Alqoritm, xassələri və təsvir üsulları


Fayllarm açılması və yadda saxlanılması



Yüklə 2,19 Mb.
səhifə119/125
tarix07.01.2024
ölçüsü2,19 Mb.
#205155
növüYazı
1   ...   115   116   117   118   119   120   121   122   ...   125
aminlazım

Fayllarm açılması və yadda saxlanılması


Yuxarıda qeyd etdiyimiz kimi, bu əməliyyatlar uyğun olaraq penDialog və SaveDialog komponentləri ilə həyata keçirilir. Bu konponentlərin əsas xassələri aşağıdakılardır:
FileName - faylın adını və ona tam yolu göstərir;
Title - dialoq pəncərəsinin sərlövhəsini müəyyən edir, əgər bu xassəyə qiymət verilməzsə, susmaya görə pəncərənin sərlövhəsi Open (vəya Save) File olur;
InitialDir –dialoq pəncərəsi açıldıqda təsvir olunan qovluğu müəyyən edir, əgər bu xassəyə qiymət verilməzsə, pəncərədə cari qovluq təsvir olunur;
DefaultExt -əgər istifadəçi faylın tipini göstərməzsə, avtomatik olaraq fayla onun tipi mənimsədilir;
Filter -faylların adlarının örtüyünü (*.*,*.doc və s.) müəyyən edir. Bu xassəyə susmaya görə qiymət verilməmişdir ki, bu da bütün tip fayllanın təsvir edilməsi deməkdir.
Filterlndex -Filter xassəsində göstərilmiş örtüklərdən hansınm istifadə olunduğunu bildirir; susmaya görə onun qiyməti l-dir, yəni birinci örtük istifadə edilir.
Options - pəncərənin xarici görünüşünü və funksional imkanlarını idarə etmək üçün istifadə edilir. Options xassəsinin iyirmiyə qədər parametrləri vardır və hər bir parametrin qarşısında bayraq qoymaqla onu qoşmaq olar. Bu parametrlərdən bir neçə ən vaciblərinə baxaq:
ofAllowMultiSelect – eyni vaxtda siyahıdan bir neçə fayl seçmək olar;
of CreatePrompt -fayl mövcud olmadıqda onun yaradılması üçün sorğu verilir; of NoLongNames -faylların adları qısa formada (ad üçiin 8 simvol, tip üçün 3 simvol) təsvir edilir.
Standart dialoqların hansı fayllarla işləməsi filtrlə (Filter) müəyyləşdirilir. Filtr bir-birindən "|" işarəsi ilə ayrılan qiymətlərdən iir. Hər bir qiymət təsvir və örtükdən ibarət olur. Təsvir örtüyü izah edən mətndir (məsələn, "mətn faylları") örtük isə faylın adı və tipindən ibarət olur (məsələn, *.*, *.txt və s.). Əgər bu təsvir üçün bir neçə örtük göstərilərsə, onda onların arasında ; işarəsi qoyulur. Filtri proqram yolu və ya xüsusi
redaktorla müəyyən etmək olar. Məsələn, proqramla filtr belə müəyyənləşdirilə bilər:
Open Dialogl.Filter: ='Mətn faylları
I*.TXT;*.DOC;*.Wri;|Bütün fayllarl*.*';
Burada, fıltr iki örtükdən ibarət olur: mətn faylları üçün və bütün fayllar üçün.
Filtr adətən layihələndirmə zamanı tərtib edilir. Bunun üçün forma üzərində komponenti seçərək Obyektlər inspektorunda Filter xassəsi qarşısında mausun düyməsini iki dəfə basmaq lazımdır. Bu zaman ekranda Filter Editor (Filtr redaktoru) adlı redaktorun pəncərəsi təsvir ediləcəkdir. Bu redaktor Filter Name (Filtrin adi) və Filter (Filtr) sütunlarından ibarətdir. Birinci sütunda fıltrin təsviri, ikinci sütunda isə uyğun örtük göstərilir.
OpenPictureDialog və SavePictureDialog komponentləri qrafık faylları açmaq və yadda saxlamaq üçün istifadə edilir. Bu komponentlər OpenDialog və SaveDialog komponentlərindən pəncərənin görünüşü və Filter xassəsində müəyyən edilən qiymətlərlə fərqlənir. Filter xassəsində susmaya görə aşağıdakı tip qrafik faylların təsviri müəyyən edilmişdir: *.jpg *.bmp, *.ico, *.emt və *.wmf.
Bütün bu dialoq komponentləri Execute metodu ilə çağrılır.
Şriftin parametrlərinin seçilməsi
Şriftin adının, ölçülərinin, tərzinin və s. seçilməsi üçün Delphi FontDialog komponenti təklif edir. Bu komponentin əsas xassələri bunlardır:
Font -şriftin parametrlərini təyin edir. Şriftin parametrləri bu xassənin Name (ad), Style (tərz), Size (ölçü), Color (rəng) və s. kimi alt xassələri İlə idarə olunur.
MaxFont Size -şriftin maksimal ölçüsünü miüəyyən edir;
MinFont Size -şriftin minimal ölçüsünü müəyyən edir;
Device -şriftin quraşdırıldığı qurğunun tipini müəyyən edir.
Device parametri öz növbəsində aşağıdakı üç qiymətdən birini ala bilər:
fdscreen -ekrana çtxarma; fdPrinter -printerə çıxarma; fdBoth -həm ekrana, həm də printerə çtxarma.
Options -dialoqun ayrı-ayrı parametrlərini sazlamaq üçün istifadə olunur.
Options xassəsinin özünün bir çox parametrləri mövcuddur.
Misal.
ıf FontDialogl. Execute then
Labell.Font:=FontDialogl.Font;
Bo kodla dialoq pəncərəsindən istifadəçinin seçdiyi şrift yazı üçün tətbiq olunur.

Yüklə 2,19 Mb.

Dostları ilə paylaş:
1   ...   115   116   117   118   119   120   121   122   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin