Alqoritmləşdirmə və proqramlaşdırmanın əsasları



Yüklə 313,85 Kb.
Pdf görüntüsü
səhifə1/7
tarix15.04.2023
ölçüsü313,85 Kb.
#98600
  1   2   3   4   5   6   7
Alqoritimləşdirmə və proqramlaşdırmanın əsasları



3. Alqoritmləşdirmə və proqramlaşdırmanın əsasları 
 
3.1. Alqoritm və proqram anlayışı 
3.2. Alqoritmin xassələri 
3.3. Alqoritmin təsvir vasitələri 
3.4. Alqoritmin tipləri 
3.5. Proqramlaşdırma dilləri 
 
 
3.1. Alqoritm və proqram anlayışı. Gündəlik həyatımızda hər hansı bir işi icra edərkən bir 
sıra qayda və qanunları yerinə yetiririk. Bir misala baxaq. Tutaq ki, biz kofe hazırlamaq istəyirik. 
Onda biz, ardıcıl aşağıdakı işləri yerinə yetirməliyik. 
1. Suyu qaynadırıq; 
2. Qaynar suyu bir stəkana tökürük; 
3. Stəkana lazımı qədər kofe tökürük; 
4. Lazımı miqdarda şəkər tozu əlavə edib qarışdırırıq; 
Dörd bənddən ibarət bu hərəkətlər ardıcıllığı kofe hazırlamaq alqoritmidir. 
Alqoritm – latınca qayda-qanun deməkdir. Alqoritm sözü IX əsrin məşhur özbək riyaziyyatçısı 
Məhəmməd İbn Musa əl-Xarəzminin (yəni Xarəzmli Musa oğlu Məhəmməd) adının latın hərflərilə 
olan “alqoritmi” yazılışıyla bağlıdır. Əl-Xarəzminin yazdığı traktatın XII əsrdə latın dilinə tərcümə 
olunması sayəsində avropalılar mövqeli say sistemi ilə tanış olmuş, onluq say sistemini və onun hesab 
qaydalarını alqoritm adlandırmışlar. 
Ümumiyyətlə, alqoritm-verilmiş məsələnin həlli üçün lazım olan əməliyyatları müəyyən edən 
və onların hansı ardıcıllıqla yerinə yetirilməsini göstərən formal yazılışdır. 
Hesablama maşınlarının əsas fərqləndirici xüsusiyyətlərindən biri də onun proqramla idarə 
olunmasıdır. Yəni, istər sadə, istərsə də mürəkkəb məsələni maşının həll etməsi üçün proqram tərtib 
edilməlidir. 
Proqram - maşının addım-addım yerinə yetirəcəyi təlimatlar və yaxud əmrlər toplusudur. Hər 
bir proqram tərtib edilərkən müəyyən bir alqoritmdən istifadə edilir. Yəni, proqram hər bir alqoritmi 
maşının başa düşəcəyi formada ifadə edir. Başqa sözlə proqram – maşının girişinə verilən 
informasiyaları çıxış informasiyalarına çevirən, xüsusi şəkildə tərtib olunmuş sonlu sayda ardıcıl 
əmrlərdən ibarət alqoritmdir. 

Yüklə 313,85 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin