x və y ədədlərindən ən böyüyünün tapılması alqoritminə aid misala baxaq. Tutaq ki, bu ədədlərdən maksimumunun tapılması məsələsinin alqoritmi blok-sxem şəklində təsvir edilməsi tələb edilir. Burada X-in Y-dən böyük olması yoxlanılır və nəticədən asılı olaraq ya 1-ci, ya da 2-ci əməliyyat seçilir.
Proqramlaşdırmada tez-tez eyni əməliyyatlar qrupunun çoxlu sayda təkrar olunması lazım gəlir. Bu halda dövr alqoritmindən istifadə olunur.
Hesablama prosesinin təkrarən yerinə yetirilən hissəsinə dövr deyilir.
Aşağıdakı blok-sxemdə S operatoru P şərti ödənildiyi halda dəfələrlə yerinə yetirilir:
Dövri strukturlar iki tip ola bilər: sadə və mürəkkəb. Sadə struktur bir, mürəkkəb struktur isə biri digərinə daxil olan iki və daha çox dövrdən ibarət olur. Bu strukturları sxematik olaraq belə göstərmək olar:
Proqramlaşdırma dillərində dövri strukturların reallaşdırılması üçün önşərtli və sonşərtli dövri operatorlardan istifadə olunur. Önşərtli operatorlarda dövrdən çıxış şərti dövrün əvvəlində, sonşərtli operatorlarda isə dövrün sonunda yoxlanılır. Önşərtli struktur WHILE ( nə qədər ki...) və FOR (üçün) operatoru ilə, sonşərtli struktur isə REPEAT ... UNTIL operatorları ilə yerinə yetirilir.