Editl.ReadOnly:=True; Editl.Text:= ' Yeni mətn '; Mətnə düzəlişlər qadağan olunsa belə, redaktə komponenti həmişə fokus alır. Bu zaman mətn sahəsində əmələ gələn sayrışan mətn kursoru komponentin daxilində, simvollar üzərində yerini dəyişə bilir, lakin, mətnə düzəlişlər edilmir: Delphi-də komponentlərin çoxlu xassələri mövcuddur. Biz komponentlər üçün daha ümumi və xarakterik olan əsas xassələrə Konkret komponentlərin xüsusiyyətlərini öyrəndikdə yeni xassələrlə fanış olacaq, onlan və burada öyrəndiyimiz xassələri tətbiq etməklə məsələlər həll edəcəyik.
Vizual komponentlər onlarla müxtəlif növ hadisələr yaratmaq və onları emal etmək qabiliyyətinə malikdir. Komponentlər üçün nisbətən ümumi olan hadisələri aşağıdakı kimi qruplaşdırmaq olar: İdarəedici elementin seçilməsi;
İdarəedici elementin daxiletməfokusu alması və ya onu itirməsi;
Obyektlərin drag-and-drop metodu ilə hərəkət etdirilməsi.
Əksər hadisələr TNotifyEvent tipinə aid olmaqla, xəbərdaredici xarakterə malikdir. Xəbərdaredici hadisə belə təsvir olunur: type TNotifyEvent= procedure(Sender:TObject) of object; Göründüyü kimi, hadisə xəbərdaredicisi yalnız hadisənin mənbəyini göstərən Sender parametrindən ibarətdir və başqa informasiyaya malik deyildir. Lakin, bəzi mürəkkəb hadisələr üçün Sender parametri kifayət etmir və əlavə parametrlər göstərmək lazım gəlir. İdarəedici elementi seçdikdə TNotifyEvent tipli OnClick hadisəsi baş verir ki, buna basma hadisəsideyilir. Bu hadisə adətən komponentin üzərində düyməni basdıqda baş verir. OnClick hadisəsi Delphi-də ən geniş istifadə olunan hadisədir. Biz, Delphi ilə ilkin tanışlıqda bu hadisənin tətbiqi ilə sadə misala baxmışdıq. Həmin misalda bu hadisə Button düyməsi basıldıqda baş verirdi. İndi isə Label yazı komponenti ilə əlaqədar OnClick hadisəsinə aid misala baxaq.