951) Bu terminlərdən hansı Mendelson sindromuna aid deyil?
A) Kəskin ekssudativ pnevmonit
B) Turşu-aspirasion sindrom
C) Ocaqlı infiltrativ pnevmoniya
D) Kimyəvi pnevmonit
E) Aspirasion pnevmonit
Ədəbiyyat: Руководство по анестезиологии, под ред. А.Р. Эйткенхеда, Г. Смита Москва, «Медицина», 1999, том 1-2.
952) Mendelson sindromunun baş vermə səbəbi nədir?
A) Hipertonik kriz nəticəsində baş verən ağ ciyər ödemi
B) Mədənin kardial hissəsinin şişi
C) Krupoz pnevmoniya
D) Mədə xorasınin perforasiyası
E) Mədə möhtəviyyatının aspirasiyası
Ədəbiyyat: Руководство по анестезиологии, под ред. А.Р. Эйткенхеда, Г. Смита Москва, «Медицина», 1999, том 1-2.
953) Bu faktorlardan hansı oksihemoqlobinin dissosiyasiya əyrisinə təsir etmir?
A) Qanda karbon qazının parsial təzyiqinin səviyyəsi
B) Bu faktorların hamısı təsir edir
C) Xarici mühütin temperaturu
D) Qanın pH-ı
E) Qanda hemoqlobinin miqdarının 80 q/l qədər enməsi
Ədəbiyyat: Интенсивная терапия, под ред. В.Д. Малышева, Москва, «Медицина», 2002.
954) Traxeyanın intubasiyasına aşağıdakılardan hansı obyektiv göstəriş sayıla bilməz?
A) Tənəffüs əzələlərinin nəfəsalma zamanı 20 mm c.st. mənfi təzyiq yarada bilməməsi
B) Tənəffüsün dəqiqəlik sayının 35-dən çox olması
C) Kəllədaxılı hipertenziyalı xəstələr üzərində əməliyyat aparılan zaman
D) Xroniki tənəffüs çatışmazlığı
E) PaO2 -nin 70 mm c.st. aşağı olması
Ədəbiyyat: Интенсивная терапия, под ред. В.Д. Малышева, Москва, «Медицина», 2002.
955) Ağ ciyərlərin süni tənəffüs rejimlərindən olan “Nəfəsvermənin sonunda müsbət təzyiq” (NSMT) rejimi (PEEP) ürəyin vurğu və dəqiqəlik həcminə necə təsir göstərə bilər?
A) Azaldar
B) Yanaşı ürək catmazlığı olan xəstəyə NSMT rejimi 12 sm su süt.-dan çox olduqda ürəyin fəaliyyətinə müsbət təsir edə bilər
C) Yanaşı ürək çatmamazlığı olan xəstəyə müsbət təsir göstərər
D) Bu fikirlərin heç biri doğru deyil
E) Artırar
Ədəbiyyat: Интенсивная терапия, под ред. В.Д. Малышева, Москва, «Медицина», 2002.
Dostları ilə paylaş: |