Alqoritm, xassələri və təsvir üsulları


Misal. Label komponentinin seçilməsi



Yüklə 2,19 Mb.
səhifə97/125
tarix07.01.2024
ölçüsü2,19 Mb.
#205155
növüYazı
1   ...   93   94   95   96   97   98   99   100   ...   125
aminlazım

Misal. Label komponentinin seçilməsi.
Forma üzərinə Label və Edit komponentləri yerləşdir: komponentini seçib, OnClick hadisəsi qarşısında mausun düyməsini ilk dəfə basaraq bu kodları yazın:
procedure TForml. LabellClick (Sender : TObject);
begin if Editl. CanFocus then Editl. SetFocus; end;
Misal. Forma üzərinə yazının çıxarılması.
Formada Label komponenti yerləşdirib onun sərlövhəsində, yuxarıda qeyd etdiyimiz kimi, Mən Delphi sistemini öyrənirəm mətnini yazın. Obyektlər inspektorunda AutoSize xassəsinə True qiyməti verin, Font xassəsindən isə şriftin adını, ölçüsünü, rəngini və s. parametrləri seçin. Formada Button standart düyməsi yerləşdirərək onun sərlövhəsində Bağlamaq! sözü yazıb, OnClick hadisəsi qarşısında mausun düyməsini iki dəfə basaraq modulda Close; operatoru yazın (bu prosedurla Siz artıq tanışsınız). F9 klavişini basdıqdan sonra, hazır layihədə yazı komponenti üçün daxil etdiyiniz mətni görəcəksiniz və Bağlamaq! düyməsini basdıqda forma alınacaqdır. Forma üzərində olan bu mətnə nə düzəliş etmək, nə də
onun kimi dəyişdirmək mümkündür. Sonralar yazıdan daha məqsədəuyğun funksiyalar üçün istifadə edəcəyik.
İnformasiyanın daxil və redaktə edilməsi
İnformasiyanın daxil və redaktə edilməsi formanın xüsusi sahə və oblastlarında yerinə yetirilir. İnformasiyanın daxil edilməsi və zərurət (arandıqda onlara düzəlişlərin edilməsi üçün, Delphi, Edit, MaskEdit, Memo və RichEdit komponentlərini təklif edir. MaskEdit komponenti mətni şablon üzrə daxil etməyə, RichEdit komponenti isə Memo componentinin yerinə yetirdiyi funksiyalara əlavə olaraq, mətni formatlaşdırmağa imkan verən redaktorlardır.
Biz Edit və Memo komponentlərini öyrənəcəyik.

Birsətirli redaktor


Birsətirli redaktor forma üzərində mətn sahələri yaratmağa imkan verdiyi üçün ona mətn sahələri də deyirlər. Mətn sahələri Windows pəncərələrində ən çox rast gəlinən elementlərdir (faylı yadda saxladıqda, axtardıqda onun adını daxil edilməsi, mətn redaktorlarında sözlərin axtarılması, dəyişdirilməsi sahələri və s.). Ona görə də Delphi bir neçə birsətirli komponent təklif edir ki, bunlardan ən çox istifadə olunan Edit komponentidir.
Edit komponenti informasiyanı klaviaturadan daxil etməyə və müxtəlif simvolları redaktə etməyə imkan verir. Bu zaman idarəetmə klavişləri ilə mətn kursorunu sətir üzərində hərəkət etdirmək, Delete və Backspace klavişləri ilə simvolları pozmaq və mətnin hissələrini seçmək və s. kimi əməliyyatları yerinə yetirmək olar. Yeri gəlmişkən qeyd edək ki, Edit komponenti Enter və Esc klavişlərinə məhəl qoymur.
Edit kornponenti Caption xassəsinə malik deyildir. Onun əsas xassəsi Text xassəsidir ki, Caption xassəsindən fərqli olaraq, bu xassə sərlövhəni deyil, komponentin məzmununu (sətirdə olan mətni) bildirir.
Mətn sahələri adətən bir sətrin daxil edilməsi üçün nəzərdə tutulduğundan onların hündürlüyü çox da böyük olmur. Lakin, şriftin hündürlüyü və mətnin uzunluğuna mütənasib olaraq komponentin ölçüsünün avtomatik olaraq dəyişməsi üçün AutoSize xassəsindən istifadə etmək lazımdır (Label komponentində olduğu kimi).

Yüklə 2,19 Mb.

Dostları ilə paylaş:
1   ...   93   94   95   96   97   98   99   100   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin