Allerqologiya ixtisası üzrə test suallarının nümunələri Sosial gigiyenanın əsasları. Allerqolojı xidmətin təşkili


) Obliqat qida allergenlərinə hansı aid deyil?



Yüklə 1,46 Mb.
səhifə7/21
tarix29.12.2016
ölçüsü1,46 Mb.
#3875
1   2   3   4   5   6   7   8   9   10   ...   21

404) Obliqat qida allergenlərinə hansı aid deyil?

A) İnək südü

B) Yumurta

C) Şokolad

D) Balıq

E) Ət
Ədəbiyyat: Под ред. Г. Б. Федосеева. «Аллергология» 2001г.


405) Paraaminobenzoy turşusunu əmələ gətirən sulfanilamidlərə allergiya olduqda nə təyin etmək olar?

A) Lidokain

B) Sadalananların hamısı

C) Aspirin

D) Qeyri-steroid iltihab əleyhinə preparatlar

E) Novokain


Ədəbiyyat: В. А. Остапенко, В.А. Ахмедов, Е.Е. Баженов, Н.Е. Волковская. «Лечение болезней легких» 2005г.
406) Qida allergenlərinə qarşı yaranan dərhal tipli allergiyanın daha tez-tez rast gələn kliniki ifadəsi hansı deyil?

A) Sinir sisteminin zədələnməsi

B) Kəskin və xroniki övrə

C) Angionevrotik Kvinke ödemi

D) Zərdab xəstəliyi

E) Mədə-bağırsaq traktının zədələnməsi


Ədəbiyyat: Под ред. Г. Б. Федосеева. «Аллергология» 2001г.
407) Qida allergiyasının müalicəsinin spesifik hiposensibilizasiya üsulu hansıdır?

A) Eliminasiya pəhrizləri

B) Enterosorbentlərin təyini

C) Histoqlobulinin təyini

D) Antihistamin preparatlarin təyini

E) Sadalanların hamısı


Ədəbiyyat: Под ред. Г. Б. Федосеева. «Аллергология» 2001г.
408) Bunlardan hansı ən geniş yayılmış qida allergenlərinə aid deyil?

A) Kartof

B) Balıq

C) İnək südü

D) Kələm

E) Toyuq yumurtası


Ədəbiyyat: Под ред. Р. М. Хаитова. «Клиническая аллергология» 2002 г.
409) Qida allergiyasıın yaranmasına hansı endogen faktorlar meyl yaratmır?

A) Həzm orqalarının xroniki xəstəlikləri

B) Zərdab İgA-nın selektiv çatışmazlığı

C) Həzm sisteminin ferment çatışmazlığı

D) Atopiyaya irsi meyillik

E) Uşanlarda süni qidalanma


Ədəbiyyat: Под ред. Р. М. Хаитова. «Клиническая аллергология» 2002 г.
410) Qida alergiyası tez-tez nə zaman təsadüf edilir?

A) Yeniyetmə yaşında

B) Bütün yaş dövrlərində

C) Ahıl yaşda

D) Doğulduqdan sonrakı ilk aylar və illərdə

E) Yetkinlik yaşında


Ədəbiyyat: Под ред. Р. М. Хаитова. «Клиническая аллергология» 2002 г.
411) Qida allergiyasının tipik klinik ifadələrinə hansılar aiddir?

A) 3 klinik sindromlar: qastrointestinal, dəri və respirator

B) Dəri ifadələri və miqrenəbənzər baş ağrıları

C) Mədə-bağırsaq traktının zədələnməsi və dəri ifadələri

D) Tənəffüs sistemi və boğaz- qulaq-burun orqanlarının zədələnməsi

E) Mədə-bağırsaq traktı və ürək-qan damarı sistemi zədələnmələri


Ədəbiyyat: Под ред. Р. М. Хаитова. «Клиническая аллергология» 2002 г.
412) Bunların hansı qida allergiyası zamanı həzm sistemi orqanlarının zədələnməsi əlamətlərinə aid deyil?

A) Steatoreya

B) Qusma

C) Spastik yaxud sancı xarakterli abdominal ağrılar

D) Diareya

E) Ürəkbulanma və qusma


Ədəbiyyat: Под ред. Р. М. Хаитова. «Клинические рекомендации. Аллергология» 2006 г.
413) Hansı əlamət qida allergiyasının tipik dəri ifadələrinə xas deyil?

A) Dəri qızarması

B) Dəri qaşınması

C) Qızılcaya bənzər səpkilər

D) Dərinin quruluğu və atrofiyası

E) Övrə
Ədəbiyyat: Под ред. Р. М. Хаитова. «Клинические рекомендации. Аллергология» 2006 г.


414) Aşağıdakı klinik sindromlar qida allergiyasına bənzəyə bilər, birindən başqa?

A) Histaminoliberasiya nəticəsində orqanizm tərəfindən qidanın qəbul edilməməsi

B) Biogen aminlərin həddindən çox istifadəsi sayəsində qidanın qəbul edilməməsi

C) Qida məhsullarının psixoloji cəhətdən qəbul edilməməsi

D) Mədə-bağırsaq traktının fermentlər sisteminin qüsurları səbəbindən idiosinkraziyası

E) Steatoreya ilə müşayət edilən bağırsaqların qıcıqlanma sindromu


Ədəbiyyat: Под ред. Р. М. Хаитова. «Клинические рекомендации. Аллергология» 2006 г.
415) Yalançı qida allergiyası həqiqidən nə ilə fərqlənir?

A) Klinik əlamətləri yaradan mediatorlarla

B) Reaksiyanı yaradan qida məhsulları ilə

C) Klinik əlamətləri ilə

D) Klinik əlamətlərin meydana çıxmasının sürrəti ilə

E) Yaranma mexanizmi ilə


Ədəbiyyat: Под ред. Р. М. Хаитова. «Клинические рекомендации. Аллергология» 2006 г.
416) Qida allergiyası zamanı ən səmərəli qeyri-spesifik terapiya növünə hansı təyinatlar aiddir?

A) Antihistamin preparatları

B) Ketotifen

C) Enterosorbentlər

D) Qlyukokortikosteroidlər

E) Natrium kromoqlikat


Ədəbiyyat: Под ред. Р. М. Хаитова. «Клинические рекомендации. Аллергология» 2006 г.
417) Hansı tədbirlər qida allergiyasının profilaktikasına daxil deyil?

A) Hipoallergen pəhrizlərin istifadəsi

B) Uşaqların uzun müddətli döşlə əmizdirilməsi

C) Mədə-bağırsaq xəstəliklərinin müalicəsi

D) İmkan daxilndə uşaqlarda süni qidalanmaya yol verməmək

E) Antihistamin preparatlarının daimi istifadəsi


Ədəbiyyat: Под ред. Р. М. Хаитова. «Клинические рекомендации. Аллергология» 2006 г.
418) Göstərilən amillərdən hansılar uşaqlarda qida allergiyasının inkişafına meyllilik yaradır?

A) Tranzitor immunodefisit

B) Atopiyaya genetik meyllilik

C) Mədə-bağırsaq traktı ferment çatışmamazlığı

D) Süni qidalanma hallarının tezliyinin artması

E) «Qaraciyər süzgəcinin» keçiriciliyinin yüksəlməsi


Ədəbiyyat: В. M. Сидельников, Л. А. Безруков, В. Г.Мигаль. «Практическая аллергология детского возраста» 1985г.
419) Göstərilən xəstəliklərdən hansı qida allergiyasının inkişafının risk qrupuna aiddir?

A) Qara ciyər xəstəlikləri

B) Helmintozlar

C) Ürək-damar xəstəlikləri

D) Tənəffüs orqanlarının xəstəlikləri

E) Dəri xəstəlikləri


Ədəbiyyat: Лолор-младший, Т. Фишер, Д. Адельман. «Клиническая иммунология и аллергология» 2000 г.
420) Qida allergiyasının əsasında aşağıdakı immunoloji reaksiya tiplərindən hansı üstünlük təşkil edir?

A) Antitoksiki reaksiyalar

B) İgE- dən asılı sürətli reaksiya

C) İmmun kompleks reaksiyalar

D) T-asılılıqlı reaksiya

E) Autoallergik reaksiya


Ədəbiyyat: Лолор-младший, Т. Фишер, Д. Адельман. «Клиническая иммунология и аллергология» 2000 г.
421) Sekretor immunoqlobulini A hansı funksiyanı daşıyır?

A) Qida allergenlərinə allergik reaksiyanın inkişafının qarşısını alır

B) Qida allergiyası halında heç bir əhəmiyyəti yoxdur

C) Qida allergenləri üzərinə dərhal baş verən allergik reaksiyanın inkişafını induksə edir

D) Qida allergenlərinin immunokompleks reaksiyasının inkişafını induksə edir

E) Qida allergenləri üzərinə ləng allergik reaksiyasının inkişafını induksə edir


Ədəbiyyat: Лолор-младший, Т. Фишер, Д. Адельман. «Клиническая иммунология и аллергология» 2000 г.
422) Qida allergiyası zamanı klinik reaksiyanın allergenin dozasının miqdarından asılılğı necə olur?

A) Toz allergiyasında olduğundan daha kəskin nəzərə çarpır

B) Asılı deyil

C) Nə qədər çox allergen udulursa klinika bir o qədər zəif nəzərə çarpır (immun tolerantlığı effekti)

D) Toz allergiyasında olduğu kimidir

E) Nə qədər çox allergen udulursa klinika bir o qədər də kəskin olur


Ədəbiyyat: Лолор-младший, Т. Фишер, Д. Адельман. «Клиническая иммунология и аллергология» 2000 г.
423) Qida allergiyası zamanı mədə-bağırsaq traktının zədələnməsinin ən tipik birbaşa simptomları hansılardır?

A) Zülal itkiləri ilə keçən enteropatiya

B) Qarın ağrıları

C) Qarnın köpməsi

D) Ürəkbulanma və qusma

E) Diareya


Ədəbiyyat: Лолор-младший, Т. Фишер, Д. Адельман. «Клиническая иммунология и аллергология» 2000 г.
424) Uşağın yaşı artdıqca əgər uşaq ciddi eliminasion pəhrizinə bir il müddətində və ya bir neçə il riayət edirsə göstərdiyimiz hansı ərzaq məhsullarına yüksək həssaslıq ola bilər?

A) İnək südü

B) Araxis və meşə qozu

C) Mayalanmış xəmir

D) Təravətli meyvə və tərəvəz

E) Köhnə (təravətini itirmiş) meyvə və tərəvəz


Ədəbiyyat: М. Э. Студенкина, Т. С. Соколова. «Аллергические болезни у детей» 1986 г.
425) Qida maddələrinə dərhal baş verən allergik reaksiyanın kliniki təzahürləri hansı şəkildə olur?

A) Qastritik sindrom

B) Qarın ağrıları

C) Anafilaktik reaksiya

D) Bronxospazm

E) Kvinke ödemi və övrə


Ədəbiyyat: Н.В.Адрианов. «Неотложная помощь при аллергических заболеваниях» Москва, 1968г.
426) Qida allergiyasının spesifik diaqnostikasına hansı usullar aid deyil?

A) Trombositopenik test

B) Spesifik İgE anticisimlərin müəyyən edilməsi

C) Allerqoloji anamnezin toplanması

D) Eliminasiya sınaqları və təxribat xarakterli test

E) Qida gündəliyinin aparılması


Ədəbiyyat: Лолор-младший, Т. Фишер, Д. Адельман. «Клиническая иммунология и аллергология» 2000 г.
427) Hansı spesifik laborator üsullar qida allergiyasının diaqnostikasında istifadə olunur?

A) Nəcisin disbakterioza tədqiq edilməsi

B) Tərdə xlorun konsentrasiyasının müəyyən edilməsi

C) Leykopenik test

D) Trombositopenik test

E) Qida allergenlərinə spesifik anticisimlərin radioimmun və immunoferment yolu ilə müəyyən edilməsi


Ədəbiyyat: Лолор-младший, Т. Фишер, Д. Адельман. «Клиническая иммунология и аллергология» 2000 г.
428) Hansı qida maddələri respirator allergiyalı fərdlərdə qeyri-patogen kif göbələklərində çarpaz reaksiya verə bilər?

A) Balıq və xərçəngəbənzərlər

B) Toyuq yumurtası

C) Buğda və paxla

D) Turşumuş süd məhsulları və pendir

E) Meşə qozu


Ədəbiyyat: А. Г. Чучалин, И. Д. Копылев. «Аллергические заболевания легких» 1990г.
429) Göstərilən kliniki reaksiyalardan hansılar yalançı qida allergiyasına (qidaya davamsızlığa) aiddir?

A) Qida maddələri tərəfindən törənənlər

B) Tərkibində çoxlu tiramin, feniletilamin və serotonin olan qida maddələri

C) Qida konservantlarına və rəngləyicilərinə (natrium nitrit, natrium benzoat, tartrazin, sulfitlər)

D) Tərkibində histamini çox olan qida maddələrinə

E) Histamin spesifik İgE-ilə şərtlənən azad olunmasına səbəb olan qida maddələri


Ədəbiyyat: В. Адо. «Аллергия» 1985 г.
430) Aşağıda göstərilən hansı qida maddələri histamin ifrazına səbəb olmur?

A) Pomidorlar

B) Çiyələk

C) Yumurtanın zülalı

D) Molyusk

E) Kartof


Ədəbiyyat: В. Адо. «Аллергия» 1985 г.
431) Tərkibində çoxlu histamin olmayan qida maddələri hansılardır?

A) Alma


B) Pomidor

C) Şokolad

D) İspanağ

E) Çiyələk


Ədəbiyyat: В. Адо. «Аллергия» 1985 г.
432) Hansı spesifik terapiya qida allergiyası zamanı daha effektivdir?

A) Parenteral tətbiq üçün nəzərdə tutulmuş allergenlərlə spesifik immun terapiya

B) Tam eliminasion pəhriz

C) Peroral allergenlərlə spesifik immun terapiya

D) Kromoqlikat natriumun (nalkrom) tətbiqi

E) Anti İgE anticisimlərin tətbiqi


Ədəbiyyat: Лолор-младший, Т. Фишер, Д. Адельман. «Клиническая иммунология и аллергология» 2000 г.
433) Kəskinləşmə dövründə qida allergiyası zamanı hansı müalicədən istifadə olunur?

A) Antihistamin preparatlarının təyin edilməsi

B) Mədə və bağırsağın yuyulması yolu ilə allergenin kənar edilməsi

C) Qeyri-spesifik immunterapiyanın keçirilməsi

D) Hipoallergen pəhrizlər istifadə olunur

E) Spesifik immunterapiyasının keçirilməsi


Ədəbiyyat: Лолор-младший, Т. Фишер, Д. Адельман. «Клиническая иммунология и аллергология» 2000 г.
434) Hansı qida allergiyası hallarında spesifik hiposensibilizasiyanın keçirilməsi göstərişdir?

A) Mənşəyi aydınlaşdırılmayan allergen olduqda

B) Qida allergiyasının bütün hallarında

C) Qida allergiyasının həyat üçün təhlükəli və ciddi təhdidləri şəklində təzahür etdiyi halda

D) Çarpaz qida allergiyası baş verdikdə

E) Qida allergiyasının eliminasiyası mümkün olmadıqda


Ədəbiyyat: Лолор-младший, Т. Фишер, Д. Адельман. «Клиническая иммунология и аллергология» 2000 г.
435) 8 yaşlı uşaqda çiy inək südü içdikdən sonra müntəzəm olaraq, dispeptik əlamətlər və diareya meydana çıxır. Qaynadılmış südü və keçi südünü (istənilən formada) yaxşı qəbul edir. Hansı diaqnoz daha çox uyğundur?

A) Psevdoallergiya

B) Qida zəhərlənməsi

C) İnək südünə qarşı qida allergiyası

D) Mədənin sekretor funksiyasının zəifləməsi ilə müşahidə olunan xroniki qastrit.

E) Laktozanın qəbul olunmaması


Ədəbiyyat: М. Э. Студенкина, Т. С. Соколова. «Аллергические болезни у детей» 1986 г.
436) Xəstədə quru balıq yemləri ilə kontakt zamanı Kvinke ödemi meydana çıxır. Bu xəstədə hansı çarpaz qida allergiyası gözləmək olar?

A) Xərçəng və krab (yengəc)

B) Qaynadılmış balıq

C) Quru balıq

D) Yod preparatları

E) Ət
Ədəbiyyat: Лолор-младший, Т. Фишер, Д. Адельман. «Клиническая иммунология и аллергология» 2000 г.


437) Qida allergiyası olduqda aşağıda saydıqlarımızdan hansı profilaktiki tədbir düzgün deyil?

A) Quş ətindən istifadə etməmək

B) Hisə verilmiş və qurudulmuş ət məhsullarından istifadə etməmək.

C) Mal ətinin ikincili blyonunda hazırlanmış xörəklərdən imtina etmək

D) Balıq məhsullarından istifadə etməmək

E) Yumurtadan istifadə etməmək


Ədəbiyyat: Под ред. Р. М. Хаитова Н. И. Ильина. «Аллергология и иммунология. Национальное руководство» 2009 г.

Dərman allergiyası. Zərdab xəstəliyi vaksinasiyanın ağırlaşmaları və onların profilaktikası

438) Zərdab xəstəliyi anlayışana hansı aiddir?

A) Dərman preparatlarına toksiki reaksiya

B) Sadalananların hamısı

C) Ət zərdabının zülalına toksiki reaksiya

D) Yad zərdabın zülalına allergik reaksiya

E) Dərman preparatlarına allergik reaksiya


Ədəbiyyat: Под ред. Г. Б. Федосеева. «Аллергология» 2001г.
439) Zərdab xəstəliyinin inkişaf mexanizmində nə iştirak edir?

A) İgG, İgM, İgE komplementar sistem

B) İgE

C) İgA


D) İgG

E) Komplementar sistem


Ədəbiyyat: Под ред. Г. Б. Федосеева. «Аллергология» 2001г.
440) Zərdab xəstəliyinin ən tez-tez rast gələn ifadə forması hansı deyil?

A) Limfadenopatiya

B) Temperatur reaksiyası

C) Kəskin övrə

D) Qastrit

E) Dalağın böyüməsi


Ədəbiyyat: Под ред. Г. Б. Федосеева. «Аллергология» 2001г.
441) Penisillinə allergiyası olan xəstələrə hansını təyin etmək olmaz?

A) Seftriakson

B) Metronidazol

C) Linkomisin

D) Levomisetin

E) Gentamisin


Ədəbiyyat: Под ред. Г. Б. Федосеева. «Аллергология» 2001г.
442) Eufillinə allergiyası olan xəstələrin hansı preparatı qəbul etməsi məsləhət görülmür?

A) Teotard, teopek

B) Azitromisin

C) Amoksisillin

D) Prednizilon

E) Kalsi ionlarının antaqonistləri


Ədəbiyyat: Р. М. Хаитов, Н. И. Ильин. «Аллергология. Клинические рекомендации» 2008г.
443) Dərman allergiyası zamanı ürək-damar sistemi tərəfindən hansı hal müşahidə edilmir?

A) Taxikardiya

B) Ritmin pozulması

C) Təngnəfəslik

D) Arterial təzyiqin dəyişilməsi

E) Miokardit


Ədəbiyyat: Под ред. Г. Б. Федосеева. «Аллергология» 2001г.
444) Zərdab xəstəliyi üçün vacib əlamətlərdən biri hansıdır?

A) Dalağın böyümə halının olmaması

B) Limfa vəzilərinin böyümə halının olmaması

C) Polilimfoadenopatiya

D) Qaraciyərin böyüməsi

E) Hidronefroz


Ədəbiyyat: Под ред. Г. Б. Федосеева. «Аллергология» 2001г
445) Zərdab xəstəliyi üçün ən xarakterik əlamətlərdən biri hansıdır?

A) Spondiloartrit

B) Meningit

C) Lümboişialgiya

D) Araxnoidit

E) Poliradikulonevrit


Ədəbiyyat: Под ред. Г. Б. Федосеева. «Аллергология» 2001г.
446) Allergen daxil olandan nə qədər sonra zərdab xəstəliyi daha tez inkişaf edir?

A) 3 gün sonra

B) 8-10 gün sonra

C) 15-20 dəq. sonra

D) Dərhal

E) Yeridilmə vaxtından asılı olmadan


Ədəbiyyat: Под ред. Лолора, Т. Фишера, Д. Адельмана. «Клиническая иммунология и аллергология» 2000г.
447) Dərman allergiyasında nə qeyd edilir?

A) Yalnız dəri əlamətləri qeyd edilir

B) Selikli qişanın zədələnməsi səciyyəvidir

C) Dəri və selikli qişaların zədələnməsi səciyyəvidir

D) Yalnız vistseral zədələnmələr səciyyəvidir

E) Eyni zamanda bir neçə orqan və sistemlər zədələnir


Ədəbiyyat: Под ред. Р. М. Хаитова. «Клиническая аллергология» 2002г.
448) Dərman allergiyası simptomlarının xüsusiyyətləri nədən ibarətdir?

A) Preparatın dozasından asılıdır

B) Preparatın yeridilmə üsulundan asılı deyil

C) Preparatın yerilməsi sayından asılıdır

D) Preparatın formasından asılıdır

E) Preparatın yerdilmə üsulundan asılıdır


Ədəbiyyat: Под ред. Р. М. Хаитова. «Клиническая аллергология» 2002г.
449) Övrə zamanı ilkin elementlər özündən sonra nə qoyur?

A) Çapıqlar

B) Qabıqlanma və piqmentasiya

C) Davamlı piqmentasiya

D) İzsiz keçib gedir

E) Qabıqlanma


Ədəbiyyat: Под ред. Р. М. Хаитова. «Клиническая аллергология» 2002г.
450) Dərman allergiyasında düyünlü eritemanın əsas lokalizasiyası harada təsadüf edilir?

A) Ətraflarda

B) Konyuktivada

C) Üzdə


D) Selikli qişalarda

E) Sinə və qarında


Ədəbiyyat: Под ред. Р. М. Хаитова. «Клиническая аллергология» 2002г.
451) Stivens-Conson sindromu nə ilə səciyyələnir?

A) Gözün selikli qişasıın təcrid olunmuş zədələnməsi ilə

B) Dərinin, ağız, burunun və cinsi üzvlərin selikli qişalarının zədələnməsi ilə

C) Burunun selikli qişasının təcrid olunmuş zədələnməsi ilə

D) Ağız boşluğunun selikli qişasının təcrid olunmuş zədələnməsi ilə

E) Yalnız dəri zədələnməsi ilə


Ədəbiyyat: Под ред. Р. М. Хаитова. «Клиническая аллергология» 2002г.
452) Fiksasiya olunmuş dermatitlər nə ilə səciyyələnir?

A) Səpkilərin eyni nahiyyələrdə fiksasiya olunması ilə

B) Səpkilərin əksəriyyətli lokalizasiyasının olmaması ilə

C) Səpkilərin əksəriyyətli lokalizasiyası ilə

D) Prosesin sönmə mərhələsində piqmentasiya buraxmaması ilə

E) Subyektiv təsuratlarla müşayət olunması ilə


Ədəbiyyat: Под ред. Р. М. Хаитова. «Клиническая аллергология» 2002г.
453) Layell sindromu nə ilə səciyyələnir?

A) Kəskin qızğın başlanqıcla

B) Gedişatının müxtəlif variantları ola bilər

C) Xroniki gedişatla

D) Residivləşən gedişatla

E) Yarımkəskin başlanqıcla


Ədəbiyyat: Под ред. Р. М. Хаитова. «Клиническая аллергология» 2002г.
454) Layell sindromunun hansı fəsadları təsadüf edilmir?

A) Dərinin irinli infeksiyasının qoşulması

B) Tonzillokardial sindrom

C) Selikli qişalarda irinli infeksiya

D) Böyrək çatışmazlığı

E) Pnevmoniya


Ədəbiyyat: Под ред. Р. М. Хаитова. «Клиническая аллергология» 2002г.
455) Layell sindromunda hansı sistemin zədələnmələri təsadüf edilmir?

A) Sidik ifrazı sisteminin

B) Mədə-bağırsaq sisteminin

C) Tənəffüs orqanlarının

D) Dayaq-hərəkət sisteminin

E) Mərkəzi sinir sisteminin


Ədəbiyyat: Под ред. Р. М. Хаитова. «Клиническая аллергология» 2002г.
456) Dərman allergiyasının ilk əlamətlərində hansı tədbirlər aparılmalıdır?

A) Ən çox allergiya etimalı olan preparatı ləğv etmək

B) Təyin olunan bütün preparatları kəsmək

C) Antihistamin preparatları təyin etmək

D) Preparatın dozasını azaldmaqla müalicəni davam etmək

E) Müalicəni davam etmək


Ədəbiyyat: Под ред. Р. М. Хаитова. «Клиническая аллергология» 2002г.
457) Dərman allergiyası zamanı tənəffüs sisteminin hansı zədələnməsi təsadüf edilmir?

A) Allergik rinit

B) Pnevmoniyalar

C) Ekzogen allergik alveolit

D) Birincili ağ ciyər emfizeması

E) Bronxial astma


Ədəbiyyat: Под ред. Р. М. Хаитова. «Клиническая аллергология» 2002г.
458) Dərman allergiyası zamanı böyrəklərin zədələnməsi hansı hallarda təsadüf edilmir?

A) Stivens-Conson sindromunda

B) Allergik rinitdə

C) Serum xəstəliyində

D) Layell sindromunda

E) Kəskin övrədə


Ədəbiyyat: Под ред. Р. М. Хаитова. «Клинические рекомендации. Аллергология» 2006г.
459) Hansı patoloji hal dərman allergiyasında mərkəzi sinir sisteminin zədələnməsi üçün səciyyəvi deyil?

A) Ensefalopatiya

B) İşemik insult

C) Damarların tranzitor reaksiyaları

D) Beyinin ödemi

E) Veqetativ funksiyaların pozulması


Ədəbiyyat: Лолор младший, Т.Фишер, Д.Адельман. «Клиническая иммунология и аллергология» 2000 г.
460) Dərman allergiyasının diaqnostikasında aşağıdakıların hansı istifadə olunmur?

A) Preparatın sınaq ləğvi

B) Provakasiya testləri

C) Dəri testləri

D) Allerqoloji anamnez

E) Funksional testlər


Ədəbiyyat: Лолор младший, Т.Фишер, Д.Адельман. «Клиническая иммунология и аллергология» 2000 г.
461) Zərdabın ilk yeridilməsi zamanı serum xəstəliyin yaranması hansı müddətdə təsadüf edilir?

A) Zərdabın yeridilməsindən 15-20 dəqiqə sonra

B) Dərhal

C) Zərdabın yeridilməsindən 6 saat sonra

D) Zərdabın yeridilməsindən 3-5 gün sonra

E) Zərdаbın yeridilməsindən 8-10 gün sonra


Ədəbiyyat: Лолор младший, Т.Фишер, Д.Адельман. «Клиническая иммунология и аллергология» 2000 г.
462) Serum xəstəliyinin orta-ağır gedişatı üçün nə səciyyəvidir?

A) Yalnız qızdırma

B) Parenximatoz üzvlərin heç bir zaman zədələnməməsi

C) Vegetativ sinir sisteminin zədələnməsi

D) Dəri əlamətləri ilə qızdırmanın birgə təsadüfü

E) Yalnız dəri əlamətləri


Ədəbiyyat: Лолор младший, Т.Фишер, Д.Адельман. «Клиническая иммунология и аллергология» 2000 г.
463) Serum xəstəliyi üçün ən çox tipik olan hal hansıdır?

A) Sadalananların birgə təsadüfü

B) Yalnız angionevrotik ödem

C) Yalnız övrə

D) Yalnız qızılcaya bənzər səpkilər

E) Müxtəlif dəri səpkiləri


Ədəbiyyat: Лолор младший, Т.Фишер, Д.Адельман. «Клиническая иммунология и аллергология» 2000 г.
464) Serum xəstəliyi zamanı tənəffüs orqanları tərəfindən yaranan ən səciyyəvi zədələnmələr hansılardır?

A) Eozinofil pnevmoniya

B) Abses

C) Krupoz pnevmoniya

D) Bronxların keçiriciliyinin pozulması

E) Ocaqlı pnevmoniya


Ədəbiyyat: Лолор младший, Т.Фишер, Д. Адельман. «Клиническая иммунология и аллергология» 2000 г.
465) Serum xəstəliyi nəyin yeridilməsindən sonra yaranır?

A) Allergenlərin su-duz ekstraktlarının

B) İnsulinin

C) Antibiotiklərin

D) Tetanus anatoksininin

E) Tetanus əleyhinə zərdabın


Ədəbiyyat: Лолор младший, Т. Фишер, Д. Адельман. «Клиническая иммунология и аллергология» 2000 г.
466) Serum xəstəliyində kortikosteroidlər nə zaman istifadə olunur?

A) Gedişatının ağır variantında

B) Yuxarıdakı halların hamısında

C) Heç zaman istifadə olunmur

D) Gedişatının orta-ağır variantında

E) Serum xəstəliyinin profilaktikasında


Ədəbiyyat: Лолор младший, Т.Фишер, Д.Адельман. «Клиническая иммунология и аллергология» 2000 г.
Yüklə 1,46 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin