanında olan mövqeyi ilə mənimlə rəqabət 

aparırdı.  Lakin Allah onu  təqvası səbəbilə  (fitnəyə  düşməkdən)  qorumuşdur. 

Bacısı  Həmnə  Binti  Cəhş  isə  mənə  qarşı  iftiraçılara  qoşularaq  böhtanları 

yaymağa  başladı  və  bu  səbəblə  də  həlak  olanlar  içərisində  həlak  oldu”.  Aişə 

(Saffan  İbn  Muattil)  haqqinda:  “Subhənəllah!  Nəfsim  əlində  olan  Allaha  and 

olsun  ki,  mən  həyatımda  heç  bir  qadınla  yaxınlıq  etməmişəm.  Sonra o,  Allah 

yolunda şəhid olur”. (Buxari 1121, 2661, 4141, Muslim 7196, 2770/56) 

 

 



 

 

1765. Aişə  rəvayət edir ki, mənim barəmdə bilmədiyim (etmədiyim bir iş) 



barəsində  dedi-qodular  çıxdığı  zaman  Peyğəmbər    xütbə  verdi,  şəhadət 

 

 

798 



gətirdi, Allaha həmd edib layiqincə təriflər dedi və:  “Ailəm barədə dedi-qodu 

danışıb (mənə əziyyət) verənlər öz sözlərini söyləsinlər. Vallahi mən öz əhlim 

(yoldaşım) haqqında xeyirdən başqa bir şey bilmirəm. Bu iftiraçılar bir adamın 

adını da ortaya çıxardıblar ki, (Səfvan İbn Muattıl ) bu kimsə haqqında mən 

xeyirdən  başqa  bir  şey  bilmirəm.  Bu  adı  çəkilən  fəzilətli  insan  bu  ana  qədər 

mənimlə bərabər olmaq müstəsna mənsiz ailəmin yanına girməmişdir.  Səfərə 

çıxdığımızda o,  da  mənimlə  səfərə çıxmışdı.  Sonra  Peyğəmbər   evimə  daxil 

oldu  və  xidmətçidən  (Bərirədən)  mənim  barəmdə  soruşdu:  “Səni  haqq  ilə 

göndərən  Allaha  and  olsun  ki,  ondan  heç  bir  qəbahətli  iş  görmədim.  (Əgər 

görsəydim onu  qınayardım).  Yalnız  bir şeyi  demək istəyirəm  ki,  az  yaşlı  təzə 

bir qadındır. Ailəsinin xəmirini yoğurarkən (xəmiri) qorumağı ona tapşırırdım. 

O, da yatdığı üçün qoyun gəlib xəmiri yeyərdi. Peyğəmbərin  səhabələrindən 

biri  xidmətçini  sıxışdırd,  ona  doğrunu  söyləməyi  və  ortalıqda  dolaşan  dedi-

qodunu ona söylə.  O,  da:  “Subhənəllah! Allaha and olsun  ki, onun  haqqında 

zərgərin  qızılın  saf  və  təmiz  olduğunu  bildiyi  kimi  ondan  başqa  bir  şey 

bilmirəm” dedi. Bu dedi-qodu Səffana  çatdığı zaman: “Subhənəllah! Allaha 

and olsun ki, həyatımda əsla bir qadının libasını açmış deyiləm” dedi. Aişə  

deyir  ki,  haqqında  dedi-qodu  olan  kimsə  Allah  yolunda  şəhid  olaraq  vəfat 

etdi” dedi. (Buxari 4757, Muslim 7198, 2770/58) 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

799 



 



 

 

 

 



  

Münafiqlərin Vəsfi 

Və Hökmü Kitabı 

 

 



 

 

 


 

 

800 



 

 

Münafiqlərin Vəsfi Və Hökmü Kitabı 

 

 

 



1766.  Zeyd  İbn  Ərqam    rəvayət  edir  ki,  səfərlərin  birində  Peyğəmbər    ilə 

bərabər idik. Bu səfərdə insanlar bir şiddət və çətinlik isabət etdi. Abdullah İbn 

Ubeyy  öz  yoldaşlarına:  “Rəsulullahın    yanında  olanlara  nəfəqə  (yardım) 

etməyin,  hətta  onun  ətrafından  dağılsınlar.  Mədinəyə  döndükləri  zaman  ən 

şərəfli və qüvvətli olanımız zəif olanı oradan mütləq çıxaracaqdır” dedi. Mən 

Peyğəmbərin    yanına  gələrək  bu  sözləri  ona  xəbər  verdim.  Peyğəmbər   

Abdullah İbn Ubeyyə xəbər  göndərdi  və  bu  sözlərin  doğruluğunu öyrənmək 

üçün.  Lakin  o,  andlarla  belə  demədiyini  söylədi.  (İnsanlar  arasında):  “Zeyd 

Allahın  Rəsuluna  yalan  danışmışdır”  dedilər.  Bu  sözlər  qəlbimə  şiddət  və 

sıxıntı  salmışdı.  Ta  ki,  Allah  “Munafiqun”  surəsi  içərisində  məni  doğrulayan 

ayətlər  nazil  etdi.  Zeyd:  “Peyğəmbər    (münafiqləri)  yanına  çağırdı  ki,  onlar 

üçün  (Allahdan)  bağışlanma  diləsin,  lakin  onlar  bundan  boyun  qaçırdılar.” 

“Xuşubun Musənnədətun” onlar ən gözəl geyimli keçimli idilər. (Buxari 4903, 

Muslim 7200, 2772/1) 

 

 

 



1767. Cabir  demişdir: “Abdullah İbn Ubey dəfn edildikdən sonra Peyğəmbər 

 gəlib onu qəbirdən çıxardı, onun üstünə yüngülcə tüpürdü və öz köynəyini 

ona geyindirdi.” (Buxari 1270, Muslim 7201, 2773/2) 

 

 



 

 

 

801 



1768. İbn Ömər  rəvayət edir ki, Abdullah İbn Ubey vəfat etdikdən sonra onun 

oğlu  Peyğəmbərin   yanına  gəlib  dedi:  “Ya  Rəsulullah,  köynəyini  ver,  atamı 

ona  bürüyək,  onun  namazını  qıl  və  onun  üçün  (Allahdan)  bağışlanma  dilə”. 

Peyğəmbər  köynəyini ona verdi və dedi: “(Onu dəfn etməyə apardıqda) mənə 

bildirərsən,  cənazə  namazını  qılaram.”  (Bir  müddətdən  sonra  Abdullahın  oğlu 

gəlib)  Peyğəmbərə    xəbər  verdi.  Peyğəmbər    ona  namaz  qılmaq  istəyəndə 

Ömər  onun  ətəyindən  dartıb  dedi:  “Məgər  Allah  münafiqlərin  cənazə 

namazını  qılmağı  sənə  qadağan  etməyibmi?”.  Peyğəmbər:  “Mən  (onların 

cənazə namazını qılıb-qılmamaqda) ixtiyar sahibiyəm!” deyib bu ayəni oxudu: 

Onlar  üçün  bağışlanma  diləsən  də,  diləməsən  də,  hətta,  onlar  üçün  yetmiş 



dəfə  bağışlanma  diləsən  belə,  Allah  onları  əsla  bağışlamayacaq”.  (ət-Tövbə 

80). sonra da onun cənazə namazını qıldı. (Onda) bu ayə nazil oldu: “Heç vaxt 

onlardan ölmüş bir kəsin cənazə namazını qılma, qəbrinin başında da durma. 

Çünki onlar Allahı və Onun Elçisini inkar etdilər və günahkar olaraq öldülər”. 

(ət-Tövbə 84). (Buxari 1269, Muslim 7203, 2774/3) 

 

 



 

1769.  Abdullah  İbn  Məsud    deyir  ki:  “Beytin  yanında  üç  kişi  bir  yerə 

toplandılar.  Bunlardan  ikisi  Qureyşli,  biri  Səqifli  və  ya  ikisi  Səqifli  biri  isə 

Qureyşli  idi.  Bunların  qarınlarının  yağı  çox  (yeməkdən  harınlamış), 

qəbilələrinin  isə  himməsi  yox  idi.  Onlardan  biri:  “Söylədiyiniz  bu  sözləri 

Allahın  eşitdiyini  zənn  edirsinizmi?”  dedi.  Digəri:  “Əgər  açıq söyləsək  eşidir, 

gizli  söyləsək  eşitməz”  dedi.  Digərləri  isə:  “Əgər  açıq  söylədiyimiz  zaman 

eşidirsə,  deməli  gizli  söylədiyimiz  zaman  da  eşidir”  dedilər.  Allah:  “Siz 



qulaqlarınızın,  gözlərinizin  və  dərilərinizin  əleyhinizə  şahid  olmasından 

çəkinib  gizlənmirdiniz.  Əksinə,  elə  zənn  edirsiniz  ki,  Allah  sizin  etdiyiniz 

əməllərin  çoxunu bilmir”.  (Fisillət  22).  (Buxari  4817,  7520,  7521,  Muslim  7205, 

2775/5) 


 

 

 



1770. Zeyd İbn Sabit   rəvayət edir ki, Peyğəmbər   Uhud döyüşünə çıxdığı 

zaman  səhabələri  arasında  bir  dəstə  yoldan  geri  döndükdə  digər  dəstə:  “Bu 

geri  dönənləri  öldürək”  dedilər.  Digərləri  isə:  “Xeyr,  onları  öldürməyin” 

dedilər.  Bu  ixtilaf  üzərinə  Allah:  “Sizə  nə  oldu  ki,  münafiqlər  barəsində  iki 



 

 

802 



dəstəyə  ayrıldınız?  Halbuki  Allah  onları  etdikləri  əməllərə  görə  geriyə 

qaytarmışdır.  Siz  Allahın  azdırdığı  kimsəni  doğru  yola  yönəltməkmi 

istəyirsiniz?  Allahın  azdırdığı  kimsə  üçün  heç  bir  yol  tapa  bilməzsən”.  (ən-

Nisa 88). (Buxari 1884, Muslim 7208, 2775/6) 

 

 



 

1771.  Əbu  Səid  əl-Xudri    rəvayət  edir  ki,  Peyğəmbərin    dövründə 

Peyğəmbər  döyüşə çıxdıqda münafiqlərdən bəziləri ondan ayrılar və döyüşə 

getməyib  Peyğəmbərə    müxalif  olduqlarına  sevinərdilər.  Peyğəmbər   

döyüşdən  qayıtdıqda isə özlərinə  bəraət  qazandırmaq  üçün  bəhanələr gətirər 

və  and  içərdilər.  Üstəlik,  görmədikləri  işlərə  görə  tərif  olunmağı  sevərdilər. 

(Elə  buna  görə  də)  bu  ayə  nazil  oldu:  “Törətdikləri  əməllərdən  fərəhlənən  və 

etmədikləri  işlərə  görə  tərif  olunmağı  xoşlayan  kimslərin  əzabdan 

qurtulacaqlarını 

əsla 

güman 

etmə. 

Onlara 

acılı-ağrılı 

bir 

əzab 

hazırlanmışdır”. (Buxari 4567, Muslim 7210, 2777/7) 

 

 



 

1772.  Əlqəmə  İbn  Vəqqas    rəvayət  edir  ki,  bir  dəfə  Mərvan  İbn  Həkəm   

qapıda  duran  gözətçilərdən  birinə:  “Ey  Rafi,  get,  İbn  Abbasdan    soruş  ki, 

törətdikləri  əməllərdən  fərəhlənən  və  etmədikləri  işlərə  görə  tərif  olunmağı 

xoşlayan  hər  bir  kəsə  əzab  veriləcəkmi?”.  İbn  Abbas:  “Bu  ayənin  sizə  nə 

aidiyyəti  var  ki?!  İş  burasındadır  ki,  Peyğəmbər    bir  dəstə  yəhudini  çağırıb 

onlardan bir məsələ barəsində soruşduqda, onlar həqiqəti gizlədib, ona başqa 

cavabı  verdilər.  Onlar  belə  cavab  verməklə  tərif  olunmaq  istədilər,  həm  də 

həqiqəti gizlətdiklərinə görə sevindilər.” Sonra İbn Abbas  bu ayələri oxudu: 

“O  zaman  Allah  Kitab  verilənlərlə  əhd  bağlayıb:  “Siz  o  Kitabı  mütləq 

insanlara  aydınlaşdıracaqsınız  və  onu  gizlətməyəcəksiniz!”  deyə  buyurdu. 

Onlar  isə  bu  əhdi  qulaqardına  vurub,  onu  ucuz  qiymətə  satdılar.  Onların  bu 

alveri  necə  də  pisdir!  Törətdikləri  əməllərdən  fərəhlənən  və  etmədikləri  işlərə 

görə  tərif  olumağı  xoşlayan  kimsələrin  əzabdan  qurtulacaqlarını  əsla  güman 

etmə. Onlara acılı-ağrılı bir əzab hazırlanmışdır.”. (Ali İmran 187-188). (Buxari 

4568, Muslim 7211, 2778/8) 



 

 

803 



 

 

 



1773.  Ənəs    demişdir:  “(Vaxtı  ilə)  bir  xristian  İslamı  qəbul  etmişdi.  O,  “əl-

Bəqərə”  və  “Ali  İmran” surələrini oxuyub  (öyrəndi),  Peyğəmbər   üçün  bəzi 

surələri  yazdı,  lakin  sonra  yenə  xristianlığına  qayıtdı.  (Bu  adam  hər  yerdə) 

danışırdı  ki:  “Muhəmməd  mənim  onun  üçün  yazdıqlarımdan  başqa  heç  nə 

bilmir.” (Çox keçmədən) Allah onun canını aldı və (yaxınları) onu dəfn etdilər. 

Ertəsi gün səhər oyanıb gördülər ki, torpaq onu bayıra atmışdır. Dedilər: “Bu, 

Muhəmmədin  və  onun  əshabələrinin  işi  olacaq.  Yoldaşımız  onların  dinindən 

döndüyünə  görə  onu  qəbirdən  çıxardıb  bayıra  atıblar.”  Sonra  onlar  dərin  bir 

qəbir  qazıb  onu  dəfn  etdilər.  Səhər  oyanıb  gördülər  ki,  torpaq  (yenə)  onu 

bayıra  atmışdır.  Dedilər:  “Bunu  Muhəmməd  və  onun  əshabələri  edib. 

Yoldaşımız  onların  dinindən  döndüyünə  görə  onu  qəbirdən  çıxardıb  bayıra 

atıblar.”  Sonra  olduqca  dərin  bir  qəbir  qazıb  onu  dəfn  etdilər.  Səhər  oyanıb 

gördülər ki, torpaq (yenə də) onu bayıra atmışdır. Nəhayət, başa düşdülər ki, 

bu işdə insan əli ola bilməz. Odur ki, onu (olduğu yerdə) atıb getdilər.” (Buxari 

3617, Muslim 7217, 2781/14) 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 


 

 

804 



 




Yüklə 5,61 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin