csDropDovvnList -siyahıdan element seçməyə imkan verən açılan siyahı; csOwnerDrawFixed -ItemHeight xassəsi ilə müəyyən olunmuş eyni hündürlüklü elementlərdən ibarət siyahı; csOwnerDrawVariable-müxtəlif hündürlüklü elementlərdən ibarət siyahı. Style xassəsinə sonuncu iki qiyməti verdikdə proqramçı Delphi-nin qrafikçəkmə imkanlarından istifadə edərək siyahının elementlərinin konturlarını özü çəkməlidir. Kombinasiyalı siyahının aşağıdakı xassələri də vardır: Integer tipli DropDovvnCount xassəsi açılan siyahıda eyni zamanda təsvir olunan sətirlərin sayını müəyyənləşdirir. Bu xassənin qiyməti Items xassəsinin Count alt xassəsinin qiyməti ilə əlaqədardır. Belə ki DropDovvnCount xassəsinin qiyməti Count xassəsinin qiymətindən böyük olarsa, onda açılan siyahıda avtomatik olaraq şaquli fırlatma zolağı əmələ gəlir. DropDovvnCount xassəsinin qiyməti susmaya görə 8-ə bərabərdir. Boolean tipli DroppedDovvn xassəsi siyahınin açıq və ya bükülü olduğunu müəyyən edir. Əgər bu xassənin qiyməti True olarsa, siyahı açılmış vəziyyətdə olur. Əgər Style xassəsinin qiyməti csSimple olarsa, onda bu xassə heç nəyə təsir etmir. DroppedDovvn xassəsinə proqram yolu ilə də qiymət vermək olar: ComboBox3.DroppedDovvn:=False; Siyahıda elementləri əlifba sırası ilə düzmək üçün Sorted xassəsinə True qiyməti vermək lazımdır. Bu xassə dinamik deyil, statik təsirə malikdir. Əlifba sırası ilə düzülmüş siyahıya yeni sətir əlavə edildikdə, o ya daxil edildiyi mövqedə qalır, ya da siyahının sonuna əlavə edilir. Bu zaman siyahmı ətofnı sırası ilə düzmək üçün Sorted xassəsinə əvvəlcə False, sonra isə True qıyməti vermək lazımdır: ListBoxl.Sorted:=False; ListBoxl.Sorted:=True; Adi halda siyahıda yalnız bir sətri seçmək olar. Bir neçə sətri seçmək üçün MultiSelect xassəsinə True qiyməti vermək lazımdır. Bunu həm obyektlər inspektorundan, həm də kod vasitəsilə icra etmək olar, məsələn: