Forml.Caption:= Editl.Text; end; Proqramı işə salın. Düyməni basıldıqda formanın sərlövhəsi daxil Microsoft Excel 2002 olacaqdır. Edit mətn sahəsində Microsoft Word 2002 yazıb düyməni yenidən basın. Sərlövhə uygun olaraq bu mətnlə əvəz olunacaqdır. Beləliklə, Siz, hər dəfə Edit sahəsində yeni mətn yazıb düyməni basdıqda formanın sərlövhəsi dəyışəcəkdir. Mətn sahəsindən daxil edilən mətnlərə nəzarət etmək də mümkündür. Bunun üçün klavişlərin basılması hadisə emaledicilərindən, məsələn, OrıKeyPress emaledicisindən istifadə etmək olar. Misal. Mətn sahəsindən daxil edilən informasiyaya nəzarət. Forma üzərində yalnız Edit komponenti yerləşdirərək OnKeyPress hadisəsi qarşısında mausun düyməsini iki dəfə basaraq aşağıdakı kodları yazın: procedure TForml.EditlKeyPress(Sender:TObject; var Key: char); begin if not(key in ['0'..'9']) then begin Forml.Caption:= 'Siz simvol klavişini basmışsmız '; Key:= #0; end else Forml.Caption:= Key; end; Bu modulda if operatoru yerləşən sətri belə də yazmaq olar: if (Key < '0') or (Key > '9') then Proqramı işə buraxın. Bu proqramın yerinə yetirdiyi funksiya klaviaturadan yalnız rəqəmlərin daxil edilməsinə icazə verməkdir. Burada if operatoru basılan klavişi (Key) yoxlayır, əgər o, baxılan çoxluğa (0,1,..., 9 rəqəmləri) daxil deyilsə (if not (key in [' O' . .' 9'])), formanın sərlövhəsində istifadəçiyə xəbərdarlıq edilir və Key parametrinə sıfır qiyməti verir (sanki heç bir klaviş basılmamışdır). Rəqəm klavişləri basıldıqda isə ədəd sərlövhədə təsvir olunur. Edit komponenti bir sətirdən ibarət olduğu üçün, mətndə sətrin sonu işarəsi (#13 kodu) olmur və ona görə də bu komponent Enter klavişinə məhəl qoymur. Edit komponentinin Enter klavişinə reaksiya verməsi üçün kodları proqramçı özü yazmalıdır. Bu məqsədlə nümunə üçün aşağıdakı metoddan istifadə oluna bilər: