664) Ekzogen allergik alveolitin müalicəsində hansı prepratlar istifadə olunur?
A) Qlyukokortikosteroidlər
B) Antibiotiklər
C) Sulfanilamidlər
D) Nitrofuranlar
E) İltihaba qarşı preparatlar
Ədəbiyyat: Под ред. Р. М. Хаитова. «Рациональная фармакотерапия аллергических заболеваний» 2007г.
665) Ekzogen allergik alveolitin xroniki formasının əsaslı müalicəsinin prepratlarına hansı aid deyil?
A) İmmunosupressantlar
B) Kolxisin
C) Qlyukokortikosteroidlər
D) Antibiotiklər
E) Kuprenil (kompleksion)
Ədəbiyyat: Под ред. Р. М. Хаитова. «Рациональная фармакотерапия аллергических заболеваний» 2007г.
666) Ekzogen allergik alveolitin differensasiyası hansı xəstəliklə aparılır?
A) Ağciyər absesi ilə
B) Ağciyərin xərçəngi ilə
C) Bek sarkoidozu ilə
D) Plevritlə
E) Ağciyərin bullyoz kistası ilə
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
667) Bronxial astma zamanı baş verən tənəffüs yollarının remodelləşmə prosesinin əsəs səbəbi hansıdır?
A) İnfeksion prosesin qoşulması
B) Ağır astmatik statuslarda yaranan «lal ağ ciyər» bölgələri
C) Total bronxospazm
D) Xronik allergik iltihabi proses
E) Bronxların hiperreaktivliyi
Ədəbiyyat: А. Г. Чучалин. «Пульмонология. Клинические рекомендации» 2005г.
668) Bronxial astma zamanı tənəfüs yollarının remodelləşməsi prosesində hansı mexanizm iştirak etmir?
A) Subepitelial təbəqədə kollagenin çökməsi
B) Tənəffüs yolları divarlarının saya əzələlərinin hipertrofiyası
C) Tənəffüs yolları divarlarının atrofiyası
D) Selik vəzilərinin hiperplaziyası
E) Tənəffüs yolları divarlarının saya əzələlərinin hiperplaziyası
Ədəbiyyat: А. Г. Чучалин. «Пульмонология. Клинические рекомендации» 2005г.
669) Bronxial astmada nə zaman Helioks istifadə olunur?
A) İfadə olunan dərəcəli hipoksemiyada
B) Astmatik statuslarda
C) Adi terapiyanın köməyi olmayan çox ağır dərəcəli astma tutmasında
D) Pa O2 < 50 mm.cv.st, PaCO2 > 60 mm.cv.st. və SaO2 60% az olduqda
E) SaO2 60% -dan az olduqda
Ədəbiyyat: А. Г. Чучалин. «Пульмонология. Клинические рекомендации» 2005г.
670) Bronxial astmanın təxirə salınmaz terapiyasında istifadəsi tövsiyyə edilməyən preparatlar qrupu hansıdır?
A) Metilksantinlər
B) Antihistamin prepartları
C) Adrenomimetiklər
D) Helioks
E) Qlyukokortikosteroidlər
Ədəbiyyat: П. Э. Парсонз, Дж. Э. Хеффнер. «Секреты пульмонологии» 2004 г.
671) Bronxial astmanın müasir müalicəsində istifadə olunan leykotrienlərin antaqonistləri
xəstəliyin patogenezinin hansı mərhələsi səviyyəsində təsir göstərir?
A) Patofizioloji mərhələsində
B) Bütün mərhələlərdə
C) Sensibilizasiya mərhələsində
D) İmmunoloji mərhələsində
E) Patokimyəvi mərhələsində
Ədəbiyyat: П. Э. Парсонз, Дж. Э. Хеффнер. «Секреты пульмонологии» 2004 г.
672) Allergik rinit hansı əlamətlərlə xarakterizə olunur?
A) Yüksək hərarətlə
B) Qəfləti əmələ gəlməsi ilə
C) Quru xırıltılarla
D) İştahanın azalması
E) Afoniya
Ədəbiyyat: В. Н. Молотков, Е. И. Суслов, Н. Н. Коваленко. «Диагностика аллергических заболеваний легких» 1985 г.
673) Allergik laringit hansı əlamətlərlə özünü göstərir?
A) Qəfləti əmələ gəlməsi ilə
B) «Hürücü» öskürəklə
C) Asqırma ilə
D) Qanda neytrofiloz
E) EÇS-nin tezləşməsi
Ədəbiyyat: В. Н. Молотков, Е. И. Суслов, Н. Н. Коваленко. «Диагностика аллергических заболеваний легких» 1985 г.
674) Allergik bronxit hansı əlamətlərlə özünü göstərir?
A) Səsinin xırıltılı olması ilə
B) Obstruktiv sindromu ilə
C) Ekspirator təngnəfəsliklə
D) Allergenlə təmasda olan zamanı bronxospastik sindromu ilə
E) Asqırma ilə
Ədəbiyyat: В. Н. Молотков, Е. И. Суслов, Н. Н. Коваленко. «Диагностика аллергических заболеваний легких» 1985 г.
675) Hansı əlamətlər ekzogen allergik alveolitə xarakterik deyil?
A) Bronxların zədələnməsi
B) Müxtəlif ölçülü yaş xırıltılar
C) Ekspirator təngnəfəslik
D) Dəyişkən rentgenoloji dəyişikliklər
E) «Hürücü» öskürək
Ədəbiyyat: В. Н. Молотков, Е. И. Суслов, Н. Н. Коваленко. «Диагностика аллергических заболеваний легких» 1985 г.
676) Hansı əlamətlər qırtlağın allergik ödeminin başlanğıcında müşahidə oluna bilər?
A) İştahanın azalması
B) Ekspirator təngnəfəslik
C) Səsinin xırıltılı olması
D) Obstruktiv sindromla
E) Qusma
Ədəbiyyat: В. Н. Молотков, Е. И. Суслов, Н. Н. Коваленко. «Диагностика аллергических заболеваний легких» 1985 г.
677) Hansı faktorlar uşaqlarda allergik xəstəliklərə meyllilik yarada bilər?
A) Bağırsaqların selikli qişasının keçiriciliyi azalan zamanı
B) Hamiləlik zamanı qidalanmanın pozulması
C) İgE-səviyyəsinin aşağı olması
D) Erkən süni qidalanma
E) Mədə şirəsinin turşuluğu yüksək olan zamanı
Ədəbiyyat: М. Э. Студенкина, Т. С. Соколова. «Аллергические болезни у детей» 1986 г.
678) Allergen məhsullarla alkoqolun birlikdə qəbulu hansı əlamətlərlə müşahidə olunur?
A) Allergik reaksiyaların meydana çıxmasını «maskalayır»
B) Allergik reaksiyaların meydana çıxmasına cüzi təsir edir
C) Allergik reaksiyaların meydana çıxmasına təsir etmir
D) Allergik reaksiyaların meydana çıxmasını sürətləndirir
E) Allergik reaksiyaların meydana çıxmasını ləngidir
Ədəbiyyat: Г. Б. Федосеев. « Аллергология» 2001 г.
679) Xəstədə müntəzəm olaraq iyulun sonundan sentyabrın ortalarına qədər olan dövrdə allergik övrə allergik rinitlə müştərək formada meydana çıxır. Bu xəstədə aşağıda göstərilən bitkilərdən hansı ikisinə qarşı sensibilizasiya ehtimal oluna bilər?
A) Yovşan
B) Yulaf
C) Cökə
D) Palıd
E) Qovaq
Ədəbiyyat: Г. Б. Федосеев. « Аллергология» 2001 г.
680) Qırtlağın allergik ödemi zamanı hansı təxirəsalınmaz müalicə tədbirləri məqsədə uyğun deyil?
A) Hipoallergen pəhriz
B) Spesifik hiposensibilizasiya
C) Vitaminterapiya
D) Qlükokortikoidlərin venadaxili yeridilməsi
E) Döş qəfəsinin masajı
Ədəbiyyat: Лолор-младший, Т. Фишер, Д. Адельман. «Клиническая иммунология и аллергология» 2000 г.
681) Atopik bronxial astma zamanı hansı antitellərin hasilatı müşahidə olunur?
A) İgA
B) İgM
C) İgG
D) İgE + İgG
E) İgM+ İgA
Ədəbiyyat: В. Н. Молотков, Е. И. Суслов, Н. Н. Коваленко. «Диагностика аллергических заболеваний легких» 1985 г.
682) Astma zamanı əsas bazis iltihabəleyhinə terapiyaya hansı preparatlar aiddir?
A) İnqalyasion kortikosteroidlər
B) Qeyri-steroid iltihab əleyhinə preparatlar
C) Simpatomimetiklər
D) Antibiotiklər
E) Leykotriyen reseptorlarının antaqonistləri
Ədəbiyyat: А. Г. Чучалин. «Бронхиальная астма. Иммунология астмы» 1985 г.
683) Allergik rinit aşağıdakılardan hansıları ilə sensibilizasiya olmur?
A) Qida allergenləri
B) Tozlu bitkilərlə
C) Dərman preparatları
D) Bakterial kapsul antigenləri
E) Ağır metal duzları
Ədəbiyyat: А. Г. Чучалин, И. Д. Копылев. «Болезни органов дыхания. Аллергические заболевания легких» 1990 г.
684) Allergik rinit zamanı yerli olaraq qlükokortikosteroidlərin təyinatına nə vaxt göstərişdir?
A) Yüngül gedişli
B) Orta ağır və ağır gedişli
C) Mövsümlik olmaması
D) Orta-ağır gedişli
E) Ağır gedişli
Ədəbiyyat: А. Г. Чучалин, И. Д. Копылев. «Болезни органов дыхания. Аллергические заболевания легких» 1990 г.
685) Allergik rinit zamanı yerli qlükokortikoidləri istifadə edən zaman aşağıdakılardan hansıları yadda saxlamaq lazımdır?
A) Ağır fasiləsiz gedişi zamanı preparatı 2 aydan artıq vermək olmaz
B) Maksimal təsir 1 həftədən sonra əmələ gəlir
C) Müsbət təsir əldə etdikdən sonra preparatın dozasını 2-3 dəfə azaltmaq lazımdır
D) Müsbət təsir əldə etdikdən sonra preparatı tədricən dayandırmaq lazımdır
E) Maksimal təsir 2-3 gündən sonra əmələ gəlir
Ədəbiyyat: А. Г. Чучалин, И. Д. Копылев. «Болезни органов дыхания. Аллергические заболевания легких» 1990 г.
686) Allergik rinit zamanı H1 histamin reseptorlarının blokatorlarını istifadə edən zaman aşağıdakılardan hansıları yadda saxlamaq lazımdır?
A) Təsiri olmadıqda dozani artırmaq lazımdır
B) Remissiya dövründə kəskinləşmənin profilaktikası üçün bu preparatları dövri olaraq qəbul etmək məsləhətdir
C) Kursu uzatmaq lazımdır
D) Ağır gedişi zamanı yerli deyil, daxilə qəbul etmək məsləhətdir
E) Xəstəliyin erkən mərhələsində istifadə etmək daha məqsədəuyğundur
Ədəbiyyat: А. Г. Чучалин, И. Д. Копылев. «Болезни органов дыхания. Аллергические заболевания легких» 1990 г.
687) Allergik rinit zamanı tosqun hüceyrələrin membranın stabilizatorlarını istifadə edən zaman aşağıdakılardan hansıları yadda saxlamaq lazımdır?
A) Qəbul müddəti 2 aydan çox olmalıdır. Optimal müalicə kursu 2-4 həftədir
B) Qlükokortikoidlərlə birlikdə təyin etmək olmaz.
C) Mövsümi gedişi zamanı müalicə kursunu kəskinləşmə dövrünə 2 həftə qalmış başlayırlar
D) Optimal müalicə kursu 2-4 həftədir
E) Maksimal təsir 2-3 gündən sonra əmələ gəlir
Ədəbiyyat: А. Г. Чучалин, И. Д. Копылев. «Болезни органов дыхания. Аллергические заболевания легких» 1990 г.
688) Allergik rinit zamanı spesifik immunoterapiyaya hansı vəziyyətlərdə göstərişdir?
A) Polivalent sensibilizasiyanın olmaması zamanı mövsümi gedişli
B) Xəstəliyin müddətinin 6 ildən çox olmaması
C) İlboyu gedişi zamanı
D) Allergik sınaqların və kliniki məlumatların üst-üstə düşməməsi
E) Yanaşı təmas dermatitin yaxud bronxial astmanın olmaması.
Ədəbiyyat: А. Г. Чучалин, И. Д. Копылев. «Болезни органов дыхания. Аллергические заболевания легких» 1990 г.
689) Allergik rinit zamanı intranazal adrenomimetiklər istifadə edən zaman aşağıdakılardan hansıları yadda saxlamaq lazımdır?
A) Bu preparatlar ardıcıl olaraq 3-5 gündən artıq vermək məsləhət görülmür
B) Ağır gedişli zamanı xəstəliyin simptomlarını tam aradan qaldıranadək vermək
C) Təsiri olmadıqda dozanı tədricən artırmaq məsləhətdir
D) Optimal müalicə kursu 2-4 həftədir
E) Remissiya dövründə kəskinləşmələrin profilaktikası üçün göstərişdir.
Ədəbiyyat: А. Г. Чучалин, И. Д. Копылев. «Болезни органов дыхания. Аллергические заболевания легких» 1990 г.
690) Bronxial astma tutması zamanı obstruksiyanı artıran preparatlar hansıdır?
A) Metilksantinlər
B) b-adrenoblokatorlar
C) Spazmolitiklər
D) AÇF inhibitorlar
E) Sedativ preparatlar
Ədəbiyyat: А. Г. Чучалин. «Бронхиальная астма. Иммунология астмы» 1985 г.
691) Aspirin astması üçün nə səciyyəvidir?
A) Aspirin qəbuluna həssaslıq
B) Gecə tutmaları
C) Tutmalar armud, alma qəbulu zamanı provokasiya olunur
D) Astmanın erkən yaşlarda üzə çıxması
E) Xora xəstəliyi ilə tez-tez yanaşı gedişi
Ədəbiyyat: А. Г. Чучалин. «Бронхиальная астма. Иммунология астмы» 1985 г.
692) Ağır astmatık statusun əlaməti hansıdır?
A) PCO2 40-dan aşağı
B) Udma aktı zamanı ağrı
C) Gözlərin sulanması
D) Sianoz
E) Burnun tutulması
Ədəbiyyat: А. Г. Чучалин. «Бронхиальная астма. Иммунология астмы» 1985 г.
693) Allergik komponentlərinin üstünlüyü ilə keçən astmaya nə xarakterikdir?
A) Əsas sədəb bitki və məişət tozu
B) Dəri sınağı adətən mənfi olur
C) Tutmalar kəskin respirator infeksiya ilə provokasiya olunur
D) Tutmalar hipovensilyasiya ilə provokasiya olunur
E) Tutmalar hipervensilyasiya ilə provokasiya olunur
Ədəbiyyat: А. Г. Чучалин. «Бронхиальная астма. Иммунология астмы» 1985 г.
694) Aspirin astmasının diaqnozunu təyin etmək üçün hansı müayınələr vacibdir?
A) Allergenlərlə dəri testi
B) Bronxoskopiya
C) Radioallerqosorbent testi
D) Spiroqrafiya, spirometriya
E) Qanda T- və B- limfositlərin təyini
Ədəbiyyat: А. Г. Чучалин. «Бронхиальная астма. Иммунология астмы» 1985 г.
695) Qeyri allergik bronxial astmasına nə xarakterikdir?
A) Tutmalar adətən kəskin respirator infeksiyalarla provokasiya olunur
B) Adətən dəri sınaqları müsbətdir
C) Tənəffüs yollarının kəskin qoxuya həssaslığının azalması
D) Adətən tutmalar hipovensilyasiya ilə provokasiya olunur
E) Tənəffüs yollarının rütubətə və hərarətə həssaslığının azalması
Ədəbiyyat: А. Г. Чучалин. «Бронхиальная астма. Иммунология астмы» 1985 г.
696) Aşağıdakı faktlardan hansı bronxial astma üçün düzgündür?
A) Monoziqot əkizlərdə konkordantlıq 100%-dir
B) Yalnız ata xəstə olduqda, övlad üçün xəstələnmə riski praktiki yoxdur
C) Əgər valideynlərin hər ikisi xəstədirsə, övladın xəstələnmə riski 50%-dir
D) Kənd sakinlərində, şəhər sakinlərinə nisbətən daha tez-tez əmələ gəlir
E) Xəstəlik hava-damcı yolu ilə keçir
Ədəbiyyat: А. Г. Чучалин. «Бронхиальная астма. Иммунология астмы» 1985 г.
697) Allergik rinitin əsas etioloji amillərinə hansı aiddir?
A) Ev tozu və ev tozu gənələri
B) Heyvanların epidermisi
C) Qeyri-patogen kif göbələklərinin sporları
D) Dərman prepartları
E) Bitki tozcuqları
Ədəbiyyat: Р. М. Хаитов, Н. И. Ильин. «Клинические рекомендации. Аллергология» 2008 г.
698) Allergik rinitin inkişafının əsasını təşkil edən immunoloji mexanizm hansıdır?
A) Allergik rinitin mexanizmi qeyri-immundur
B) Tezləşmiş tipli allergik reaksiya (I tip)
C) Ləng tipli allergik reaksiya (II tip)
D) Toksiki reaksiya
E) İmmunoloji allergik reaksiya (III tip)
Ədəbiyyat: Р. М. Хаитов, Н. И. Ильин. «Клинические рекомендации. Аллергология» 2008 г.
699) Tozcuqlu rinitin spesifik müalicə üsulları hansılardır?
A) Farmakoterapiya
B) Antibiotiklərin təyini
C) Cərrahi müalicə
D) İynə ilə refleks terapiyası
E) Allergenin kənar edilməsi və spesifik immun terapiya
Ədəbiyyat: Р. М. Хаитов, Н. И. Ильин. «Клинические рекомендации. Аллергология» 2008 г.
700) Orta ağır gedişi olan uzunmüddət keçməyən, il boyu davam edən allergik rinit zamanı seçim dərmanları hansılardır?
A) Natrium kromoqlikat
B) Sistem antihistamin dərman preparatları
C) İntranazal qlükokortikosteroidlər
D) Kombinə edilmiş dərman preparatları (sistem antihistamin preparatları + β-adrenomimetiklər)
E) Yerli β- adrenomimetiklər
Ədəbiyyat: Р. М. Хаитов, Н. И. Ильин. «Клинические рекомендации. Аллергология» 2008 г.
701) Göstərdiklərimizdən hansı astmogen qeyri-infeksion inqalyasion allergenlərinə aid deyil?
A) Heyvanların və insanların epidermisinin hissəcikləri
B) Həşəratların bədənlərinin hissəcikləri
C) Bitkilərin tozcuğu
D) Qeyri-patogen göbələklərin sporları
E) Bakteriyalar
Ədəbiyyat: Под ред. Г. Б. Федосеева. «Аллергология» 2001 г.
702) Aşağıdakı dərmanlardan hansıları bronxial astmanın kəskinləşməsinə səbəb deyillər?
A) Aspirin
B) β-adrenoblokatorlar
C) Analgin
D) Qeyri-steroid iltihab əleyhinə vasitələr
E) Са antoqonistləri
Ədəbiyyat: В. И. Метелица. «Справочник кардиолога по клинической фармакологии сердечно-сосудистых лекарственных средств» 2005 г.
703) Böyüklərdə atopik bronxial astmanın daha tez rast gələn səbəbi nədir?
A) Antibakterial preparatlar
B) Epidermal allergenlər
C) Tozcuq və ev tozu
D) Dərman preparatları
E) Qida allergenləri
Ədəbiyyat: Под ред. Н. Р. Палеева. «Болезни органов дыхания» 2000 г.
704) Atopik bronxial astma zamanı dəri allergik sınaqları hansı müddətdən sonra inkişaf edir?
A) 4-6 saat sonra
B) 10-20 dəqiqə sonra
C) 0-20 dəqiqə və 4-6 saat sonra
D) 12-24 saat sonra
E) 48 saat sonra
Ədəbiyyat: Р. М. Хаитов, Н. И. Ильин. «Клинические рекомендации. Аллергология» 2008 г.
705) Aşağıdakılardan hansı yüngül gedişatlı bronxial astmanın atopik forması üçün səciyyəvidir?
A) Xroniki ağ ciyər ürəyi
B) Allergenlə kontaktdan kənarda tam remissiyalar
C) Xroniki ağ ciyər çatışmamazlığı
D) Allergenlə kontaktdan kənarda natamam remissiyalar
E) Ağ ciyərlərin emfizeması.
Ədəbiyyat: Под ред. Н. Р. Палеева. «Болезни органов дыхания» 2000 г.
706) Aşağıdakılardan hansı bronxial astmanın inqalyasion terapiyasının üstünlüklərinə aid deyil?
A) Tabletli formalarla müqayisədə tətbiqinin sadəliyi
B) Ağciyərlərdə dərmanların maksimal konsentrasiyası
C) Dərmanın bahalığı
D) Minimal sistem təsiri
E) Effektin tez yaranması
Ədəbiyyat: Р. М. Хаитов, Н. И. Ильин. «Клинические рекомендации. Аллергология» 2008 г.
707) Aşağıdakı dərmanlardan hansıları bronxial obstruksiyası olan xəstələrə böyük ehtiyatla təyin edilməlidir?
A) β-blokatorlar
B) Ca antaqonistləri
C) Sidik qovucular
D) Antasidlər
E) Ksantin törəmələri
Ədəbiyyat: А. Н. Окороков. «Лечение болезней внутренних органов» 2000 г.
708) Topik inqalyasion qlükokortikosteroidlərin yanaşı sistem effektlərinə hansılar aiddir?
A) Steroidli diabet
B) Osteoporoz
C) Ulserogen təsir
D) İsenko-Kuşinq sindromu
E) Çox nadir hallarda müşahidə olunması
Ədəbiyyat: А. Н. Окороков. «Лечение болезней внутренних органов» 2000 г.
709) Sadalanan inqalyasion qlükokortikosteroidlərin arasında ən kiçik bioloji mənimsəməyə hansı malikdir?
A) Beklometazon dipropionat
B) Budesonid
C) Triamsinolin asetonid
D) Flunizolid
E) Flütikazon
Ədəbiyyat: А. Н. Окороков. «Лечение болезней внутренних органов» 2000 г.
710) Kəskin boğulma tutmasının aradan qaldırılması üçün inqalyasiya şəklində hansı dərmanlar istifadə olunmalıdır?
A) Teofillin
B) Uzunmüddətli b2-aqonistləri
C) Antileykotrien dərman preparatları
D) Qısa müddətli b2-aqonistləri
E) Kromonlar
Ədəbiyyat: А. Н. Окороков. «Лечение болезней внутренних органов» 2000 г.
711) İnqalyasion qlükokortikosteroidlərin iltihaba qarşı aktivliyinin ardıcıllığı necədir?
A) Beklometazon, flunizolid, budesonid, flütikazon
B) Flütikazon, beklometazon, budesonid, flunizolid
C) Flünizolid, beklometazon, flütikazon, budesonid
D) Budesonid, flütikazon, beklometazon, flunizolid
E) Beklometazon, budesonid, flunizolid, flütikazon
Ədəbiyyat: А. Н. Окороков. «Лечение болезней внутренних органов» 2000 г.
712) Hansı variantda qlükokortikosteroidlər sistem bioloji mümkünlüyünün azalması nəticəsində müşahidə olan təhlükəsizliklərinin getdikcə artmasına görə düzgün ardıcıllıq ilə yerləşdirilmişdir?
A) Hamısı eyni dərəcədə təhlükəsizdirlər
B) Beklometazon, budesonid, flunizolid, flütikazon
C) Flütikazon, beklometazon, budesonid, flunizolid
D) Budesonid, flütikazon, beklometazon, flunizolid
E) Beklometazon, flunizolid, budesonid, flütikazon
Ədəbiyyat: А. Н. Окороков. «Лечение болезней внутренних органов» 2000 г.
713) Aşağıda göstərilənlərdən hansı salmeterolun bronxolitik təsiri üçün səciyyəvidir?
A) Bir sutka davam edir
B) Birinci saat ərzində başlayır
C) İnqalyasiyadan 1 dəq. sonra başlayır və 4-6 saat davam edir
D) İnqalyasiyadan sonra ilk 30 dəqiqə ərzində başlayır və 12 saat müddətində davam edir
E) Müalicənin birinci həftəsinin sonunda başlayır
Ədəbiyyat: А. Н. Окороков. «Лечение болезней внутренних органов» 2000 г.
714) Aşağıdakılardan hansı b2-aqonistlərin və inqalyasion qlükokortikosteroidlərin birgə təsirinin müsbət effektinə aid deyil?
A) Qısa təsirli b2-aqonistlərinə ehtiyac minimuma qədər azalır və ya tamamilə itir
B) Qısa təsirli b2-aqonistlərinə ehtiyac artır
C) Gecə və gündüz simptomları tamamilə aradan qaldırılır
D) Pasientin ictimai, fiziki və psixoloji fəallığı praktik olaraq norma daxilində olur
E) Ağciyərlərin funksiyası normal və yaxud normaya yaxın səviyyəyə çatır
Ədəbiyyat: А. Н. Окороков. «Лечение болезней внутренних органов» 2000 г.
715) Sadalananlardan hansı eufillinin boğulma tutmasının profilaktikasında ən effektiv yeridilmə üsuludur?
A) Rektal
B) İnqalyasiya şəklində
C) Daxilə
D) Damar daxili
E) Əzələ daxili
Ədəbiyyat: А. Н. Окороков. «Лечение болезней внутренних органов» 2000 г.
716) Teofillin dərman preparatlarının qəbulu zamanı yaranan yanaşı effektlərə hansıları aiddir?
A) Yanaşı gedən effektlər yoxdur
B) Tremor, ürək bulanma, baş ağrısı, bradikardiya, ürək ritminin pozulması
C) Ağızda quruluq, ürək bulanma, baş ağrısı, bradikardiya, ürək ritminin pozulması
D) Ürək bulanma, baş ağrısı, ürək ritminin pozulması, epilepsiya tutmaları
E) Ağızda quruluq, epilepsiya tutmaları bradikardiya
Ədəbiyyat: А. Н. Окороков. «Лечение болезней внутренних органов» 2000 г.
717) Bronxial astma zamanı bronxial obstruksiyanın geriyə inkişaf etməsini qiymətləndirmək üçün hansı üsullardan istifadə olunmalıdır?
A) Histaminlə inqalyasion test
B) Pikfloumetriya
C) Spirometriya
D) Bodipletizmoqrafiya
E) Salbutamolla inqalyasion test
Ədəbiyyat: Под ред. Н. Р. Палеева. «Болезни органов дыхания» 2000 г.
718) Bronxial astma zamanı bronxial hiperreaktivliyi qiymətləndirmək üçün hansı üsullardan istifadə olunmalıdır?
A) Salbutomolla inqalyasion test
B) Histaminlə inqalyasion test
C) Fenoterolla inqalyasion test
D) Pikfloumetriya
E) Bodipletizmoqrafiya
Ədəbiyyat: Под ред. Н. Р. Палеева. «Болезни органов дыхания» 2000 г.
719) Xəstədə burnun residivləşən polipozu muşahidə olunur. Bu vəziyyətdə hansı preparatların qəbulunu məhdudlaşdırmaq lazımdır?
A) Yerli təsir göstərən anestetiklərin
B) Tetrasiklin sırasına daxil olan preparatların
C) Göbələk əleyhinə preparatların
D) Asetilsalisil turşusunun
E) Sulfopreparatların
Ədəbiyyat: Под ред. Г. Б. Федосеева. «Аллергология» 2001 г.
720) Aşağıdakılardan hansı ağ ciyər eozinofiliyasının səbəbi ola bilər?
A) Nitratlar
B) Antihistamin preparatlar
C) Qlükokortikosteroidlər
D) Diuretiklər
E) Antibiotiklər
Ədəbiyyat: Под ред. Н. Р. Палеева. «Болезни органов дыхания» 2000 г.
721) Aşağıdakılardan hansı ağ ciyər eozinofiliyasının səbəbi ola bilər?
A) Qaraciyər xəstəlikləri
B) Ürək xəstəlikləri
C) Mədəaltı vəzin xəstəlikləri
D) Böyrək xəstəlikləri
E) Şiş xəstəlikləri
Ədəbiyyat: Под ред. Н. Р. Палеева. «Болезни органов дыхания» 2000 г.
722) Aşağıdakılardan hansı ağciyər eozinofiliyasının patogenezində vacib rol oynayır?
A) Neytrofillər
B) Alveolyar makrofaqlar
C) Plazmatik hüceyrələr
D) Tosqun hüceyrələr
E) Eozinofillər
Ədəbiyyat: Под ред. Н. Р. Палеева. «Болезни органов дыхания» 2000 г.
723) Aşağıdakılardan hansı ağciyər eozinofiliyasının patogenezində ən çox iştirak edir?
A) İgG
B) İgM
C) İgA
D) İgE
E) İgG+İgM
Ədəbiyyat: Под ред. Лолора младшего, Т. Фишера, Д. Адельмана. «Клиническая иммунология и аллергология» 2000 г.
Dostları ilə paylaş: |