// Şriftin parametrlərinin təyini Forml.Canvas.Font.Name:= 'Courier'; Forml.Canvas.Font.Style:= [fsBold]+[fsünderline]; Forml.Canvas.Font.Size:=28; Forml.Canvas.Font.Color:=clRed; // Forma səthinə mətnin çıxarılması Forml.Canvas.TextOut(50,50,'Salam,Delphi'); Bu misalda, F9 klavişini basdıqdan sonra, Button düyməsini basdıqda formanın səthi mavi rəngli olmaqla onun üzərinə qırmızı rəngli, 28 punfa ölçülü, yanımqalın və altdan xətt çəkilmiş şriftlə Salam, Delphi məoi çıxarılır. Forma səthinə mətn çıxarmaq üçün procedure TextOut(x,y : integer; const Text: string); proseduru tətbiq edilmişdir. Burada, x, y mətnin sol yuxarı kuncününkoordinatlarını, Text isə səthə çıxarılacaq mətn sətrini müəyyənləşdirir. Height və Width xassələri. Integer tipli Height və xassələri uyğun olaraq komponentin piksellə hündürluyunü və enini müəyyənləşdirir Misal. GroupBoxl.Height:=Forml.ClientHeight; GroupBoxl.Width:= Forml.ClientWidth; Burada, komponentin hündürlüyü (Height) və eni (Width) pəncərənın müştəri oblastının hündürlüyü (ClientHeight) və eninə (ClientWidth) bərabər müəyyənləşdirilir. Bu xassələrin təsirini öyrənmək üçün forma üzərinə müxtəlif komponentlər, məsələn, Button standart düymələri, Panel panelləri, Edit redaktorları və s. yerləşdirdikdən sonra, onları seçərək Obyektlər inspektorundan həmin xassələrə müxtəlif qiymətlər verib, ölçüləri müşahidə etmək lazımdır. Left və Top xassələri.Integer tipli Left və Top xassələri üzərində yerləşdikləri konteynerə nisbətən komponentin sol yuxarı küncünün koordinatlarını müəyyənləşdirir. Forma özü də komponent olduğu üçün, onun dakoordinatları var və bu koordinatlar monitorun ekranının sol yuxarı küncünə görə təyin olunur. Left, Top, Height və Width xassələri birlikdə komponentin koordinatı və ölçülərini müəyyənləşdirir.