var Key:char); begin if Key= '!' then begin key:= #0; Caption:= 'Bu simvolu daxil etmək olmaz! '; end İstənilən simvolu basdıqda o, sərlövhədə təsvir olunacaq, "!" simvolunu basdıqda isə Key parametri sıfra bərabər edilir, sanki klaviş basılmamışdır və sərlövhədə Bu simvolu daxil etmək olmaz ! mətni təsvir olunacaqdır. Pəncərəli idarəetmə elementi fokus aldıqda TNotifyEvent tipi OnEnter hadisəsi baş verir. Bu hadisə element üzərində mausun düyməsini və ya Tab klavişini basdıqda yaranır. Element fokusu itirdikdə isə OnExit hadisəsi baş verir. Komponentlərin drag-and-drop ("dartmaq və yerləşdirmək") metodu ilə yerlərini dəyişdikdə iki element istifadə edilir: mənbə və qəbuledici. Mənbə-hərəkət etdirilən obyektdən, qəbuledici isə həmin obyektin yerləşdiriləcəyi idarəetmə elementindən ibarət olur. Komponentləri hərəkət etdirdikdə ardıcıl olaraq aşağıdakı hadisələr baş verir: OnStartDrag -yerdəyişmənin başlanğıcında mənbəyaradır; OnDragOver -obyekti üzərinə gətirdikdə qəbuledici tərəfindən çağrılır. Bu zaman hərəkət etdirmə parametri (State) obyektin qəbuledicinin sahəsinə daxil olmasını, onun üzərində hərəkət etməsini və onun sahəsini tərk etməsini göstərir; OnDragDrop -obyekti üzərində yerləşdirdikdə qəbuledici tərəfindən çağrılır; OnEndDrag -yerdəyişmə əməliyyatı başa çatdıqda qəbuledici tərəfindən yaradılır. Drag-and-drop texnologiyası ilə obyektlərin yerini dəyişdirdikdə adətən, iki - OnDragDrop və OnDragOver hadisələrini emal etmək kifayətdir. Yeri dəyişdirilən obyekt-mənbənin DragMode xassəsinə dmAutomatic qiyməti vermək lazımdır ki, yerdəyişmənin başlanması avtomatik yerinə yetirilsin. OnDragOver hadisə emaledicisinə aşağıdakı parametrlər ötürülür: Source -obyekt-mənbə, Sender - obyekt-qəbuledici, x, y - mausun göstəricisinin cari koordinatları, State - yerdəyişmənin vəziyyəti və Accept -yerdəyişmə əməliyyatının təsdiqedilmə əlaməti.