Alqoritmləşdirmə və proqramlaşdırmanın əsasları


Translyator və kompilyatorlar



Yüklə 313,85 Kb.
Pdf görüntüsü
səhifə5/7
tarix15.04.2023
ölçüsü313,85 Kb.
#98600
1   2   3   4   5   6   7
Alqoritimləşdirmə və proqramlaşdırmanın əsasları

Translyator və kompilyatorlar. Proqramlaşdırma dili vasitəsilə hazır proqram yox, ancaq 
qurulmuş alqoritmi təsvir edən mətn yaradılır. İnsanın başa düşdüyü dildə olan bu proqram maşının 
başa düşdüyü dilə çevrilməlidir. Bunun üçün kompüterdə translyatorlar və kompilyatorlar olur. 
Proqram ancaq onların translyatorları olan halda icra oluna bilərlər. Translyatordan fərqli olaraq 
kompilyatorlar exe-faylların yaradılması üçün istifadə olunur ki, onlar da sərbəst icra oluna bilərlər 
(yəni, proqpamin yazildiğı mühitdən (sistemdən) asılı olmadan). 
Proqramlaşdırma dillərinin səviyyələriMüxtəlif tip prosessorlar müxtəlif tip əmrlər sisteminə 
malikdir. Əgər proqramlaşdırma dili konkret prosessor tipinə yönəlibsə və onun xüsusiyyətlərini 
nəzərə alırsa, onda ona aşağı səviyyəli proqramlaşdırma dili deyirlər. Assembler aşağı səviyyəli 
proqramlaşdırma dilidir. Çünki o, bir əmri mnemonika adlanan simvol işarəmələrinin köməyilə 
ədədlər şəklində yox, maşın kodları şəklində verir. Assemblerin köməyilə çox səmərəli və kompakt 
proqramlar yaratmaq mümkündür. Assemblerdən adətən, sistem əlavələrin, drayver-proqramların, 
kompüterin aparat resurslarına müraciət edən proqram modullarının hazırlanması üçün istifadə 
olunur. Aşağı səviyyəli proqramlaşdırma dillərindən, adətən yüksək səviyyəli peşəkar proqramçılar 
istifadə edir. Bu dillərdə tutulan proqramlar yaddaşda az yer tutmaqla yanaşı, daha sürətlə icra 
olunurlar. Yüksək səviyyəli proqramlaşdırma dilləri isə adi dilə daha yaxın və insan üçün daha aydın 
başa düşüləndir. 
Çox yayılmış, bəzi proqramlaşdırma dilləri haqqında məlumat verək. 
Fortran - Cim Bekus tərəfindən 1954-cü ildə yaradılmış ilk kompilyasıya olunan 
proqramlaşdırma dilidir. Bu dildə ilk dəfə olaraq proqramlaşdırmanın ən vacib anlayışları realizə 
olunmuşdur. Ondan bütün dünyada istifadə olunur. 2000-ci ildə onun yeni F2k versiyası 
yaradılmışdır. Fortrandan əsasən riyazi, texniki məsələlərin proqramlaşdırılması üçün istifadə olunur. 
Cobol - 1960-cı illərdə yaradılıb. Əsasən iqtisadiyyat sahəsində biznes məsələlərinin həlli üçün 
nəzərdə tutulan kompilyasiya olunan bir dildir. Bu dil özünün “çoxsözlülüyü” ilə fərqlənir. Bəzən 
onun əmrləri ingilis ifadələrindən heç də fərqlənmir. Bu dildə, hal-hazırda aktiv surətdə istismar 
olunan çoxlu sayda əlavələr hazırlanmışdır. 
Pascal - 1970-ci illərin sonunda Niklaus Virt tərəfindən yaradılmışdır. Ondan böyük layihələrin 
hazırlanmasında müvəffəqiyyətlə istifadə etmək üçün imkanlar nəzərdə tutulmuş, proqramın 
strukturuna olan tələblər gücləndirilmişdir. 



Yüklə 313,85 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin