Ali-İmran surəsi, 114 harun yəhya



Yüklə 0,69 Mb.
səhifə7/8
tarix05.05.2017
ölçüsü0,69 Mb.
#16975
1   2   3   4   5   6   7   8

(Sehrbazlar) dedilər: “Ey Musa! Ya sən (əsanı birinci) at, ya da biz (əlimizdəkiləri) ataq!” (Musa) dedi: “Siz (əvvəl) atın!” Onlar (əllərindəkiləri) atdıqda, insanların gözlərini sehrləyib canlarına qorxu saldılar və böyük bir sehr göstərdilər. Biz Musaya: “Əsanı (yerə) at!”– deyə vəhy etdik. Elə bu an (əsa ilana çevrilib) onların düzəltdikləri şeyləri uddu. Artıq haqq üzə çıxdı, onların etdikləri isə batil oldu. (Sehrbazlar) orada məğlub oldular və rüsvay olaraq geri döndülər. (Əraf surəsi, 115-119)
Bunun üçün Hz. Musanın həqiqəti söylədiyini anlayan sehrbazlar Allaha iman etdilər:
Sehrbazlar səcdəyə qapandılar, və dedilər: “Biz iman gətirdik aləmlərin Rəbbinə – Musanın və Harunun Rəbbinə!” (Şuəra surəsi, 46-48)
Hz. Musanın sehrbazların etdiklərini etibarsız etməsi və sehrbazların da onun üstünlüyünü qəbul edərək iman etməsi Firon üçün böyük bir uduzma idi. Buna görə də, Fironun reaksiyası çox sərt oldu. Çünki həm xalqının gözü qarşısında alçalmış, həm əhəmiyyətli bir gücünü itirmiş, həm də öz sisteminə qarşı böyük bir təhlükə olaraq gördüyü Hz. Musa qalibiyyət əldə etmişdi. Nəticə olaraq iman edən sehrbazlara çox ağır bir cəza verəcəyinə qərar verdi:
(Firon) dedi: “Mən sizə izn verməmişdən əvvəl siz Ona iman gətirdiniz? Şübhəsiz ki, O sizə sehr öyrədən böyüyünüzdür. Mən sizin əllərinizi və ayaqlarınızı çarpaz kəsdirib xurma ağaclarının gövdələrində çarmıxa çəkəcəyəm. Onda hansımızın əzabının daha şiddətli və daha sürəkli olduğunu biləcəksiniz!” (Taha surəsi, 71)
Sehrbazlar isə Fironun zorbalığını bilmələrinə və bu ağır təhdidlərə baxmayaraq, Allahın varlığını anladıqları an iman etmişlər və səcdəyə qapanmışlar. Heç bir bəhanə uydurmadan, mənfəət güdmədən Firona qarşı Hz. Musanın tərəfinə keçərək onu dəstəkləmişlər. Hz. Musaya qarşı çıxdıqlarına və ona qarşı mübarizə apardıqlarına görə də Allahdan üzr istəmişlər:
Onlar dedilər: “Biz heç vaxt səni bizə gələn bu aydın dəlillərdən və bizi yaradandan üstün tutmayacağıq. İndi nə hökm verəcəksənsə, ver. Sən ancaq bu dünyada hökm verə bilərsən! Həqiqətən, biz Rəbbimizə iman gətirdik ki, O, bizi günahlarımıza və sənin bizi məcbur etdirdiyin sehrə görə bağışlasın. Allahın (mükafatı) daha xeyirli, (cəzası) isə daha daimidir!” (Taha surəsi, 72-73)
Məhz burada qeyd-şərtsiz Allaha təslim olmanın ilk andan insana qazandırdığı şəxsiyyət, güc və qətiyyət, başqa sözlə desək imani yetkinlik nəzərə çarpır. Əgər sehrbazlar Fironun nizamına görə bir mənfəət güdməyə cəhd etsədilər, əsla belə bir rəftar göstərə bilməzdilər. Çünki görünüşcə yaşadıqları mövcud mühitdə iman etmələri dünyəvi mənfəətlərilə zidd düşürdü.

Ancaq əlbəttə, Allahın varlığına iman edən bir insan üçün bütün bu təhlükələr geridə qalar. Çünki Allah bütün bu sayılan hadisələrə hökm edən, hər şeydən üstün olan gücdür. Kamil imanda Allaha müəyyən şərtlərə bağlı olaraq qul olunmaz. Çünki əsl iman heç bir şərtə bağlı olmayan imandır. Sehrbazların göstərdikləri də, Allaha və dinə səmimi yaxınlaşan, heç bir şərtə bağlı olmayan kamil bir imandır.

Bağ Sahibi



Allah Hz. Məhəmmədə (s.ə.v.) iki adamın arasında baş verən bir hadisəni vəhy etmişdir. Beləcə əsrlər əvvəl yaşayan bu iki adamın nümunəsi qiyamətə qədər bütün insanlara çatmışdır:
Onlara iki kişinin (əhvalatını) misal çək. Bunların birinə iki üzüm bağı verib onları xurmalıqlarla əhatə etdik və aralarında əkin saldıq.

Hər iki bağ öz barını verdi və bu bardan heç bir şey əskilmədi. Biz də onların arasından bir çay axıtdıq.

Onun (başqa) sərvəti də var idi... (Kəhf surəsi, 32-34)
Bu şəxslərdən birinin göstərdiyi xarakter Qurana ibrət götürüləcək bir xarakter olaraq keçərkən, digərinin etidallı rəftarı da bir kamil iman nümunəsi meydana gətirmişdir.

Mal baxımından zəngin olan adam bu zənginliyindən qaynaqlanan özündən son dərəcə əmin olan təkəbbür içindədir. Bağçasının məhsuldar olması və görünüşünün gözəlliyi onun özünə olan güvəninin əsas dayağıdır. Sırf yanındakı adamdan daha zəngin və güclü olduğunu düşündüyü üçün normal şərtlərdə edə bilməyəcəyi bir təkəbbür və əzəmətə haqq qazandırmışdır:
... O öz (mömin) yoldaşı ilə söhbət edərkən ona: “Mən sərvətcə səndən daha zəngin və adamlarıma görə səndən daha qüvvətliyəm!”– dedi. (Kəhf surəsi, 34)
Bu adam bağının gözəlliyini və bərəkətini gördüyündə, güclü olmaq üçün Allaha və Onun dininə ehtiyacı olmadığı zənninə qapılmış və özündən son dərəcə əmin və ağılsızca bir üslubdan istifadə etmişdir:
O özünə zülm edərək bağına daxil olub dedi: “Bunun nə vaxtsa yox ola biləcəyini düşünmürəm. O Saatın gələcəyini də zənn etmirəm. Rəbbimin dərgahına qaytarılmalı olsam, sözsüz ki, bundan daha firavan bir həyat qismətim olacaq!” (Kəhf surəsi, 35-36)
Allahın ayədə də diqqət çəkdiyi kimi, bağ sahibi bağına demək olar ki, sonsuzluq ətf etmiş və heç bir gücün onu yox edə bilməyəcəyini düşündüyünü də açıqca dilə gətirmişdir. Halbuki bu dünyagörüşünün özünə necə bir son hazırladığını fərqinə vara bilməmişdir.

Allah bu adamın yanında ikinci bir bağ sahibindən bəhs edir. Bu adam da mülk sahibidir və zəngindir, ancaq digəri qədər deyil... Lakin sahib olduğu zənginlik inancına və xarakterinə təsir etməmişdir. Bu səbəblə yoldaşının üzərindəki inkarı görərək və ona bu şəkildə cavab vermişdir:
... “Səni torpaqdan, sonra nütfədən yaratmış, daha sonra səni kişi qiyafəsinə salmış (Rəbbini) inkarmı edirsən? Lakin Allah mənim Rəbbimdir və mən heç kəsi Rəbbimə şərik qoşmaram! Bağına girdiyin zaman: “Maşallah (Allahın istədiyidir)! Qüvvət yalnız Allaha məxsusdur!”– deməli deyildinmi? Əgər var-dövlətcə və övladca məni özündən kasıb sayırsansa (Kəhf surəsi, 37-39)
Ayənin davamında da yoldaşının malından ötrü azğınlaşmasını dərhal xəbərdar etmiş və Allahın verdiyi malla Allaha qarşı böyüklənməməsini nəsihət etmişdir:
Ola bilsin ki, Rəbbim mənə sənin bağından daha yaxşısını versin, (sənin bağına) isə göydən bir bəla göndərsin və o, hamar bir yerə dönsün. Yaxud suyu çəkilib getsin və bir də onu axtarıb tapa bilməyəsən!” Beləcə, onun (bağının) məhsulu bir anda məhv edildi. O, (bağını belə görüb) ora qoyduğu xərcə görə (peşmançılıq çəkməyə) və əllərini bir-birinə vurmağa başladı. Bağın talvarları belə darmadağın olub yerə yıxılmışdı. O dedi: “Kaş Rəbbimə heç kəsi şərik qoşmayaydım!” Allahdan başqa ona yardım edə biləcək dostlar yox idi və o da öz-özünə kömək edə bilməzdi. Belə hallarda kömək etmək ancaq Haqq olan Allaha məxsusdur. Ən yaxşı mükafat verən və ən gözəl aqibət nəsib edən Odur. (Kəhf surəsi, 40-44)
Etidallı bağ sahibinin göstərdiyi əxlaq Allahın bəyəndiyi əxlaq modelidir. Sahib olduğu məntiq hadisələrə dünyagörüşü və üslubu kamil imana dair əlamətlərdir. Bu səbəbdən Allah Peyğəmbərimizə (s.ə.v.) bu hadisəni bütün möminlərə nümunə olaraq izah etməsini əmr etmişdir. Digər bağ sahibinin göstərdiyi pis əxlaq isə kamil iman sahibinin əxlaqındakı üstünlüyün belə bir müqayisə ilə ortaya çıxmasına vəsilə olmuşdur.
NƏTİCƏ

Kitabın əvvəlindən bu yana yalnız "iman etdik" deməyin, ya da din əxlaqına "bir ucundan ibadət etməyin" kifayət etməyəcəyini, Allahın məqbul gördüyü modelin "yarışıb önə keçmək", təqva sahibi möminlərə nümunə olmaq, hər an üstün bir əxlaq göstərmək olduğunu izah etməyə çalışdıq. Möminləri Allahdan gücləri yetdiyi qədər qorxmağa, özlərini əsla yetərli görməməyə və hər an Allah rizasını axtarmağa, vicdanlarını son sərhədinə qədər istifadə etməyə çağırdıq.

Ancaq burada əhəmiyyətli olan bir mövzu daha vardır. Kamil iman sahibi olmaq uzun sürən səy nəticəsində əldə ediləcək bir şey deyil. Allah bir ayədə "Səni ən asan olana müvəffəq edərik" (Əla surəsi, 8) şəklində bildirmişdir. İnsan kamil mənada bir imana qısa bir müddətdə çata bilər. O günə qədər necə bir həyat sürməyindən asılı olmayaq, bu bir anlıq qərarı ilə həyatının qalan hissəsini Allahın məmnun olacağı şəkildə keçirə bilər. Dinin təqdim etdiyi gözəl əxlaqı əksiksiz şəkildə yaşaya bilər.

Bütün bunları açıqca ifadə etdikdən sonra indi də hər kəsi bu mövzuda "tələsik davranmağa" və "təxirə salmamağa" çağırırıq. Çünki insana verilən müddət qısadır. İnsan bu dünyada bəlkə bir "göz qırpımında" və ya "gündüzün ancaq bir saatı" qədər bir müddət həyat sürəcək. Bu vəziyyətdə ona verilən bu məhdud müddət ərzində zamanla yarışmalı və gözəl davranışlar göstəməyə çalışmalı, kamil imanı yaşamağa tələsməlidir. Allah bu müddətin sonunda təqvada dayanıqlılıq və davamlılıq göstərən, yarışıb önə keçən, Özünə yaxınlaşmaqda tələsən qullarına cənnəti vəd etmişdir. Orada onlar peyğəmbərlər, sadiqlər, şəhidlər və salehlərlə birlikdə olacaqlar və hər şeydən əhəmiyyətlisi Rəbbimizə qovuşmuş olacaqlar. Allah orada onlara bir də "salam" olduğunu müjdələyir ki, möminlər üçün bu, ola biləcək ən gözəl mükafatlardan biridir:
Həqiqətən də Cənnət əhli həmin gün nemətlər işində kef çəkəcək.

Onlar zövcələri ilə birlikdə kölgəliklərdə taxtlara söykənəcəklər.

Orada onlar üçün meyvələr və istədikləri hər şey vardır.

Üstəlik Rəhmli Rəbb (onlara): “Salam” deyəcək. (Yasin surəsi, 55-58)
Allaha və (Onun) Elçisinə itaət edənlər Allahın onlara nemət olaraq bəxş etdiyi peyğəmbərlərlə, sidq ürəkdən inananlarla, şəhidlərlə və əməlisalehlərlə birlikdə olacaqlar. Onlar necə də gözəl dostlardır. Bu lütf Allahdandır. Bilən olaraq Allah kifayət edər. (Nisa surəsi, 69-70)
Gəlin siz də bu mükafatı əldə etmək, Allahın rizasını və məmnuniyyətini qazanmaq üçün sizin üçün hazırlanan cənnətlərdə peyğəmbərlər və kamil iman sahibi möminlərlə yerləşmək üçün tələsin.

Kamil imanı ən gözəl şəkildə yaşayaraq, bütün Müsəlmanlara ayələrdə ifadə edildiyi kimi, təqvada öndər və nümunə olun. Allah Quranda qurtuluş tapmaq istəyən bütün insanları bu əxlaqı yaşamağa dəvət edir:

Onlara Rəbbinin ayələri xatırlandığı zaman o ayələrə qarşı kar və kor kimi davranmazlar.


Onlar deyərlər: “Ey Rəbbimiz! Bizə gözümüzün aydınlığı olan zövcələr və övladlar bəxş et və bizi müttəqilərə imam et!”.

Onlar səbr etdiklərinə görə (Cənnətdə olan) otaqla mükafatlandırılacaq, orada xeyir-dua ilə, salamla qarşılanacaqlar.

Onlar orada əbədi qalacaqlar. O, nə gözəl məskən, necə də gözəl iqamətgahdır! (Furqan surəsi, 73- 76)

QURANda KAMİL İMAN

SAHİBLƏRİ

Kamil iman sahiblərinin Quranda bildirilən xüsusiyyətlərindən bəziləri belədir:
- "Onlar iman gətirmiş və (Allahdan) qorxmuşlar. (Yunus surəsi, 63)
- "… imanlarına zülm qatışdırmayanlar…" (Ənam surəsi, 82)
- "… Ondan qorxur və Allahdan başqa heç kəsdən qorxmurdular…" (Əhzab surəsi, 39)
- "… Onun qorxusundan tir-tir əsirlər" (Ənbiya surəsi, 28)
- "… “Rəbbimiz Allahdır!”– deyib sonra düz yol tutanlar…" (Əhqaf surəsi, 13)
- "... “Allah bizə yetər. O nə gözəl Qoruyandır!”– dedilər." (Ali-İmran surəsi, 173)
- "… Allah anıldığı zaman qəlbi qorxuya düşər…" (Həcc surəsi, 35)
- "… Rəbbindən qorxur və pis haqq-hesabdan çəkinirlər." (Rəd surəsi, 21)
- "…Onlar Mənə ibadət edir və heç nəyi Mənə şərik qoşmurlar. …" (Nur surəsi, 55)
- "…özlərinə nazil edilənə iman gətirir, Allahın ayələrini ucuz qiymətə satmırlar…" (Ali-İmran surəsi, 199)
- "Çünki onlar öz Rəbbi ilə qarşılaşacaqlarını və Ona qayıdacaqlarını yəqin bilirlər." (Bəqərə surəsi, 46)
- "O kəslər ki, Haqq-hesab gününü təsdiq edirlər”. (Məaric surəsi, 26)
- "qeybə iman gətirir…" (Bəqərə surəsi, 3)
- "… (gələcək) o Saatdan lərzəyə gəlirlər.." (Ənbiya surəsi, 49)
- "O kəslər ki, sənə nazil olana və səndən əvvəl nazil olanlara iman gətirir…" (Bəqərə surəsi, 4)
- "… axirətə də yəqinliklə inanırlar”. (Bəqərə surəsi, 4)
- "Kitabdan möhkəm yapışanlar..." (Əraf surəsi, 170)
- "… namaz qılır…" (Bəqərə surəsi, 3)
- "o kəslər ki, namazlarında mütidirlər." (Muminun surəsi, 2)
- "O kəslər ki, namazlarını  öz vaxtlarında qılırlar.” (Muminun surəsi, 9)
- "O kəslər ki, namazlarını həmişə qılırlar." (Məaric surəsi, 23)
- "… qorxu və ümid içində öz Rəbbinə yalvarır." (Səcdə surəsi, 16)
- "... ancaq Rəbbinə təvəkkül edənlərdir" (Nəhl surəsi, 42)
- "ayıb yerlərini (zinadan) qoruyub saxlayarlar." (Muminun surəsi, 5)
- "o kəslərdir ki, zəkat verirlər." (Muminun surəsi, 4)
- "Mallarını gecə və gündüz, gizli və aşkar xərcləyənlər…" (Bəqərə surəsi, 274)
- "O kəslər ki, Rəbbinin Üzünü diləyərək səbr edir…" (Rəd surəsi, 22)
- "O kəslər ki, Allaha verdikləri sözü yerinə yetirir və əhdi pozmurlar. " (Rəd surəsi, 20)
- "O kəslər ki, əmanəti danmır və əhdlərini pozmurlar. (Məaric surəsi, 32)
- "Onlar Allahın risalətini təbliğ edir…" (Əhzab surəsi, 39)
- "… pisliyi yaxşılıqla dəf edirlər…" (Rəd surəsi, 22)

- "… işlər görməyi buyurur, pis əməllərə qadağa qoyur…" (Tövbə surəsi, 71)
- "O kəslər ki, şahidliklərində mətindirlər.” (Məaric surəsi, 33)
- "… müti olan…" (Ali-İmran surəsi, 17)
- "… sübh çağına yaxın bağışlanma diləyən kimsələrdir." (Ali-İmran surəsi, 17)
- "… onlar bilə-bilə etdiklərinə görə israr etməzlər." (Ali-İmran surəsi, 135)
- "o kəslərdir ki, sözbazlıqdan qaçırlar” (Muminun surəsi, 3)
- "… işləri­ barədə öz aralarında məsləhətləşir…" (Şura surəsi, 38)
- "O kəslər üçün ki, haqsızlığa məruz qaldıqda intiqam alırlar." (Şura surəsi, 39)
- "… doğru danışan…" (Ali-İmran surəsi, 17)
- "… gələnə səbr edər…" (Həcc surəsi, 35)
- "…Allahdan lütf və razılıq diləyən..." (Fəth surəsi, 29)
- "O kəslər ki: “Ey Rəbbimiz! Həqiqətən, biz iman gətirdik, bizim günahlarımızı bağışla və bizi Od əzabından qoru!”– deyirlər" (Ali-İmran surəsi, 16)
- "Məhz onlar yaxşı işlər görməyə tələsər və bu işlərdə öndə gedərlər. " (Muminun surəsi, 61)
- "… Əlamətləri isə üzlərində olan səcdə izidir…" (Fəth surəsi, 29)
- "… iman gətirib yaxşı işlər görənlər məxluqların ən yaxşısıdırlar." (Beyyinə surəsi, 7)
- "Cənnət bağlarında hörmət göstəriləcək insanlar da elə onlar olacaqdır" (Məaric surəsi, 35)

KAMİL İMAN SAHİBİ

OLAN MÖMİN...

Nə cür Allah inancına

malikdir?
- Allahdan başqa bir ilah olmadığını,

- Hər şeyi yaradanın ancaq Allah olduğunu,

- Hər işi idarə edənin Allah olduğunu,

- Bütün ürəklərin ancaq Allahın idarəsində olduğunu,

- Allahın hər şeyi əhatə etdiyini,

- Qədəri (taleyi) təyin etdiyini,

- Hər şeyə gücü yetən və dilədiyini edən olduğunu,

- Hər şeydən xəbərdar olduğunu və hər şeyi eşidib gördüyünü,

- Hər şeyin üzərində qoruyucu olduğunu,

- Qeybi bildiyini,

- Heç bir şeyə ehtiyacı olmadığını və bütün əksikliklərdən uzaq olduğunu,

- Doğmamış və doğulmamış olduğunu,

- Yanılmayan və unutmayan olduğunu,

- Mülkün yeganə sahibi olduğunu,

- Hər şeyin tək varisi olduğunu,

- Daim diri olduğunu,

- İzzət və şərəfin tək sahibi olduğunu,

- Daim üstün və qalib olduğunu,

- Ən gözəl adların sahibi olduğunu,

- Hökm və hikmət sahibi olduğunu,

- Qullarına şah damarlarından daha yaxın olduğunu,

- Ürəklərindən keçirdikləri ən kiçik şeyi də bildiyini,

- Gizlinin gizlisini bildiyini,

- Sonsuz ədalətli olduğunu,

- Mərhəmətlilərin ən mərhəmətlisi olduğunu,

- Qullarına qarşı çox bağışlayıcı olduğunu,

- Qullarını çox sevən olduğunu,

- Tövbələri qəbul edən olduğunu,

- Səmimi duaya cavab verən olduğunu,

- Yaxşılığın və şükrün əvəzini artıqlaması ilə verən olduğunu,

- İnsana hər şeyi öyrədən olduğunu,

- Xəbərdar edib qorxudan olduğunu,

- Ölüləri dirildən və hesab gününü yaradan olduğunu,

- Dininə kömək edənlərə dünyada və axirətdə kömək edən olduğunu,

- Vədinin haqq olduğunu,

- İnkarçılar üçün cəhənnəmi və möminlər üçün də cənnəti yaradan olduğunu bilən bir Allah inancına malikdir.
Nə cür Allah qorxusuna malikdir?
- Yalnız Allahdan qorxar və yalnız Ondan çəkinər

- Allahdan başqa heç bir şeydən qorxmaz.

- Allahdan gücü yetdiyi qədər çox qorxar.

- İmanı və Allah qorxusunu ürəyə yerləşdirənin Allah olduğunu bilər.

- Bu qorxunu yalnız çətinlik və çarəsizlik anlarında deyil, hər an yaşayar.

- Allahın qəlblərdə olanı və gizlinin gizlisini bilən olduğunu unutmaz.

- Kimsənin görmədiyi yerdə də Allahın görən olduğunu hər an xatırlayar.

- Hesab verəcəyini bilərək hərəkət edər.

- Haram və halallara diqqət edər.

- Etdiyi hər şeyin əsası bu qorxu üzərinə quruludur.

- Edilən hər işdə Allaha yönələr.

- Tək cəzalandıranın Allah olduğunu bilər.

- Allahın mövqeyindən, təhdidindən və cəhənnəm əzabından qorxar.

- Daha əvvəl gəlib-keçənlərə Allahın verdiyi əzabları unutmaz.

- Hörmət dolu, içi titrəyən və şiddətli bir Allah qorxusuna malikdir.
Necə bir imana malikdir?
- Allah qorxusuna və Allah sevgisinə əsaslanan.

- Yalnız Allaha ibadət edən.

- Allahı hər şeydən üstün tutmağı təmin edən.

- Allahdan başqa ilah axtarmayan.

- Allaha heç bir şeyi ortaq qoşmayan.

- Hər şeyin Allahdan olduğunu bilən.

- Allahın hər vaxt onun yanında olub, etdiklərini gördüyünü bilən.

- Həyatının hər anında “Allahın razılığını qazanmağı” hədəfləyən.

- Bütün həyatı Allah üçün yaşamağı tələb edən.

- Allahın sərhədlərini qorumağı təmin edən.

- Allahın qarşısında acizliyini çox yaxşı bilən.

- Allahın ayələrinə qəlbən boyun əyici bir rəftar göstərən.

- Yalnız Allaha güvənən.

- Köməyin ancaq Allahdan olduğunu qavrayan.

- Daim Allahı xatırlayan.

- Qurana bağlı olan.

- Allaha əsla nankorluq etməyən.

- Qiyamət gününə qəti bir məlumatla iman etdirən.

- Axirətin varlığına qəti olaraq inandıran.

- Dünya həyatına aldanmağa mane olan.

- Gələcək narahatlığını ortadan qaldıran.

- Hər işdə bir xeyr olduğunu hər an hiss etdirən.

- Hər işdə Allaha yönəlməyi təmin edən.

- Sahib olunan bütün xüsusiyyətlərin Allahdan olduğunu unutdurmayan.

- Allaha hökmlərinə və elçilərinə könüldən bir itaət təmin edən.

- Şeytanın təsirinə icazə verməyən.

- Hər an vicdanın səsilə hərəkət etməyi təmin edən.

- Yalnız Allaha yönəlmiş bir ruh halı verən.

- Yalnız Allahı və inananları dost etməyi təmin edən.

- Allaha yaxınlaşmaq üçün ciddi səy göstərən.

- Allaha hər an şükr edici olmağı təmin edən.

- Gizli və açıq zəkat verməyi unutdurmayan.

- Hər çətinliyə səbr edə bilən, qətiyyən qorxmayan bir qətiyyət verən.

- Üstün bir əxlaq qazandıran.

- Göstərilən mömin əlamətlərində qətiyyət təmin edən.

- Təqvada yarışıb önə keçirən bir imana malikdir.
Necə bir qədər (tale) anlayışına malikdir?
- Hər şeyin bir qədər ilə yaradıldığını.

- Doğumdan ölümə qədər hər hadisəni Allahın xüsusi olaraq planladığını.

- Hər hadisənin ancaq Allahın təqdir etdiyi zamanda reallaşacağını,

- Allaha qarşı qəlbən tam güvənərək bağlanmalı olduğunu.

- Könüldən boyun əyici olmanın məqbul olduğunu.

- Allahın bütün zamanları bir an içində gördüyünü.

- Yalnız Allaha təslim olmanın lazımlılığını.

- Nə edirsə-etsin nəticəni Allahın təyin edəcəyini.

- Allaha tam bir təslimiyyət göstərdiyi təqdirdə əsla qəmgin olmayacağını.

- Allahın yaratdığı hər görüntüdən razı olmalı olduğunu bilər.

- Başına gələn hər şeyin Allahdan olduğunu bildiyi üçün;

-həyəcana qapılmaz.

-kədər və ya çətinliyə düşməz.

-çaxnaşmaya qapılmaz.

-ümidsizliyə düşməz.

-çətinlik və stress keçirməz.

-narahat olmaz.

-qəzəblənməz.

-"kaş ki" deməz.

-ani və həddindən artıq reaksiyalar verməz.

-ölüm qarşısında kədərlənməz.

-əlindən gedənə və başına gələnə kədərlənməz.
Yüklə 0,69 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin