a) Nikaha daxil olan şəxslərin qarşılıqlı razılığı;
Qarşılıqlı razılığın mahiyyəti ondan ibarətdir ki, müasir cəmiyyətimizdə nikah başqasının məcburiyyətindən tamamilə asılı olmayaraq, yalnız evlənmək arzusunda olanların iradəsi ilə bağlanılır.
«Qarşılıq razılıq» anlayışı o deməkdir ki, evlənmək arzusunda olanlar nikahın bağlanması üçün məcburiyyət olmadan, şüurlu və könüllü sürətdə nikahın qeydə alınmasının mənasını və nəticələrini başa düşərəkdən öz iradələrini ifadə edilər.
b) Nikah yaşı.
Göstərmək lazımdır ki, tələb olunan minimum yaş qanunla müəyyən edilmişdir ki, nikah qeyd edilən zaman ona riayət olunsun, nikah bağlayan şəxslər cismani, psixoloji və mənəvi cəhətdən yetkin olsunlar.
Aşağıdakı şəxslər arasında nikahın bağlanmasına yol verilmir:
1. Yaxın qohumlar (valideynlər və uşaqlar, baba-nənə və nəvələr, doğma və ögey (ümumi ata və ya anası olan) qardaş və bacılar);
2. Övladlığa götürənlər və övladlığa götürülənlər arasında;
3. İkisindən biri və ya hər ikisi başqası ilə nikahda olan şəxslər arasında;
4. İkisindən biri və ya hər ikisi ruhi xəstəlik və ya kəmağıllılıq nəticəsində məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslər arasında.
Nikahın daxil olan şəxslərin tibbi müayinəsi, tibbi genetik və ailənin planlaşdırılması məsələləri üzrə məsləhət verilməsi onların razılığı ilə yaşayış yerindəki dövlət və bələdiyyə tibb müəssisələrində pulsuz həyata keçirilir.
Nikah daxil olan şəxslərin tibbi müayinəsinin nəticələri həkim sirridir.
Nikaha daxil olan şəxslərdən biri özündə dəri zöhrəvi xəstəliyinin və insanın immun çatışmazlığı virusunun törətdiyi xəstəliyin (AİDS) olmasını o birindən gizlətdikdə, digər tərəf nikahın etibarsız sayılması tələbi ilə məhkəməyə müraciət edə bilər.
Nikaha daxil olma qaydasının müəyyən edilməsində məqsəd ailə qanunvericiliyi ilə müəyyən olunmuş nikahın bağlanması şərtlərinə ciddi əməl olunmasına fəal kömək etməkdir.
Dostları ilə paylaş: |