Alqoritm, xassələri və təsvir üsulları



Yüklə 2,19 Mb.
səhifə75/125
tarix07.01.2024
ölçüsü2,19 Mb.
#205155
növüYazı
1   ...   71   72   73   74   75   76   77   78   ...   125
aminlazım

Cəld müdaxilə düyməsi


Cəld müdaxilə düyməsi Delphi-də SpeedButton komponenti ilə təsvir olunur. Görünüşü və funksional imkanlarına görə bu düymə şəkilli düyməyə çox oxşayır. Lakin, ondan fərqli olaraq, bu düymə TGraphicContrcl sinfindən əmələ gəlmişdir və pəncərəsiz idarəetmə elementidir. Ona görə də bu düymə fokus ala bilmir və adətən alətlər paneli yaratmaq üçün istifadə olunur. O biri düymələrdən fərqli olaraq, SpeedButton düyməsi dəyişdirici kimi də istifadə oluna bilər. Ona görə bu düymə adi və basılmış vəziyyətlərdən başqa üçüncü - çökdürülmüş və ya seçilmiş vəziyyətdə də ola bilər. Düymənin seçilməsi Boolean tipli Down xassəsi ilə müəyyən olunur. Əgər onun qiyməti True olarsa, düymə seçilmiş olur, False olduqda isə seçilmir.
Cəld müdaxilə düymələri qruplaşdırıla bilər və hər bir düymə müəyyən qrupa mənsub ola bilər. Qruplaşdırılmış düymələr avtomatik olaraq öz təsirlərini razılaşdırırlar, yəni bir düymənin seçilməsi o birinin seçilməsini ləğv edir. Düymənin qrupa mənsub olması Integer tipli Grouplndex xassəsi ilə müəyyənləşdirilir.
AllowAllUp xassəsi mausun klavişini təkrar basdıqda seçilmiş düymənin seçilməmiş vəziyyətə qaytarılmasını müəyyənləşdirir. Əgər bu xassənin qiyməti True olarsa, seçmə ləğv edilir, False olduqda isə seçmə qrupa daxil olan başqa düymənin seçilməsi ilə ləğv edilir, Susmaya görə AllowAllUp xassəsi qiyməti False olur.
Ə gər düymə qrupa daxil deyilsə, yəni GroupIndex=0 olarsa, onda həmin düymə dəyişdirici kimi işləyə bilməz və seçilmiş vəziyyətdədir. Düymənin sərbəst işləməsi üçün bir düymədən ibarət qrup yaradılır. Onda bu düymə ücün AlIowAllUp xassəsinə True qiyməti, Grouplndex xassəsinə isə unikal nömrə
mənimsədilir. Səkil 1
SpeedButton düyməsinin səthində üç yox, dörd ayrı-ayn təsvir ola bilər. Ona görə də bu düymə üçün NumGlyph xassəsinin maksimal qiyməti 4-9 bərabərdir.
Misal. Kalkulyator nümunəsinin hazırlanması.
Biz yalnız vurma əməliyyatı yerinə yetirən kalkulyator nümunəsinin necə

hazırlanması prinsipini artıq bilirik. İndi isə bir neçə hesab əməllərini yerinə yetirən kalkulyator nümunəsinə baxaq. Əlbəttə, bu kalkulyator da tam mükəmməl kalkulyator olmayacaq, lakin, gələcəkdə sizin müstəqil olaraq belə kalkulyatoru yarada bilməyiniz üçün əsas ola bilər. Forma üzərinə iki Edit, altı SpeedButton və bir Panel komponentləri yerləşdirin (şəkil 1).
Panell komponentini seçərək onun Aligment xassəsinə taLeftJustify, Align xassəsinə alTop qiyməti verin və sərlövhəsini pozun. Editl və Edit2 komponentlərinin Text xassəsini pozun. Düymələrin sərlövhəsini şəkildəki kimi dəyişin.
Əvvəlki misalı tam təfsilatı ilə izah etdiyimizdən, burada əlavə izahata ehtiyac görməyərək, məsələnin hazır modulunu Sizə təqdim edirik.
unit Unitl; interface uses
Windows, Messages, SysUtils, Classes, Graphics,
Controls, Forms, Dialogs, Buttons, StdCtrls, ExtCtrls;
type
TForml = class (Tform)
Panell: Tpanel;
Edit1: TEdit;
Edit2: TEdit;
SpeedButtonl: SpeedButton
SpeedButton2: SpeedButton
SpeedButton3: SpeedButton
SpeedButton4: SpeedButton
SpeedButton5: SpeedButton
SpeedButton6: SpeedButton
prosedure Speed Button4 Click (Sender: TObject:
procedure Editl KeyPress (Sender: TObject;
var Key: Char);
prosedure Speed Button1 Click (Sender: Tobject); prosedure Speed Button5 Click (Sender: Tobject); prosedure Speed Button3 Click (Sender: Tobject); prosedure Speed Button6 Click (Sender: Tobject); prosedure Speed Button2 Click (Sender: Tobject);
end

Yüklə 2,19 Mb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin