AġLƏ HÜququnun əsaslari


Ər-arvadın və keçmiş ər-arvadın aliment öhdəlikləri



Yüklə 197,5 Kb.
səhifə16/31
tarix02.01.2022
ölçüsü197,5 Kb.
#34748
növüMühazirə
1   ...   12   13   14   15   16   17   18   19   ...   31
MÜHAZİRE 5 - AİLƏ HÜQUQU

Ər-arvadın və keçmiş ər-arvadın aliment öhdəlikləri

Aliment öhdəliyi sözün tam mənasında qəti şəxsi xarakter daşıyır, çünki bu öhdəlik aliment verən və aliment alan subyektlərin şəxsiyyəti ilə üzvi surətdə bağlıdır. Buna görə də, aliment öhdəliyinin subyektləri yalnız qanunda göstərilən şəxslər ola bilər. Aliment alan və ya aliment verən şəxs öldükdə, aliment öhdəliyi xitam edilir, bu da aliment öhdəliyinin şəxsi xarakter daşıması ilə izah olunur.

Aliment öhdəliyi yetkinlik yaşına çatmış şəxsin əmək qabiliyyəti bərpa olunduqda və ya onun maddi yardıma ehtiyacı aradan qalxdıqda xitam edilir. Aliment öhdəlikləri davam edən hüquq münasibətdir. Bu, o deməkdir ki, aliment almağa ixtiyarı olan şəxs bu hüququnu hər bir vaxt həyata keçirə bilər.

Azərbaycan Respublikası Ailə Məcəlləsinin 14-cü fəsli «ər-arvadın» və keçmiş ər-arvadın aliment öhdəliklərinə həsr edilmişdir. Məcəllənin 84-cü maddəsində göstərilir ki, ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda aşağıdakılar buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər.

1. Əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan ər və ya arvad;

2. Hamiləliyi dövründə və ümumi uşaqların doğulduğu gündən üç il ərzində arvad;

3. Əlil ümumi uşağa qulluq edən və ehtiyacı olan ər və ya arvad – uşaq 18 yaşına çatana qədər:

4. 1-ci qrup əlil ümumi uşağa qulluq edən və ehtiyacı olan ər və ya arvad.

Aliment öhdəliyi qanunla müəyyən edildiyi üçün bu öhdəlik ər-arvadın razılığı ilə deyil, ancaq onun əmələ gəlməsi şərtləri aradan qalxdıqda xitam olunur. Ər-arvad bir-birinə maddi yardım göstərməyə borcludur.

Ər-arvadın bu qarşılıqlı vəzifəsi nikahın vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan dövlət orqanlarında bağlandığı vaxtdan əmələ gəlir. Ər-arvadın bu vəzifəsi onlar ayrı yaşadıqları, hətta nikah münasibətləri faktiki xitam olunduqda da saxlanılır.

Ərin (arvadın) maddi yardıma ehtiyacı əmək qabiliyyətinin itirilməsi ilə bağlı olmalıdır.

Hamiləlik dövründə və uşaq doğulduqdan sonra 3 il müddətində arvad maddi yardım göstərmək imkanı olan ərindən məhkəmə vasitəsilə özü üçün maddi yardım (aliment) almaq hüququna malikdir. Bu halda da arvadın maddi köməyə ehtiyacı olası nəzərə alınmalıdır. Uşaq doğulduğu vaxtdan 3 il keçəndən sonra arvad özü üçün maddi yardımı ərindən ümumi əsaslar üzrə, yəni əmək qabiliyyətini itirdikdə və maddi yardıma ehtiyacı olduqda tələb etməyə haqlıdır.

Ailə Məcəlləsinin 85-ci maddəsində göstərilir ki, aşağıdakı şəxslər nikah pozulduqdan sonra məhkəmə qaydasında zəruri vəsaitə malik olan keçmiş ərdən (arvaddan) aliment ödəməyi tələb etmək hüququna malikdirlər.

1. Hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad;

2. Yetkinlik yaşına çatmış əlil ümumi uşağa və ya uşaqlıqdan 1-ci qrup əlil olan ümumi uşağa qulluq edən və maddi yardıma ehtiyacı olan keçmiş ər (arvad);

3. Nikah pozulana qədər və ya pozulduğu gündən 1 il ərzində əmək qabiliyyətini itirən və maddi yardıma ehtiyacı olan keçmiş ər (arvad);

4. Ər-arvad uzun müddət nikahda olmuşlarsa, nikah pozulduğu andan 5 il müddətindən gec olmayaraq pensiya yaşına çatmış və maddi yardıma ehtiyacı olan keçmiş ər (arvad).

Məhkəmə aşağıdakı hallarda əri (arvadı) nikah dövründə və nikah pozulduqdan sonra maddi yardıma ehtiyacı olan və əmək qabiliyyəti olmayan arvadı (əri) saxlamaq vəzifəsindən azad edə və bu vəzifəni müəyyən müddətlə məhdudlaşdıra bilər:

1. Maddi yardıma ehtiyacı olan ər (arvad) əmək qabiliyyətini spirtli içkilərin, narkotik vasitələrin qəbulu və ya qəsdən törətdiyi cinayət əməli nəticəsində itirdikdə;

2. Aliment ödənilməsini tələb edən ər (arvad) ailədə ləyaqətsiz davrandıqda və ya nalayiq hərəkət etdikdə;

3. Ər-arvadın nikahda olması müddəti qısa olduqda.

Ərin (arvadın) nalayiq hərəkət etmə məsələsini məhkəmə həll edir. Bunun üçün arvad (ər) ərin (arvadın) nalayiq hərəkət etdiyini təsdiq edən sübutlar təqdim etməlidir. Ərin (arvadın) nalayiq hərəkəti aşağıdakılardan ibarət ola bilər: ər (arvad) tərəfindən xəyanət edilməsi, nikah müddətində ailə vəzifələrinə yelbeyin münasibət göstərilməsi, əxlaqsızlıq, uşaqlara qarşı qayğısızlıq, uşaqlara amansız davranma, alkoqolizm və i.a. Qanun ərin (arvadın) nalayiq hərəkətini yalnız ərin (arvadın) birlikdə yaşadıqları dövr ilə əlaqədar etmir. Nikaha daxil olanadək də ərin (arvadın) nalayiq hərəkəti nəzərə alına bilər.




Yüklə 197,5 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin