Ali MƏKTƏb pedaqogikasi


Dərs tiplərini müəyyənləşdirməyin meyarı



Yüklə 246 Kb.
səhifə59/100
tarix15.04.2022
ölçüsü246 Kb.
#55443
1   ...   55   56   57   58   59   60   61   62   ...   100
“ALİ MƏKTƏB PEDAQOGİKASI” FƏNNİNDƏN

Dərs tiplərini müəyyənləşdirməyin meyarı. Dərslər saysız hesabsız olsa da onları qruplaşdırıb tiplərə aid etmək mümkündür. Bəzi pedaqoqlar (məsələn, N.K.Kazantsev) dərsin tiplərini tətbiq edilən üsullara görə, digərləri (Məsələn, S.V.İvanov) – təlimin xüsusiyyətlərinə görə, üçüncü qrup pedaqoqlar (Məsələn, V.A.Onişuk) – şagirdlərin idrak fəaliyyətlərinin xüsusiyyətlərinə görə qruplaşdırırlar.

Sual olunur: bu bölgülərdən hansı həqiqətə daha yaxındır? Heç biri! Nə üçün! Çünki, dərsdə təlimin də, şagird təfəkkürünün də xüsusiyyətləri var; dərs zamanı müvafiq üsullar da tətbiq edilir. Lakin bunlardan heç biri dərsin tipini müəyyənləşdirmək üçün həlledici əhəmiyyətə malik olmur.

Yenə ortaya sual çıxır: bəs dərsin tipini müəyyənləşdirmək üçün əsas meyar nə ola bilər? Milli pedaqogikaya görə: dərs zamanı həll edilən başlıca didaktik vəzifə!

Aydındır ki, dərslərdə həll edilən didaktik vəzifələr çox olur: davamiyyətin yoxlanması; ev tapşırıqlarının icra vəziyyətinə nəzarət; yeni tədris materialının qavranması; həmin materialın hafizədə möhkəmləndirilməsi; yeni biliyin təcrübəyə tətbiqi; bilik və bacarıqların yoxlanması və qiymətləndirilməsi və s. Lakin konkret dərsdə həmin vəzifələrdən biri, adətən, aparıcı rola malik olur, digərləri həmin aparıcı vəzifəyə xidmət edir.

Dərsdə həll edilən başlıca didaktik vəzifə yeni mövzunun (biliyin, anlayışın) öyrədilməsidirsə, həmin dərsin tipi belə adlanacaq: yeni tədris materialının əsasən qavranmasını təmin edən dərs.

Dərsdə həll edilən başlıca didaktik vəzifə bilik və bacarıqların başa düşülməsini təmin etməkdirsə, həmin dərsin tipi belə adlanacaq: bilik və bacarıqların əsasən başa düşülməsini təmin edən dərs.

Dərs zamanı həll edilən əsas didaktik vəzifə bilik və bacarıqların möhkəmləndirilməsi və əməli işə tətbiqidirsə, həmin dərsin tipi belə adlanacaq: bilik bacarıqların əsasən möhkəmləndirilməsini və tətbiqini təmin edən dərs.

Bilik və bacarıqların yoxlanması və qiymətləndirilməsi dərsin başlıca didaktik vəzifəsi olduqda həmin dərs belə adlanacaq: bilik və bacarıqların əsasən yoxlanması və qiymətləndirilməsini təmin edən dərs.

Çox hallarda dərs zamanı həll edilən didaktik vəzifələr bərabər hüquqlu olur; onlardan heç birinə üstünlük verilmir. Bu cür hallarda tamam yeni tipli dərslə – qarışıq dərs tipi ilə qarşılaşmış oluruq.

Göründüyü kimi, həll etdiyi başlıca didaktik vəzifəyə görə saysız-hesabsız dərslər beş tipə ayrılır.


Yüklə 246 Kb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin