hündürlüyü konteynerin hündürlüyünə bərabər olur;alClient -komponent bütün konteyneri (bütün müştəri oblastını) tutur. Bu xassənin qiymətlərinə uyğun təsirinin nəticəsini əyani görmək üçün, Komponentlər palitrasının Standart səhifəsindən Panel (konteyner) komponentini forma üzərində yerləşdirin. Obyektlər inspektorunun Properties səhifəsində Align xassəsini tapıb, qiymətlər sahəsindən uyğun qiymətləri seçin. Bu xassəyə hər yeni qiymət müəyyən etdikdə konteynerin forması da dəyişəcəkdir. Align xassəsinə modulda kod vasitəsilə də qiymət vermək mümkündür, məsələn: Panell.Align:= alClient; Məlumdur ki, bu halda konteyner, F9 klavişi basıldıqdan sonra, bütün müştəri oblastını tutacaqdır. Panel komponenti adətən alətlər panelini yaratmaq üçün istifadə olunduğu üçün, Windows pəncərələrində yuxarı hissədə, əsas menyudan sonra yerləşdirilir. Color xassəsi. TColor tipli Color xassəsi komponentin səthinin rəngini dəyişmək üçün istifadə edilir. Rəngləri təyin etmək üçün sabitlərdən istifadə olunur. Bu sabitlər $000000-$FFFFFF intervalında dəyişən 4 baytlıq, onaltılıq ədədlərdir. Əlavələrdə daha çox istifadə edilən rənglər və onlara uygun sabitlər cədvəl 1-də göstərilmişdir. Color xassəsinə bu sabitlər Obyektlər inspektorundan müəyyənləşdirilir. Bundan başqa, komponentin rəngini daha dəqiq müəyyən etmək üçün Color xassəsinin qarşısında mausun düyməsini iki dəfə basmaqla açılan Color (Rəng) standart dialoq pəncərəsindən təklif olunan konkret rənglər seçmək olar. Cədvə l. Əsas rəng sabitləri