type TMouseMoveEvent=procedure(Sender:TObject; Shift:TShiftState; x,y:integer) of object; Burada, Sender parametri mausun göstəricisinin hansı idarəetmə elementi üzərində olmasını bildirir, tam tipli x və y parametrləri isə Sender elementinin koordinat sistemində göstəricinin mövqeyini müəyyənləşdirir. Shift parametri klaviaturanın Alt, Ctrlvə Shift klavişlərinin və mausun düymələrinin vəziyyətini göstərir. Bu parametr aşağıdakı qiymətlər kombinasiyasını ala bilər: ssShift-Shift klavişi basılmışdır;ssAlt-Alt klavişi basılmışdır;ssCtrl-Ctrl klavişi basılmışdır;ssLeft-mausun sol düyməsibasılmışdır;ssMiddle-mausun orta düyməsibasılmışdır;ssDouble-mausun düyməsi iki dəfə basılmışdır. Göstərilən bu klavişlərdən istənilən birini basdıqda Shift parametrinə müvafıq qiymət verilir. Məsələn, əgər Shift və Ctrl klavişləri birgə basılmışdırsa, onda Shift parametrinin qiyməti [ssShift, ss Ctrl] olur. Əgər heç bir klaviş basılmamışdırsa, onda Shift- [] boş qiyməti qəbul edir. Misal. Mausun koordinatlarının göstərilməsi. Forma üzərinə Panel komponenti yerləşdirin. Obyektlər inspektorunda onun Align xassəsinə alTop qiyməti verin. Komponent formanın eni boyunca yuxarı hissədə yerləşəcəkdir. Eventssəhifəsində OnMouseMove İbdisəsi qarşısındakı sahədə mausun düyməsini iki dəfə basaraq yunitə aşağıdakı kodları yazın: Procedure TForml.FormMouseMove(Sender:TObject; Shift:TShiftState; x,y:integer); begin Panell.Caption:= 'soldan: '+IntToStr(x)+ 'yuxarıdan: '+IntToStr(y); end; Həmişə olduğu kimi, Siz, yalnız begin və end; operatorları arasında yerləşən sətri yazırsınız. F9 klavişini basın. Əgər proqramda heç bir səhv olmazsa, onda mausun göstəricisini forma üzərində gəzdirdikdə Panell konteynerinin