Alqoritm, xassələri və təsvir üsulları


Mühazirə 22: Dialoqlarla iş



Yüklə 2,19 Mb.
səhifə118/125
tarix07.01.2024
ölçüsü2,19 Mb.
#205155
növüYazı
1   ...   114   115   116   117   118   119   120   121   ...   125
aminlazım

Mühazirə 22: Dialoqlarla iş


Ms Windows sistemi və onun əlavələri ilə işlədikdə biz dialoqlarla demək olar ki, hər addımda rastlaşırıq. Bu dialoqlar ən müxtəlif xarakterlidir. Delphi-də dialoqlar iki üsulla yerinə yetirilir:

  • xüsusi prosedur və funksiyalar vasitəsilə;

  • dialoq komponentləri ilə.

Dialoq prosedur və funksiyaları
Delphi-də bir neçə xüsusi prosedur və funksiyalar mövcuddur ki, onlar ümumi təyinatlı sadə dialoqları ekranda əks etdirmək üçün nəzərdə tutulmuşdur. Bu prosedur və funksiyaların bəziləri ilə qısa tanış olaq.
Xüsusi prosedur və funksiyalar iki qrupa bölünür:

  • məlumatı pəncərəyə çıxarmaq üçün;

  • məlumatı pəncərədən daxil etmək üçün.

ShowMessage, MessageDlg və MessageDlgPos prosedur və funksiyaları birinci qrupa, InputBox və InputQuery funksiyalan isə ikinci qrupa aiddir.
ShowMessage (const Msg : String); proseduru - icra olunduqda ekranda məlumat dialoq pəncərəsi peyda olur ki, onun sərlövhəsi icra olunar əlavə faylının adından, pəncərənin özü isə Msg məlumat sətri və Ok düyməsindən ibarət olur. Biz bu proseduru həil etdiyimiz məsələlərdə dəfələrlə tətbiq etmişik.
MessageDlg (const Msg: String; AType : TMsgDlgType;
AButtons : TMsgDlgButtons; HelpCtx : Longlnt): Word;
funksiyası - ekranın mərkəzində məlumat pəncərəsi təsvir edir. Burada, Msg -ekrana çıxarılan məlumardan ibarət mətndir. AType parametrindən asılı olaraq məlumat pəncərəsi müxtəlif növ olur, məlumatla yanaşı pəncərədə şəkil də təsvir edilir. AType parametri aşağıdakı qiymətləri ala bilər: mtWarrıing -pəncərə sarı rəngli üçbucaqlı daxilində qara rəngli nida işarəsindən və Warning sərlövhəsindən ibarət olur; mtError -pəncərə qırmızı rəngli dairə daxilində ağ rəngli xaç işarəsi və Error
sərlövhəsindən ibarət olur; mtlnformation -pəncərə ağ rəngli dairə daxilində göy rəngli i hərfindən və Information sərlövhəsindən ibarət olur;

mtConfirmation-pəncəra ağ rəngli dairə daxilində göy rəngli işarəsindən və


Confirmation sərlövhəsindən ibarət olur; mtCustom - pəncərədə şəkil olmur, sərlövhədə isə icra olunan əlavə faylının adı təsvir olunur,
AButton parametri pəncərədə təsvir olunan düymələri əks etdirir və aşağıdakı qiymətlər kombinasiyasını ala bilər: mbYes, mbNo, mbOk, mbCancel, mbHelp, mbAbort, mbRetry, mblgnore, mbAll. Düymələrin sərlövhəsi bu qiymətlərə uyğun olaraq Yes, Ok, Cancel və s. olur. Bu düymələrdən hər hansı birini (mbHelp-dən başqa) basdıqda məlumat pəncərəsi bağlanır.
HelpCtx parametri istifadəçi Fl klavişini basdıqda ekrana çıxan kontekst məlumatı
müəyyən edir və onun qiyməti adətən sıfra bərabər olur.
MessageDlgPos (const Msg: String; AType : TMsgDlgType; AButtons :TMsgDlgButtons; HelpCtx : Longlnt; x, y : Integer): Word;
funksiyası - göründüyü kimi, MessageDlg funksiyasmdan yalnız x və y parametrləri ilə fərqlənir və bu, ekranda məlumat pəncərəsinin vəziyyətini idarə edir.
InputBox(const ACaption, APrompt, ADefault: String) : string; funksiyası - mətndən ibarət sətri daxil etmək üçün dialoq pəncərəsini ekranda təsvir edir. Bu pəncərədə sərlövhəli mətn sahəsi, Ok və Cancel düymələri mövcud olur. Burada ACaption parametri pəncərənin sərlövhəsini, APrompt parametri mətn sahəsinin sərlövhəsini, ADefault parametri isə mətn sahəsinə çıxarılan sətri bildirir; əgər istifadəçi Cancel düyməsini və ya Esc klavişini basarsa, funksiyanın nəticəsi bu sətirdən ibarət olur.
Məsələn, əgər proqramda
InputBox ('İstifadəçi', 'Soyadı', 'Abbasov');
yazılarsa, pəncərənin sərlövhəsində İstifadəçi, məto sahəsinin sərlövhəsində Soyadı, mətn sahəsində isə Abbasov sözləri təsvir olunacaqdır. InputQuery (const ACaption, APrompt : String;
var Value : String): Boolean;
funksiyası - inputBox funksiyasından onunla fərqlənir ki, üçüncü parametrin (susmaya görə sətrin) yerində Value dəyişəni istifadə olunur. Bu paramer istifadəçi Ok düyməsini basdıqda daxil edilən sətirdən ibarət olur. İstifadəçi Ok düyməsini basdıqda, funksiyanın nəticəsi True, Cancel düyməsini və ya Esc klavişini basdıqda isə False olur. Məsələn, əgər proqramda
Soyad:= 'Abbasov';
InputQuery ('Istifadəçi', ' Soyadı ', Soyad);
yazılarsa, InputBox funksiyasınm ekrana çıxardığı məlumat pəncərəsi ilə eyni olan sorğu ekrana çıxarılır.
Dialoq komponentləri
Delphi-nin Komponentlər palitrasının Dialogs səhifəsində yerləşər komponentlər dialoqlan həyata keçirməyə imkan verir. Bu dialoqlar Windows sistemində adətən faylları açmaq, saxlamaq, çap etmək və s. kimi əməliyyatları yerinə yetirmək üçün istifadə olunduğundan onlara standart dialoqlar deyilir.
Komponentlər palitrasının Dialogs səhifəsində standart dialoqları yerirə yetirən
aşağıdakı komponentlər yerləşir:
OpenDialog - açılacaq faylın seçilməsi;
SaveDialog - yadda saxlanılacaq faylın seçilməsi;
OpenPictureDialog -açılacaq qrafik faylın seçilməsi;
SavePictureDialog - yadda saxlanılacaq qrafık faylın seçilməsi; FontDialog - şrift parametrlərinin təyini;
ColorDialog - rəngin seçilməsi;
PrintDialog - printerdə çapetmə;
PrinterSetupDialog - printerin seçilməsi və onun parametrlərinin təyini;
FindDialog - axtarılacaq mətn sətrinin daxil edilməsi;
ReplaceDialog - axtarılacaq və əvəz olunacaq mətn sətrinin daxil edilməsi
Standart dialoq komponentləri qeyri-vizual komponentlərdir, belə ki layihələndirmə zamam onlan forma üzərində yerləşdirdikdə müvafiq nişanlarla təsvir olunur, layihə yerinə yetirildikdən sonra isə onlar forma üzərində görünmür. Formada yerləşdirdikdən sonra, bu komponentlərin xassələnmə qiymətlər müəyyənləşdirilir və onlar hər hansı bir hadisə ilə əlaqələndirilırəcək. Belə hadisə kimi adətən ya menyuların bəndlərinin seçilməsi, ya da düymətlər basılması hadisələri istifadə edilir.
İstənilən standart dialoq Execute metodu ilə çağrılır. Bu funksiyanın nəticəsi məntiqi qiymət olur: Ok düyməsini basdıqda, funksiyanin qiyməti True, imtina düyməsini basdıqda isə False olur. Dialoq bağlandıqdan sonra o öz xassələri vasitəsilə seçilmiş və ya təyin olunmuş qiymətləri proqrama qaytarır. Məsələn, əgər proqramda OpenDialogl.
FileName və Color yazılmışdırsa, onda istifadəçinin seçdiyi fayl və ya rəng yüklənəcəkdir.

Yüklə 2,19 Mb.

Dostları ilə paylaş:
1   ...   114   115   116   117   118   119   120   121   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin