Ali təhsil pilləsinin dövlət standartı və proqramı


Ali təhsil müəssisələrinin maddi-texniki və tədris bazası



Yüklə 29,32 Kb.
səhifə5/8
tarix02.01.2022
ölçüsü29,32 Kb.
#1013
1   2   3   4   5   6   7   8
4. Ali təhsil müəssisələrinin maddi-texniki və tədris bazası
4.1. Ali təhsil müəssisəsinin maddi-texniki və tədris bazası daşınan və daşınmaz əmlakdan ibarətdir.

4.2. Ali təhsil müəssisəsinin maddi-texniki və təhsil infrastrukturu Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən normativlərə uyğun olmalıdır.


5. Ali təhsilin infrastrukturu
5.1. Azərbaycan Respublikasında ali təhsil ali təhsil müəssisələrində həyata keçirilir.

5.2. Ali təhsil müəssisələrində mütəxəssis və elmi-pedaqoji kadr hazırlığı üç səviyyədən ibarətdir:

- bakalavriat (tibb təhsili istisna olmaqla);

- magistratura (tibb təhsili istisna olmaqla);

- doktorantura.

5.3. Azərbaycan Respublikasında mülkiyyət növünə görə dövlət, bələdiyyə və özəl ali təhsil müəssisələri fəaliyyət göstərir. Onların yaradılması, təşkili və yenidən təşkili mövcud qanunvericiliyə uyğun həyata keçirilir.

5.4. Ali təhsil pilləsində aşağıdakı təhsilalma formaları müəyyən edilir:

- əyani;

- qiyabi;

- distant (məsafədən);

- sərbəst (eksternat).

Həmin formalar üzrə təhsilalma qaydaları müvafiq qanunvericilik aktları ilə müəyyənləşdirilir.

5.5. Ali təhsil pilləsinin müvafiq səviyyələri üzrə təhsil müddətləri təhsil proqramları ilə müəyyənləşdirilir. Bakalavriat səviyyəsində əyani forma üzrə təhsil müddəti 4-5 (qiyabi forma üzrə təhsil müddəti bir il artıqdır) ildir. Magistratura səviyyəsində əyani forma üzrə həmin müddət 1,5-2 (qiyabi forma üzrə təhsil müddəti altı ay artıqdır) ildir.

5.6. Tibb təhsili təhsil proqramlarına və dövlət standartlarına uyğun olaraq, əsas təhsilə və rezidenturaya ayrılır, məzunlara müvafiq olaraq həkim və həkim-mütəxəssis ali peşə ixtisas dərəcələri verilir. Rezidentura təhsilinin məzmunu və təşkili qaydaları Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir.

5.7. Ali təhsil pilləsinin müvafiq səviyyələri üzrə təhsil müvafiq təhsil proqramları əsasında təşkil olunur. Ali təhsil pilləsinin bakalavr səviyyəsini bitirənlərə — bakalavr, magistr səviyyəsini bitirənlərə isə magistr ixtisas dərəcəsi və müvafiq dövlət nümunəli sənəd - diplom verilir.

5.8. Bakalavr diplomu onun sahibinə magistraturada təhsilini davam etdirmək və müvafiq ixtisas üzrə əmək fəaliyyəti ilə məşğul olmaq, magistr diplomu isə doktoranturada təhsilini davam etdirmək, elmi tədqiqat və elmi-pedaqoji işlərlə, eləcə də müvafiq ixtisas (ixtisaslaşma) üzrə əmək fəaliyyəti ilə məşğul olmaq hüququ verir.

5.9. Müxtəlif səbəblərdən ali təhsil pilləsinin müvafiq səviyyələrində təhsilini başa vurmayan şəxslərə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş müvafiq forma üzrə arayış verilir.

6. Təhsilverənlərin keyfiyyət göstəriciləri

6.1. Ali təhsil müəssisələrində təhsilverənlərin keyfiyyət göstəricilərinə aşağıdakılar daxildir:

- öz fəaliyyətlərində innovativ təlim, informasiya-telekommunikasiya, müasir texnika, yeni istehsal və pedaqoji texnologiyalardan istifadə etmək;

- ali təhsilli olmaqla yanaşı, müvafiq elmi dərəcəyə malik olmaq;

- mütəmadi olaraq öz elmi səviyyəsini, bilik və bacarıqlarını artırmaq.

Təhsilverənlərin keyfiyyət göstəriciləri Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilən attestasiya qaydalarına əsasən müəyyən edilir.

6.2. Elmi fəaliyyət professor-müəllim heyətinin işinin tərkib hissəsidir. Ali təhsil müəssisələrində aparılan elmi tədqiqat işlərinin nəticələri professor-müəllim heyətinin müəyyən vəzifələrə seçkisi və təyin olunması zamanı nəzərə alınır.



Yüklə 29,32 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin