40
Suleym ibn Qeys Hilali
hanlarda hamıdan irəlidədir. Əli hər bir işdə alidir. Allah Əliyə rəhm edib və
salavat göndərsin”. Sonra saqqalı yaşarana qədər ağladı.
Deyir: Ona dedim: “Ey Əbu Səid! Peyğəmbərdən (s) başqasına salavat
göndərirsən?”
Dedi: “Müsəlmanları yad etdikdə rəhmət,
Muhəmməd və Ali-Muhəmmədi
yad etdikdə isə salavat göndərirəm. Əli isə Ali-Muhəmmədin ən xeyirlisidir”.
Dedim: “Ey Əbu Səid! Həmzədən, Cəfərdən, Fatimədən,
Həsən və
Hüseyndən də?”
Dedi: “Bəli, Allaha and olsun ki, Əli onlardan daha xeyirlidir. Məgər kimsə
onlardan xeyirli olmasına şəkk edir?” Dedim: “Nə ilə daha xeyirlidir?”
Dedi: “Əliyə əsla şirk, küfr, sənəmlərə (bütlərə) ibadət, şərab içən adı to-
xunmayıb. Əli onları İslamı qəbul etməkdə, Allahın kitabını və Peyğəmbərin
(s) sünnəsini bilməkdə qabaqlayıb. Peyğəmbər (s) Fatiməyə buyurdu: “Səni
ümmətimin ən xeyirlisi ilə evləndirdim”. Əgər ümmətin içində ondan daha
yaxşısı olsaydı, mütləq həmin şəxsin adını çəkib istisna edərdi. Peyğəmbər (s)
səhabələri arasında qardaşlıq əhdi bağlayarkən yalnız Əlini özünə qardaş seçdi.
Peyğəmbər (s)
özünün olduğu kimi, qardaşı cəhətdən ümmətinin ən üstünüdür.
Qədir Xum günü onu özünə nisbət verdi və özünə itaət edildiyi kimi onun da
vilayətini insanların üzərinə vacib etdi: “Mən kimin mövlasıyamsa, bu Əli də
onun mövlasıdır”. Ona dedi: “Sənin mənə olan nisbətin Harunun Musaya olan
nisbətidir”.
Nə Əhli-Beytindən, nə də ki, ümmətindən heç bir kəs barəsində
belə bir söz deməyib. Əli bir çox şeylərdə öncüldür,
heç kimin sahib olmayaca-
ğı xüsusiyyətlərə sahibdir.
Dedim: “Əlidən (ə) sonra bu ümmətin ən yaxşısı kimdir?”
Dedi: “Zövcəsi və iki övladı”. Dedim: “Bəs sonra?”.
Dedi: “Sonra Cəfər ibn Əbu Talib və Həmzə. Həqiqətən də insanların ən
xeyirliləri Kisa əhlidir ki, onlar barəsində “Təthir” ayəsi
1
nazil olub. Həmin
vaxt Peyğəmbər (s) Əlini, Fatiməni, Həsəni və Hüseyni özünə tərəf çəkib (ki-
sanın altında toplayaraq) “İlahi, mənim Əhli-Beytim bunlardır!
Onlardan bü-
tün növ pislikləri uzaqlaşdır və onları pak-pakizə qərar ver!” deyə dua etmiş-
di. Orada olan Ümmü Sələmə demişdi: “Məni də onlarla birgə kisanın altına
al”. Peyğəmbər (s) isə ona buyurmuşdu: “Ey Ümmü Sələmə, sən xeyirlisən
və xeyrə doğrusan. Ancaq bu ayə mənim və bu kisanın altında
olanlar barədə
xüsusilə nazil olub”.
1
“Əhzab” surəsi, ayə 33.