AġLƏ HÜququnun əsaslari


Qüvvədə olan Ailə qanunvericiliyi üzrə nikah iki qaydada pozulur



Yüklə 197,5 Kb.
səhifə8/31
tarix02.01.2022
ölçüsü197,5 Kb.
#34748
növüMühazirə
1   ...   4   5   6   7   8   9   10   11   ...   31
MÜHAZİRE 5 - AİLƏ HÜQUQU

Qüvvədə olan Ailə qanunvericiliyi üzrə nikah iki qaydada pozulur:

1. Nikahın məhkəmə tərəfindən pozulması;

2. Nikahın vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanlar tərəfindən pozulması. Ailə məcəlləsinin 15-ci maddəsinə görə arvad hamilə olduğu vaxt və uşaq doğulduqdan sonra 1 (bir) il müddətində arvadın razılığı olmadan ər nikaha xitam verilməsi barədə iddia qaldıra bilməz. Bu qaydanın əsas məqsədi ananın və uşağın səhhətini qorumaqdır. Boşanma prosesi həyəcanlanmaqla bağlı olduğu üçün hamiləlik dövründə ananın və uşağın səhhətinə təhlükə törədə bilər. Hamilə qadının razılığı olmadan boşanma haqqında iddia ərizəsini məhkəmə qəbul etməkdən imtina etməli, əgər ərizə artıq qəbul olunubsa, məhkəmə iş üzrə icraatı xitam etməlidir. Ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olmadıqda, nikaha onların razılığı əsasında vətəndaşlıq aktlarının dövlət qeydiyyatı orqanında xitam verilə bilər. Yetkinlik yaşına çatmayan ümumi uşaqları olmasından asılı olmayaraq ərin (arvadın) ərizəsi əsasında nikaha xitam verilməsi aşağıdakı hallarda müvafiq vətəndaşlıq aktlarının dövlət qeydiyyatı orqanında aparılır.

1. Ər (arvad) məhkəmə qaydasında itkin düşmüş hesab edildikdə;

2. Ər (arvad) məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə;

3. Ər (arvad) cinayət törətməyə görə ən azı 3 il müddətinə azadlıqdan məhrum olunduqda.

Nikahın pozulması və bu barədə şəhadətnamənin verilməsi ərizə verildiyi gündən 1 ay keçdikdən sonra müvafiq vətəndaşlıq aktlarının dövlət qeydiyyatı orqanı tərəfindən həyata keçirilir. Ailə məcəlləsinin 17.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda məhkəmə qaydasında pozulur.

Ər-arvadın razılığı olduqda, lakin onlardan biri VVAQ-da nikahın pozulmasından yayındıqda (ərizə verməkdən imtina etdikdə, nikahın pozulmasının dövlət qeydiyyatı üçün gəlmədikdə və s.) nikahın pozulması məhkəmə qaydasında həyata keçirilir. Ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur. Tərəflərdən birinin nikahın pozulması haqqında razılığı olmadıqda, məhkəmə ər-arvadın barışması üçün 3 ay müddət müəyyən etməklə işi təxirə sala bilər. Barışıq olmadıqda və ya onlar (onlardan biri) nikahın pozulmasında təkid etdikdə nikah pozulur. Yetkinlik yaşına çatmayan ümumi uşaqları olan ər-arvadın nikahın pozulmasına qarşılıqlı razılığı olduqda nikah onun pozulma səbəbləri məhkəmə qaydasında araşdırılmadan pozulur. Nikahın məhkəmə qaydasında pozulması ər-arvadın bu barədə ərizə verdikləri gündən 1 aydan tez olmayaraq həyata keçirilir.

Nikah məhkəmə qaydasında pozularkən, ər-arvad məhkəməyə yetkinlik yaşına çatmayan uşaqlarının kiminlə qaldığını, uşaqların və (və ya) ehtiyacı olan və əmək qabiliyyəti olmayan ərin (arvadın) saxlanması üçün vəsaitin ödənilmə qaydasını, bu vəsaitin miqdarını və ər-arvadın ümumi birgə mülkiyyətinin bölünməsini müəyyən edən saziş təqdim edə bilərlər. Göstərilən bu məsələlər üzrə ər-arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda məhkəmə:

1. Boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını müəyyən etməli;

2. Uşaqlar üçün aliment hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməli;

3. Ər-arvadın (onlardan birinin) tələbi ilə onların birgə mülkiyyətindən olan əmlakın bölgüsünü aparmalı;

4. Ərindən (arvadından) saxlanması üçün vəsait almaq hüququna malik olan arvadın (ərin) tələbi ilə ərdən (arvaddan) saxlanması üçün vəsait almaq hüququna malik olan arvadın (ərin) tələbi ilə ərdən (arvaddan) tutulmalı olan vəsaitin miqdarını müəyyən etməlidir.


Yüklə 197,5 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin