Alqoritm, xassələri və təsvir üsulları


Mühazirə 23: Menyularla iş



Yüklə 2,19 Mb.
səhifə122/125
tarix07.01.2024
ölçüsü2,19 Mb.
#205155
növüYazı
1   ...   117   118   119   120   121   122   123   124   125
aminlazım

Mühazirə 23: Menyularla iş


Menyu Windows sistemində və onun əlavələrində ən vacib elementdir və demək olar ki, elə bir pəncərə yoxdur ki, orada menyu sətri olmasın. Menyu müəyyən funksional əlamətlərə görə birləşdirilmiş bəndlər yığımından ibarətdir və hər bir bənd müəyyən əmri icra edir. Windows sistemindən bilirik ki, menyular əsas menyu və kontekst (peyda olan) menyulardan ibarətdir. Əsas menyu menyular sətri kimi pəncərədə həmişə təsvir olunur və bütövlükdə əlavənin bütün funksiyalarını idarə edir. Kontekst menyu isə obyekt üzərində mausun sağ düyməsini basdıqda peyda olur və həmin obyektə aid müəyyən əmrləri icra etmək üçün istifadə edilir.
Delphi-də əsas menyu MainMenu, kontekst menyu isə PopupMenu komponentləri ilə yaradılır. Bu komponentlər Standart səhifəsində yerləşir. Hər iki menyu TMenuItem tiplidir. TMenuItem sinfi əsas və kontekst menyuların bəndlərini təsvir etmək üçün istifadə olunur. Bu menyuların əsas ümumi xassələri aşağıdakılardır:
Caption xassəsi - String tipli Caption xassəsi menyunun sərlövhəsindən ibarət sətirdir. Əgər sərlövhədə mətn əvəzinə "-" işarəsi yazılarsa, onda uyğun menyu bəndinin yerində ayrıcı qırıq xətt çəkiləcəkdir.
Bitmap xassəsi - TBitmap tipli Bitmap xassəsi menyu bəndinin sərlövhəsinin sol tərəfində piktoqramın təsvir edilməsini müəyyənləşdirir, susmaya görə bu xassənin qiyməti Nil olur, yəni piktoqram yoxdur.
Enabled xassəsi - Boolean tipli Enabled xassəsi menyu bəndinin aktivliyini bildirir, əgər onun qiyməti False olarsa, onda menyu bəndi aktiv olmur və sərlövhəsi solğun rəngli olur. Bu o deməkdir ki, həmin menyu maus və ya klaviatura ilə icra oluna bilməz. Susmaya görə Enabled xassəsinə True qiyməti verilmişdir, yəni o aktivdir.
Visible xassəsi - Boolean tipli Visible xassəsi ekranda menyu bəndinin görünməsini müəyyən edir. Susmaya görə ona True qiyməti verilmişdir və menyu bəndi ekranda təsvir olunur.
ShortCut xassəsi - TShortCut tipli ShortCut xassəsi klavişlər kombinasiyasını müəyyən edir, yəni menyu bəndinin yerinə yetirdiyi funksiyanı müəyyən klavişləri basmaqla da icra etmək mümkün olur. Klavişlər kombinasiyası Caption xassəsi ilə də müəyyənləşdirilə bilər (& simvolunun köməyi ilə). Bunların fərqi ondadır ki, klavişlər kombinasiyası Caption xassəsi ilə müəyyənləşdirildikdə, sərlövhədə simvol altdan xətt çəkilməklə nəzərə çarpdırıldığı halda, ShortCut xassəsində klavişlər kombinasiyası menyu bəndinin sağ tərəfində təsvir olunur. Bu xassəyə qiymət vermək üçün Obyektlər inspektorundan istifadə etmək daha əlverişlidir. Klavişlər kombinasiyasını proqramla müəyyən etdikdə isə

Yüklə 2,19 Mb.

Dostları ilə paylaş:
1   ...   117   118   119   120   121   122   123   124   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin