Alqoritm, xassələri və təsvir üsulları



Yüklə 2,19 Mb.
səhifə117/125
tarix07.01.2024
ölçüsü2,19 Mb.
#205155
növüYazı
1   ...   113   114   115   116   117   118   119   120   ...   125
aminlazım

unit Unitl;
interface uses
Windows, Messages, SysUtils, Classes, Graphics,
Controls, Forms, Dialogs, Buttons, StdCtrls, ExtCtrls;
type
TForml = class (Tform)
Panell: Tpanel;
Edit1: TEdit;
Edit2: TEdit;
SpeedButtonl: SpeedButton
SpeedButton2: SpeedButton
SpeedButton3: SpeedButton
SpeedButton4: SpeedButton
SpeedButton5: SpeedButton
SpeedButton6: SpeedButton
prosedure Speed Button4 Click (Sender: TObject:
procedure Editl KeyPress (Sender: TObject;
var Key: Char);
prosedure Speed Button1 Click (Sender: Tobject); prosedure Speed Button5 Click (Sender: Tobject); prosedure Speed Button3 Click (Sender: Tobject); prosedure Speed Button6 Click (Sender: Tobject); prosedure Speed Button2 Click (Sender: Tobject);
end

Dəyişdiricilər


Dəyişdiricilərin köməyi ilə istifadəçi lazım olan parametrləri seçmək imkanı əldə edir. Dəyişdiricilərə demək olar ki, Windows-un bütün pəncərələrində rast gəlmək mümkündür. Dəyişdiricilər iki növ olur: müstəqil qeyd olunmuş və asılı qeyd olunmuş. Müstəqil qeyd olunmuş dəyişdiriciyə sadəcə olaraq bayraq da deyirlər. Bayraqlar iki vəziyyətdə - qoşulmuş va qoşulmamış vəziyyətlərdə olur. Asılı qeyd olunmuş dəyişdiricilərə isə sadəcə olaraq dəyişdiricilər deyirlər. Onlar da həmin iki vəziyyətdə olur, lakin bayraqlar təklikdə işlədikləri halda, dəyişdiricilər tək işləyə bilmir. Dəyişdiricilərdən biri həmişə qoşulmuş vəziyyətdə olur. Bu halda digər dəyişdiricilər qoşula bilmir. Dəyişdiricilərlə işləmək üçün Delphi CheckBox, RadioButton və RadioGroup komponentləri təklif edir. CheckBox və RadioButton c dəyişdiriciləri Button düyməsinin əmələ gəldiyi TButtonControl sinfindən yaranmışdır.
Müstəqil qeyd olunmuş dəyişdirici
Bu dəyişdirici CheckBox komponenti ilə yaradılır. Dəyişdirici sərlövhədən ibarət düzbucaqlı şəklindədir. Düzbucaqlı daxilində mausun sol düyməsini basdıqda işarəsi əmələ gəlir. Bu halda dəyişdirici qoşulmuş hesab olunur və deyirlər ki, "bayraq" qoyulmuşdur. Düzbucaqlı boş olduqda deyirlər ki, bayraq atılmışdır, yəni istifadəçi həmin parametrdən imtina edir.
Bayrağın vəziyyətini Checked xassəsi müəyyən edir. Susmaya görə onun qiyməti False-dıv, yəni bayraq atılmışdır.
İstifadəçi bayrağın vəziyyətini mausla dəyişdirə bilər. Belə ki, əgər bayraq atılmışdırsa, mausun düyməsini basdıqda bayraq qoyulur və əksinə, bayraq qoyulmuşdursa, mausun düyməsini basdıqda bayraq atılır. Buna müvafıq olaraq Checked xassəsinin qiyməti də dəyişir. Əgər CheckBox komponenti fokus almış vəziyyətdə olarsa, onda bayrağı probel klavişini basmaqla da qoymaq və ya atmaq olar. Checked xassəsinə kod vasitəsilə də qiymət vermək olar:
CheckBoxl.Checked:=true;
CheckBox2.Checked:=false;
Əgər Enabled xassəsinə False qiyməti verilərsə, onda bayrağın dəyişdirilməsi mümkün olmur, məsələn, CheckBoxl. Enabled: =false;
Müstəqil qeyd olunmuş dəyişdiricinin üçüncü vəziyyəti imtina olunmuş vəziyyətdir. Bu vəziyyəti AllowGrayed xassəsi idarə edir. Əgər bu xassənin qiyməti True olarsa, mausun klavişini basdıqda bayraq üç vəziyyət arasında dövrü dəyişir: qoşulur, qoşulmur və imtina olunur. İmtina olunmuş vəziyyətdə düzbucaqlı daxilində işarəsi olmasına baxmayaraq dəyişdirici boz rəngli olur.
Bayrağın üç vəziyyətindən birini seçmək və onu təhlil etmək üçün, TCheckBoxState tipli State xassəsindən istifadə olunur. Bu xassə aşağıdakı qiymətləri ala bilər:
cbunChecked - bayraq atılmışdır; cbChecked - bayraq qoyulmuşdur; cbGrayed - bayraq qadağan olunmuşdur.
Dəyişdiricinin hansı vəziyyətə keçməsindən asılı olmayaraq, onun vəziyyətini dəyişdikdə OnClick hadisəsi baş verir.
Misal. Vurma cədvəlinin tərtib edilməsi.
Vurma cədvəlini proqramlaşdırmaq çox asan məsələdir. Lakin, biz adi vurma cədvəli tərtib etməyəcəyik. Biz vuruqları klaviaturadan deyil, şkala adlanan idarəedici elementdən daxil edəcəyik.
Qiymətlər diapazonu ilə işləmək üçün Delphi şkala adlanan TrackBar komponentini təklif edir ki, onun köməyi ilə qiymətlər diapazonundan tam ədədləri seçmək mümkündür. Bu komponent də Windows sistemində geniş istifadə olunur. Buna ən sadə misal olaraq audio-qurguların səs gücləndirici şkalasmı göstərmək oiar. Bu komponentin xassəiərini məsələnin həlli prosesində öyrənscəyik.
Vurma cədvəlində iki vuruq olduğuna görə, bizə iki şkala komponenti lazım olacaqdır. Ona görə də forma üzərinə Win32 səhifəsindən iki TrackBar, Standart səhifəsindən isə üç Label, bir CheckBox və bir GroupBox komponenti yerləşdirin.
Şkala üzərində hərəkət edən (maus və ya idarəetmə klavişləri ilə) məkiyin mövqeyi vuruqlarını qiymətini müəyyən edir. Bu qiymətləri şkalaların sağ tərəfındə yerləşdirilmiş yazı komponentləri üzərində təsvir etdirəcəyik. Hər iki şkala tamamilə eyni işləməlidir. Ona görə də hər iki şkalanın xassələrinə eyni qiymətlər verəcəyik. Şkalaları növbə ilə seçərək Obyektlər inspektorunda aşağıdakı xassələrin qiymətlərini müəyyənləşdirin.
Orientation xassəsi - şkalanın üfqi və ya şaquli vəziyyətdə olmasını müəyyən edir.
Bu xassə ttHorizontal qiyməti verin.
Min (Minimum) xassəsi - şkalanın minimal qiymətini müəyyən edir. Bu xassəyə 2 qiyməti daxil edin.
Max (Maksimum) xassəsi - şkalanın maksimal qiymətini müəyyən edir. Bu xassəyə 99 qiyməti daxil edin. Bu halda ikirəqəmli ədədlərin xassənin qiymətini dəyişmək lazımdır {999, 9999 və s.).
Position (Mövqe) xassəsi - məkiyin mövqeyini bildirir. Məkiyi hərəkət etdirdikdəonun qiyməti avtomatik olaraq dəyişir.
Position xassəsi ilə məkiyin başlanğıc vəziyyətini müəyyən etmək olar. Bu qiymət Min və Max diapazonunda olmalıdır. Başlanğıc anda məkiyin kənarda yerləşməsi üçün bu xassəyə də 2 qiyməti daxil edin.
LineSize (Dəyişmə addımı) xassəsi - məkiyi idarəetmə klavişləri ilə (sağa, sola, aşağı və yuxarı) hərəkət etdirdikdə dəyişmə addımını müəyyən edir. Bu xassəyə 1, yəni minimal qiymət daxil edin.
PageSize (Dəyişmə addımı) xassəsi - məkiyi PageUp və PageDow klavişləri ilə hərəkət etdirdikdə dəyişmə addımını müəyyən edir. Bu xassəyə ixtiyari, məsələn, 7 qiyməti verin.
Frequency (Şkala tezliyi) xassəsi - şkalada bölgülərin yerləşmə sıxlığını müəyyən edir. Bu xassəyə də 7 qiyməti verin. Bu zaman məkik bir bölg digər bölgüyə atılacaqdır.
İndi isə GroupBox qrup komponentini seçin. Bu komponent də yenidir. GroupBox komponenti düzbucaqlı haşiyədən və onun sol yuxarı küncündə yerləşən sərlövhədən ibarətdir. Bu komponentin xassəsini Hasil adlandırın. Onun üzərindəki Label3 komponentinin Aligment xassəsinə taLeft Justify qiyməti verin.

Yüklə 2,19 Mb.

Dostları ilə paylaş:
1   ...   113   114   115   116   117   118   119   120   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin