Allah adamlari



Yüklə 0,52 Mb.
səhifə10/14
tarix31.01.2017
ölçüsü0,52 Mb.
#7075
1   ...   6   7   8   9   10   11   12   13   14

1-Cİ HEKAYƏT


Mərhum Seyid Müslihəddin Məhdəvi belə nəql edir:

Bu əhvalatı mənə mərhum ağa Seyid Məhəmməd Hüseyn Məşhədi nəql etmişdir. Bu şəxs müqəddəs Məşhədin böyük alimlərindən və fəqihlərindən olmuşdur. Bu şəxs Kirmanşahda İmam Mehdi (ə) ilə görüşmək şərəfinə nail olmuşdur. Özü belə danışır: Məşhədə gəlməmiş Kirmanşahda yaşayırdım. Orada yaşadığım mənzil müsafirlər üçün də dayanacaq idi. Bir dəfə Rəştdən olan təqvalı bir seyid bir müddət yanımda qaldı. Kirmanşahlı alimlər mənə bildirdilər ki, bu şəxsin kəramətləri var. Onun peşəsi ətirsatan idi. Birinci dəfə bu barədə soruşanda inkar etdi. Bir qədər yaxınlaşdıqdan sonra onun övliya olduğuna şübhəm qalmadı. O kimsənin bilmədiyi məsələlərdən xəbərdar idi. Bir dəfə etiraf etdi ki, alimlərin və böyük insanların ruhu ilə əlaqəm var. Xüsusi ilə ağa Sədr və mərhum hacı Seyid İsmaillə. Bir dəfə ağa Seyid Məhəmməd Hüseyn xahiş etdi ki, oxuduğu rövzələrin qəbul olub-olmaması ilə bağlı bir şey öyrənsin. Seyid əttar bu barədə ona xoş xəbər verdi və bildirdi ki, məhərrəmin doqquz və onuncu günləri İmam Mehdi (ə) məclisdə olacaq. Kirmanşahda məclis çox əzəmətlə keçərdi. Günəş tülu edən vaxtdan məclis başlayardı və günortadan iki saat sonrayadək davam edərdi. Əlli iki nəfər vaiz Əhli-beytin (ə) müsibətlərindən danışardı. Ağa Seyid Məhəmməd Hüseyn özü günün əvvəlindən sonunadək qapıda dayanıb gələnləri qarşılayardı. Seyid əttar onun rövzələrinin qəbul olması xəbərini verir və imamın da bu məclislərdə iştirakını qeyd edir. Doqquzuncu gün hər biri otuz-qırx yaş arasında, Kirmanşah libasında bir qrup insan məclisə daxil olur. Onların gəlişi hamını həyacanlandırır. Onlar məclisin kənarında dairəvi əyləşirlər. Onlara xidmət təklif olunanda "gedin başqalarına xidmət edin, bu bizim öz məclisimizdir" deyirlər. Seyid Məhəmməd Hüseyn deyir ki, əttar necə demişdisə elə də oldu.


2-Cİ HEKAYƏT


Mərhum Seyid böyük alim və tədqiqatçı Seyid Məhəmməd Həsən Sədr Kazimeyninin dilindən belə nəql edir: Samirrada ağam Mirzə Məhəmməd Həsən Şirazinin hüzurunda olduğum vaxt onun tələbələr üçün tikdiyi binada qalırdım. Böyük alim hacı molla Əli ibn Mirza Xəlil Tehrani ziyarət məqsədi ilə Samirraya gəlmişdi. Ondan xahiş etdim ki, mənim hücrəmdə qalsın. Hacı molla Əli məğrib və işa namazlarını qılandan sonra yatdı. Mən mütaliəyə başladım. Mütaliəmi başa vurduqdan sonra mən də yatdım. Çox keçməmiş hacı ayağa qalxdı. Məni də oyatdı ki, gecə namazına durum. Mən ona bildirdim ki, dərs və mütaliəyə çox məşğul olduğumdan namaz və dua üçün gücüm yoxdur. O yenə israr etdi. Belə ki mən məcbur olub ayağa qalxdım. Həvəssiz halda gecə namazını qıldım. Vitr namazını başa vurduqdan sonra hacı buyurdu ki, qalx ayağa ziyarətə gedək. Çarəm yox idi, itaət etdim. O qabaqda gedirdi, mən arxasınca. Hərəmin həyəti açıq idi; daxil olub müxtəsər salam verdi və pak sərdabəyə yaxınlaşdı. Hava çox qaranlıq idi. Göz-gözü seçmirdi. Qabaqda hacı, arxasınca mən sərdabəyə enməyə başladıq. Qəfildən qarşımızda bir nur göründü. Mən əmin idim ki, orada kimsə var. Molla Əli buyurdu: “Seyyid Həsən, görürsənmi?” Dedim ki, görürəm. Bəli, hacı molla Əlinin sayəsində İmam Mehdinin (ə) mübarək nurunu görə bildim.

3-CÜ HEKAYƏT


Arif başqa bir məşhur şəxs, Mirseyidəli Sədəhi İsfəhaninin dilindən belə nəql edir: Bir dəfə Məşhəd səfərində xəstələnib yatağa düşdüm. Bir müddət sonra sağaldım. Amma geriyə dönəndə də halım yaxşı deyildi. Bir bağda mənzil tutub orada istirahət etmək qərarına gəldim. Xidmətçilərə tapşırdım ki, qapını bağlasınlar. Yataqda ağrılarım şiddətləndi. Hiss etdim ki, otağa kimsə daxil oldu. Amma mən onu görmədim. Başımın üzərində dayanıb halımı soruşdu. Boylandım. Amma yenə bir adam görmədim. Başımın üzərindən gələn səs çox xoş idi. O mənə sağalacağımı dedi. Sonra səs kəsildi və hiss etdim ki, otaqda kimsə yoxdur. Xidmətçiləri çağırıb otağa daxil olan şəxsin kimliyini soruşdum. Onlar dedilər ki, qapı bağlı idi və otağa kimsə daxil olmayıb.

4-CÜ HEKAYƏT


Ustad böyük alim, Carçı ləqəbi ilə tanınan Məhəmməd Cavad Xorasaninin dilindən belə nəql edirdi: Salehabadda atamdan qalmış bir mülk vardı. Zillus-soltanın bacısı İftixarud-dövlə bu mülkü səhvən özününkü bilib ona sahib durmaq istədi. Nə qədər çalışdımsa, bir iş görə bilmədim. Mərhum ağa hacı Şeyx Məhəmməd Təqi Nəcəfi buyurdu ki, bu İftixarud-dövlə ilə üz-üzə gəlmək bu işin pis tərəfidir. Hər yerdən əlimi üzüb Allahdan çarə istədim. Cümə günü İmam Mehdiyə (əc.) ərizə yazıb öz müşkülümü açıqladım. Həmin məktubu çaya atdım. Sonra bir xarabaya çakilib Nüdbə duası oxumağa başladım. Dərdimi İmam Mehdiyə (əc.) bəyan etdim. Nüdbə duasını başa vurmamış at ayaqlarının səsini eşitdim. Ərəb libasında bir süvari görünürdü. Bu şəxs mənə yaxınlaşıb məhəbbətlə nəzər saldı. Onun baxışı qəlbimə güc verdi. Əmin oldum ki, o İmam Mehdidir. Həmin həftə mənim mülk məsələm həll oldu. Bu işin həlli üçün iki vasitəyə əl atdım: İmama ərizə yazdım və Nüdbə duası oxudum.

5-Cİ HEKAYƏT


Mənim Seyid Əbdül-Vəhhab adında əmim oğlu vardı. O, İsfahandan çıxıb İran və İraqın müxtəlif şəhərlərində yaşayırdı. Ömrünün sonunda İsfahana qayıtdı. İki ay sonra dünyasını dəyişdi. Ölümündən bir həftə öncə qardaşı böyük alim hacı Mirza Məhəmməd Həsən Nəhvini və məni də`vət etdi. Qəribə bir əhvalat danışdı: İyirmi il öncə Rəştdə olduğum vaxt ağır xəstələndim və ümidimi hər nədən üzdüm. Yay ayları idi. Bir otaq icarələmişdim. Gecələr xidmətçi yatağımı eyvanda salardı. Bir gecə halım çox pis olduğu üçün ev sahibi və xidmətçi həkim ardınca getdi. Həkimin danışığından belə başa düşdüm ki, bir neçə saat ömrüm qalıb. Ev sahibi və xidmətçi dəfn mərasiminə hazırlaşmağa başladı. Qızdırma içində yanırdım. Allaha üz tutub imamları vasitəçi seçdim. Onlara qürbətdə ölmək istəmədiyimi dedim. İmam Mehdiyə (ə) təvəssül etdim. Ölüm və həyat arasında müşahidə etdim ki, pillələrlə kimsə yuxarı qalxır. O ortaboylu bir şəxs idi, əyninə ağ libas geyinmişdi. Yatağıma yaxınlaşıb halımı soruşdu. Qəribçiliyimdən, xəstəliyimin ağırlığından, tənhalıqdan danışdım. Bir dua oxuyub getdi. Mən həmin şəxsə təşəkkür etməyə macal tapmadım. Halım çox ağır idi. Sonra bir qrup adam yuxarı qalxdı. Onlar mənə diqqət yetirmədən cəmiyyət namazına durdular. Həmin şəxs pişnamaz dayanmışdı. Namaz başa çatandan sonra moizə etdi. Həmin gecə danışdıqları kəlmə-kəlmə yadımdadır. Onun səsi o qədər xoş idi ki, hamını cəzb etmişdi. Ömür boyu belə səs eşitməmişdim. Namaz və moizə başa çatandan sonra yenə mənə yaxınlaşdı. Bildirdim ki, həkim ömrümün başa çatdığını deyib. Həmin şəxs bundan sonra iyirmi il yaşayacağımı bildirdi. Bəli, çox keçməmiş sağaldım.

Mərhum Seyid Əbdül-Vəhhab İsfahani həmin xəstəlikdən sonra düz iyirmi il yaşadı. Hicri-şəmsi 1358-ci il, mübarək ramazan ayının altısında sübh azanından üç saat qabaq ailəsini ətrafına topladı. Bildirdi ki, bir az sonra işiniz çox olacaq və obaşdan yeməyə imkanınız qalmayacaq. Onları yeməyə məcbur etdi. Özü dua və Qur`an oxuyurdu. Sonra ailəsinə bildirdi ki, onun vaxtı başa çatıb və hamıdan halallıq istədi. Həyat yoldaşına dedi ki, uşaqları öncə Allaha, sonra sənə tapşırıram. Şəhadət kəlmələrini söyləyib gözlərini yumdu.



Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin