Ali təhsil pilləsinin dövlət standartı və proqramı


Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ



Yüklə 29,32 Kb.
səhifə2/8
tarix02.01.2022
ölçüsü29,32 Kb.
#1013
1   2   3   4   5   6   7   8
Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ
Bakı şəhəri, 23 aprel 2010-cu il

№ 75
Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2010-cu il 23 aprel tarixli, 75 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR


Ali təhsil pilləsinin dövlət standartı və proqramı
1. Ümumi müddəalar
1.1. Ali təhsilin dövlət standartı və proqramı (bundan sonra — dövlət standartı) “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun hazırlanmışdır və ali təhsil sahəsində sınanmış mütərəqqi beynəlxalq meyarlar, milli və ümumbəşəri dəyərlər nəzərə alınmaqla, müəyyən dövr üçün vahid dövlət tələblərini əks etdirən ümumi normalar məcmusudur.

Dövlət standartı tabeliyindən, mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən bütün ali təhsil müəssisələrinə şamil olunur. Qüvvədə olma müddəti 6 ildir.

1.2. Ali təhsilin məqsədi ali təhsil pilləsində cəmiyyətin və əmək bazarının tələbatı nəzərə alınmaqla, müxtəlif ixtisaslar (ixtisaslaşmalar) üzrə yüksəkixtisaslı mütəxəssislərin və elmi-pedaqoji kadrların hazırlanmasından ibarətdir.

1.3. Ali təhsilin dövlət standartı aşağıdakıları müəyyən edir:

- ali təhsilin səviyyələri (bakalavr, magistr) üzrə təhsilin məzmununu;

- ali təhsilin idarə olunmasını;

- ali təhsil müəssisələrinin maddi-texniki və tədris bazasını;

- ali təhsilin infrastrukturunu;

- təhsilverənlərin keyfiyyət göstəricilərini;

- təhsilalanların bilik, bacarıq və vərdişlərinin səviyyəsini.

1.4. Azərbaycan Respublikasında ali təhsil pilləsinin müvafiq səviyyələri üzrə təhsil proqramları tətbiq edilir.

Bu proqramlar ali təhsilin dövlət standartına uyğun təhsilin məzmununu və mənimsəmə qaydalarını müəyyən edir.



Yüklə 29,32 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin