ListBoxl.MultiSelect:=True; MultiSelect xassəsinə True qiyməti verildikdə bir neçə sətrin seşilməsi üsulunu ExtendedSelect xassəsi müəyyənləşdirir. Bu xassəsi verildikdə (məsələn, ListBoxl. ExtendedSelect: = True;) siyahıda kursorla idarəetmə klavişləri (sola, sağa, aşağı və yuxarı), Shift və Ctrl nşləri ilə seçmək olar. Lakin, unutmayın ki, bu iki xassə yalnız sadə aiddir. ComboBox siyahısında eyni zamanda yalnız bir elementi mümkün olduğu üçün, onun MultiSelect və ExtendedSelect nxassəsi voxdur.
Sadə və kombinasiyalı siyahıların bir sıra oxşar cəhətləri olduğundan onlar çoxlu ümumi xassə, metod və hadisələrə malikdir. Siyahıların ən əsas xassəsi xassəsidir ki, bu xassənin də öz növbəsində çoxlu xassə və metodları vardır. TStrings tipli Items xassəsi elementləri sətirlərdən ibarət olan massiv olmaqla, siyahıda elementlərin miqdarını və onların məzmununu müəyyən edir. TStrings sinfi mücərrəd sinif olmaqla, Delphi-də məxsusi vvmmq sətirlərlə işləmək üçün yaradılmışdır. Items xassəsinin nümunəsində TStrings sinfinin əsas xassə və metodlarına baxaq. Bu sinfin varisləri kimi ListBox. Items, Memo.Lines, RichEdit.Lines, ComboBox. Items, TStringsList və s. göstərmək olar. Bütün bu xassələr mahiyyətcə eyni, eynitipli və qarşılıqlı əvəz olunandır. Məsələn, bir siyahını birbaşa başqa siyahıya mənimsətmək olar: ListBoxl.Items:= Memo.Lines; Həm Items, həm də Lines xassələri TStrings sinfinin varisləri olmaqla eyni tiplidir. Lakin, unutmayaq ki, belə mənimsətmə zamanı ListBox siyahısında olan köhnə elementlər pozulacaqdır. Misal. TStrings siyahısının yaradılması. Forma üzərinə ListBox və Button düymələri yerləşdirin. Düymənin sərlövhəsini Add ("əlavə etmək") adlandırın. OnClick hadisəsini aktivləşdirin və yunitə bu kodları yazın: procedure TForml.ButtonlClick(Sender: TObject); Var MyList: TStrings; // MyList adı sərbəstseçilmişdir