Allerqologiya ixtisası üzrə test suallarının nümunələri Sosial gigiyenanın əsasları. Allerqolojı xidmətin təşkili


) Serum xəstəliyin orta-ağır klinik variantında qlyukokortikosteroidlər necə istifadə olunur?



Yüklə 1,46 Mb.
səhifə8/21
tarix29.12.2016
ölçüsü1,46 Mb.
#3875
1   ...   4   5   6   7   8   9   10   11   ...   21

467) Serum xəstəliyin orta-ağır klinik variantında qlyukokortikosteroidlər necə istifadə olunur?

A) Həblər halında azalan sxemlə

B) Yüksək dozada venadaxili istifadə olunur

C) Yüksək dozada venadaxili

D) İstifadə olunmur

E) Kiçik dozada həblər halında istifadə olunur


Ədəbiyyat: Лолор младший, Т.Фишер, Д.Адельман. «Клиническая иммунология и аллергология» 2000 г.
468) Dərman allergiyasının diaqnostikasında allerqoloji anamnez hamısına imkan verir, birindən başqa?

A) Hiposensibilizasiyanı aparmağa

B) «Səbəbkar» dərman allergenindən şubhələnməyə

C) Çarpaz sensibilizasiyanı aşkar etməyə

D) Sensibilizasiya spektrini aşkar etməyə

E) Allerqoloji irsiyyəti dəqiqləşdirməyə


Ədəbiyyat: Под ред. Р. М. Хаитова. «Клинические рекомендации. Аллергология» 2006г.
469) Dərman allergiyası olan xəstənin sorqusunda hansını dəqiqləşdirmək vacib deyil?

A) Məişət faktorlarının təsirini

B) Tozcuqların təsirini

C) Heyvanlarla kontaktın təsirini

D) Allerqoloji irsiyyəti

E) Zərərli vərdişləri


Ədəbiyyat: Под ред. Р. М. Хаитова. «Клинические рекомендации. Аллергология» 2006г.
470) Dərmanlarla provakasiya testləri hansı xəstələrə aparılır?

A) Atopik dermatitli xəstələrə

B) Bronxial astmalı xəstələrə

C) Aparılmır

D) Dərman allergiyası olan xəstələrə ciddi göstərşlər oduqda

E) Allergik xəstəlikləri olan bütün xəstələrə


Ədəbiyyat: Под ред. Р. М. Хаитова. «Клинические рекомендации. Аллергология» 2006г.
471) Anamnez topladıqda hansına diqqət yetirmək vacib deyil?

A) Genetik xəstəliklərin olmasına

B) Anamnezdə dərman preparatlarına qarşı reaksiyalara

C) Başqa xəstəliklərin olmasına

D) Atopik xəstəliklərin olmasına

E) Allerqoloji irsiyyətə


Ədəbiyyat: Под ред. Р. М. Хаитова. «Клинические рекомендации. Аллергология» 2006г.
472) Aktiv immunizasiya aparmaq üçün nə istifadə olunmur?

A) Anatoksinlər

B) Canlı vaksinlər

C) İmmunoqlobulinlər

D) Öldürülmüş vaksinlər

E) Kimyavi vaksinlər


Ədəbiyyat: Под ред. А. М. Земского. «Клиническая иммунология» 2005г.
473) Canlı vaksinlərə hansılar aiddir?

A) Polimielitə qarşı vaksin

B) Difteriyaya qarşı vaksin

C) Tetanusa qarşı vaksin

D) Qızılcaya qarşı vaksin

E) Göyöskürəyə qarşı vaksin


Ədəbiyyat: Под ред. Р. М. Хаитова. «Клинические рекомендации. Аллергология» 2006г.
474) Cansız vaksinlərə hansı aiddir?

A) Müalcəvi bruselyoz vaksini

B) Difteriyaya qarşı vaksin

C) Polimielitə qarşı vaksin

D) Göyöskürəyə qarşı vaksin

E) Tetanusa qarşı vaksin


Ədəbiyyat: Под ред. А. М. Земского. «Клиническая иммунология» 2005г.
475) Kimyəvi vaksinlərə hansı aiddir?

A) Göyöskürəyə qarşı vaksin

B) Polimielitə qarşı vaksin

C) Qarın yatalağına qarşı vaksin

D) Vəbaya qarşı vaksin

E) Tetanusa qarşı vaksin


Ədəbiyyat: Под ред. А. М. Земского. «Клиническая иммунология» 2005г.
476) Hansı infeksiyann profilaktikasında anatoksin istifadə olunur?

A) Leptospirozun

B) Polimielitin

C) Göyöskürəyin

D) Psevdotuberkulyozun

E) Difteryanın


Ədəbiyyat: Под ред. А. М. Земского. «Клиническая иммунология» 2005г.
477) Humoral immunitetin pozulması ilə keçən konstitusional immunoloji çatışmazlıqda vaksinasiyanı nə ilə aparmaq gərəkdir?

A) Cansız vaksinlə

B) Canlı zəifləmiş vaksinlə

C) Anatoksinlə aparmaq

D) Tamamilə aparmamaq

E) Assosiasiya olunmuş vaksinlə


Ədəbiyyat: Под ред. А. М. Земского. «Клиническая иммунология» 2005г.
478) Hansı dərman maddələri fiksasiya edilmiş dermatitləri daha tez-tez törədirlər?

A) Asetilsalisil turşusu

B) Penisillin

C) B qrupu vitaminləri

D) Sulfanilamidlər

E) Askorbin turşusu


Ədəbiyyat: В. А. Остапенко, В.А. Ахмедов, Е.Е. Баженов, Н.Е. Волковская. «Лекарственные реакции» 2005г.
479) Dərman allergiyasının simptomu kimi kəskin allergik övrə və Kvinke ödemi necə rast gəlinir?

A) Yalnız böyrəklər zədələndikdə, onlarla birlikdə rast gəlir (böyrək zədəsi ilə eyni vaxtda)

B) Çox nadir hallarda rast gəlir

C) Tamamilə rast gəlmir

D) Ən tez-tez rast gələn haldır

E) Yalnız ürək zədələndikdə onunla birlikdə rast gəlir (ürək zədəsi ilə eyni vaxtda)


Ədəbiyyat: В. А. Остапенко, В.А. Ахмедов, Е.Е. Баженов, Н.Е. Волковская. «Лекарственные реакции» 2005г.
480) Dəri üzərində urtikar elementlər hansı müddətdən sonra mövcud olmur?

A) 14 gün

B) 5 gün

C) 7 gün


D) 10 gün

E) 1-2 gün


Ədəbiyyat: В. Адо. «Аллергия» 1985 г.
481) Övrə zamanı ilkin əlamətlər hansılardır?

A) Qabıqlanma və piqmentasiya

B) Çapıq

C) İz qoymadan keçir

D) Qabıqlanma

E) Davamlı piqmentasiya


Ədəbiyyat: В. Адо. «Аллергия» 1985 г.
482) Düyünlü eritemanın elementləri hansı əlamətlərlə səciyyələnir?

A) Güclü qaşınma ilə müşayiət edilir

B) Subyektiv hissiyatlar vermir

C) Yanğı ilə müşayiət edilir

D) Kəskin ağrılarla müşayiət edilir

E) Şişmə (qarnın çatlama hissi ilə) müşayiət edilir


Ədəbiyyat: Лолор-младший, Т. Фишер, Д. Адельман. «Клиническая иммунология и аллергология» 2000 г.
483) Çoxformalı eksudativ eritemada birincili elementlər hansılardır?

A) Ləkə


B) Vezikullar

C) Urtikarilər

D) Papullar

E) Qovuqcuqlar


Ədəbiyyat: Лолор-младший, Т. Фишер, Д. Адельман. «Клиническая иммунология и аллергология» 2000 г.
484) Stivens-Conson sindromuna adətən hansı gediş səciyyəvidir?

A) Kəskin başlayır

B) Xroniki gedişi var

C) Çox da kəskin başlamır

D) Daim residiv verir

E) Müxtəlif variantlar mümkündür


Ədəbiyyat: Лолор-младший, Т. Фишер, Д. Адельман. «Клиническая иммунология и аллергология» 2000 г.
485) Eritrodermiya hansı əlamətlərlə səciyyələnir?

A) Dərinin şişkinliyi

B) Dərinin parlaq hiperemiyası

C) Pustulyoz səpgilərlə

D) Yüngül piqmentasiya

E) Səpgilərin polimorfizmi


Ədəbiyyat: Лолор-младший, Т. Фишер, Д. Адельман. «Клиническая иммунология и аллергология» 2000 г.
486) Eritrodermiyalarda hansı əlamətlər səciyyəvidir?

A) Lövhəşəkilli dərinin qabıqlanması

B) Kəskin nəzərə çarpan piqmentasiya

C) İrinləmə

D) Epidermal nekroliz

E) Yüngül piqmentasiya


Ədəbiyyat: Лолор-младший, Т. Фишер, Д. Адельман. «Клиническая иммунология и аллергология» 2000 г.
487) Fiksasiya olunmuş dermatitlər hansı əlamətlərlə xarakterizə olunur?

A) Əsas lokalizə etdiyi yerin olmaması ilə

B) Zədənin böyük sahəni əhatə etməsi ilə

C) Səpkilərin eyni yerlərdə fiksasiya xüsusiyyəti

D) Prosesin həlli zamanı piqmentasiyanın olması

E) Səpkilərin lokalizasiyası üstünlük təşkil edir


Ədəbiyyat: Лолор-младший, Т. Фишер, Д. Адельман. «Клиническая иммунология и аллергология» 2000 г.
488) Fiksasiya olunmuş dermatitlərin elementləri hansılardı?

A) Şişmə (qarnın çatlaması) ilə müşayiət edilir

B) Yanğı ilə müşayiət edilir

C) Subyektiv hissiyatla müşayiət olunmur

D) Qaşınma ilə müşayiət olunmur

E) Ağrılarla müşayiət edilir


Ədəbiyyat: Лолор-младший, Т. Фишер, Д. Адельман. «Клиническая иммунология и аллергология» 2000 г.
489) Fiksasiya edilmiş dermatitlər üçün hansı hal səciyyəvi deyil?

A) Yalnız selikli qişaların və böyrəklərin zədələnməsi

B) Dərinin zədələnməsi

C) Zədələnmənin müxtəlif variantları

D) Selikli qişanın zədələnməsinin olmaması

E) Selikli qişaların və qaraciyərin zədələnməsi


Ədəbiyyat: Лолор-младший, Т. Фишер, Д. Адельман. «Клиническая иммунология и аллергология» 2000 г.
490) Layell sindromu üçün hansı hal səciyyəvi deyil?

A) Daxili orqanların zədələnməsinin olmaması

B) Konyuktivanın zədələnməsi

C) Epidermal nekroliz

D) Gözün buynuz təbəqəsinin zədələnməsi

E) İrinli infeksiyanın qoşulması


Ədəbiyyat: Лолор-младший, Т. Фишер, Д. Адельман. «Клиническая иммунология и аллергология» 2000 г.
491) Allergik kontaktlı dermatit göstərdiyimiz hansı halda formalaşır?

A) Dərmanları daxilə qəbul edəndə

B) Maddələrin dəri ilə bilavasitə kontaktı zamanı

C) Dərman preparatı dəri altına yeridiləndə

D) Dərmanlar vena daxilinə yeridiləndə

E) Dərman preparatlarının istənilən yolla tətbiqində


Ədəbiyyat: Лолор-младший, Т. Фишер, Д. Адельман. «Клиническая иммунология и аллергология» 2000 г.
492) Allergik kontakt dermatitin diaqnostikasında hansı testlərdən istifadə olunur?

A) Applikasiya testi

B) Göstərilən bütün testlər

C) Skarrifikasiya testi

D) Prick-test

E) Dəridaxili test


Ədəbiyyat: В. А. Остапенко, В. А. Ахмедов, Е. Е. Баженов, Н. Е. Волковская. «Пробы для диагностики лекарственной аллергии» 2005 г.
493) Dərman allergiyası zamanı dərinin yerli müalicəsi üçün hansıları tətbiq etmək tövsiyyə edilmir?

A) Hormonal məlhəmlər

B) Kalium permanqanat

C) Brilliant abisinin spirtli məhlulu

D) Yodun spirtli məhlulu

E) Tanin məhlulu


Ədəbiyyat: В. Адо. «Аллергия» 1985 г.
494) Dərman allergiyası zamanı ürək, qan-damar sistemində hansılara rast gəlinmir?

A) Ritmin pozulması

B) Atrioventrikulyar blokada

C) His dəstəsi ayaqcıqlarının blokadası

D) Bradikardiya

E) Taxikardiya


Ədəbiyyat: В. А. Остапенко, В. А. Ахмедов, Е. Е. Баженов, Н. Е. Волковская. «Лекарственные реакции» 2005 г.
495) Allergik dərman hepatitlərinin diaqnostikası hansılara əsaslanmır?

A) Allergiya əleyhinə dərman preparatlarının tətbiqi zamanı effektin olmaması

B) Dərman preparatının qəbulu ləğv edilən kimi simptomların tənəzzülü (sönməsi)

C) Allergik anamnezə

D) Dərman preparatının təkrar tətbiqi zamanı oxşar simptomatikanın törəməsi

E) Qaraciyər zədələnməsinin qızdırma hipereozinofiliya və dərinin zədələnməsi birgə baş verməsi


Ədəbiyyat: В. А. Остапенко, В. А. Ахмедов, Е. Е. Баженов, Н. Е. Волковская. «Лекарственные реакции» 2005 г.
496) Mədə-bağırsaq traktının dərmanlarla allergik zədələnməsi zamanı hansı xəstəlik ən çoz allergik xəstəlik kimi meydana çıxır?

A) Qastrit

B) Ezofaqit

C) Kolit


D) Enterit

E) Pankreatit


Ədəbiyyat: В. А. Остапенко, В. А. Ахмедов, Е. Е. Баженов, Н. Е. Волковская. «Лекарственные реакции» 2005 г.
497) Dərman allergiyası zamanı qanyaradıcı sistemində mümkün olan dəyişikliklərə aşağıdakılardan hansı səbəb olmur?

A) Qan laxtalanma sistemi zədələnmir

B) Eritrositar cücərti (çıxıntı)

C) Qan laxtalanma sistemi

D) Meqakariotip cücərti (yeni törəmə)

E) Limfositar cücərti (yeni törəmə)


Ədəbiyyat: В. А. Остапенко, В. А. Ахмедов, Е. Е. Баженов, Н. Е. Волковская. «Лекарственные реакции» 2005 г.
498) Dərman aqranulositozu hansı əlamətlərlə müşaiyət olunmur?

A) Hipotermiya ilə

B) Angina ilə

C) Limfoadenopatiya ilə

D) Sepsislə

E) Anemiya ilə


Ədəbiyyat: В. А. Остапенко, В. А. Ахмедов, Е. Е. Баженов, Н. Е. Волковская. «Лекарственные реакции» 2005 г.
499) Dərman prepatalarının psevdoallergiyasının kliniki təzahürlərinə hansılar aid deyil?

A) Dərmanın daxilə qəbul edilmə, yeridilmə üsulundan asılıdır

B) Dərman preparatının dozasından asılıdır

C) Histamin liberator dərman preparatlarına daha tez-tez əmələ gəlir

D) Dərman preparatı hər dəfə yeridildikdə təkrar olunur

E) Dərman preparatı ilk dəfə yeridilmədə əmələ gəlir


Ədəbiyyat: В. А. Остапенко, В. А. Ахмедов, Е. Е. Баженов, Н. Е. Волковская. «Лекарственные реакции» 2005 г.
500) Zərdab təkrar yeridildikdə zərdab xəstəliyi göstərilən hansı müddət ərzində inkişaf edir?

A) Zərbad yeridildikdən 15-20 dəq. sonra

B) Dərhal

C) Zərdab yeridildikdən 3-5 gün sonra

D) Zərdab yeridildikdən 8-10 gün sonra

E) Zərdab yeridildikdən 20 dəq. sonra


Ədəbiyyat: Лолор-младший, Т. Фишер, Д. Адельман. «Клиническая иммунология и аллергология» 2000 г.
501) Zərdab xəstəliyinin yüngül kliniki variantında hansı hallara tez-tez rast gəlinir?

A) Hepatit

B) Miokardit

C) Qlomerulonefrit

D) Polilinfoadenopatiya

E) Qızdırma


Ədəbiyyat: Лолор-младший, Т. Фишер, Д. Адельман. «Клиническая иммунология и аллергология» 2000 г.
502) Zərdab qızdırma-titrətməsi zamanı hansı hal daha tipikdir?

A) Qızdırmanın olmaması

B) Subfebrilitet və hektiki qızdırma

C) Hektiki qızdırma

D) t°-aşağı düşməsi

E) Subfebrilitet


Ədəbiyyat: Лолор-младший, Т. Фишер, Д. Адельман. «Клиническая иммунология и аллергология» 2000 г.
503) Hansı hal zərdab xəstəliyi üçün daha atipikdir?

A) Limfa vəzilərinin böyüməsi qeyd olunmur

B) Dalağın böyüməsi

C) Dalağın böyüməsi

D) Yalnız regionar limfa vəzilərinin böyüməsi

E) Polilimfoadenopatiya


Ədəbiyyat: Лолор-младший, Т. Фишер, Д. Адельман. «Клиническая иммунология и аллергология» 2000 г.
504) Zərdab xəstəliyi zamanı hansılar mövcudur?

A) Göstərilənlərin hamısı

B) Stabil stenokardiya ən çox səciyyəvidir

C) Allergik miokardit baş verməsi mümkündür

D) Ən çox səciyyəvi perikarditdir

E) Ürək qan-damar sisteminin zədələnməsinə rast gəlinmir


Ədəbiyyat: Лолор-младший, Т. Фишер, Д. Адельман. «Клиническая иммунология и аллергология» 2000 г.
505) Zərdab xəstəliyi üçün hansı əlamətlər daha səciyyəvidir?

A) Araxnoidit

B) Miqren

C) Poliradikulonevrit

D) Meningit

E) Beyin qan dövranının pozulması


Ədəbiyyat: Лолор-младший, Т. Фишер, Д. Адельман. «Клиническая иммунология и аллергология» 2000 г.
506) Allergen daxil edildikdən nə qədər sonra zərdab xəstəliyi daha tez inkişaf edir?

A) Yeridilmə vaxtından asılı olmadan

B) 15-20 dəq. sonra

C) 8-10 gün sonra

D) Dərhal

E) 20 gün sonra


Ədəbiyyat: Лолор-младший, Т. Фишер, Д. Адельман. «Клиническая иммунология и аллергология» 2000 г.
507) Tetanus əleyhinə zərdabla təz edilən dəri sınaqları hansı anticismləri aşkar etməyə imkan verir?

A) At kəpəyi allergeninə

B) İgE sinifinin TƏZ-na

C) İgG sinfindən olan TƏZ-ə

D) Adları bir-bir çəkilən bütün allergenlərə

E) İnək ətinin allergeninə


Ədəbiyyat: В. А. Остапенко, В. А. Ахмедов, Е. Е. Баженов, Н. Е. Волковская. «Пробы для диагностики лекарственной аллергии» 2005 г.
508) Tetanus əleyhinə zərdabla dəri sınaqları göstərdiyimiz hansı halda tövsiyyə edilir?

A) At kəpəyinə allergiya olduqda

B) Allergik konstitusiya olmadıqda

C) Allergik konstitusiya mövcuddur, lakin at kəpəyinə allergiya yoxdur

D) İstisnasız, hamısına!

E) At kəpəyinə allergiya olduqda və allergik konstitusiya olduqda


Ədəbiyyat: В. А. Остапенко, В. А. Ахмедов, Е. Е. Баженов, Н. Е. Волковская. «Пробы для диагностики лекарственной аллергии» 2005 г.
509) Zərdab xəstəliyinin yüngül klinik variantlarında qlükokortikosteroidlər necə tətbiq edilir?

A) Venadaxili yüksək dozalarda istifadə olunur

B) Həblərdə və kiçik dozalarda tətbiq olunur

C) İstənilən üsuldan istifadə olunur

D) Orta dozalarda həblərdə istifadə olunur

E) Parenteral istifadə olunmur


Ədəbiyyat: Лолор-младший, Т. Фишер, Д. Адельман. «Клиническая иммунология и аллергология» 2000 г.
510) Zərdab xəstəliyinin profilaktikası hansıdır?

A) Zərdab ilə konyuktival test

B) Zərdab yeridilməzdən öncə antihistamin dərman preparatalarının təyini

C) Bezredko üsulu ilə zərdabların yeridilməsi

D) Zərdabların hazırlanmasında Diaferm-1(2) üsulundan istifadə edilməsi

E) Zərdab ilə dəri sınağının qoyulması


Ədəbiyyat: Лолор-младший, Т. Фишер, Д. Адельман. «Клиническая иммунология и аллергология» 2000 г.
511) Heterogen (at) zərdablarının yeridilməsi üçün mütləq əks göstəriş hansılardır?

A) Pollinoz

B) Penisillinə qarşı dərman allergiyası

C) Ev tozuna allergiya

D) At ətinin allergeninə qarşı allergiya

E) Balığa qida allergiyası


Ədəbiyyat: Лолор-младший, Т. Фишер, Д. Адельман. «Клиническая иммунология и аллергология» 2000 г.
512) Dərman allergiyasının spesifik diaqnostikası üçün hansılardan istifadə olunmur?

A) Spesifik İgE müəyyən edilməsi

B) Dilaltı test

C) Prick-test (göstəricilərə görə)

D) Leykositlərin təbii miqrasiyasının ləngimə testi

E) Dəridaxili test


Ədəbiyyat: В. А. Остапенко, В. А. Ахмедов, Е. Е. Баженов, Н. Е. Волковская. «Пробы для диагностики лекарственной аллергии» 2005 г.
513) Anamnez topladıqda hansıları dəqiqləşdirmək vacib deyil?

A) Dərman preparatının yeridilməsi üsulunu

B) Dərman allergiyası simptomlarının əmələ gəlməsi vaxtını

C) Dərman preparatının günün hansı vaxtı yeridilməsi

D) Dərman preparatının neçə dəfə yeridiləcəyini

E) Qəbul edilən dərman preparatının dozasını


Ədəbiyyat: В. А. Остапенко, В. А. Ахмедов, Е. Е. Баженов, Н. Е. Волковская. «Лекарственные реакции» 2005 г.
514) Dərmanlarla sublinqval testin fəsadları hansıdır?

A) Beyinin ödemi

B) Fəsadları olmur

C) Hipertermiya

D) Övrə

E) Pnevmoniya


Ədəbiyyat: В. А. Остапенко, В. А. Ахмедов, Е. Е. Баженов, Н. Е. Волковская. «Лекарственные реакции» 2005 г.
515) Allergik konstitusiyalı şəxslərdə dərman allergiyasının profilaktikası tədbirlərinə hansılar aid deyil?

A) Dərman preparatlarının adekvat dozalarının təyini

B) Penisillinin müalicədən istisna edilməsi

C) Yalnız ciddi göstərişlərə görə dərman preparatının təyin edilməsi

D) Profilaktiki peyvəndlərin hər vaxt aparılması

E) Polipraqmaziyadan qaçırılması


Ədəbiyyat: В. А. Остапенко, В. А. Ахмедов, Е. Е. Баженов, Н. Е. Волковская. «Лекарственные реакции» 2005 г.
516) Pollinozlu xəstələrə müalicə təyin edildikdə hansını tətbiq etmək olmaz?

A) Aspirin

B) Sulfanilamidlər

C) Zərdablar

D) Analgin

E) Fitoterapiya


Ədəbiyyat: Р. М. Хаитов, Н. И. Ильина. «Аллергология. Клинические рекомендации» 2008 г.
517) Göbələk xəstəliklərində hansı qrup antibiotikləri təyin etmək olmaz?

A) Aminoqlikozidlər

B) Tetrasiklin

C) Penisillin

D) Makrolidlər

E) Ftorxinolonlar


Ədəbiyyat: Р. М. Хаитов, Н. И. Ильина. «Аллергология. Клинические рекомендации» 2008 г.
518) Patogenezdə əsas rol törədicilərin toksinlərinə məxsus olduqda infeksiyalara qarşı immunlaşdırılmaq üçün hansından istifadə edilir?

A) Ölmüş vaksinləri

B) Anotoksinlər

C) Kimyəvi vaksinləri

D) Adı bir-bir çəkilənlərin hamısı

E) Canlı vaksinləri


Ədəbiyyat: Р. М. Хаитов, Н. И. Ильина. «Аллергология. Клинические рекомендации» 2008 г.
519) Adi peyvənd (vaksina) prosesi üçün göstərilən hansı əlamətlər səciyyəvidir?

A) Övrənin törəməsi

B) Xroniki infeksiyaların kəskinləşməsi

C) Qısa müddətli bir tipli reaksiyaların əmələ gəlməsi, canlı vaksinlərə (peyvəndlərdən) - spesifik reaksiyalar

D) İnterkurrent infeksiyanın qoşulması

E) Yalançı boğulma


Ədəbiyyat: Р. М. Хаитов, Н. И. Ильина. «Аллергология. Клинические рекомендации» 2008 г.
520) Poliomielit əleyhinə vaksinasiyaya hansı allergik reaksiyalar aiddir?

A) Övrə və Kvinke ödemi

B) Yüngül iflicedici xəstəliklər

C) Qızdırma

D) Mialgiyalar

E) Diareyalar


Ədəbiyyat: Р. М. Хаитов, Н. И. Ильина. «Аллергология. Клинические рекомендации» 2008 г.
521) Vaksinin dərhal baş verən tipli allergik reaksiyalarına hansılar aiddir?

A) Poliradikulonevrit

B) Övrə və Kvinke ödemi

C) Roliartralgiyalar

D) Ensafalopatiya

E) Mialgiyalar


Ədəbiyyat: Лолор-младший, Т. Фишер, Д. Адельман. «Клиническая иммунология и аллергология» 2000 г.
522) Aşağıda adları çəkilən dərman preparatlarından hansı angionevretik ödem verə bilər?

A) Dibazol

B) Hipotiazid

C) Kaptopril

D) Amlodipin

E) Bisoprolol


Ədəbiyyat: Под ред. Р. М. Хаитова Н. И. Ильина. «Аллергология и иммунология. Национальное руководство» 2009 г.
523) Hansı vəziyyətlərdə immunoloji tədqiqat metodları mühüm diaqnostik həlledici məna daşıyır?

A) Sarılıqlarda

B) Hemoxromotozlarda

C) Qanaxmalarda

D) Hepatozlarda

E) Miyelomalarda


Ədəbiyyat: Лолор-мл., Т. Фишер, Д. Адельман. «Клиническая иммунология и аллергология» 2000 г.
524) İmmunqlobulinlər hansı hüceyrələrin sekretor məhsuludur?

A) β-hüceyrələrin

B) Neytrofillərin

C) LE- hüceyrələrin

D) B-hüceyrələrin

E) Monositlərin


Ədəbiyyat: Лолор-мл., Т. Фишер, Д. Адельман. «Клиническая иммунология и аллергология» Москва 2000
525) Hansı xəstəliklərdə İgA konsentrasiyası çoxalır?

A) Kəskin virus infeksiyasında

B) Zülal itirilmələri bağırsaq sindromunda

C) Tənəffüs yolların xəstəliklərində

D) Splenektomiya nəticəsində

E) Zülal itirilmələri böyrək sindromunda


Ədəbiyyat: Лолор-мл., Т. Фишер, Д. Адельман. «Клиническая иммунология и аллергология» Москва 2000
526) Hansı vəziyyətlərdə İgA konsentrasiyası azalır?

A) Düyünlü periarteriit

B) B12 defisitli anemiya

C) Xroniki limfoleykozda

D) Qara ciyər sirrozunda

E) Revmatoidli artritdə


Ədəbiyyat: Р. М. Хаитов, Н. И. Ильин. «Аллергология. Клинические рекомендации» Москва 2008
527) Hansı xəstəliklərdə İgM konsentrasiyası çoxalır?

A) Şualanma müalicəsinin nəticəsində

B) İmmun sistemində bəd törəmələrdə

C) Kəskin viruslu hepatitlərdə

D) İmmunodepressant müalicənin nəticəsində

E) Xroniki virus infeksiyası


Ədəbiyyat:

Р. М. Хайтов, Н. И. Ильин. «Аллергология. Клинические рекомендации» Москва 2008


528) Hansı xəstəliklərdə İgG konsentrasiyası azalır?

A) Revmatizmda

B) Hemoglobinopatiyalarda

C) Mukovissidozda

D) Qazanmış immunodefitli sindromunda

E) İnfeksion mononukleozda


Ədəbiyyat: Лолор-мл., Т. Фишер, Д. Адельман. «Клиническая иммунология и аллергология» Москва 2000
529) Hansı immunoglobulinin miqdarı allergik xəstəliklərdə diaqnostika üçün istifadə olunur?

A) İgH


B) İgE

C) İgG


D) İgA

E) İgM
Ədəbiyyat: Лолор-мл., Т. Фишер, Д. Адельман. «Клиническая иммунология и аллергология» Москва 2000


530) Hansı xəstəliklərdə T-limfositlərin miqdarı çoxalır?

A) Leprada

B) Kəskin və xroniki leykozlarda

C) Bədxəssəli şişlərdə

D) Stresslarda və travmalarda

E) Tuberkulyozlarda


Ədəbiyyat: Лолор-мл., Т. Фишер, Д. Адельман. «Клиническая иммунология и аллергология» Москва 2000
531) LE-hüceyrələr hansı immunoglobulindən ibarətdir?

A) İgM


B) İgH

C) İgE


D) İgA

E) İgG
Ədəbiyyat: Лолор-мл., Т. Фишер, Д. Адельман. «Клиническая иммунология и аллергология» Москва 2000


532) İmmun kompleksin tərkibindəki hansı immunoglobulin kəskin iltihabı prosessdə iştirak edir?

A) İgH


B) İgG

C) İgE


D) İgM

E) İgA
Ədəbiyyat: В. И. Маколкин, С. И. Овчаренко. « Внутренние болезни» 1999 г.


Yüklə 1,46 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin