sərlövhəsində göstəricinin koordinatları təsvir olunacaqdır. Formanm sahəsindən mausu çıxarıb, konteynerin sahəsinə keçirdikdə, onun sərlövhəsində heç nə
sərlövhəsində göstəricinin koordinatları təsvir olunacaqdır. Formanm sahəsindən mausu çıxarıb, konteynerin sahəsinə keçirdikdə, onun sərlövhəsində heç nə göstərilməyəcəkdir. Çünki, x və y parametrləri yalnız formanın koordinat sisteminə aiddir. Bundan başqa, əgər forma üzərində digər komponentlər olardısa, mausun göstəricisini həmin komponentlərin üzərində yerləşdirdikdə göstəricinin koordinatları yenə də təsvir edilməyəcəkdir. İndi isə yazdığımız sətri izah edək. Sərlövhədə "soldan:" və "yuxarıdan:" sözləri, onların qarşılarında isə x və y dəyişənlərinin qiymətləri təsvir ediləcəkdir. Prosedurdan göründüyü kimi, x və y dəyişənləri tam tiplidir, Caption xassəsi isə sətir tiplidir. Ona görə də x və y dəyişənlərinin qiymətlərini sətrə çevirmək lazımdır ki, bu məqsədlə IntToStr ("tamı sətrə çevir") funksiyası tətbiq edilmişdir (bu funksiya kitabın sonundakı Əlavədə izah edilmişdir). Prosedurda göstərilən Shift parametrini öyrənmək üçün daha bir misala baxaq. Misal. OnMouseMove hadisəsində Shift parametri. Yuxandakı misala uyğun yunitə bir neçə operator da əlavə edin ki, prosedur belə təsvir edilsin: Procedure TForml.FormMouseMove(Sender: TObject; Shift:TShiftState;x,y:integer); begin Panell.Caption: = 'soldan: '+IntToStr(x)+' yuxarxdan: '+IntToStr(y); if ssShift in Shift then Panell.Caption:= Panell.Caption+'Shift klavişi basılmışdır '; if ssCtrl in Shift then Panell.Caption:= Panell.Caption+'Ctri klavişi basılmışdır '; if ssAlt in Shift then Panell.Caption:= Panell.Caption+'Alt klavişi basılmışdır ';