begin MyList:= TStringList.Create; try With MyList do begin Add(' Riyaziyyat '); Add(' İnformatika '); Add(* Fizika '); end; ListBoxl.Items.Assign(MyList); finally MyList.Free; end; end; end. Burada, Create metodu ilə MyList siyahısı yaradılır. Siyahının elementləri Add metodu ilə əlavə edilir. Add (const s : string) : integer; funksiyası - s parametri ilə verilən sətri (mətni) siyahının sonuna əlavə edir və nəticə kimi siyahıda yeni elementin vəziyyətini müəyyən edir. Yeri gəlmişkən qeyd edək ki, elementi əlavə etmək üçün Insert metodu da tətbiq oluna bilər. Insert (index : integer; const s : string); funksiyası – s parametri ilə verilən sətri index parametri ilə göstərilən nömrəli mövqeyə əlavə edir. MyList siyahısı yaradıldıqdan sonra, Assign metodu ilə ListBoxl komponentinə mənimsədilir. Assign (soıırce : TPersistent); proseduru - uyğun tipli bir obyekti digər obyektə mənimsədir. Baxılan nümunə MyList siyahısını ListBoxI komponentinə köçürür. Nəhayət, proqram sonunda Create metodu ila yaradılan siyahının tutduğu yaddaş azad edilir (Free). Siyahının ayrı-ayn sətirlərinə Items massivinin nömrəsi ilə müraciət etmək olar. Sətirlərin nömrəsi sıfırdan başladığı üçün 1-ci sətrə müracıət Items [ 0 ], 2-ci sətrə müraciət Items [ 1 ] və s. kimi yerinə yetirilir. Siyahıda olmayan sətrə müraciət etmək olmaz. Məsələn, siyahı 20 sətirdən ibarətdirsə 27-ci və sonrakı sətirlərə müraciət səhvə gətirəcəkdir. Siyahıda elementlərin sayı Integer tipli Count xassəsi ilə təyin olunur. Siz Obyektlər inspektorunda bu xassəni görməyəcəksiniz. Çünki bu xassə yalnız oxumaq üçündür, onun qiymətini daxil etmək olmaz. Siyahıda olan elementlərin sayı avtomatik olaraq bu xassəyə mənimsədilir. Birinci elementın nömrəsi 0 olduğu üçün sonuncu elementin sıra nömrəsi Count-1 olur. Maus və klaviatura vasitəsilə istifadəçi siyahının ayrı-ayrı sətirlərini seçə bilər. Bunun üçün Integer tipli Itemlndex xassəsindən istifadə etmək lazımdır. Proqram yolu ilə sətri seçdikdə proqramçı bu xassəyə özü qiymət verməlidir, məsələn, Integer tipli SelCount xassəsi siyahıda seçilmiş elementlərin sayını təyin edir. Seçilmiş elementlərin nömrəsinə isə Boolean tipli Selected (index: integer); xassəsi ilə baxmaq olar. Bu zaman index nömrəli sətir seçilmişdirsə, onda Selected xassəsinin qiyməti True seçilmədikdə isə False olur. Equals (strings : TStrings) : Boolean; funksiyası - iki siyahını müqayisə etmək üçün tətbiq edilir. Əgər hər iki siyahının məzmunu eynidirsə, onda bu funksiyanın qiyməti True, əks halda isə False olur. İki siyahı o vaxt eyni olur ki, siyahıların uzunluqları bərabər olsun və bütün elementlər üst-üstə düşsün.