Həftə vardır, sonu gəlməyən...
Ertəsi gün sabir erkəndən oyanmışdı. Bazar
günü idi. Bugün ailəsi ilə danışa biləcəkdi. Çox
həyəcanlı görsənirdi. Səhər yeməyindən sonra telefon
otağının qarşısına gələrək, ayaqüstə vaxtın çatmasını
gözləməyə başlamışdı. Arabir ətrafa baxır, kiminsə
gəlib-gəlmədiyinə əmin olmaq istəyirdi. Ancaq heç
kim gəlmirdi. Ürəyi sıxılır, yerində dura bilmirdi.
Otaq qapısının ətrafında var-gəl edir, zamanın
yetişməsini səbrsizliklə gözləyirdi. Bir qədər sonra
yorularaq qapının sol tərəfində, divara söykənib
oturdu. O, zamanı qovalayır, evinə zəng etmək üçün
tələsirdi, lakin onu başa düşən heç kimi görmürdü.
Zaman gəlib çatmırdı ki, çatmırdı.
Başını aşağı salıb yerdəki kafelləri izləməyində
idi ki, birdən qapını kimsə açdı. Cəld ayağa qalxaraq
qapını açan həkimə baxdı. Həkim isə ona fikir
vermədən içəri girərək masanın arxasına keçib
stuluna əyləşdi. Sabir açıq qapıdan boylanaraq özünü
Amid Səlimoğlu Bəyaz Dəhliz
98
göstərməyə çalışdı. Bir neçə saniyə sonra həkim də
onu gördü.
– Nədir? Nə olub?
– Heç. Heç nə. – Sabir sakitcə dedi. – Telefon...
– deyə əlini telefonun qoyulduğu tərəfə uzatdı.
– Telefonla danışmaq istəyirsən?
– Hə. – Sabir təbəssümlə həkimə baxdı.
– Keç, otur. – Həkim nəzakətlə dedi.
Bu sözü eşidən kimi Sabir içəri girərək
telefonun
qoyulduğu
tərəfə
addımladı. Stula
əyləşərək həkimə baxdı.
– Nömrəni bilirsən?
– Bilirəm.
– Kimə zəng edəcəksən?
– Evə... evimə.
– Başa düşdüm. Yığ onda. – Ayağa qalxdı. –
Mən çöldə olacam. Qurtaranda xəbər edərsən.
– Baş üstə.
Həkim çölə çıxaraq qapını bağladı. Sabir
otaqda heç kimin olmadığını görüb telefonun
dəstəyini qaldıraraq Yasəmənin nömrəsini yığdı. Hər
zəng çaldığında ürəyi döyünür, telefonu açmayacaq
deyə qorxurdu. Bir neçə dəfə bu təkrarlandıqdan
sonra Yasəmən axır ki, telefonu açmışdı.
– Alo.
– Yasəmən? Mənəm Sabir.
Amid Səlimoğlu Bəyaz Dəhliz
99
– Sabir? – Xəttin digər tərəfindən qışqırıq səsi
gəldi. – Sənsən? – Yasəmən ağlayırdı.
– Ağlama. Niyə ağlayırsan? – Sabiri qəhər
boğurdu. Dodaqları əsir, gözləri dolurdu. Özünü
güclə saxlayırdı.
– Nə bilim. Səsini eşitdim. Ona görə. –
Yasəmən ağlayaraq dedi. – Necəsən? Sənə yaxşı
baxırlar? Nəyəsə ehtiyacın yoxdu ki? Nə istəyirsən,
de. Gətirərəm.
– Yox, yox. Heç nə lazım deyil. – Sabir
Yasəməni sakitləşdirməyə çalışdı. – Hər şeyim var.
Mən də yaxşıyam. Mənə yaxşı baxırlar.
– Həmişə yaxşı olasan.
– Uşaqlar necədir? Yaxşıdılar?
– Hə. Yaxşıdılar. Elə hey səni soruşurlar. Sənin
üçün çox darıxıblar.
– Mən də... mən də onlar üçün çox darıxmışam.
– Sabir dərindən nəfəs aldı.
– İstəyirsən, çağırım danışın.
– Yox. Lazım deyil. Sonra danışaram. –
Uşaqların
səsini
eşitsə,
dayana
bilməyib
ağlayacağından qorxurdu. – Zakir necədir? Xədicə?
– Yaxşıdılar. Sağ olsunlar, hər dərdimizə
qaçırlar. Elə burda qalırlar.
– Hə. Allah razı olsun.
– Nə vaxt gələcəksən?
|