Başına Gələn Müsibətə Görə Ölümü Təmənna Etməyin
Bəyənilməməsi
1718. Ənəs İbn Malik rəvayət edir ki, Peyğəmbər buyurdu: “Sizdən heç
kəs başına gəlmiş bir müsibətə görə özünə ölüm diləməsin! Əgər çıxılmaz
vəziyyətdə qalarsa, qoy desin: “Allahummə, əhyini mə kanətil-hayətu xeyran
li və təvaffəni izə kanətil-vəfatu xeyran li - Allahım, bu həyatda yaşamağım
mənim üçün xeyirlidirsə, məni yaşat, yox, ölümüm mənim üçün xeyirlidirsə,
onda məni öldür!” (Buxari 5671, 6351, Muslim 6990, 2680/10)
1719. Qeys deyir ki, Xabbabın yanına gəldim. Yeddi dəfə qarnını dağlamışdı və
onun belə dediyini eşitdim: “Peyğəmbər ölümü istəməyi qadağan etməsəydi
mütləq gəlməsini istəyərdim”. (Buxari 6349, 6350, 7234, Muslim 6993, 2681/12)
764
Kim Allahla Görüşməyi Sevərsə Allah Da Onunla
Görüşməyi Sevər, Kim Də Allahla Görüşməkdən
Xoşlanmazsa Allah Da Onunla Qarşılaşmaqdan Xoşlanmaz
1720. Ubadə İbn Samit rəvayət edir ki, Peyğəmbər buyurdu: “Kim Allahla
görüşməyi sevərsə Allah da onunla görüşməyi sevər, Kim də Allahla
görüşməkdən xoşlanmazsa Allah da onunla qarşılaşmaqdan xoşlanmaz”.
(Buxari 6508, 6507, Muslim 6996, 2683/14)
1721. Əbu Musa rəvayət edir ki, Peyğəmbər buyurdu: “Kim Allahla
qarşılaşmağı sevərsə, Allah da onunla qarşılaşmağı istəyər, kim də Allahla
qarşılaşmaq istəməsə, Allah da onunla qarşılaşmaq istəməz.” (Buxari 6507,
6508, Muslim 7004, 2686/18)
Zikr, Dua Və Allaha Yaxınlaşdıran Əməllərin Fəziləti
1722. Əbu Hureyra rəvayət edir ki, Peyğəmbər buyurdu: “Uca Allah
buyurur: “Mən qulumun barəmdəki zənni yanındayam, Məni yad etdikcə
onunlayam. O Məni öz-özlüyündə yad etsə, Mən də onu Öz-Özlüyümdə yad
edərəm. O məni camaatın yanında yad edərsə, Mən onu onlardan daha xeyirli
bir toplumun (mələklərin) yanında yad edərəm. O Mənə bir qarış yaxınlaşsa,
Mən ona bir ərəş yaxınlaşaram. O Mənə bir ərəş yaxınlaşsa, Mən ona bir qulac
yaxınlaşaram. O Mənə doğru yeriyərək gəlsə, Mən ona doğru yüyürərək
gələrəm.” (Buxari 7405, Muslim 7008, 2675/21)
765
Zikr Məclislərinin Fəziləti
1723. Əbu Hureyra rəvayət edir ki, Peyğəmbər buyurdu: “Allahın
yollarda dolaşıb (Allahı) yad edən insanları axtaran mələkləri vardır. Onlar
Allahı yad edən bir camaat gördükləri zaman bir-birilərini çağırıb:
“Axtardığınızın yanına gəlin!”– deyirlər. Sonra onlar bu camaatı öz qanadları
ilə dünya səmasınadək əhatəyə alırlar. Elə həmin vaxt Rəbbi mələklərdən –
(hər şeyi) onlardan daha yaxşı bildiyi halda – soruşur: “Qullarım nə deyirlər?”
(Mələklər): “Onlar Sənin şəninə təriflər deyir, Səni uca tutur, Səni həmd-səna
ilə təqdis edir və Səni həddən artıq tərifləyirlər” deyə cavab verirlər. (Allah)
soruşur: “Məgər onlar Məni görüblərmi?” (Mələklər): “Xeyr, vallahi ki, onlar
Səni görməyiblər” deyirlər. (Allah) soruşur: “Bəs Məni görsəydilər, necə
(olardı)?” (Mələklər) deyirlər: “Əgər onlar Səni görsəydilər, bundan da çox
Sənə ibadət edər, Səni tərifləyər, Səni həmd-səna ilə təqdis edər və Sənin şənini
uca tutardılar.” (Allah) soruşur: “Onlar Məndən nə istəyirlər?” (Mələklər)
deyirlər: “Onlar Səndən Cənnəti istəyirlər.” (Allah) soruşur: “Məgər onlar
Cənnəti görüblərmi?” (Mələklər) deyirlər: “Xeyr, ya Rəbb, vallahi ki, onlar
Cənnəti görməyiblər.” (Allah) soruşur: “Bəs onu görsəydilər, necə (olardı)?”
(Mələklər) deyirlər: “Əgər onu görsəydilər, daha əzmlə ona can atar, daha
inadla onu diləyər və daha çox rəğbətlə onu arzulayardılar.” (Allah) soruşur:
“Onlar nədən (Mənə) sığınırlar?” (Mələklər): “Cəhənnəm odundan” deyirlər.
(Allah) soruşur: “Məgər onlar Cəhənnəmi görüblərmi?” (Mələklər) deyirlər:
“Xeyr, ya Rəbb, vallahi ki, onlar Cəhənnəmi görməyiblər.” (Allah) soruşur:
“Bəs onu görsəydilər, necə (olardı)?” (Mələklər) deyirlər: “Əgər onu
görsəydilər, ondan daha uzağa qaçmağa çalışar və ondan daha çox
çəkinərdilər.” (Allah) buyurur: “Şahid olun ki, Mən onları bağışladım!” Bu
vaxt mələklərdən biri deyir: “Bu camaatın arasında olan filankəs onlarla
766
(yoldaşlıq edən kimsələrdən) deyildir, sadəcə olaraq öz ehtiyacı üzündən ora
gəlmişdir.” (Onda Allah) buyurur: “Bunlar elə insanlardır ki, onlarla oturub-
duran adam bədbəxt olmaz.” (Buxari 6408, Muslim 7015, 2689/25)
Allahummə Rabbənə Atinə Fid-Dunya Həsənətən Və Fil-
Axirəti Həsənətən Və Qina Əzabən-Nar – duasının fəziləti
1724. Ənəs demişdir: “Peyğəmbər çox vaxt belə dua edərdi: “Allahummə
Rabbənə Atinə Fid-Dunya Həsənətən Və Fil-Axirəti Həsənətən Və Qina
Əzabən-Nar – Ey Allah! Ey Rəbbimiz! Bizə dünyada da, axirətdə də gözəl
(nemətlər) bəxş et və bizi Cəhənnəm əzabından qoru!”. (Buxari 6389, Muslim
7017, 2690/27)
Təhlil, Təsbih Və Duanın Fəziləti
1725. Əbu Hureyrə rəvayət edir ki, Allah Elçisi buyurdu: «Kim gündə 100
dəfə: «Lə İləhə İlləllahu Vahdəhu Lə Şəriykə Ləhu Ləhul Mulku Və Ləhul
Həmdu Və Huvə Alə Kulli Şeyin Qadir - Allahdan başqa ibadətə layiq haqq
məbud yoxdur, O təkdir, Onun şəriki yoxdur. Mülk Onundur və həmd
Onadır! O hər şeyə Qadirdir! deyərsə, bu söz onun üçün 10 köləni azad etməyə
bərabər olar. Ona 100 savab yazılar və onun 100 günahı silinər. O gün axşama
qədər şeytandan qorunar. (Qiyamət günü) ondan daha çox söyləyəndən başqa,
heç kəs onun gətirdiyindən fəzilətli heç bir şey gətirə bilməz”. (Buxari 3293,
Muslim 7018, 2691/28)
767
1726. Əbu Hureyra rəvayət edir ki, Peyğəmbər buyurdu: “Kim gün ərzində
yüz dəfə: “Subhanəllahi və bihəmdihi - Allah pak və müqəddəsdir! Allaha
həmd olsun!” desə, günahları dəniz köpüyü qədər olsa belə silinər.” (Buxari
6405, Muslim 1380, 597/146)
1727. Əbu Əyyub əl-Ənsari və İbn Məsud rəvayət edir ki, Peyğəmbər
buyurdu: “Kim (bu zikri) on dəfə desə, İsmail nəslindən bir kölə azad etmiş
sayılar.” (Buxari 6404)
1728. Əbu Hureyra rəvayət edir ki, Peyğəmbər buyurdu: “Rəhmana sevimli,
çəkidə ağır və dilə yüngül gələn iki kəimə: “Subhənəllahil Azim Və
Subhənəllahi Və Bihəmdihi”. (Buxari 6406, Muslim 7021, 2694/31)
Zikr Etdikdə Səsi Aşağı Salmağın Müstəhəb Olması
1729. Əbu Musa əl-Əşari demişdir: “Peyğəmbər Xeybərə yürüş etdikdə
(yaxud o istiqamətə getdikdə) və insanlar (hər hansı bir) vadiyə yaxınlaşdıqda
uca səslə təkbir gətirib deyərdilər: “Allahu Əkbər, Allahu Əkbər, lə ilahə
illəllah”. Peyğəmbər: “Özünüzə yazığınız gəlsin! Axı, siz kar və uzaqda olan
(bir tanrını) çağırmırsınız. Həqiqətən, O, Eşidəndir, Yaxındır və O, (həmişə)
sizinlədir.” Həmin vaxt mən Peyğəmbərin dəvəsinin arxa tərəfində idim. O
mənim: “Lə həulə və lə quvvətə illə billəh”– dediyimi eşitdi və mənə belə
buyurdu: “Ey Abdullah ibn Qeys!” Dedim: “Hüzurundayam, ya Rəsulullah!”
768
Dedi: “Cənnət xəzinələrindən sayılan bir kəlməni sənə öyrədimmi?” Dedim:
“Bəli, ya Rəsulullah, atam-anam sənə qurban!”. Peyğəmbər: “Lə həulə və lə
quvvətə illə billəh!” (Buxari 4205, Muslim 7039, 2704/45)
1730. (Bir dəfə) Əbu Bəkr Peyğəmbərə : “Mənə namazda edəcəyim bir
duanı öyrət” demiş, o da (cavabında) buyurmuşdur: “De: “Allahummə Inni
Zaləmtu Nəfsi Zulmən Kəsiran Və Lə Yəğfiruz-Zunubə Illə Ənt, Fəğfir Li
Məğfirətən Min Indikə Vərhəmni, Innəkə Əntəl-Ğafurur-Rəhim – Allahım! Mən
özümə çoxlu zülm etmişəm. Günahları yalnız Sən bağışlayırsan. Özün
günahımdan keçməklə məni bağışla və mənə rəhm et. Həqiqətən, Sən
Bağışlayansan, Rəhmlisən!” (Buxari 834, 6326, Muslim 7044, 2705/48)
1731. Abdullah İbn Amr rəvayət edir ki, (bir dəfə) Əbu Bəkr əs-Sıddıq
Peyğəmbərə : “Mənə namazda edəcəyim bir duanı öyrət”– demiş, o da
(cavabında) buyurmuşdur: “De: “Allahummə Inni Zaləmtu Nəfsi Zulmən
Kəsiran Və Lə Yəğfiruz-Zunubə Illə Ənt, Fəğfir Li Min Indikə Məğfirətən,
Innəkə Əntəl-Ğafurur-Rəhim – Allahım! Mən özümə çoxlu zülm etmişəm.
Günahları yalnız Sən bağışlayırsan. Özün günahımdan keçməklə məni bağışla
və mənə rəhm et. Həqiqətən, Sən Bağışlayansan, Rəhmlisən!” (Buxari 7387,
7388, Muslim 7044, 2705/48)
Fitnə Və Digər Şeylərin Şərrindən Allaha Sığınmaq
1732. Aişə rəvayət edir ki, Peyğəmbər buyurdu: “ Allahumə İnni Əuzu Bikə
Min Fitnətin Nər, Və Azəbin Nər, Və Fitnətil Qabr, Və Azəbil Qabr, Və Şərri
769
Fitnətil Ğani, Və Şərri Fitnətil Fəqri, Allahummə İnni Əuzu Bikə Min Şərri
Fitnətil Məsihid Dəccəl, Allahumməğsil Qalbi Bi Məi Səlci Vəl Bəradi Və
Nəqqi Qalbi Minəl Xatayə, Kəmə Nəqqeytəs Sovbəl Əbyədə Minəd Dənəsi Və
Bəid Bəyni Və Bəynə Xatayəyə Kəmə Bəadtə Bəynəl Məşriqi Vəl Məğribi
Allahummə İnni Əuzu Bikə Minəl Kəsəli Vəl Məasəmi Vəl Məğram”. (Buxari
6377, Muslim 7046, 2705/49)
Acizlik, Tənbəllik Və Digər (Bəyənilməyən) Şeylərdən
Allaha Sığınmaq
1733. Ənəs İbn Məlik rəvayət edir ki, Peyğəmbər buyurdu: “Allahummə
İnni Əuzu Bikə Minəl Aczi Vəl Kəsəli, Vəl Cubni Vəl Hərami Və Əuzu Bikə
Min Azəbil Qabri, Və Əuzu Bikə Min Fitnətil Nəhyə Vəl Məmət”. (Buxari 6367,
2823, Muslim 1361, 590/134)
Pis Taledən Və Bədbəxtçilidən Allaha Sığınmaq
1734. Əbu Hureyra rəvayət edir ki, Peyğəmbər bəlanın məşəqqətindən,
bədbəxt olmaqdan, pis taledən və düşmənlərin bədxahlığından Allaha
sığınardı.” (Buxari 6347, 6616, Muslim 7052, 2707/53)
Yatmaq İstədikdə Və Yatağa Girdikdə Nə Deyilir?
770
1735. Bəra İbn Azib rəvayət edir ki, Peyğəmbər belə buyurmuşdur:
“Yatmaq istədikdə namaz üçün dəstəmaz aldığın kimi dəstəmaz al; sonra sağ
böyrün üstə uzan; sonra de: “Allahummə, Əsləmtu Vəchi Ileykə, Və Fəvvədtu
Əmri Ileykə, Və Əlcə’tu Zahri Ileykə, Rağbətən Və Rahbətən Ileyk. Lə Məlcə’ə
Və Lə Məncəə Minkə Illə Ileyk. Allahummə, Aməntu Bikitabikəl-Ləzi Ənzəltə
Və Binəbiyyikəl-Ləzi Ərsəltə - Allahım, Sənə ümid edərək və Səndən qorxaraq
üzümü Sənə təslim etdim, işimi Sənə həvalə etdim, kürəyimi Sənə etibar
etdim. Sığınacaq və Sənin (əzabından) xilas olmaq üçün nicat yeri yalnız Sənə
yönəlməkdir. Allahım, Sənin nazil etdiyin Kitaba və göndərdiyin Peyğəmbərə
iman gətirdim!”. Əgər o gecə ölsən, fitrət üzərində (müsəlman olaraq)
öləcəksən. Sən bu sözləri, dediyin sözlərin axırıncısı et.”(Bəra İbn Azib) deyir
ki, mən bu duanı Peyğəmbərə oxudum və gəlib: “Sənin nazil etdiyin Kitaba
iman gətirdim” sözünə yetişdikdə “və göndərdiyin Elçiyə” dedim. O buyurdu:
“Xeyr, göndərdiyin Peyğəmbərə” (de). (Buxari 247, Muslim 7057, 7059,
2710/56)
1736. Əbu Hureyra rəvayət edir ki, Peyğəmbər buyurdu: “Sizdən biriniz
yatağına uzanmaq istədikdə qoy izarının iç tərəfi ilə yatağını çırpsın. Çünki o
özündən sonra yatağına nəyin girdiyini bilmir. Sonra da belə desin: “Bismikə
Rabbi Vədətu Cənbi Və Bikə Ərfəuhu. İn Əmsəktə Nəfsi Fərhəmhə Və İn
Ərsəltəhə Fəhfəzhə Bimə Təhfəzu Bihi İbadəkəs-Salihin – Ey Rəbbim, Sənin
adınla böyrümü yerə qoydum, Sənin sayəndə də onu qaldırıram. Ruhumu
tutub saxlasan, ona rəhm et, onu buraxsan, əməlisaleh qullarını qoruduğun
kimi onu da qoru!”. (Buxari 6320, Muslim 7067, 2714/64)
Etdiklərimin Və Etmədiklərimin Şərrindən Allaha
Sığınmaq
771
1737. İbn Abbas rəvayət etmişdir ki, Peyğəmbər deyərdi: “ Əuzu Bi
Izzətikəlləzi Lə Ilahə Illə Əntəlləzi Lə Yəmut, Vəl-Cinnu Vəl-Insu Yəmutun -
Ey Özündən başqa heç bir məbud olmayan, heç vaxt ölməyən (Allahım), Sənin
izzətinə sığınıram! (Sən Ölməzsən), halbuki cinlər və insanlar ölürlər” (Buxari
7383, Muslim 7074, 2717/67)
1738. Əbu Musa rəvayət etmişdir ki, Peyğəmbər belə dua edərdi: “ Rabbiğ-
Firli Xətiəti Və Cəhli Və Israfi Fi Əmri Kullihi Və Mə Əntə Ələmu Bihi Minni.
Allahumməğ-Firli Həzli Və Ciddi Və Xətaya Və Əmdi Və Kullu Zalikə Indi.
Allahumməğ-Firli Mə Qaddəmtu Və Mə Əxxərtu Və Mə Əsrərtu Və Mə Ələntu,
Əntəl-Muqəddimu Və Əntəl-Muəxxiru Və Əntə Alə Kulli Şeyin Qədir - Ey
Rəbbim, mənim günahımı, bilmədiklərimi, bütün işlərimdə israfa yol
verməyimi və məndən daha yaxşı bildiyin şeyləri bağışla. Allahım, mənim
zarafatla və ya ciddi olaraq, səhvən və ya bilərəkdən etdiyim xətalarımı
bağışla! Bunların hamısının məndə olması mümkündür. Allahım, mənim əvvəl
etdiyim, sonra edəcəyim, gizlin saxladığım və üzə çıxardığım (pis əməllərimi)
bağışla! Əvvələ çəkən də Sənsən, təxirə salan da Sənsən və Sən hər şeyə
qadirsən”. (Buxari 6398, Muslim 7076, 2719/70)
1739. Əbu Hureyra rəvayət edir ki, Peyğəmbər deyərdi: “ Lə Ilahə Illəllahu
Vəhdəhu, Əazzə Cundəhu Və Nəsərə Abdəhu Və Ğələbəl-Əhzabə Vəhdəhu Fələ
Şeyə Bədəhu - Tək olan Allahdan başqa məbud yoxdur. O Öz əsgərlərini
qüdrətli etdi, quluna kömək göstərdi, (düşmənlərdən olan) dəstələri tək Özü
məğlub etdi. Ondan sonra heç bir şey yoxdur!” (Buxari 4114, Muslim 7085,
2724/77)
Günün Əvvəlində Və Yatmaq Vaxtı Təsbih
772
1740. Əli (İbn Əbu Talib) rəvayət edir ki, Fatimə kirkirənin (onun
əllərində) iz buraxdığından şikayət etdi. (Bir müddətdən sonra) Peyğəmbərə
(bir neçə) əsir gətirdilər. Fatimə (bu əsirlərdən birini özünə köməkçi götür-
mək məqsədilə) Peyğəmbərin yanına getdi, lakin onu (evdə) tapa bilmədi,
Aişəni görüb (nə istədiyini) ona bildirdi. Peyğəmbər (evə) gəldikdə Aişə
ona Fatimənin gəldiyini xəbər verdi. Bundan sonra Peyğəmbər bizə
gəldi. Həmin vaxt biz artıq yatağımıza uzanmışdıq. Mən (onu görəndə) ayağa
qalxmaq istədim, lakin o: “Qalxmayın!” dedi və (gəlib) aramızda oturdu. Mən
hətta onun soyuq ayaqlarının sinəmə toxunduğunu hiss etdim. O buyurdu:
“Məndən istədiyinizdən daha xeyirlisini sizə öyrədimmi? Yatağınıza
uzandığınız zaman otuz dörd dəfə “Allahu Əkbər”, otuz üç dəfə
“Sübhanəllah” və otuz üç dəfə “Əlhəmdulillah” deyin. Bu sizin üçün
xidmətçidən daha xeyirli olar.” (Buxari 3705, Muslim 7090, 2727/80)
Xoruz Banı Eşitdiyiniz Zaman Allaha Dua Etməyin
Müstəhəb Olması
1741. Əbu Hureyra rəvayət edir ki, Peyğəmbər buyurdu: “Xoruz banı
eşitdiyiniz zaman Allahdan Onun lütfünü diləyin, çünki (həmin vaxt) xoruz
mələk görmüşdür. Eşşək anqırtısı eşitdiyiniz zaman isə şeytandan Allaha
sığının, çünki (bu vaxt) eşşək şeytan görmüşdür”. (Buxari 3303, Muslim 7096,
2729/82)
Sıxıntı Anında Dua
773
1742. İbn Abbas rəvayət edir ki, Peyğəmbər sıxıntı anında deyərdi: “Lə
Ilahə Illəllahul-Azimul-Həlim, Lə Ilahə Illəllahu Rabbul-Arşil-Azim, Lə İlahə
İlləllahu Rabbus-Səməvati Və Rabbul-Ardi Və Rabbul-Arşil-Kərim - Əzəmətli,
Həlim olan Allahdan başqa məbud yoxdur! Əzəmətli Ərşin Rəbbi olan
Allahdan başqa məbud yoxdur! Göylərin Rəbbi, yerin Rəbbi və kəramətli
Ərşin Rəbbi olan Allahdan başqa məbud yoxdur!” (Buxari 6346, Muslim 7097,
2730/83)
Dua Edən Kimsənin: “Mən Dua Etdim, Amma Duam Qəbul
Olmadi” Demədikcə Duası Qəbul Olar
1743. Əbu Hureyra rəvayət edir ki, Peyğəmbər buyurdu: “Mən dua etdim,
amma duam qəbul olmadı” deməyən və (duasının qəbul olunmasına)
tələsməyən kimsənin duası qəbul olar.” (Buxari 6340, Muslim 7110, 2735/90)
Cənnət Əhlinin Əksəriyyətinin Fəqirlər Olması, Cəhənnəm
Əhlinin Əksəriyyətinin Qadınlar Olması Və Qadın
Fitnəsinin Bəyanı
1744. Usamə rəvayət edir ki, Peyğəmbər buyurdu: “(Bir dəfə) mən
Cənnətin qapısında durdum. Ora daxil olanların əksəriyyəti kasıblar idi.
Varlılar isə (sorğu-sualları qurtaranadək və) Cəhənnəm əhli atəşə giriftar
olanadək ləngidilər. Sonra mən Cəhənnəmin qapısında durdum və ora
girənlərin çoxunun qadınlar olduğunu gördüm.” (Buxari 5196, 6547, Muslim
7113, 2736/93)
774
1745. Usamə İbn Zeyd rəvayət edir ki, Peyğəmbər buyurdu: “Mən
özümdən sonra kişilər üçün ehtiyat etdiyim ən təhlükəli fitnə qadınlardır.” (Buxari
5096, Muslim 7121, 2740/97)
Üç Mağara Sahiblərinin Qissəsi Və Saleh Əməlləriylə
Allaha Təvəssül Etmələri
1746. Abdullah İbn Ömər rəvayət edir ki, Peyğəmbər buyurdu: “Üç nəfər
yolla gedərkən onları yağış tutdu və dağda bir mağaraya sığındılar. Bu zaman
dağdan bir qaya parçası qopdu və mağaranın ağzını örtdü. Onlar bir-birinə
belə dedilər: “Allah üçün etdiyiniz yaxşı əməli düşünün! Onunla Allaha dua
edin, ola bilsin ki, Allah sizi xilas etdi! Onlardan biri belə dedi: “Allahım!
Mənim yaşlı qoca ana-atamla, bir xanımım və bir də kiçik uşaqlarım vardı.
Onlara yaxşı baxırdım. Heyvanlarımı onların yanlarına gətirdiyim zaman süd
sağıb, uşaqlarımdan əvvəl anamla atamdan başlayaraq onlara süd içirərdim.
Bir gün odun yığmaq məni uzaqlara apardı. Axşama kimi ailəmin yanına gələ
bilmədim. Gəldiyim vaxt anamla atamı yatmış halda gördüm. Hər gün
sağdığım kimi (heyvanlardan) südü sağdım və içərisində süd olan qabı
gətirdim. Onları yuxudan oyatmamaq üçün başlarının üstündə durdum.
Onlardan əvvəl uşaqlara süd içirməyi istəmirdim. Halbuki uşaqlar
775
ayaqlarımın yanında aclıqdan qışqırırdılar. Mənim və uşaqların halı, şəfəq
doğulana qədər belə davam etdi. Əgər bunu Sənin (razılığın) üçün etdiyimi
bilirsənsə, bu qayadan bizim üçün bir az aç ki, oradan səmanı görək!”. Bu
zaman Allah qayanı bir az araladı və oradan göy üzünü gördülər. O biri isə
belə dedi: “Allahım! Mənim bir əmim qızı vardı. Mən onu kişilərin qadınları
sevdikləri sevginin ən son dərəcəsiylə sevmişdim. Ondan nəfsini (mənə tabe
etməsini) tələb etdim. Amma o, ona yüz dinar gətirmədikcə bunu qəbul
etmədi. Mən bu pulu toplamaq üçün yoruldum. Nəhayət yüz dinarla onun
yanına gəldim. Ayaqlarının arasına oturduğum zaman belə dedi: “Ey Allahın
qulu! Allahdan qorx! Bu subaylıq möhrünü, haqqı ilə (yalnız evlənməklə) aç!”
dedi. Bu zaman onun üzərindən qalxdım. Əgər bunu Sənin (razılığın) üçün
etdiyimi bilirsənsə, bu qayadan bizim üçün bir az aç! Və onlar üçün qaya bir
qədər də açıldı”. Digəri isə belə dedi: “Allahım! Mən bir faraq (üç saa
miqdarında olan qab) düyü qarşılığında bir işçi tutmuşdum. İşini bitirdiyi
zaman: “Mənə haqqımı ver!” dedi. Mən də ona haqqı olan farağı verdim. O da
bunu qəbul etmədi. Mən o işçiyə vermək istədiyim düyüsünü əkməyə davam
etdim. Nəhayət o düyünün gəliri ilə çoxlu inək və çoban əldə etdim. Bu zaman
o işçi yanıma gəldi və mənə: “Allahdan qorx! Mənim bu haqqıma zülm etmə!”
dedi. Mən də: “O inəklərin və çobanların yanına get və onları götür!” dedikdə,
o mənə belə dedi: “Allahdan qorx! Məni ələ salma!”. Mən: “Səni ələ salmıram.
Bu inəkləri və çobanları götür!” dedim. Bu vaxtı o işçi onları götürüb apardı.
Əgər bunu Sənin (razılığın) üçün etdiyimi bilirsənsə, bu qayadan bizim üçün
bir az aç! Bu zaman Allah, qayanın qalan hissəsini də araladı”. (Buxari 2215,
Muslim 7125, 2743/100)
776
Dostları ilə paylaş: |