Ağlayanlar Müstəsna Olmaqla Nə Badə Özlərinə Zülm
Edənlərin Diyarlarına Girəsiniz
1877. Abdullah İbn Ömər rəvayət edir ki, Peyğəmbər buyurdu:
“Ağlayanlar müstəsna olmaqla nə badə onların diyarlarına girəsiniz. Əgər
ağlamasanız onlara isabət edən bəla sizlərə də isabət etməsin deyə diyarlarına
girməyin”. (Buxari 433, Muslim 7655, 2980/38)
1878. Abdullah İbn Ömər rəvayət edir ki, Peyğəmbər insanlarla birlikdə
Səmud qövmünün ərazisi olan Hicr ərazisinə gəldik. Oranın quyularından su
aldıq və xəmir yoğurduq. Peyğəmbər aldığımız suları boşaltmağımızı və
yoğurduğumuz xəmirləri isə dəvələrə yedirtməyimizi əmr etdi. Peyğəmbər:
«Ağlayanlar müstəsna olmaqla (ağlamayanlar) nəbadə əzaba uğramış olan bu
qövmün yurduna girsin. Əgər ağlamasanız onlara toxunan əzabın bir
bənzərinin sizlərə də toxunmasından qorunmaq üçün onların yurdlarına
girməyin. Sonra Peyğəmbər vaxtı ilə Salehin dişi dəvəsinin su içdiyi
quyudan su almalarını onlara əmr etdi”. (Buxari 3379, Muslim 7657, 2981/40)
847
Dul Qadına, Yoxsula Və Miskinə Yaxşılıq
1879. Əbu Hureyra rəvayət edir ki, Peyğəmbər buyurdu: “Dul qadınlara
və kasıblara əl tutan kimsə Allah yolunda olan mücahid kimi, habelə, gündüz
oruc tutub, gecə namaz qılanlar kimidir.” (Buxari 5353, Muslim 7659, 2982/41)
Məscid Tikməyin Fəziləti
1880. Osman İbn Əffan Peyğəmbərin məscidini yenidən tikdiyi zaman
insanların onun haqqında söylədiklərinə (etiraz edib) demişdir: “Siz (mənim
işimə) çox müdaxilə edirsiniz. Halbuki mən Peyğəmbərin belə dediyini
eşitmişəm: “Kim Allahın Üzünü diləyərək bir məscid tiksə, Allah onun üçün
Cənnətdə buna bənzər (bir ev) tikər”. (Buxari 450, Muslim 7661, 533/44)
Riyanın Haram Olması
1881. Cundəb rəvayət edir ki, Peyğəmbər buyurdu: “Kim (etdiyi əməli
insanlara) eşitdirmək məqsədilə edərsə, Allah onu eşitdirər, kim də (etdiyi
əməli insanlara) göstərmək məqsədilə edərsə, Allah onu (insanlara) göstərər.”
(Buxari 6499, Muslim 7667, 7668, 2986/47)
848
Dilin Qorunması
1882. Əbu Hureyrə rəvayət edir ki, Peyğəmbər buyurdu: “Qula bəzən
fərqinə də varmadan elə bir söz söyləyər ki, o sözü səbəbilə atəşin dibinə
məşriq və məğrib arası bir məsafədə dərinliyə düşər”. (Buxari 6477, Muslim
7673, 2988/50)
Yxşılığı Əmr Edib Özü Etməyən Və Pislikdən Çəkindirib
Lakin Özü Edənin Əzabı
1883. Usamə İbn Zeyd demişdir: “Mən Peyğəmbərin belə dediyini
eşitmişəm: “Qiyamət günü bir nəfər gətirilib Cəhənnəm oduna atılacaq. Onun
bağırsaqları atəşin içinə töküləcək və o, dəyirmanın ətrafında fırlanan
uzunqulaq kimi fırlanacaq. Cəhənnəm sakinləri onun başına yığışıb
deyəcəklər: “Ay filankəs! Niyə bu kökə düşmüsən? Məgər sən bizə yaxşı işlər
görməyi buyurub pis əməlləri qadağan etmirdinmi?” O deyəcək: “Mən sizə
yaxşı işlər görməyi buyururdum, lakin özüm buna əməl etmirdim, pis əməlləri
qadağan edirdim, amma özüm o işləri görürdüm.” (Buxari 3267, Muslim 7674,
2898/51)
İnsanın Öz Pərdəsini (Günahını) Açmaqdan Nəhy Edilməsi
849
1884. Əbu Hureyra demişdir: “Mən Peyğəmbərin belə dediyini eşitmişəm:
“Ümmətimin hamısı əfv ediləcək. Yalnız açıq-aşkar (günah) işlədənlərdən
başqa. (Məsələn) birisi gecə bir qələt edir və səhəri gün Allah onun bu qələtini
ört-basdır etdiyi halda (dost-aşnasına): “Ey filankəs, mən bu gecə filan, filan
işləri görmüşəm”deyir. Gecə Rəbbi onun (günahının) üstünə örtük çəkir, səhər
isə o, Allahın bu örtüyünü açır.” (Buxari 6069, Muslim 7676, 2990/52)
Asqırana Təşmit Və Əsnəməyin Pislənməsi
1885. Ənəs İbn Malik demişdir: “(Bir dəfə) iki kişi Peyğəmbərin yanında
asqırdı və Peyğəmbər onlardan birinə: “Yərhəmukəllah” dedi, o birinə isə (heç
nə) demədi. (Peyğəmbərdən bunun səbəbini) soruşduqda o dedi: “Bu adam:
“Əlhəmdulillah” dedi, bu isə demədi.” (Buxari 6221, Muslim 7677, 2991/53)
1886. Əbu Hureyra rəvayət edir ki, Peyğəmbər buyurdu: “Əsnəmək
şeytandandır. Birinizi əsnəmək tutsa, qoy bacardığı qədər onun qarşısını alsın.
Çünki o (əsnəyib): “Haah” etdikdə şeytan ona gülür.” (Buxari 3289, Muslim
7682, 2494/56)
Siçan Və Onun Şəkil Dəyişdirmiş Olması
850
1887. Əbu Hureyra rəvayət edir ki, Peyğəmbər buyurdu: “(Bir zaman)
İsrail oğullarından bir dəstə yox olmuşdur. Onların başlarına nələr gəldiyini
heç kəs bilmir. Mən isə onların siçana döndüyünü güman edirəm. Belə ki,
siçana dəvə südü verilsə, içməz, qoyun südünü isə içər
153
”. (Əbu Hureyra):
“Mən bu hədisi Kəbə danışdıqda o (məndən) soruşdu: “Sən Peyğəmbərin bu
əhvalatı danışdığını eşitmisənmi?” Mən: “Bəli!” dedim. O, bu sualı dəfələrlə
təkrar etdikdə mən dedim: “Məgər mən Tövrat oxuyuram?!
154
” (Buxari 3305,
Muslim 7688, 2997/61)
Mömin Bir Yuvadan İki Dəfə Sancılmaz
1888. Əbu Hureyra rəvayət edir ki, Peyğəmbər buyurdu: “Mömin bir
yuvadan iki dəfə sancılmaz
155
”. (Buxari 6133, Muslim 7690, 2998/63)
Tərif Etməkdə Həddi Aşmaq Və Tərif Edilən Kimsə Barədə
Fitnəyə Məruz Qalacaqsa Tərif Etməyin Qadağan Olması
153
Vaxtı ilə İsrailin özünə dəvə ətini və südünü haram buyurması Peyğəmbərimizi belə deməyə vadar
etmişdir.
154
Əbu Hureyra bununla demək istəmişdir ki, o, rəvayət etdiyi hədisi Tövratdan yox, məhz
Peyğəmbərdən öyrənmişdir.
155
Yəni, bir işdə başına müsibət gələrsə, ikinci dəfə o işi görməz.
851
1889. Əbu Bəkrə demişdir: “(Bir dəfə) bir nəfər Peyğəmbərin yanında
başqa birisini tərifləməyə başladı. Bu vaxt (Peyğəmbər ) dedi: “Vay sənin
halına! Sən qardaşının boynunu qırdın! Sən qardaşının boynunu qırdın!” O
bunu dəfələrlə təkrar etdikdən sonra buyurdu: “Sizdən biriniz öz qardaşını
tərifləməyi lazım bilsə, qoy desin: “Filankəsi (filan cür adam) hesab edirəm.
Onun (həqiqətdə) nə cür insan olduğunu isə ancaq Allah bilir. Mən Allaha
rəğmən heç kəsi təmizə çıxartmıram. Mən onu filan cür adam hesab edirəm.”
Əlbəttə, əgər onun bu cür insan olduğunu bilirsə (belə desin).” (Buxari 2662,
Muslim 7693, 3000/65)
1890. Əbu Musa rəvayət edir ki, Peyğəmbər bir kimsə başqasını tərif
etdikdə həddini aşdığını gördükdə: “Onu həlak etdiniz və ya belini qırdınız”
deyə buyurdu. (Buxari 2663, 6060, Muslim 7696, 3001/67)
Böyüyə Vermək Barədə
1891. İbn Ömər rəvayət edir ki, Peyğəmbər buyurdu: “Yuxuda gördüm ki,
misvakla dişlərimi təmizləyirəm. (Elə bu vaxt) mənim yanıma birisi digərindən
yaşlı olan iki nəfər gəldi. Mən misvakı onlardan kiçik olanına uzatdım. Mənə:
“Böyüyə ver” deyildi. Mən də onu daha böyük olanına verdim.” (Buxari 246,
Muslim 7700, 3003/70)
Hədisin Sabit Olduğunu Araşdırmaq Və Elmi Yazmağın
Hökmü
852
1892. Aişə demişdir: “Peyğəmbər elə bir tərzdə danışardı ki, onun
sözlərini saymaq istəyən adam onu saya bilərdi.” (Buxari 3567, Muslim 7701,
2493/71)
Hicrət Hədisi
1893. Bəra İbn Azib deyir ki, Əbu Bəkr atam evdə olduğu vaxt yanına
gəldi və ondan bir minik dəvəsi aldı. Əbu Bəkr, atam Azibə dedi: “Mənimlə
bərabər oğlunu da göndər evə qədər ötürsün. Mən də heyvanı sürərək çölə
çıxdım. Atam dəvənin pulunu alırdı. Bu vaxt Əbu Bəkrə: “Ey Əbu Bəkr!
Peyğəmbər ilə bərabər getdiyiniz zaman nələr baş verdi? Onu bizə danış”
dedi. Əbu Bəkr: “Bəli, bütün gecəni yol getdik. Nəhayət günəş zenitdə idi. Yol
təmamilə boşalmışdı. Oradan heç kimsə keçmirdi. Gözümüzə uzun kölgəli bir
qaya görsəndi. Onun üzərinə günəş düşməmişdi. Qayanın yanında endik. Mən
qayanın kölgəsində Peyğəmbərin dincəlməsi üçün yerə bir şeylər salaraq
əlimlə bir yer hazırladım. Sən yat Ya Rəsulullah! Mən də ətrafa nəzər salım ki,
düşmən olmasın. Peyğəmbər yatdı. Mən də ətrafı araşdırmaq üçün çıxdım.
Qoyunlarını qayaya tərəf gətirən bir çobanı gördüm. O, da bizim kimi qayanın
kölgəsində faydalanmaq istəyirdi. Mən: “Sən kimi çobanısan” dedim. O:
“Məkkə əhalisindən və ya Məkkəli birinin” dedi. Mən: “Sənin qoyunlarında
süd varmı?” dedim. O: “Bəli, sağaram” dedi və bir qoyun tutaraq (sağdı). Mən:
853
“Məməsini torpaqdan, otdan təmi və pislikdən təmizlə” dedim. Ravi: “Mən
Bəranı əlini digərinə vuraraq işarə etdiyini gördüm. Çoban çox az bir süd
sağdı. Peyğəmbər üçün apardım. Peyğəmbərin isə su içdiyi, dəstəmaz
aldığı bir qabı vardı. Onun yanına gəldim. Yuxudan oyatmamaq üçün
oyanana qədər gözlədim. Südün üstünə bir az su da tökdüm, hətta qabın aşağı
hissəsi soyudu. Peyğəmbər oyandıqda ona: “İç” dedim. Peyğəmbər içdi,
mən də bundan xoş oldum. Peyğəmbər: “hərəkət etmək vaxtı gəldi” deyə
buyurdu. Mən: “bəli” dedim. Günəş batmağa meyl etdikdə hərəkət etməyə
başladıq. Arxamızca Suraka İbn Məlik düşmüşdü. Mən: “Bizə yaxınlaşır” dedi.
Peyğəmbər: “Lə Təhzən İnnəallahə Məanə - Üzülmə, Allah bizimlədir və onu
əleyhinə dua etdi”. Bundan sonra Surakanın atı qarnına kimi torpağa batdı.
Zənn edirəm biz bu vaxt düz və sərt bir ərazidə idik. Suraka: “Mən bilirəm ki,
siz mənim əleyhimə bəd dua etmisiniz. İndi isə xeyir dua edin. And olsun ki,
mən sizin ardınızca düşməyəcəyəm və hər kəsi sizdən geri döndərəcəyəm. Bu
sözdən sonra Peyğəmbər ona xeyir dua etdi. O da qurtuldu. Geri döndükdə
qovuşduğu hər bir kəsi geri çevirdi. Suraka bizə bu cür köməklik göstərdi”.
(Buxari 3615, Muslim 7706, 3015/5)
854
Təfsir Kitabı
855
Təfsir Kitabı
1894. Əbu Hüreyrə rəvayət edir ki, Peyğəmbər buyurdu: “İsrail oğullarına
deyildi: “Qapısından (Allaha) səcdə edən halda “Hittə! Bizi bağışla!”
söyləyərək daxil olun, biz də günahlarınızı bağışlayarıq”. Onlar isə əmri
dəyişdirib arxaları üstə iməkləyərək girdilər və “Hittə!” əvəzinə “Həbbətun -
Tükün içində bir dən” dedilər. (Buxari 3403, 4641, Muslim 7708, 3015/1)
1895. Ənəs İbn Malik demişdir: “Peyğəmbərinin vəfatından əvvəl Uca
Allah ona ardıcıl olaraq vəhy nazil etdi. Nəhayət, onun vəfatına az qalmış Allah
ona lap çox vəhy nazil etməyə başladı. Bundan sonra Allahın
etdi.” (Buxari 4982, Muslim 7709, 3016/2)
1896. Ömər İbn Xəttab rəvayət edir ki, bir yəhudi ona belə dedi: “Ey
möminlərin əmiri! Sizin Kitabınızda oxuduğunuz elə bir ayə vardır ki, o, biz
yəhudilərə nazil olsaydı, həmin günü bayram edərdik.” Ömər: “Hansı ayədir
o?” deyə soruşdu. (Yəhudi): “Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan
nemətimi tamamladım və din olaraq sizin üçün İslamı bəyənib seçdim”. (əl-
Maidə 3). ayəsidir deyə cavab verdi. Ömər: “Biz bu ayənin nazil olduğu günü
də, yeri də bilirik. Bu ayə Peyğəmbərə cümə günü, Ərəfatda nazil
olmuşdur.” (Buxari 45, Muslim 7710, 7711, 3017/3)
856
1897. Ürvə İbn Zubeyr, Aişədən Allahın: “Əgər yetim qızlarla
(evlənəcəyiniz təqdirdə) ədalətlə rəftar edə bilməyəcəyinizdən qorxarsınızsa, o
zaman sizə halal olan (bəyəndiyiniz) başqa qadınlardan iki, üç və dörd nəfərlə
nikah bağlayın!”. (ən-Nisa 3) ayəsini soruşduğunu rəvayət edir. Aişə: “Ey
bacımın oğlu! O himayədə saxlanılan yetim bir qızdı. O himayədə saxlayanı öz
malına şərik edir. Qızın malı və gözəlliyi kişinin xoşuna gəlir və istəyir ki,
onunla mehrində ədalətli olmayaraq evlənsin. Başqasına nə qədər mehir
verirsə, ona da o qədər versin. Onlarla yalnız ədalətli olaraq və adətdə olan ən
yüksək mehiri verməklə nikah bağlamağa icazə verildi və onlara halal olan
(bəyəndikləri) qadınlardan nikah bağlamaq əmr olundu”. Ürvə, Aişənin
belə dediyini rəvayət edir: “İnsanlar bu ayədən sonra Peyğəmbərdən fətva
(əsasında hökm çıxarılan şəri məsləhət) istədilər. Allah bu ayəni nazil etdi:
“(Ya Rəsulum!) Səndən qadınlar barəsində fətva istəyirlər. De ki: “Onlar
barəsində fətvanı sizə Allah və Kitabdan (Qurandan) sizə oxunan (ayələr)
verir. Onlar verilməsi vacib olanı (mirası) özlərinə verməyərək evlənmək
istədiyiniz yetim qızlar (qadınlar) barədə olan ayələrdir”. (ən-Nisa 127) Aişə:
“Allahın sizə Kitabda oxunan ilk ayətdir: “Əgər yetim qızlarla (evlənəcəyiniz
təqdirdə) ədalətlə rəftar edə bilməyəcəyinizdən qorxarsınızsa, o zaman sizə
halal olan (bəyəndiyiniz) başqa qadınlardan nikah bağlayın!”. Aişə: “Allahın
digər ayəsində: “Onları nikah etmək istəyərsiniz” buyurması, sizdən birinizin
tərbiyəsi altında olan yetim qızın malı və gözəlliyi az olduğu zaman, ona
rəğbət göstərməsidir. Beləcə vəlilər bunlara rəğbət göstərmədikləri üçün,
malına və gözəlliyinə rəğbət etdikləri yetim qadınları nikah etməkdən
qadağan olundular. Ancaq ədalət göstərsələr, onda bu müstəsnadır”. (Buxari
2494, Muslim 7713, 3018/6)
1898. Aişə Allahın: “Yetimləri yetkinlik yaşına çatdıqda onları imtahana
çəkin. Əgər onların yetkinliyə çatdıqlarını görsəniz, mallarını özlərinə
qaytarın. Onlar böyüyüb mallarını məndən alacaqlar deyə o malı israfçılıqla,
tələm-tələsik yeməyin. Varlı olan nəfsini saxlasın, yoxsul olan isə o maldan
insafla yesin. Yetimlərin mallarını özlərinə qaytardığınız zaman onlara
857
şahidlər tutun. Haqq-hesab çəkməyə Allah yetər”. (ən-Nisa 6) ayəsi haqqında
dedi: “Bu ayə yetimi himayə edən və işlərini görən kimsə kasıb olduğu halda
ondan yeməsini bəyan etmək üçün nazil olmuşdur”. (Buxari 2212, Muslim
7714, 7718, 3018/7)
1899. Aişə Allahın: “Əgər bir qadın öz ərinin kobud rəftarından, yaxud
ondan üz döndərməsindən qorxarsa, ər-arvadın öz aralarında barışığa gəlməsi
onlara günah sayılmaz. Axı barışmaq daha xeyirlidir. Doğrusu, nəfslər xəsislik
etməyə hazırdır. Əgər qadınlarla yaxşı davranıb Allahdan qorxsanız, bilin ki,
Allah nə etdiklərinizdən xəbərdardır”. (ən-Nisa 128) ayəsi haqqında dedi: “Bir
adamın nigahında bir qadın olur, adam o qadınla ayrılmağı istəyər. Qadın:
“Mən sənə zövcəlik haqlarımı halal edirəm. Məni boşamadan yatağımda məni
tərk edə bilərsən” deyər. Bu ayə bu haqda nazil olmuşdur. (Buxari 2450, 4601,
Muslim 7715, 7717, 3018/8)
1900. Səid İbn Cubeyr deyir ki: “Bir ayə vardır ki, onun hökmü barədə Kufə
alimləri ixtilaf etdilər. Mən də onun hökmünü soruşmaq üçün miniyə minib
İbn Abbasın yanına getdim. Bu ayənin hökmünü soruşdum. O, Allahın:
“Hər kəs qəsdən bir mömini öldürərsə, onun cəzası içərisində əbədi qalacağı
Cəhənnəmdir. Allah ona qəzəblənər, onu lənətləyər və onun üçün böyük bir
əzab hazırlayar”. (ən-Nisa 93) ayəsini oxudu və dedi: “Bu ən son nazil olan
ayədir və onu heç bir şey nəsx etməyib”. (Buxari 4590, Muslim 7728, 3021/14)
1901. İbn Abbasdan Allahın ayəsi barədə soşuldu: “ “Hər kəs qəsdən bir
mömini öldürərsə, onun cəzası içərisində əbədi qalacağı Cəhənnəmdir. Allah
ona qəzəblənər, onu lənətləyər və onun üçün böyük bir əzab hazırlayar”. (ən-
Nisa 93) Həmçinin: “Onlar Allahla yanaşı başqa məbuda yalvarmaz, Allahın
haram etdiyi cana haqsız yerə qıymaz və zina etməzlər. Bunu edən kimsə
cəzalandırılar, Qiyamət günü onun əzabı qat-qat artırılar və onun içində zəlil
858
olub əbədi qalar, Ancaq tövbə edib iman gətirən və saleh əməllər edənlərdən
başqa. Allah onların pis əməllərini yaxşı əməllərlə əvəz edər. Allah
Bağışlayandır, Rəhmlidir”. (əl-Furqan 68-70). İbn Abbas: “Bu ayə nazil olduğu
zaman Məkkə əhalisi: Həqiqətən bizlər Allaha şərik qoşub, Allahın haram
etdiyi cana haqsız qıydıq, çirkin işlər etdik”. Allah: “Ancaq tövbə edib iman
gətirən və saleh əməllər edənlərdən başqa. Allah onların pis əməllərini yaxşı
əməllərlə əvəz edər. Allah Bağışlayandır, Rəhmlidir”. (əl-Furqan 70). (Buxari
2830, 4765, Muslim 7730, 3023/18)
1902. Abdullah İbn Abbasın rəvayət etdiyinə görə müsəlmanlardan bəziləri
kiçik bir qoyun sürüsü içərisində bir adama rast gəldilər. Adam: “əs-Sələmu
Aleykum” dedi. Onlar isə bu adamı tutub öldürdülər və bu kiçik sürünü də
götürdülər. Onda bu ayə nazil oldu. “Sizə müsəlman olduğunu bildirən (salam
verən) bir kimsəyə (dünya həyatının puç mənfəətinə tamahlanaraq): “Sən
mömin deyilsən!”. (ən-Nisa 94) deməyin! (Buxari 4591, Muslim 7733, 3025/22)
1903. Bəra İbn Azib deyir ki, bu ayə biz Ənsarlar barədə nazil oldu.
Cahiliyyə zamanı Ənsar həcc edib evə döndükləri zaman evlərinin qapısından
daxil olmazdılar, evlərinə arxa tərəfdən daxil olardılar. Bir dəfə Ənsardan biri
yenə belə etdikdə arxadan deyil, evinin qapısından girmişdi. O, kimsə bu
əməlinə görə danlanmışdı. Buna görə Allah: “Səndən yeni doğan aylar
barəsində soruşurlar. De: "Bunlar insanlar və həcc üçün vaxt ölçüləridir".
Evlərə arxa tərəfindən daxil olmağınız yaxşı əməl deyildir. Lakin yaxşı əməl
sahibi Allahdan qorxan şəxsdir. Evlərə qapılarından daxil olun! Allahdan
qorxun ki, bəlkə nicat tapasınız”. (əl-Bəqərə 189) ayəni nazil etdi. (Buxari 1803,
4512, Muslim 7734, 3026/23)
Allahın: “Onlarin Yalvardıqları Məbudlarin Özləri Də
Rəbbinə – Hansı Daha Yaxın Olacaq Deyə Vəsilə Axtarırlar”
859
1904. Abdullah İbn Məsud : “Onların yalvardıqları məbudların özləri də
Rəbbinə – hansı daha yaxın olacaq deyə vəsilə axtarırlar”. (əl-İsra 57) ayəsi
haqqında deyir ki: “İnsanlardan bir topluluq cinlərdən bir topluluğa ibadət
edirdilər. Nəhayət cinlər İslamı qəbul etdilər. İnsanlar isə cinlərə ibadətdə
(onların dinində) qaldılar”. (Buxari 4714, Muslim 7739, 7742, 3030/28, 3030/30)
Dostları ilə paylaş: |