end; Mausun göstəricisi formanın üzərində olarkən, Shift, Ctrlvə ya Alt klavişlərindən hər hansı birini basdıqda, bu hadisə sərlövhədə qeyd ediləcəkdir. Bu proqramda, gördüyünüz kimi, if şərt operatorundan və in mənsubluq əməliyyatından istifadə edilmişdir. Misal. OnMouseDown hadisəsinin öyrənilməsi. Obyektlər inspektorunun Eventssəhifəsində OnMouseDown hadisəsinin qarşısındakı boş sahədə mausun düyməsini iki dəfə basaraq yunitə aşağıdakı kodları yazın: Procedure TForml.FormMouseDown(Sender:TObject;Button: TMouseButton;Shift:TShiftState; x,y:integer); begin if Button=mbLeft then Canvas.TextOut(x,y,'maus burada olmuşdur ') else Forml.Refresh; end; Bu misalda, if operatoru mausun sol düyməsinin (mbLeft) basılmasını yoxlayır və əgər düymə basılmışdırsa, onda mausun göstəricisinin mövqeyina "maus burada olmuşdur" mətni çıxarılır. Əks halda isə, yəni mausa» digər (sağ və orta) düymələri basıldıqda forma təmizlənir (refresh metodB ilə). Qeyd edək ki, Button parametri üç qiymətdən birini ala bilər: mbLeft -soldüymə; mbMiddle -ortadüymə; mbRight -sağdüymə. Klaviatura ilə işləyərkən, klavişi basdıqda OnKeyPress və OnKeyDownhadisələri, klavişi buraxdıqda isə OnKeyUp hadisəsi baş verir. Klavişi basdıqda hadisələr aşağıdakı ardıcıllıqla baş verir: OnKeyDown, OnKeyPresa OnKeyÜp. TKeyPressEvent tipli OnKeyPress hadisəsi, hər bir hərf-rəqəm klavişlərini basdıqda baş verir və klaviş basıldıqda tələb olunan reaksyaya uyğun emal olunur. TKeyPressEvent tipi belə təsvir olunur: