İstənilən hesablama prosesi aşağıdakı tipik (elementar) alqoritmik strukturların kombinasiyasından təşkil olunur:
Xətti
Budaqlanan
Dövri (təkrarlanan)
Xətti alqoritmik struktur
Xətti alqoritmik struktur iki və daha çox prosesin ardıcıllığından ibarət olur. Onun tərkibində şərt (seçmə) bloku olmur. Bu strukturu sxematik olaraq belə göstərmək olar:
Budaqlanan alqoritmik struktur – tərkibində məntiqi blok olan hesablama prosesini təsvir edir. Hər bir budaqlanma nöqtəsi uyğun məntiqi blokla təyin edilir. Bu blokda müəyyən kəmiyyətlərin (ilkin verilənlərin, aralıq nəticələrin və s.) bu və ya digər şərti ödəyib-ödəməməsi yoxlanılır və nəticədən asılı olaraq sonrakı gedişin istiqaməti seçilir.
Budaqlanan strukturu sxematik olaraq belə göstərmək olar:
Blok-sxemdə hər hansı şərtdən asılı olaraq bütün hesablama istiqamətləri göstərilməlidir. Lakin proqramın icrası zamanı bu istiqamətlərdən yalnız birinə görə hesablama aparılır. Seçilən hər bir budağa görə hesablama prosesi sonlu nəticəyə gətirib çıxarmalıdır.
Alqoritmik dildə budaqlanan struktur iki cür olur: