Alqoritm, xassələri və təsvir üsulları



Yüklə 2,19 Mb.
səhifə85/125
tarix07.01.2024
ölçüsü2,19 Mb.
#205155
növüYazı
1   ...   81   82   83   84   85   86   87   88   ...   125
aminlazım

TabOrder xassəsi. TTabOrder tipli TabOrder xassəsi, Tab klavişini basdıqda konteyner daxilində komponentin fokusalma ardıcıllığını müəyyənləşdirir. Fokusalma komponentə idarəetmənin verilməsini müəyyən edir. Komponentlərin fokusalma ardıcıllığı onların forma üzərində yerləşmə ardıcıllığına müvafiq təyin olunur. Belə ki, forma üzərində birinci yerləşdirilmiş komponent üçün TabOrder xassəsinin qiyməti 0, ikinci komponent üçün 1 və s. olur. Bir konteyner daxilində yerləşən komponentlərin fokusalma ardıcıllığının başqa konteynerdə yerləşən komponentlərin fokusalma ardıcıllığına heç bir aidiyyəti yoxdur. Fokusalma ardıcıllığını dəyişdirmək üçün TabOrder xassəsinə müvafiq qiymətlər vermək lazımdır. TabOrder xassəsi sıfra bərabər olan komponent birinci fokus alır, başqa sözlə, idarəetmə birinci ona verilir.
Misal.
Edit1.TabOrder:=1;
ListBoxl.TabOrder:=0; Buttonl.TabOrder:=2;
Burada, ListBoxl komponenti birinci, Editl komponenti ikinci və Buttonl komponenti isə ən axırda fokus alır və fokus yenidən ListBox komponentinə verilir.
Fokusalma ardıcıllığını Delphi interfeysində də dəyişmək olar. Bunun üçün EditTabOrder (Tabulyasiya ardıcıllığına düzəliş) dialoq pəncərəsini ekrana çıxarmaq lazımdır. Bu pəncərə Edit (Düzəliş) menyusundan EditTabOrder əmrini icra etməklə ekrana çağırır.
ReadOnly xassəsi. Boolean tipli ReadOnly xassəsi informasiyanın daxil edilməsi və onlara düzəlişlərin edilməsi ilə əlaqədar olan idarəetmə elementlərinə özlərində olan mətnə düzəlişlər edilməsinə icazə verilməsini müəyyən edir. Əgər ReadOnly xassəsinə True qiyməti verilərsə, onda mətndə düzəlişlər edilməsinə icazə verilmir - onu yalnız oxumaq olar, False qiyməti verildikdə isə mətnə düzəlişlər edilməsinə icazə verilir. Mətnə düzəlişlərə qadağa yalnız istifadəçiyə aiddir, proqramçı isə ReadOnly xassəsinin qiymətindən asılı olmayaraq mətnə həmişə düzəlişlər edə bilər, məsələn:

Yüklə 2,19 Mb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin