Alqoritmləşdirmə və proqramlaşdırmanın əsasları



Yüklə 313,85 Kb.
Pdf görüntüsü
səhifə4/7
tarix15.04.2023
ölçüsü313,85 Kb.
#98600
1   2   3   4   5   6   7
Alqoritimləşdirmə və proqramlaşdırmanın əsasları

3.5. Proqramlaşdırma dilləri. Dil dedikdə – istənilən işarələr sistemini başa düşəcəyik. İşarə 
dedikdə isə informasiyanı ötürmək üçün xüsusi seçilmiş bir obyekt nəzərdə tutulacaq. Məsələn: 
kağızdakı hərf, əl işarəsi, sifətin ifadəsi, çeviricinin vəziyyəti və s. Bu çox ümumi bir tərif olduğundan 
bura heyvanların təbii dillərini, insanların dillərini də daxil etmək olar. Müxtəlif dillərin olması bir 
dildən başqa bir dilə tərcümə (translyasiya) problemini yaradır. Belə baxanda, bizim bütün 
fəaliyyətimiz bu və ya başqa mənada translyasiya ilə bağlıdır. Biz şüurumuzda olan daxili təsəvvürləri 
nitqə, hərəkətə və s. çeviririk və tərsinə. 
Yeni obyekt yaratmaqla, biz onunla bağlı yeni bir dil də yaradırıq. Məsələn, elmin inkişafı 
xüsusi elmi dilin yaranmasına gətirib çıxartdı (riyaziyyat, fizika və s.). 
Bir qayda olaraq, sadə qurğuları, düymələri basmaqla, dəstəkləri hərəkətə gətirməklə idarə 


4
 
etmək heç də çətin olmur. Amma elə mürəkkəb obyektlər var ki, onları idarə etmək üçün insan ya 
çətinlik çəkir, ya da ola bilsin ki, heç bacarmır. Bu halda, insanla maşın arasında, bir növ vasitəçi – 


5
 
tərcüməçiyə ehtiyac olur. Belə qurğulara EHM–ləri misal gətirmək olar. Onları idarə etmək üçün 
insan üçün sadə olan, onun dilinə yaxın olan bir giriş dilinə ehtiyac olur. 
Qeyd edək ki, EHM -lər insan tərəfindən yaradılmış obyektlər sırasında ən çətin idarə 
olunanlardandır. Bu məsələ o qədər obeyktin mürəkkəbliyindən yox, daha çox onun dilinin ( maşın 
dili – 2-lik kodlar) insan dilindən uzaq olmasıdır. Ona görə də istehsalçıların və proqramçılarin 
maraqlarını nəzərə alaraq bir ünsiyyət vasitəsinə ehtiyac yaranır. 
Proqramlaşdırma dilləri adi dillərdən “sözlərin” (ancaq translyatorun başa düşdüyü) sayına 
və əmrlərin ciddi yazılış qaydasına görə fərqlənir. EHM-də proqram yazmaq üçün istifadə olunan 
formallaşmış dillərə proqramlaşdırma dilləri deyilir. 
Istənilən proqramlaşdırma dilinin əsas elementləri bunlardır: dilin əlifbası, sintaksisi və 
semantikası. 
Dilin əlifbası dedikdə, həmin dildə işlənən bütün simvollar nəzərdə tutulur. 
Sintaksis- əlifbada olan simvollardan dilin ayrı-ayrı konstruksiyalarının (komandaların, 
operatorların) düzəldilməsinin formal qaydalarıdır. Bu qaydalar müxtəlif həll alqoritmlərini 
proqramlaşdırmağa imkan verir. 
Semantika- dilin bu və ya digər sintaksis konstruksiyalarının təsviridir. Məsələn, əgər 
proqramın bu yerində y =a*(b+c) ifadəsinin hesablanması yazılıbsa, onda semantika qaydaları maşına 
“göstərir” ki, əvvəlcə (b+c) cəmini tapsın, sonra həmin cəmi 
a
-ya vursun. 
Beləliklə, hər hansı verilənlərin emalı prosesini birbaşa həyata keçirməyə imkan verən 
proqramlar, dili təyin edən sintaksis qaydalara uyğun olaraq əlifbadakı simvolların birləşməsi 
nəticəsində və semantika qaydalarını nəzərə almaqla işlənib hazırlanır. 

Yüklə 313,85 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin